Məhkəmə qərarları › İş №e-2(004)-617/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-617/2025

11.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-617/2025 11.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7inin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7inə qarşı (Gəncə şəhər Sukanal İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 Gəncə şəhər Sukanal İdarəsinə qarşı “əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 Gəncə Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 30-K nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əmək fəaliyyətinə Kəlbəcər rayon İstisu Kurort Ticarəti İdarəsində başlamışdır. Bugünədək ümumi iş stajı 39 ildir. Ədliyyə Nazirliyinin müxtəlif qrumlarında da əmək fəaliyyəti olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək X6 Səhimdar Cəmiyyətində rəhbərlik yanında aparatda 12-ci dərəcə ilə hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X7 Gəncə Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 30-K nömrəli əmri ilə ştat vahidi ixtisar edildiyinə görə onunla əmək müqaviləsinə xitam verilmişdir. Şəkərli diabetdən əziyyət çəkir və məcburi köçkündür. Bütün bu kateqoriyadan olan işçi olmağı mənim əmək müqaviləsinə xitam verilməsinin qarşısını almalı idi. Lakin cavabdeh bunların heç birini nəzərə almamışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5296/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 Gəncə şəhər Sukanal İdarəsinə qarşı “əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilərək, əsl cavabdeh kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7in olması müəyyən edilərək, mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 Gəncə şəhər Sukanal İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra, iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 Gəncə Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 30-K nömrəli əmrinin ləğv edilməsi, hüquq məsləhətçisi vəzifəsinə bərpa edilməsi, o mümkün olmadıqda isə ona bərabər vəzifəyə təyin edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddiaçı şəkərli diabetdən əziyyət çəkir və məcburi köçkündür. İddiaçı ilə işdə saxlanılan şəxsin peşə ixtisasına uyğunluq məsələsi düzgün yoxlanılmamışdır. Həmkarlar İttifaqının rəyi düzgün tərtib edilməmişdir. İddiaçıya ixtisasına uyğun olmayan iş təklif edilmişdir. Həmkarlar İttifaqının rəyinin tərtib edilməsinin və digər proseslərin bir gün ərzində həyata keçirilməsi iddiaçıya qarşı qərəzli mövqenin göstəricisidir. İşdə saxlanılan şəxsin diplomunun qanunla müəyyən edilmiş qaydada tanınması ilə bağlı sənəd cavabdeh tərəfindən əlavə edilməmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Nümayəndə və vəkilinin dedikləri ilə razıdır. Əlavəsi yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7inin nümayəndəsi X5 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Ştat ixtisarından sonra yalnız bir hüquqşünas saxlanılmışdır. Həmin hüquqşünas 2011-ci ildən "xxxx" ASC-də işləyir. İşəgötürən həmin hüquqşünasın əmək stajını və peşəkarlıq səviyyəsini nəzərə almışdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh müəsissədə işçinin diplomunun tanındıqdan sonra işə götürülməsi ilə bağlı tələb yoxdur. Hal-hazırda həmin idarədə 1 hüquq məsləhətçisi ştatı vardır. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.Belə ki, iş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 Gəncə şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 231-k saylı əmrinə əsasən X4 onunla bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 Gəncə şəhər Sukanal İdarəsinin Rəhbərlik yanında aparata 10-cu dərəcə ilə hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Gəncə Sukanal TSC-nin hüquq məsləhətçisi İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7in xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7in strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 4 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün o bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əmək haqqının 0,9 misli miqdarında birdəfəyə ödənilməsi ilə onunla bağlanmış əmək müqaviləsi müraciət etdiyi gündən ləğv edilə bilər. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 Gəncə şəhər Sukanal İdarəsinin hüquq məsləhətçisi İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli iş təklifi haqqında məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7in xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7in strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə ləğv ediləcəkdir. Bununla əlaqədar ona Gəncə şəhər Sukanal İdarəsində Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsində vakant olan kadrlar üzrə mütəxəssis ştatı təklif edilir və xahiş olunur ki, bununla bağlı yazılı surətdə Gəncə Sukanal TSC-yə öz fikrini bildirsin. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7i Gəncə şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 30-k nömrəli əmrinə əsasən hüquq məsləhətçisi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7in təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. İddiaçı ƏM-nin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 4 il 0 ay 17 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdənçıxarma müavinətinin verilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 18 təqvim gününün pul əvəzinin ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7i Gəncə şəhər Sukanal İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Gəncə Sukanal” TSC-nin X1 ünvanladıqları 01-01/3-27 saylı xx.xx.2024-ci il tarixli məktuba əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizat Xidməti” X7in xx.xx.2024-cü il tarixli, 09-nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7in strukturuna daxil olan tabe qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən Rəhbərlik yanında aparatda hüquq məsləhətçisi İddiaçı tutduğu peşə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Bununla əlaqədar idarə rəhbərliyi tərəfindən İddiaçı Gəncə şəhər Sukanal İdarəsində Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsində vakant olan kadrlar üzrə mütəxəssis ştatı rəsmi olaraq təklif edilmişdir. Lakin İddiaçı həmin vəzifədən imtina etdiyi göstərilmişdir. Bütün bunları nəzərə alaraq X2 həmin məktuba cavab olaraq əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada İddiaçı təklif edilmiş işdən imtina etdiyi üçün tutduğu peşə üzrə ştat vahidinin ixtisar olunaraq xitam verilməsinə etiraz etmirlər. İş materiallarında olan "xxxx" MMC-nin “Gəncə Sukanal” TSC-nin qulluqçularının xx.xx.2024-cü il tarixdən qüvvədə olan Ştat cədvəlindən görünür ki, Rəhbərlik yanında aparatda hüquq məsləhətçisi vəzifəsi üzrə ştat vahidinin sayı 2 olmuşdur. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7in Gəncə şəhər Sukanal İdarəsinin qulluqçularının xx.xx.2024-cü il tarixdən qüvvədə olan Ştat cədvəlindən görünür ki, Rəhbərlik yanında aparatda hüquq məsləhətçisi vəzifəsi üzrə ştat vahidinin sayı 1 olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 76.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Əmək Məcəlləsinin 77.4-cü maddəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Əmək Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2nın qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X1 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X2 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 Gəncə şəhər Sukanal İdarəsinin Rəhbərlik yanında aparata 10-cu dərəcə ilə hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir. "xxxx" ASC tərəfindən Gəncə Sukanal TSC-nin hüquq məsləhətçisi İddiaçı xx.xx.2024-cü il tarixdə Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubu ünvanlanaraq ona bildirilmişdir ki, "xxxx" ASC-nin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7in xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7in strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 4 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Bununla yanaşı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 Gəncə şəhər Sukanal İdarəsi hüquq məsləhətçisi İddiaçı xx.xx.2024-cü il tarixli iş təklifi haqqında məktub ünvanlayaraq ona Gəncə şəhər Sukanal İdarəsində Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsində vakant olan kadrlar üzrə mütəxəssis ştatı təklif etmiş və bununla bağlı yazılı surətdə Gəncə Sukanal TSC-yə öz fikrini bildirməsi xahiş olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndində qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsi üçün “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinin razılığının alınması məqsədilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7i Gəncə şəhər Sukanal İdarəsi tərəfindən “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinə müvafiq təqdimat ünvanlanmış, həmin təqdimata cavab olaraq “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsi xx.xx.2024-cü il tarixli məktubla əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada İddiaçı təklif edilmiş işdən imtina etdiyi üçün tutduğu peşə üzrə ştat vahidinin ixtisar olunaraq xitam verilməsinə etiraz etmədiklərini bildirmişlər. Bundan sonra, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7i Gəncə şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 30-k nömrəli əmrinə əsasən hüquq məsləhətçisi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7in təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Hazırda İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 Gəncə Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 30-K nömrəli əmrinin ləğv edilməsi, hüquq məsləhətçisi vəzifəsinə bərpa edilməsi, o mümkün olmadıqda isə ona bərabər vəzifəyə təyin edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin hallarından görünür ki, İddiaçı işdən çıxarılmasının qanunsuz olmasını iddia etsə də, qeyd edilən faktla bağlı hər hansı mətəbər sübutu, dəlili məhkəməyə təqdim edə bilməmiş, məhkəmə araşdırması zamanı qeyd edilən fakt öz təsdiqini tapmamışdır. Belə ki, "xxxx" MMCnin “Gəncə Sukanal” TSC-nin qulluqçularının xx.xx.2024-cü il tarixdən qüvvədə olan Ştat cədvəli ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7in Gəncə şəhər Sukanal İdarəsinin qulluqçularının xx.xx.2024-cü il tarixdən qüvvədə olan Ştat cədvəlinin müqayisəli təhlilindən görünür ki, xx.xx.2024-cü il tarixədək Rəhbərlik yanında aparatda hüquq məsləhətçisi vəzifəsi üzrə ştat vahidinin sayı 2 olsa da, xx.xx.2024-cü il tarixdən həmin ştat vahidi üzrə ştatların sayı 1-ə endirilmişdir. Müvafiq olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndində qeyd edilən əsasla İddiaçı əmək müqaviləsinə xitam verilməsi üçün “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinin razılığının alınması məqsədilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7i Gəncə şəhər Sukanal İdarəsi tərəfindən “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinə müvafiq təqdimat ünvanlanmış, həmin təqdimata cavab olaraq “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsi xx.xx.2024-cü il tarixli məktubla əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada İddiaçı əmək müqaviləsinə onun tutduğu vəzifə üzrə ştat vahidi ixtisar olunduğundan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin "b” bəndində qeyd edilən əsasla xitam verilməsinə etiraz etmədikləri bildirilmişdir. Bununla yanaşı, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 Gəncə şəhər Sukanal İdarəsi hüquq məsləhətçisi İddiaçı xx.xx.2024-cü il tarixli iş təklifi haqqında məktub ünvanlayaraq ona Gəncə şəhər Sukanal İdarəsində Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsində vakant olan kadrlar üzrə mütəxəssis ştatı təklif etmiş və bununla bağlı yazılı surətdə Gəncə Sukanal TSC-yə öz fikrini bildirməsi xahiş olunmuş, lakin iddiaçı tərəfindən hər hansı müsbət istiqamətdə geri dönüş edilməmişdir. Məhkəmə həmçinin iddiaçının onun işdə saxlanması ilə bağlı üstünlük hüququnun olması ilə bağlı fikrinə münasibət bildirərək qeyd edir ki, iddiaçı işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxs olmasını qeyd etsə də, AR Əmək Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcudluğuna dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Odur ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 Gəncə şəhər Sukanal İdarəsi tərəfindən Rəhbərlik yanında aparatda hüquq məsləhətçisi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ştat vahidi ixtisar edildiyinə görə AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilərkən qanunvericiliyin hər hansı tələbi pozulmamış, əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunvericiliyin tələblərinə müvafiq qaydada tərtib edilmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7inə qarşı (Gəncə Sukanal İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7inə qarşı (Gəncə Sukanal İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar