Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-597/2022 01.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 03.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 19398,72 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh 17.01.2022-ci il tarixdə iddia müddətinin tətbiq olunması barədə ərizə verərək iş üzrə iddia müddətinin tətbiq olunaraq iddianın rədd ounması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 05 yanvar 2015-ci il tarixdə İddiaçı MMC-də hüquq işləri üzrə menecer vəzifəsinə qəbul olunaraq həmin tarixdə onunla 258 saylı əmək müqaviləsi bağlanmış və əmək fəaliyyətinə başlamışdır. İddiaçı MMC-nin 17 dekabr 2018-ci il tarixli 131 saylı əmrində qeyd olunmuşdur ki, kommersiya fəaliyyətində işlərin optimallaşdırılması və səmərəliyin yüksəldilməsi, eləcə də iddiaçıya hüquqi dəstəyin təqdim edilməsinin səlahiyyətli kənar hüquq şirkətlərinə həvalə edilməsi səbəbindən Hüquq departamentindəki ştatların ixtisarına başlanmışdır. Bu əsasla Hüquq departamentindəki işçilərin sayı və ştatların ixtisarı və orada çalışan əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı 18 dekabr 2018-ci il tarixli əmr verilmişdir. Əmrdə qeyd olunmuşdur ki, hüquq departamentinin rəhbəri Cavabdeh əmək müqaviləsinə 15 yanvar 2019-cu il tarixdə xitam verilsin. Cavabdeh həmin əmrlə razılaşmayaraq Abşeron rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 18 dekabr 2018-ci il tarixli 25 saylı əmrin ləğv edilməsini və digər tələblərin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh Abşeron rayon məhkəməsinə iddianın təmin edilməsi barədə ərizəilə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək qeyd edilən əmrin icrasının dayandırılmasını məhkəmədən xahiş edilmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-6538/2018 saylı, 21 dekabr 2018-ci il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş və İddiaçı MMC-nin 18.12.2018-ci il tarixli, 25 saylı əmrinin icrası iş üzrə məhkəmə qətnaməsi qüvvəyə minənə kimi dayandırılmışdır. Bu səbəbdən iddiaçı 18.12.2018-ci il tarixli, 25 saylı əmrin icrasının dayandırılması barədə 14.01.2019-cu il tarixdə əmr vermişdir və cavabdehlə əmək münasibətlərini davam etdirməyə məcbur olmuşdur. İddiaçı MMC-nin baş direktorunun 11.03.2019-cu il tarixli, 01-S/HR saylı əmrinə əsasən müəssisədə işçilərin işə davamiyyətini yoxlamaq məqsədilə keçirilmiş yoxlama nəticəsində quraşdırılmış elektron buraxılış nəzarət sisteminin çıxarışına əsasən müvafiq iş günləri ərzində Cavabdeh işə gəlməməsi, evdən gec gəlməsi, iş vaxtı yerində olmadığı aşkar olunmuşdur. 19.03.2019cu il tarixli, 01 saylı əmrlə hüquq departamentinin rəhbəri Cavabdeh sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçının 12.04.2019-cu il tarixli, 12T/HR nömrəli əmri ilə Cavabdeh ilə bağlanmış 398 saylı, 31 mart 2017-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cimaddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli 2(105)- 458/2020 saylı qərardadı ilə İddiaçı MMC-nin hüquq işlər üzrə departamentinin rəhbəri vəzifəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı, 18.12.2018-ci il tarixli əmrinin icrası iş üzrə məhkəmə qətnaməsi qüvvəyə minənə kimi dayandırılsın” hissəsində ləğv edilmişdir. Qərardadda qeyd olunmuşdur ki, “İddiaçı Cavabdeh birinci intansiya məhkəməsinin iclasında təqdim etdiyi iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müəyyən olunur ki, iddiaçı cavabdeh İddiaçı MMC-nin hüquq işləri üzrə departamentinin rəhbəri vəzifəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı 18 dekabr 2018-ci il tarixli əmrinin ləğvi ilə bağlı iddia tələbindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdeh İddiaçı MMC-nin Hüquq işləri üzrə departamentinin rəhbəri vəzifəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı, 18.12.2018-ci il tarixli əmrinin ləğvi ilə bağlı iddia tələbindən imtina etdiyindən qeyd edilən iddianı təmin etmə tədbirinə qanuni əsas və zərurət aradan qalxmışdır. Belə olan halda cavabdeh İddiaçı MMC-nin 25 saylı, 18 dekabr 2018-ci il tarixli əmrin icrasının dayandırılması barədə məhkəmənin qərardadı ləğv olunmalıdır. Cavabdeh İddiaçı MMC-nin həmin əmrin icrası ilə bağlı qanunvericilikdə nəzərdə tutulan hərəkətləri icra etmək hüququ vardır.” İddiaçı MMC hüquq işləri üzrə departamentinin rəhbəri Cavabdeh vəzifəsinin ixtisarı və əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı 18 dekabr 2018-ci il tarixli əmrinin icra olunması barədə 28 oktyabr 2020-ci il tarixli 28 T/HR saylı əmr vermişdir. Cavabdeh İddiaçı MMC-də tutduğu vəzifə 17 dekabr 2018-ci il tarixli, 131 saylı əmrlə ixtisar olunmuşdur və cavabdehin əmək müqaviləsinə 15.01.2019-cu il tarixdən xitam verilmişdir. Beləliklə, İddiaçı MMC-nin 25 saylı, 18.12.2018-ci il tarixli əmri yalnız 28.10.2020-ci il tarixdə icra olunmuşdur və həmin əmrə əsasən tələbkarla bağlanmış əmək müqaviləsinə 15 .01.2019-cu il tarixdən xitam verilmişdir. Qeyd edilən əmrin gec icra olunması cavabdehin ərizəsinə əsasən tətbiq edilən əsassız iddianı təmin etmə tədbiri olmuşdur. Həmin əsassız iddianı təmin etmə tədbiri nəticəsində Cavabdeh 15 yanvar 2019-cu il tarixdən 12 aprel 2019-cu il tarixədək əsassız olaraq iddiaçıdan hər ay aldığı əmək haqqıları iddiaçıya geri qaytarmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddia tələbi qanunsuzdur. Ona əmək haqqı ödənilən vaxt o işləmiş, işə səhər gəlib, axşam getmişdir. Əgər işə getməsəydi onu Əmək Məcəlləsinin 70-ci maddsəsinin “ç” bəndinə əsasən işdən azad edə bilməzdilər. Bu da onu göstərir ki, o işə getmişdir. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsində onun qanunsuz işdən azad edilməsi ilə bağlı iddia tələbi üzrə işə baxılır. Həmçinin bildirir ki, hazırki iş üzrə iddia müddəti bitmişdir. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin 18.12.2018-ci il tarixli, 25 nömrəli əmrinə əsasən X1 ilə bağlanılmış 31.03.2017-ci il tarixli əmək müqaviləsinə 15.01.2019-cu il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi və Cavabdeh son haqq-hesab hesablanaraq ödənilməsi əmr edilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin 14.01.2019-cu il tarixli, 26/O nömrəli əmrinə əsasən İddiaçı MMC-nin 18.12.2018-ci il tarixli, 25 nömrəli əmrinin icrası Abşeron rayon Məhkəməsinin 2(012)-6538/2018 saylı, 21.12.2018-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək dayandırılmışdır. İş materiallarında olan İddiaçı MMC-nin 28.10.2020-ci il tarixli, 28 T/HR nömrəli əmrinə əsasən 18.12.2018-ci il tarixli, 25 nömrəli əmrinin icra olnması,Cavabdeh əmək müqaviləsinin 15 yanvar 2019-cu il tarixdə xitam olunmuş hesab edilməsi və Cavabdeh 15.01.2019-cu ildən 12.04.2019-cu il tarixdə kimi olan dövr ərzində aldığı əmək haqqının geri qaytarılmasının ondan tələb edilməsi əmr edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş 04.10.2021-ci il tarixli, 1057 nömrəli arayışın surətindən müəyyən edilir ki, Cavabdeh 14.01.2019-cu ildən 12.04.2019-cu il tarixədək olan dövrü əhatə edən qazancları və şirkət tərəfindən ödənilmiş bütün məbləğlər barəsində məlumatlar arayışa əlavə edilmiş 1 nömrəli qoşmaya əsasən cəmi 19368,72 manat təşkil edir. İşin müəyyən edilmiş halları odur ki, İddiaçı MMC-nin 18.12.2018-ci il tarixli, 25 nömrəli əmrinə əsasən Cavabdeh ilə bağlanılmış 31.03.2017-ci il tarixli əmək müqaviləsinə 15.01.2019-cu il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi və Cavabdeh son haqq-hesab hesablanaraq ödənilməsi əmr edilmişdir. Lakin əmrin icrası Cavabdeh iddianı təmin etmə tədbiri barədə ərizəsi əsasında Məhkəmənin qərardadı ilə müvəqqəti dayandırılmışdır. Lakin sözügedən qərardad 28 oktyabr 2020-ci ildə ləğv edilmişdir. İddiaçı MMC-nin 28.10.2020-ci il tarixli, 28 T/HR nömrəli əmrinə əsasən 18.12.2018-ci il tarixli, 25 nömrəli əmrinin icra olunması, Cavabdeh əmək müqaviləsinin 15 yanvar 2019-cu il tarixdə xitam olunmuş hesab edilməsi və Cavabdeh 15.01.2019-cu ildən 12.04.2019-cu il tarixə kimi olan dövr ərzində aldığı əmək haqqının geri qaytarılmasının ondan tələb edilməsi əmr edilmişdir. Hazırda iddiaçı cavabdehin 15.01.2019-cu ildən 12.04.2019-cu il tarixdə kimi olan dövr ərzində cavabdehə ödənilmiş cəmi 19398,72 manat məbləğində əmək haqqının cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh isə iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh 15.01.2019-cu ildən 12.04.2019-cu il tarixlərdə işləmişdir. Lakin cavabdehin işə gəlməməsi, gecikməsi, iş vaxtı yerində olmadığı aşkar olunduğundan ona şiddətli töhmət verilmiş və daha sonra 12.04.2019-cu il tarixli, 12T/HR nömrəli əmrlə Cavabdeh ilə bağlanmış 398 saylı, 31 mart 2017-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cimaddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin 28.10.2020-ci il tarixli, 28 T/HR nömrəli əmrinə əsasən 18.12.2018-ci il tarixli, 25 nömrəli əmrinin icra olnması,Cavabdeh əmək müqaviləsinin 15 yanvar 2019-cu il tarixdə xitam olunmuş hesab edilməsi və Cavabdeh 15.01.2019-cu ildən 12.04.2019-cu il tarixə kimi olan dövr ərzində aldığı əmək haqqının geri qaytarılmasının ondan tələb edilməsi əmr edilmişdir. Lakin iddiaçı 28.10.2020-ci il tarixli, 28 T/HR nömrəli əmrin qəbul edilməsindən 1 il müddət keçdikdən sonra 03.12.2021-ci il tarixdə məhkəmə müraciət etməklə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin üçüncü bəndinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır. Həmin Məcəllənin 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı Cavabdeh 19398,72 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı Cavabdeh 19398,72 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-597/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-597/2022
01.02.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver