Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-621/2021 10.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun Cavabdeh istifadə və sahibliyində olan, Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev 57 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx xxxxxx 1982-ci il tarixdə Bakı səhəri Nəsimi rayon VVAQŞ-də 445 saylı akt qeydi ilə qeydə alınaraq rəsmi nakaha daxil olmuşdur. Hazırda Azərbaycan Respublikasının əməkdar artistidir. 2017-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının xor kopellasında çalışmışdır. 1986-cı ildə ünvan 2 ünvanında olan 11/12 saylı mənzil ona Filarmoniyanın əməkdaşı olduğu üçün dövlət tərəfindən bağışlanmışdır. 2010-ci ildə Dimitrov (indiki Şəmsi Bədəlbəyli) küçəsində olan 11/12 saylı ev Respublikada keçirilən yenidənqurma və abadlaşdırmaya əsasən dövlət tərəfindən sökülmüş və həmin mənzilin dəyəri 93.000 manat ona Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kompensasiya kimi ödənilmişdir. Həmin məbləğ ilə ilkin olaraq Yasamal rayon, "xxxx” MTK-nm inşa etdiyi və A.M.Şərifzadə 196 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində olan 447 saylı mənzili almış, daha sonra həmin mənzil satılaraq xx.xx.2017-ci il tarixdə Cavabdeh adına Bakı 3 saylı ASAN Xidmət Mərkəzində alqı-satqı edilməklə, ünvan 3 ünvanında yerləşən 90 saylı mənzili və Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev 57 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-2995/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, ünvan 3 ünvanında yerləşən 90 saylı mənzilə ½ hissədə mülkiyyət hüququ tanınsa da hazırki iddia predmeti olan mənzil özbaşına tikili olduğundan həmin mənzilə mülkiyyət hüququ tanınmamışdır. Lakin məhkəmə qətnaməsi ilə də müəyyən edilmişdir ki, Yasamal rayonu, R.Tağıyev 57 ünvanında yerləşən fərdi yaşayış evini cavabdehlə birgə nikah dövründə əldə etmişdir. Eyni zamanda Yasamal rayonu, R.Tağıyev 57 ünvanında yerləşən fərdi yaşayış evinin xx xxxxxxxx 2017-ci il tarixdə Bakı şəhər 14 saylı notariat ofisində təsdiq edilmiş razılıq ərizəsi ilə də müəyyən edilmişdir ki, X6 tərəfindən Yasamal rayonu, R.Tağıvev küçəsi 57 ünvanında yerləşən, sahəsi 51 kv/m olan 3 saylı evi 44.000 manata Cavabdeh satır və ona qarşı heç bir tələbi yoxdur. Cavabdeh tərəfindən ona qarşı olan biganə və diqqətsizlik səbəbindən hazırda qızı X1 yanında məskunlaşmışdır. Hal-bazırda cavabdehlə birlikdə birgə nikah dövründə əldə etdiyi mənzilə köçürülməklə həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi qənaitindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən onun təmin edilməsi edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında akt qeydindən görünür ki, İddiaçı ilə X2 xx.xx.1982-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri 14 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, 7E-15158 reyestr nömrəsilə qeydə alınaraq, xx xxxxxxxx 2017 ci il tarixdə, X3 Bakı şəhəri, R.Tagıyev küçəsində yerləşən, sahəsi 51 kv.m olan, 3 otaqlı, 57 V saylı evinin 44000 manata Cavabdeh satması və pulunu qəbul etməsi, eyni zamanda Cavabdeh qarşı heç bir iddia və tələbinin olmaması ilə bağlı razılıq ərizəsindəki imzasının həqiqiliyi təsdiq edilmişdir. Notarius tərəfindən təsdiq edilmiş ərizələrin nüsxəsi notariat ofisinin arxiv sənədləri içərisində saxlanılmadığından A.Qarayevanın adından rəsmiləşdirilmiş ərizənin təsdiq edilmiş surətininin təqdim edilməsi imkanları xaricindədir. Bakı şəhəri 14 saylı notariat ofisində, X6 ilə Cavabdeh arasında daşınmaz əmlaka dair alqı satqı müqaviləsi rəsmiləşdirilməmişdir. İş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 2(004)-2995/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən ünvan 5 ünvanında yerləşən 90 saylı mənzilin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi və həmin hissələrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Həmçinin qətnamə ilə müəyyən edilmişdir ki, birgə nikah dövründə qazanılmış 44000 manat məbləğində pulun birgə nikah dövründə xərclənərək ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini (özbaşına tikilini) almışlar. Hazırda iddiaçı həmin mənzilə dair “mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2995/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsində göründüyü kimi ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ilə Cavabdeh birgə nikahı dövründə alınmışdır. Yəni həmin mənzilə dair onlar bərabər hüquqlara malikdirlər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi mənzilə köçürülmə hissəsində təmin edilməli, iddiaçı mübahisəli mənzilə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, mübahisəli mənzilin (özbaşına tikili) birgə nikah dövründə əldə edilməsi, iddiaçıya həmin mənzilə mülkiyyət hüquqlarının olmasını ehtiva edir, o isə bu hüquqlarından istifadə edərək həmin evə köçürülməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbinin ünvan 7 ünvanında yerləşən fərdi yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi hissəsi üzrə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı fərdi yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı iddia ərizəsini əsaslandırmamış və ümumiyyətlə hər hansı qaydaların müəyyən edilməsi ilə bağlı heç bir təklif irəli sürməmiş. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-621/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-621/2021
10.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver