Məhkəmə qərarları › İş №e-2(004)-600/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-600/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-600/2024 14.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4513,25 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu 66 manat tutulub "xxxx" MMC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixində Əmək məcəlləsinin tələblərinə uyğun olaraq bütün sənədlər qanuni qaydada imzalayaraq Cəmiyyətin Satış təmsilçisi vəzifəsinin öhtəliklərini öz üzərinə götürmüş və işə qəbul olunmuşdur. 2023-cü ilin Yanvar ayında işdən azad oluması ücün müraciət etmişdir. Müraciəti nəzərə alaraq balansında olan ticarət nöqtələrini və depozitləri şirkət əməkdaşına Audit nəzarəti ilə (yeni təyin olunmuş satış təmsilcisinə) təhvil verən zaman 5853,25 manat əskik aşkar olunmuşdur. Əskiklik bərəsində Cavabdeh xx.xx.2023-cü il tarixində izahat yazmış və yazdığı izahatda həmin məbləğin 3299 manat olduğunu qeyd etmişdir. Məbləğlər arasındakı fərqin səbəbini isə dükanların bağlanmasını və digər səbəblərin olduğunnu bildirmişdir. Son üç ayın balansında (balansında olan müştərilərin depozit borcları ) müştəri borcları ilə tanış olub və şəxsən imzalayıb. Cavabdeh hər ay 300 manat borcundan şirkətin xəzinəsinə ödəyəcəyinə söz versədə yalnız bir dəfə xx.xx.2023 cü il tarixdə 300 manat xx.xx.2023-cü il tarixində 1040 manat borcundan kassaya pul ödəmişdir. Beləliklə Cavabdeh şikətə 4513,25 manat olan borcunu ödəmir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbini qəbul edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Cavabdeh isə ərizə ilə iddia tələbini qəbul etdiyini bildirmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən məhkəmə tərəfindən araşdırılmır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4513,25 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu 66 manat tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəisnə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, və Mülki Məcəllənin 739-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4513,25 (dörd min beş yüz on üç manat 25 qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu 66 (altımış altı) manat tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar