Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6076/2025 05.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK-ya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə yerləşən 4 bloklu 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 209 kv.m olan 89 nömrəli mənzildən Cavabdeh və onunla yaşayan ailə üzvlərinin (digər şəxslərin) çıxarılmaları, mənzilin boşaldılması və iddiaçının sahibliyinə və istifadəsinə verilməsi, iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdeh və onun ailə üzvləri (digər şəxslər) tərəfindən yaradılan maneələrə son qoyulması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Sülh və Dostluq küçələrinin kəsişdiyi 36-cı məhəllədə yerləşən və yeni inşa edilən çoxmərtəbəli yaşayış evindən mənzil almaq üçün həmin ünvanda yaşayış evlərinin tikintisini aparan və fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X11 ilə cavabdehlərdən Cavabdeh anası X3 arasında ümumi sahəsi 50 kv.m olan bir otaqlı mənzilin tikintisi barədə xx.xx.2005-ci il tarixli müqavilə bağlanmış və mənzilin tam dəyərinin təşkil edən 12000 ABŞ dolları Şakir Hüseynova ödənilmişdir. Müqaviləyə görə bir kvadrat metrinin dəyəri 280 ABŞ dolları təşkil edən mənzil 2 il müddətinə inşa edilərək Məhəbbət Ərəbxanovaya təhvil verilməli idi. xx.xx.2006-cı il tarixində tərəflər arasında əldə olunmuş ümumi razılığa əsasən bir kvadrat metrinin satış qiyməti 250 ABŞ dolları hesablanmaqla həmin binada 75.5 kv.m ümumi sahəsi olan mənzilin tikintisi haqqında yeni müqavilə bağlanmışdır. Şakir Hüseynov müəyyən səbəblərdən mənzilin inşasını başa çatdıra bilməmiş və 2009-cu ildə isə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhəbbət Ərəbxanova 2013-cü ildə Şakir Hüseynova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müqavilədə inşası nəzərdə tutulmuş mənzilə görə ödənilən 12000 ABŞ dolları pul vəsaitinin Şakir Hüseynovdan tutularaq Məhəbbət Ərəbxanovaya ödənilməsi qət edilmişdir. Məhəbbət Ərəbxanova həmin qətnamədən apellyasiya şikayəti vermiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2058/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilmiş və X10 Ərəbxanovanın xeyrinə 30000 manat pul vəsaitinin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4279/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2058/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yekun məhkəmə aktı qəbul edildikdən sonra Şakir Hüseynov 30000 manat pul vəsaitini Məhəbbət Ərəbxanovaya ödəməyə hazır olduğunu bildirmiş, lakin Məhəbbət Ərəbxanova həmin pul vəsaiti ilə həmin dövrdə ev ala bilməyəcəyinin nəzərə alınaraq ev alına biləcək pul vəsaitini tamamlayana qədər Şakir Hüseynovdan inşa etdiyi mənzillərdən birində müvəqqəti yaşamaq üçün ona şərait yaratmasını xahiş etmişdir. Şakir Hüseynov da humanist addım ataraq həmin dövrdə inşa edilməkdə olan Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə yerləşən 4 bloklu 16 mərtəbəli yaşayış binasında 3-cü blok, 5-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 209 kv.m olan 89 nömrəli mənzildə Məhəbbət Ərəbxanovanın ailə üzvləri ilə birlikdə müvəqqəti yaşamasına icazə vermişdir. Məhəbbət Ərəbxanova qısa müddət ərzində başqa ev almaq üçün pulu tamamlayana qədər həmin evdə yaşayacağını, pulu tamamladıqdan sonra isə məhkəmə qərarında göstərilən 30000 manatı da Şakir Hüseynovdan alaraq mənzildən çıxacağını bildirmişdir. 2016-cı ildə Şakir Hüseynov cəzaçəkmə müəssisəsində vəfat etmiş, Məhəbbət Əmirxanova isə həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşamağa davam etmişdir. 2020-ci ildə Məhəbbət Ərəbxanova vəfat etmişdir. İddiaçı MTK Məhəbbət Əmirxanova vəfat edənə qədər ondan, mərhumun vəfatından sonra isə həmin mənzildə yaşamaqda davam edən mərhumun qızı, hazırki iddia tələbi üzrə Cavabdeh həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsini dəfələrlə tələb etmiş, lakin həm mərhum Məhəbbət Ərəbxanova, həm də cavabdeh hər dəfə bir az daha vaxt istəyərək mənzilin təhvil verilməsindən yayınmışlar. Həm mərhum Şakir Hüseynovun, həm də İddiaçı MTK-nın humanist münasibətindən istifadə edə cavabdeh heç bir hüquqi əsası olmadan iddiaçının balansında olan mənzildə yaşamağa davam etmiş, uzun illər ərzində iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. X12 tutulması qət edilmiş 30000 manat pul vəsaitinin istənilən an mərhum Məhəbbət Əmirxanovanın vərəsəsi Cavabdeh ödəməyə hazır olduğu barədə İddiaçı MTK-nın təkliflərinə baxmayaraq, cavabdeh öz qanunsuz hərəkətlərinə davam edərək mənzili zəbt etməkdədir. Daha sonra İddiaçı MTK iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı tam etiraf edərək, iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. İş materiallarında olan “İcraçı” X11 ilə “Payçı” X3 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən şəhər Sülh və Dostluq küçəsinin kəsişdiyi 36-cı məhəllədə olan 14 mərtəbəli yaşayış evinin İİ blok, İİİ mərtəbə, ümumi sahəsi 50 kv.metr olan - №-li mənzil izolə olunmuş 1 otaqdan ibarət olub bir pay kimi verilir. İş materiallarında olan xx.xx.2005-ci il tarixli 10 nömrəli mədaxil qəbzinə əsasən X3 alınmış yaşayış binasında mənzilin dəyəri olan 56 760 000 (əlli altı milyon yeddi yüz altmış min) manat məbləğində pulu fiziki şəxs Şakir Hüseynova ödəmişdir. İş materiallarında olan İddiaçı MTK-nın xx.xx.2025-ci il tarixli, 87/19 nömrəli məktubuna əsasən Cavabdeh hazırda, mərhum anası X1 müvəqqəti olaraq yerləşdirildiyi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166-cı məhəllədə yerləşən 4 bloklu 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 209 kv.m olan 89 nömrəli mənzildə qanunsuz olaraq yaşamağa davam edir. İş materiallarında olan İddiaçı MTK-nın xx.xx.2025-ci il tarixli, 87/20 nömrəli arayışına əsasən mərhum anası X1 vəfatından sonra, vətəndaş Cavabdeh, anasının müvəqqəti olaraq yerləşdirildiyi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166-cı məhəllədə yerləşən 4 bloklu 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 209 kv.m ölan 89 nömrəli mənzildə qanunsuz olaraq yaşamağa davam edir. İş materiallarında olan Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli, 326 nömrəli məktubuna əsasən xx.xx.2016-cı ildə vəfat etmiş, ünvan 1 ünvanda qeydiyyatda olan X6 vərəsəsinin dairəsi müəyyən edilib. Vərəsəsi oğlu - X8r. İş materiallarında olan Bakı şəhər Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İ 819535 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X11 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 209 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan SSR Quba rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1979-cu il tarixdə verilmiş Vİ-ЖГ 459585 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh xx.xx.1970-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 2 nömrə ilə qeyd edilmişdir. X13 Ədiloviç, anası X4r. İş materiallarında olan Bakı şəhər Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ 083926 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 156 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 3554 nömrəli məktubuna əsasən X1 xx.xx.2020-ci il tarixdə vəfat etməsi və Cavabdeh miras qoyanın tək vərəsəsi olması müəyyən edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(103)-2058/2014 nömrəli qətnaməsinə əsasən apellyasiya şiakyəti qismən təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2013-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı X1 cavabdeh X7 qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh X5 iddiaçı X1 xeyrinə 30000 (otuz min) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(102)-4279/2014 nömrəli qərarına əsasən iş üzrə cavabdeh X6 nümayəndəsinin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 12 may 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülk Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X11 ilə Cavabdeh anası X3 arasında ümumi sahəsi 50 kv.m olan bir otaqlı mənzilin tikintisi barədə xx.xx.2005-ci il tarixli müqavilə bağlanmış və mənzilin tam dəyəri Şakir Hüseynova ödənilmişdir. Müqaviləyə görə mənzil 2 il müddətinə inşa edilərək X2 təhvil verilməli olsa da, X11 mənzilin inşasını başa çatdıra bilməmiş və 2009-cu ildə isə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X3 2013-cü ildə X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müqavilədə inşası nəzərdə tutulmuş mənzilə görə ödənilən 12000 ABŞ dolları pul vəsaitinin X5 tutularaq Məhəbbət Ərəbxanovaya ödənilməsi qət edilmişdir. X3 həmin qətnamədən apellyasiya şikayəti vermiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2058/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilmiş və X5 X1 xeyrinə 30000 manat pul vəsaitinin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4279/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2058/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yekun məhkəmə aktı qəbul edildikdən sonra X11 30000 manat pul vəsaitini X2 ödəməyə hazır olduğunu bildirmiş, lakin X3 həmin pul vəsaiti ilə həmin dövrdə ev ala bilməyəcəyinin nəzərə alınaraq ev alına biləcək pul vəsaitini tamamlayana qədər X5 inşa etdiyi mənzillərdən birində müvəqqəti yaşamaq üçün ona şərait yaratmasını xahiş etmiş, X11 da həmin dövrdə inşa edilməkdə olan Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə yerləşən 4 bloklu 16 mərtəbəli yaşayış binasında 3-cü blok, 5-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 209 kv.m olan 89 nömrəli mənzildə X1 ailə üzvləri ilə birlikdə müvəqqəti yaşamasına icazə vermişdir. 2016-cı ildə X11 cəzaçəkmə müəssisəsində vəfat etmiş, X3 isə həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşamağa davam etmiş, 2020-ci ildə X3 vəfat etmişdir. İddiaçı MTK X3 vəfat edənə qədər ondan, mərhumun vəfatından sonra isə həmin mənzildə yaşamaqda davam edən mərhumun qızı, hazırki iddia tələbi üzrə Cavabdeh həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsini dəfələrlə tələb etmiş, lakin həm mərhum X3, həm də cavabdeh vaxt istəyərək mənzilin təhvil verilməsindən yayınmışlar. Hazırda İddiaçı MTK Cavabdeh mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı tam etiraf edərək, iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını və cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə yerləşən 4 bloklu, 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 209 kv.m olan 89 nömrəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçınə təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə yerləşən 4 bloklu, 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 209 kv.m olan 89 nömrəli mənzildən çıxarılsın və mənzil boşaldılaraq İddiaçınə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minirİddia təmin edilsin. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-6076/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6076/2025
05.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver