Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-602/2025 06.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bağışlama müqaviləsinin, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bağışlama müqaviləsinin, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********97-1010 ( qeydiyyat nömrəsi **********) olan ((ümumi sahəsi 185-90 kv.m sahəsi, 0,038110 ha torpaq sahəsi) çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 15 iyul 1998-ci il tarixli, M-2\129 saylı bağışlama müqaviləsinin, 16 iyul 2011ci il tarixli, 2V-1-175 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 22 avqust 2013-cü il tarixli V-1-185 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 18 avqust 1995-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, onlardan doğan hüquqi nəticələrin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********97-1010 ( qeydiyyat nömrəsi **********) olan ((ümumi sahəsi 185-90 kv.m sahəsi, 0,038110 ha torpaq sahəsi) çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, onun mərhum əri X6 1971-ci ildən olaraq daimi qeydiyyatda olmaqla Yasamal rayonu 60 saylı Mənzil İstismar Sahəsinə aid olan, X31 küçəsi 160 saylı ünvanda qeydiyyatda olmaqla yaşamışdır. 1975-ci ildə rəsmi olaraq X6 ilə nikaha daxil olaraq Yasamal rayonu 60 saylı Mənzil İstismar Sahəsinə aid olan, X31 küçəsi 160 saylı ünvanda rəsmi olaraq qeydiyyata düşmüşdür. Yaşadığı mənzilin sahəsi 34 kvadmetrdir və onunla həmin mənzildə ondan başqa ailə üzvləri İddiaçı Fəzili qızı, X13, X10, nəvələri X19, X3, X11 yaşamaqla həmin mənzildə qeydiiyatdadırlar. Məzilə dair bütün komual xərclər ( işiq , su , qaz , telfon ) 50 ildir ki, onun tərəfindən ödənilir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 xx.xx.2021-ci il tarixdə onları məlumatlandırmadan və xəbərsiz olaraq qeyd olunan ünvanda evə dair ********** saylı qeydiyyat nömrəsi olan çıxarış əldə etmişlər və həmin evi əsassız olaraq xüsusi mülkiyyətlərinə keçirmişlər və çıxarış əldə etmişlər. Xüsusi mülkiyyətçi kimi qeyd olunan X4 isə həmin ünvanda qeydiyyatda belə yoxdur. Bakı Şəhər Oktyabr Xalq deputaları Soveti İcrayyə Komitəsinin xx.xx.1991-ci il tarixli 4/4 saylı qərarından görünür ki, mərhum əri X7 həmin evdə qeydiyyatdadır. Həmin vaxt mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciət edilib qeydiyyata alınsa da, bu günə qədər mənzil verilməmişdir. Bildirir ki, 1972-ci ildən mərhum əri X6, 1975-ci ildən sonra o və ailə üzvləri yaşadıqları mənzildən tam, mübahisəsiz istifadə etmiş, mübahisəsiz sahibliklərində olmuş, kommunal, telefon, su, elektrik, qaz enerjisi xərcləri tərəflərindən ödənilmişdir. Daha sonra, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, Bakı şəhəri, M.Fətəli küçəsində yerləşən 160 nömrəli fərdi yaşayış evini babası cavabdehin nənəsi X12 adına almışdır. Həmin ev alınarkən evin ümumi sahəsi 0.830 kv.m olmuşdur, bundan 0.2778 kv.m yaşayış evi, 0.101 kv.m torpaq sahəsi, qalan hissə isə evlə üzbəüz at saxlamaq üçün yer olmuşdur. Təxminən 1950-ci illərdə həmin atların saxlanılması üçünn olan hissə naməlum səbəbdən o vaxtkı Oktyabr rayonu MKİİ-nə keçmişdir. Daha sonra həmin ev qanun üzrə vərəsəlik qaydasında cavabdehin anasına və nənəsinin adına keçmişdir. İstər əvvəlki sənədlərdə, istərsə də vərəsəlik işlərində həmin fərdi yaşayış evinin ümumi sahəsi 0.3817 kv.m qeyd olunmuşdur. Həmin evə 1967-ci ildə cavabdehin anası X5 adına, o zaman qırmızı çıxarış deyilən yəni həm torpaq sahəsini, həm də ümumi evi əhatə edən çıxarış verilmişdir. DƏDRX-in 2011-ci il tarixdə verdiyi Çıxarışda yanlışlıq olduğundan və aşkar edildikdən sonra yenidən DƏDRX-ə müraciət olunmuş və 2021ci ildə həm evə, həm torpağa düzgün çıxarış verilmişdir. Bu çıxarış tam qanuni və əsaslı olmaqla hüquqlarının təminatıdır. Bundan başqa bildirir ki, M.Fətəli küçəsi, ev 160-da 5 ayrıayrı təsərrüfatı olan ailələr (cavabdeh öz ailəsi ilə, bacıları Qurbanova Ofeliya və İsayeva Esmira öz ailələri ilə və cavabdehin iki oğlu öz ailələri ilə) Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. X1 1971-ci ildə Yasamal rayonu 60 saylı MKİS-ə aid olan, X38 küçəsi 160 saylı evdə qeydiyyatda olmaqla yaşamışdır. 1975-ci ildə iddiaçı X6 ilə rəsmi nikaha daxil olmuş və həmin evə qeydiyyata düşmüşdür. Həmin evə iddiaçının ailə üzvləri də qeydiyyata düşmüşlər və mübahisəsiz olaraq sahiblik və istifadə edirlər. Həmin şəxslər 50 ildən çoxdur ki, həmin evdə yaşayırlar. Həmin evin sahəsi 34 kvadratmetrdir. Sonradan onlara məlum olmuşdur ki, cavabdehlər xx.xx.2021-ci il tarixdə iddiaçını məlumatlandırmadan, xəbərsiz olaraq qeyd edilən evə çıxarış əldə etmişlər. Bakı şəhəri Texniki inventarlaşdırma bürosu tərəfindən verilən arayışdan görünür ki, X8 həmin evə 1/8 hissədə, X5 3/8 hissədə payı olmuş, 4/8 hissə isə evlər idarəsinin balansında qalmışdır. Vəkil sorğusuna Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 60 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi 13 dekabr 2024-cü tarixli, 60 saylı məktubla verdiyi cavabdan görünür ki, X1 xx.xx.1971-ci ildən ölən günədək həmin ünvanda yaşamış və qeydiyyatda olmuşdur. 1975-ci il tarixdən İddiaçı, xx.xx.1997-ci il tarixdən X13, xx.xx.1999-cu il tarixdən X14, xx.xx.1999-cı il tarixindən X20, xx.xx.2003-ci il tarixdən X3, xx.xx.2007-ci il tarixdən X15 həmin evdə qeydiyyatda olmaqla yaşayırlar. Lakin məhkəməyə təqdim edilən vərəsəlik işlərinin biri istisna olmaqla qeyd edilən ünvanda qeydiyyatda olan şəxslər sırasında onların həmin ünvanda qeydiyyatda olduqları və yaşadıqları cavabdehlər tərəfindən gizlədilmişdir. Bakı şəhəri 5 saylı Dövlət Notariat Ofisində 2V-1-185 saylı vərəsəlik işində xx.xx.2013 tarixli 60 saylı MKİS-nin rəisi tərəfindən verilmiş arayışda həmin şəxslərin həmin ünvanda qeydiyyatda olmaqla yaşadıqları öz əksini tapmışdır. Cavabdehlər onlara məxsus olmayan, dövlətin balansında olan 4/8 hissəni öz adlarına rəsmiləşdirmişlər. Dövlət mülkiyyətində yaşayan vətəndaşların əmlakı özəlləşdirməsi könüllü xarakter daşıyır, yəni vəzifəsi deyil. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Həmin evin fərdi yaşayış evlərinə aidiyyatı yoxdur. Arayışda qeyd edilmişdir ki, evin 4/8 hissəsi Mənzil Kommunal İstismar Sahəsinə aiddir. Onlara dövlət həmin hissəni vermişdir. İddiaçının mərhum əri 1971-ci ildən həmin evdə yaşamışdır. Həmin ev cavabdehlərin xüsusi mülkiyyətində olsaydı, hal-hazırki vaxtadək cavabdehlər mülkiyyət hüquqlarının pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərdilər. 34 kvadratmetr sahədən ibarət evdə yaşayan X1 mənzil şəratinin yaxşılaşdırılması üçün qeydiyyata alınması barədə qərar məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim etdiyi, X2 mənzil şəratinin yaxşılaşdırılması üçün qeydiyyata alınması ilə bağlı qərarın verilməsindən sonra evdə heç bir artırma olmamışdır. İddiaçı evin Cavabdeh2 aid hissəsində yaşayır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçının belə bir iddia ilə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Cavabdehlərin babaları, nənələri iddiaçıya həmin evdə yaşamağa icazə vermişlər. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının evdən çıxarılması ilə bağlı Cavabdeh2 ilə iddiaçı arasında mübahisə olmadığından müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdir. Vərəsələrin dairəsi müəyyən edilərkən iddiaçı vərəsələrin dairəsinə daxil olmadığından notariusa dəvət edilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin nümayəndə və vəkillərinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışlara əsasən Bakı şəhəri, Yasamal rayonu, X38 küçəsi, ev 160 ünvanında yerləşən fərdi yaşayış evinin 6/8 hissəsi xx.xx.2011-ci il tarixdə Cavabdeh2 adına, digər 2/8 hissədən 2 otaq (y/s 39,6 kv.m) xx.xx.2010-cu il tarixdə Cavabdeh1 adına, digər 2/8 hissədən 2 otaq (y/s 29,7 kv.m) xx.xx.2013-cü il tarixdə X9 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X38 küçəsi, ev 160 ünvanında yerləşən fərdi yaşayış evinin 6/8 hissəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı 458192 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Çıxarışdan görünür ki, X7 və X16 xx.xx.1975-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayonu xalq deputatları soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 4/4 saylı Qərarına əsasən M.Fətəli küçəsi 160-da yaşayan X6 4 nədərdən ibarət ailəsi/özü, həyat yoldaşı, qızı ilə birlikdə yaşadığı yer üzrə mənzil qeydiyyatına qəbul edilmişdir. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X38 küçəsi, 160 saylı fərdi yaşayış evi Bakı şəhəri 5 DNK-nın 1V-212 reyestr nömrəli xx.xx.1995-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən xx.xx.1995-ci il tarixdə və 2V-1-125 reyestr nömrəli xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən xx.xx.2011-ci il tarixdə Cavabdeh2 adına (6/8 hissə) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri 5 DNK-nın 2V-1-185 reyestr nömrəli xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2013-cü il tarixdə Cavabdeh3 adına (2/8 hissədən 2 otaq y/s 29,7 kv.m) qeydiyyatdan keşmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri 19 DNK-nın 3M/2 reysestr nömrəli xx.xx.1998-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.1998-ci il tarixdə Cavabdeh1 adına (2/8 hissədən 2 otaq y/s 39,6 kv.m) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri 19 DNK-nın 3M/2/129 reysestr nömrəli xx.xx.1998-ci il tarixli, X17 və Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsinə əsasən X17 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X38 küçəsi, 160 saylı fərdi yaşayış evinin 2/8 hissədən 2 otaq y/s 39,6 kv.metrini oğlu Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan Bakı şəhəri 5 DNK-nın 2V-1-125 reyestr nömrəli xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1992-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi Cavabdeh2 hesabe dilməklə, miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə miras qoyana məxsus 1/8 hissə paydan ibarətdir. İş materiallarında olan Bakı şəhəri 5 DNK-nın 2V-1-185 reyestr nömrəli xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2013-cü il tarixdə vəfat etmiş X8 vərəsəsi qızı Cavabdeh3 olmaqla, miras əmlakdan tam hissədə irs almışdır. Şəhadətnamə verilən miras əmlak ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə miras qoyana məxsus 2/8 hissədən otaqdan ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmetini təşkil edən Bakı şəhəri, Yasamal rayonu, X38 küçəsi, 160 saylı fərdi yaşayış evi Bakı şəhəri 5 DNK-nın 1V-212 reyestr nömrəli xx.xx.1995-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən xx.xx.1995-ci il tarixdə və 2V-1-125 reyestr nömrəli xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən xx.xx.2011-ci il tarixdə Cavabdeh2 adına (6/8 hissə) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X38 küçəsi, ev 160 ünvanında yerləşən fərdi yaşayış evinin 6/8 hissəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 5 DNK-nın 2V-1-185 reyestr nömrəli xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2013-cü il tarixdə Cavabdeh3 adına (2/8 hissədən 2 otaq y/s 29,7 kv.m) qeydiyyatdan keşmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri 19 DNK-nın 3M/2 reysestr nömrəli xx.xx.1998-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.1998-ci il tarixdə Cavabdeh1 adına (2/8 hissədən 2 otaq y/s 39,6 kv.m) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Hazırda iddiaçı 15 iyul 1998-ci il tarixli, M-2\129 saylı bağışlama müqaviləsinin, 16 iyul 2011-ci il tarixli, 2V-1-175 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 22 avqust 2013-cü il tarixli V-1-185 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 18 avqust 1995-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, onlardan doğan hüquqi nəticələrin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********97-1010 (qeydiyyat nömrəsi **********) olan ((ümumi sahəsi 185-90 kv.m sahəsi, 0,038110 ha torpaq sahəsi) çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəfin tələbinin əsası kimi istinad etdiyi dəlilə münasibət bildirərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə cavabdeh kimi qeyd edilmiş şəxslərin bir birilə qohumluq əlaqəsində olmaları istisna edilmir. Bakı şəhəri, Yasamal rayonu, X38 küçəsi, ev 160 ünvanında yerləşən fərdi yaşayış evi cavabdehlərin ulu babalarından onlara miras qalmış, növbəliliyə əsasən yekun olaraq cavabdehlərin mülkiyyətinə keçmişdir. Mübahisə predmeti olan daşınmaz əmlaka dair cavabdehlərin mülkiyyət hüququ vərəsəlik qaydasında və bağışlanma müqaviləsi əsasında əldə edilmişdir. İddiaçı isə hazırda sözügedən mübahisəli mənzilin cavabdehlərin mülkiyyətinə keçməsini təmin edən hüquqi əsasları mübahisələndirir. Lakin 15 iyul 1998-ci il tarixli, M-2\129 saylı bağışlama müqaviləsinin, 16 iyul 2011-ci il tarixli, 2V-1-175 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 22 avqust 2013-cü il tarixli V-1-185 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 18 avqust 1995ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Qeyd edilən vərəsəlik hüququ haqqında şəhadərnamələrin verilməsi zamanı, bağışlanma müqaviləsinin bağlanması zamanı qanunvericiliyin tələblərinə riayət edilmişdir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən aktiv sübutetmə prosessual fəaliyyət təmin edilməmiş, iddia tələbinin dəlilləri əsaslandırılmamış, hətta tələb üzrə faktiki münasibətlər barədə də məhkəməyə sənəd, sübut və ya materiallar təqdim edilməmişdir. Məhkəmə öz təşəbbüsü ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə sorğu ünvanlamış və sorğuya verilən cavab məktubuna əsasən cavabdehlər tərəfindən əmlakın əldə edilməsinin qanunsuzluğu əsasları, vərəsəlik şəhadətnamələrinin ləğvi və ya iddiaçının mübahisə predmeti olan daşınmaz əmlaka dair mülkiyyət hüququnun olması, mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları müəyyən edilməmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdyi faktları təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin tərəflər, qohumlar arasında uzun illər əvvəl mövcud olmuş hüquqi və ya faktiki vəziyyətlə bağlı hər hansı məlumatı olmadan öz təşəbbüsü ilə araşdırma aparması ağlabatan deyildir. Tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla, iş materialları ilə də təsdiq olunur ki, iddiaçının mübahisələndirdiyi Bakı şəhəri, Yasamal rayonu, X38 küçəsi, 160 saylı fərdi yaşayış evi məhz Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh2 adına qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, X38 küçəsi, ev 160 ünvanında yerləşən fərdi yaşayış evinin 6/8 hissəsidir. Göstərilən xüsusat mülki işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, hazırda qüvvədə olan Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Sözügedən prezumpsiya (prinsip) bütün dövrlərdə (münasibətlərin yarandığı dövrü də götürsək) qüvvədə olmuşdur. İddianın perspektivinin olmaması nəzərə alınmaqla vərəsəlik hüquq normalarının açıqlanmasına, təhlilinə məhkəmə zərurət görmür. Məhkəmə həmçinin iddia tələbinin “onlardan doğan hüquqi nəticələrin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********97-1010 ( qeydiyyat nömrəsi **********) olan ((ümumi sahəsi 185-90 kv.m sahəsi, 0,038110 ha torpaq sahəsi) çıxarışın ləğv edilməsi” hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə 15 iyul 1998-ci il tarixli, M-2\129 saylı bağışlama müqaviləsinin, 16 iyul 2011-ci il tarixli, 2V-1-175 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 22 avqust 2013-cü il tarixli V-1-185 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 18 avqust 1995-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsindən aslı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia 15 iyul 1998-ci il tarixli, M-2\129 saylı bağışlama müqaviləsinin, 16 iyul 2011-ci il tarixli, 2V-1-175 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 22 avqust 2013-cü il tarixli V-1-185 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 18 avqust 1995-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, həmin hissələrdə də iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bağışlama müqaviləsinin, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddiaların qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bağışlama müqaviləsinin, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-602/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-602/2025
06.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver