Məhkəmə qərarları › İş №e-2(004)-604/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(004)-604/2025

03.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-604/2025 03.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X18 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Fərux qızının Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Fərux qızı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, ev 57 ünvanında yerləşən 28 nömrəli mənzildə yaşayış sahəsindən istifadə hüququnun qazanmamış hesab edilməsi və yaşayış sahəsindən çıxarılması, eyni zamanda məhkəmədən həmin qətnamənin Cavabdeh evdən qeydiyyatdan çıxarılması üçün əsas olmasına dair qeydin aparılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2013-cü il tarixli çıxarışına əsasən onun ünvan 1 ünvanında yerləşən 28 nömrəli mənzil üzərində xüsusi mülkiyyət hüququ tam payla qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan məlum olur ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 28 nömrəli mənzildə, yəni onun mülkiyyətində olan mənzildə qeydiyatdadır. Cavabdeh onun mülkiyyətində olan mənzildə qeydiyyatda olması onun mülkiyyətçi kimi hüquqlarını pozur, konstitusion hüquqlarının həyata keçirlməsinə imkan vermir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı(əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlər malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-i maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi yaşayış sahəsindən istifadə hüququ ilə bağlı hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarında yaşayış sahəsindən istifadə hüququnun yaranmassı üçün şəxsin yaşayış sahəsinə köçməsi ilə əlaqələndirilir. Lakin cavabdeh ünvan 1 ünvanında yerləşən 28 nömrəli mənzildə yaşamamış, ona görə də cavabdehin bu mənzildə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün şəxsin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Bu səbəbdən də cavabdehin hazırda ona məxsus ünvan 1 ünvanında yerləşən 28 nömrəli mənzildə qeydiyyatı formal xarakter daşıyır, bu mənzillə bağlı heç bir hüquqi nəticələrə səbəb olmur (cavabdehin qeyd olunan mənzildə yaşamaması ilə bağlı ailə üzvləri və qonşular tərəfindən imzalanan akt və "xxxx" MTK-nın arayışıəlavə edilir). “Yaşayış yeri və olduğu yer qeydiyyatı haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəailiyyət qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Həmin qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) Yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən. 2) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında cavabdehlərin mülkiyyətində olan mənzildə qeydiyyatda olması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır və tərəfindən əlavə xərclərin ödənilməsinə səbəb olur. Belə ki, cavabdehlərin mənzilində qeydiyyatda olduqları üçün o, həmin mənzilin tam hüquqlu mülkiyyətçisi kimi onun barəsində sərəncam verməkdə sərbəst deyil. Bundan da əlavə o, mənzildə qeydiyatda olan şəxslərin sayına görə kommunal xərclər ödəyir. Beləliklə, cavabdehin ona məxsus ünvan 1 ünvanında yerləşən 28 nömrəli mənzildə qeydiyyatı formal xarakter daşıdığından o, bu mənzildə yaşayış sahəsindən istifadə hüququ qazanmamışdır. Daha sonra iddiaçının vəkili Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, ev 57 ünvanında yerləşən 28 nömrəli mənzildə yaşayış sahəsindən istifadə hüququ olmamasının müəyyən edilməsi və eyni zamanda həmin qətnamənin Cavabdeh evdən qeydiyyatdan çıxarılması üçün əsas olmasına dair qeydin aparılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-604/2025 saylı qərardadı ilə İddiaçı Fərux qızının Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu iddia tələbini müdafiə edərək, iddia tələbinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh iddiaçının oğludur. Bakı şəhərinddə qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ki, Oğuz rayonunda yaşayır. İş üzrə akt və arayışı məhkəməyə təqdim etmiş, orada cavabdehin həmin evdə yaşamaması öz əksini tapmışdı. Həmin aktı cavabdehin ailə üzvləri də imzalayıblar. Ümumiyyətlə cavabdeh atası vəfat etdikdən sonra müəyyən əmlakları satdığına görə iddiaçı bundan narahatlıq keçirir və buna görə də iddia qaldırıb. Cavabdeh evlənədək bu ünvanda yaşayıb. Lakin evləndikdən sonra Oğuz rayonunda yaşamağa başlayıb. Göstərilənləri nəzərə alıb məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX, ******* saylı çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 57, mənzil 28 tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. - Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin AZ-İİ № 392144 saylı, xx.xx.2023cü il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı, xx.xx.1965; X11, xx.xx.2017; Cavabdeh, xx.xx.1984; X8, xx.xx.1990 ünvan 3 ünvanında qeydiyyatdadırlar. - "xxxx" MTK-nın KM-025/24 saylı, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli arayışlarına əsasən ünvan 4 ünvanda yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Vətəndaş Cavabdeh ünvan 4 binada yerləşən 28 nömrəli mənzildə heç vaxt yaşamamışdır və hal-hazırda da yaşamır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən mülkiyyətində olan ünvan 3 ünvanından Cavabdeh qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. - Oğuz Rayon Məhkəməsinin 2(054)-392/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, iddiaçı X9 ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2011-ci il tarixdə Oğuz rayonu, Kərimli kənd İcra Nümayəndəliyində 24 nömrə ilə qeyd edilən nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yanında qalması, Cavabdeh hər ay hər uşaq üçün 170 manat – cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq xx.xx.2013-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yerkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçı X3 verilməsi qət edilmişdir. - X8, X12, X4, X10, X13, X7, X16 və X17 tərəfindən tərtib olunmuş 06 noyabr 2024cü il tarixli akta əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, ev 57 ünvanında yerləşən 28 nömrəli mənzildə Cavabdeh yaşamadığını öz imzaları ilə təsdiq etmişlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, İddiaçı Fərux qızı mübahisə predmeti olan mənzilin mülkiyyətçisidir. Cavabdeh iddiaçının oğludur. "xxxx" MTK-nın KM- 025/24 saylı, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli arayışlarına əsasən ünvan 4 ünvanda yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Vətəndaş Cavabdeh ünvan 4 binada yerləşən 28 nömrəli mənzildə heç vaxt yaşamamışdır və hal-hazırda da yaşamır. Qeyd edilən hallar iddiaçının nümayəndəsinin izahatı və iş materialları ilə təsdiq olunur. Hal-hazırda iddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, ev 57 ünvanında yerləşən 28 nömrəli mənzildə yaşayış sahəsindən istifadə hüququ olmamasının müəyyən edilməsi və eyni zamanda həmin qətnamənin Cavabdeh evdən qeydiyyatdan çıxarılması üçün əsas olmasına dair qeydin aparılmasını tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddiaya dair etirazını və yaxud iddianın əksini sübut edən hər hansı mötəbər dəlilini məhkəməyə təqdim etməmişdir. Hansı ki, Mülki Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Konstitusiya Məhkəməsinin Plenumunu xx.xx.2001-ci il tarixli qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə müvafiq olaraq, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Konstitusiya Məhkəməsinin Plenumunu xx.xx.2016-cı il tarixli qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Belə ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Qanunverici, ailə üzvünün mənzildən istifadə hüququnu mənzil şəraitində yaşama ehtiyacının məhz mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasına görə müəyyənləşdirmişdir. Yəni, mənzildən istifadə hüququ olsa belə sonradan hüququn meydana gəlməsinə səbəb olan hallar aradan qalxdıqda həmin hüququn özü də itirilir. Bu baxımdan, istifadə hüququnun sahibi, özünün mənzil tələbatını başqa yerdə ödəmək imkanı qazanmışsa, yaxud köçmək üçün ayrıca mənzili varsa onun mənzildən istifadə hüququ aradan qalxır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı Fərux qızına məxsus ünvan 6 ünvanında yerləşən 28 nömrəli mənzilə istifadə hüququnun olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı Fərux qızına məxsus ünvan 7 ünvanında yerləşən 28 nömrəli mənzilə istifadə hüququnun olmaması müəyyən edilsin. Qətnamə Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 57 ünvanında yerləşən 28 nömrəli mənzilə qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamə rəsmi alındıqdan sonra 10 (on) gün müddətində onun ləğvi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verilə bilər və ya şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar