Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-633/2024 06.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə istifadə hüququnun itirilməsi və yaşayış evindən çıxarılma” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun saxlanılması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış evinə istifadə hüququnun itirilməsi və yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərfindən xx.xx.2023-cü il tarixli, reyestr nömrəsi **********02-10301, qeydiyyat nömrəsi ********** olan çıxarış və Texniki Pasport əsasında mülkiyyətinə verilmiş ünvan 1 ünvanındakı ümümi sahəsi 53.60 kv.m olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna xitam verilməklə əşyaları ilə birlikdə məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərfindən xx.xx.2023-cü il tarixli, reyestr nömrəsi **********02-10301, qeydiyyat nömrəsi ********** olan çıxarış və Texniki Pasport əsasında mülkiyyətinə verilmiş ünvan 1 ünvanındakı ümümi sahəsi 53.60 kv.m. olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməklə məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İsayeva (Tağıyeva) Səyyarə Mehdi qızı xx.xx.1983-cü ildə X17 ilə nikaha daxil olmuş, evlilikdən 3 övladı olmuşdur. Birgə evlilik dövründə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi əldə olunmuş və 2007-ci il tarixində Seriya MH №0100495, reyestr nömrəsi **********02-10301, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmışdır. Həyat yoldaşı X17 xx.xx.2023-cü il tarixində beyin ödemindən vəfat etmişdir. X5 vəfatı ilə əlaqədar ondan miras qalmış əmlakın qəbuluna dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 19 saylı notariat ofisinə müraciət olunmuş və onun adına xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamə əsasında ünvan 1 ünvanındakı 53.60 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə dair mülkiyyət hüquqları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərfindən tanınmış və ona xx.xx.2023-cü il tarixli, reyestr nömrəsi **********02-10301, qeydiyyat nömrəsi ********** saylı çıxarış və həmin fərdi yaşayış evinə Texniki Pasport verilmişdir. Cavabdeh X13 onun oğlu X1 həyat yoldaşıdır. Belə ki, X30 ilə X13 arasında xx.xx.2007-ci il tarixində rəsmi nikah bağlanmış, evliliklərindən xx.xx.2008-ci il təvəllüdlü X21 və xx.xx.2013-cü il təvəllüdlü X31 anadan olmuşdur. Nikahları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2609/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, birgə evlilikdən olan uşaqların cavabdehin yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər birinə görə 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində alimentin X14 tutularaq ona verilməsi qət edilmişdir. Oğlu ailə qurduqdan sonra 2010-cu il tarixinədək kirayə tutduğu evdə yaşamış, 2010-cu ildən isə qeyd olunan mənzilə keçmiş həyat yoldaşı və uşaqları qeydiyyata düşməklə yaşamışlar. Hal-hazırda mülkiyyət hüququndan maneəsiz istifadə etməsi üçün cavabdeh X2 mülkiyyətçisi olduğu ünvan 1 ünvanındakı fərdi yaşayış evindən çıxmasını tələb etsə də, qarşı tərəf bundan imtina edir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun saxlanılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun övladları xx.xx.2008-ci il təvəllüdlü X21 və xx.xx.2013-cü il təvəllüdlü X31 ilə birlikdə onların yetkinlik yaşına çatanadək qeydiyyatda olduqları ünvan 3 ünvanında yerləşən evdən istifadə hüquqlarının saxlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı onun keçmiş qaynanasıdır. Mübahisə edilən mənzildə yetkinlik yaşına çatmayan övladları ilə birlikdə yaşayır. O və övladları xx.xx.2008-ci il təvəllüdlü X21 və xx.xx.2013-cü il təvəllüdlü X31 da sözügedən mənzildə qeydiyyatdadırlar. Mübahisəli mənzil onların yeganə yaşayış yeridir. Övladları yaxınlıqda yerləşən 159 saylı tam orta məktəbdə təhsil alırlar və orada hazırlıqlara gedirlər. Məhkəmə mübahisəsindən əvvəl dəfələrlə qarşı tərəfdən ona evin onsuzda keçmiş qaynatasının adını daşıyan oğlu İsmayıla məxsus olduğu bildirilmiş, hətta ona aliment tələbindən imtina edəcəyi təqdirdə övladları ilə birlikdə həmin mənzildə yaşamağına etiraz edilməyəcəyi təklif edilmişdir. Bu səbəbdəndir ki, keçmiş əri tərəfindən artıq neçə aydır ki, aliment ödənişləri olunmur. Onlar onu aldadaraq məhkəməyə müraciət etmişdirlər. Tək anadır və iki yetkinlik yaşına çatmayan övladına tək baxır. Özü isə yalnız 644 manat əmək haqqı alır. Yeganə yaşayış yeri olan sözügedən mənzilin əllərindən alınması onu və övladlarını çətin vəziyyətə salır. Onsuz da övladlarının maddi ehtiyaclarını qarşılamaqda çətinlik çəkir və qarşı tərəfdən də heç bir maddi dəstək görmür. Onun yeni yaşayış yeri əldə etmək və ya kirayə mənzil tutmaq imkanı yoxdur. Hesab edir ki, övladları yetkinlik yaşına çatana qədər mənzilə dair istifadə hüququ saxlanılmalıdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məykəməyə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun saxlanılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, qarşılıqlı iddianı qəbul etmir və bildirir ki, qarşılıqlı iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Belə ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı ərizəsində qeyd etmişdir ki, "mübahisəli mənzil onun uşaqlarının yeganə yaşayış yeridir". Lakin oğlu ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ailə qurduqda sonra bir müddət onun valideynlərinə məxsus evdə və kirayə tutduqları mənzildə 2010-cu il tarixinədək yaşamışlar. Ona görə də yenidən valideynlərinə məxsus evə köçməklə həmin evdə yaşaya bilər. Qarşılıqlı iddia ərizəsində qeyd edilmişdir ki, "keçmiş əri - yəni oğlu tərəfindən bir neçə aydır uşaqların yetkinlik yaşına çatana qədər ödənilməli olan aliment ödənişləri olunmur". Faktiki olaraq isə hal-hazırda oğlunun cavabdehə ödənilməli aliment borcu yoxdur. Digər tərəfdən ərizədə qeyd edir ki, "tək anadır və 2 yetkinlik yaşına çatmayan övladına tək baxır. Özü isə yalnız 644 manat əmək haqqı alır". Belə ki, cavabdeh şəxs (qarşılıqlı iddia üzrə iddiaçı) pedeqoji fəaliyyətlə məşğuldur, yüksək əmək haqqı alır (özünün qeyd etdiyi 644 manat), eyni zamanda əlavə olaraq 340 manat aliment ödənişi olunur ki, ümumilikdə 1.000 manata qədər aylıq gəlir edir, eyni zamanda bilik və bacarığından istifadə etməklə şagird hazırlaşdırılmasında da kifayət qədər gəlir əldə edə biər. "Onun yeni yaşayış yeri əldə etmək və ya kirayə mənzil tutmaq imkanı yoxdur. Sonda isə həmin şəxs ona xüsusi mülkiyyət üzrə məxsus olan ünvan 1 ünvanındakı ümumi sahəsi 53.60 kv.m olan fərdi yaşayış evində qeyri-qanuni olaraq yaşamaqla, çıxmamaqla mülkiyyət hüquqlarını (istifadə, sahiblik etmək, sərəncam vermək) pozur. Ona görə də qarşılıqlı iddia ərizəsi əsassız və qanunsuz olduğundan təmin edilməməsini və qarşılıqlı iddia tələbinə qarşı etirazda qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, ilkin iddianı müdafiə edir, qarşılıqlı iddianı qəbul etmir. Mübahisə predmeti olan fərdi yaşayış evini iddiaçı mərhum həyat yoldaşı X17 ilə birgə nikah dövründə əldə etmişlər. Həmçinin, fərdi yaşayış evinə 2007-ci ildə çıxarış verilmiş və iddiaçının həyat yoldaşı 2023-cü ildə vəfat etdikdən sonra həmin fərdi yaşayış evi tam olaraq iddiaçının adına rəsmiləşdirilmiş, müvafiq olaraq onun adına çıxarış və texniki passport əldə edilmişdir. İlk iddia üzrə cavabdeh ilk iddia üzrə iddiaçının keçmiş gəlinidir. İlk iddiaçının oğlu X30 ilk iddia üzrə cavabdehlə 2007-ci ildə rəsmi nikaha girmiş və birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Onların nikahları 18 may 2022-ci il tarixli, 2(004)- 2609/2022 saylı qətnamə ilə pozulmuş, uşaqların ananın yanında qalmaları, uşaqların saxlanılmaları üçün hər uşağa görə hər ay 100 manat sabit pul məbləğində alimentin X14 tutularaq X6 verilməsi qət edilmişdir. 2023-cü ildə ilk iddia üzrə cavabdeh məhkəməyə alimentin artırılması tələbi ilə müraciət etmiş və alimentin miqdarı hər uşaq üçün 170 manat müəyyən edilmişdir. Hal-hazırda da ilk iddia üzrə cavabdeh alimentin artırılması ilə bağlı Mediasiya təşkilatına müraciət etmişdir. Hal-hazırda ilk iddia üzrə cavabdeh ilk iddia üzrə iddiaçının tam mülkiyyətində olan fərdi yaşayış evində yaşayır və tərəflər arasında ilk iddia üzrə cavabdehin həmin evdən çıxarılması barədə razılıq əldə edilməmişdir. İlk iddia üzrə cavabdeh həmin fərdi yaşayış evini könüllü surətdə tərk etmək istəmir. Buna görə məcburiyyət qarşısında məhkəməyə müraciət etmişlər. İlk iddia üzrə cavabdehin həmin fərdi yaşayış evinə ümumiyyətlə istifadə hüququ yaranmamışdır. İlk iddia üzrə cavabdeh 2016-cı ildən həmin evdə qeydiyyatdadır. Qarşılıqlı iddia ilə bağlı bildirmək istəyir ki, ilk iddia üzrə cavabdehin həmin evdə istifadə hüququ yaranmamışdır. İlk iddia üzrə cavabdeh mülkiyyətçinin ailə üzvü də deyil. İlk iddia üzrə iddiaçının bildirdiyinə görə ilk iddia üzrə cavabdeh keçmiş həyat yoldaşı ilə birlikdə bir müddət həm kirayə mənzildə, həm də onun valideynlərinə məxsus evdə də yaşamışlar. Onlar mübahisəli fərdi yaşayış evində 2010-cu ildən etibarən yaşamağa başlamışlar. İlk iddia üzrə cavabdeh 644 manat əmək haqqı alır. Digər tərəfdən, ilk iddia üzrə cavabdeh uşaqların saxlanılması üçün 340 manat aliment alır. Bundan başqa o, fərdi yaşayış evinin qarşısındakı gözəllik salonunun icarəsindən 300-400 manat icarə haqqı alır. Bundan başqa, repetitorluqla da məşğul olur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, qarşılıqlı iddianı müdafiə edir, ilk iddianı qəbul etmir. İlk iddia üzrə cavabdeh 2008-ci ildən həmin fərdi yaşaşyış evində yaşayır. Uşaqlar da həmin evdə doğulmuş və həmin evdə qeydiyyata düşmüşlər. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin ilk iddia üzrə cavabdehin gəlirləri barədə dediklərini qəbul etmirlər. Belə ki, ilk iddia üzrə cavabdeh 644 manat əmək haqqı alır. Alimentlə bağlı bildirmək istəyir ki, ilk iddia üzrə cavabdehin keçmiş həyat yoldaşı aliment borcunu ödəmədiyi üçün onun barəsində yanvar ayında axtarış elan edilmişdir, yəni aliment stabil gəlir deyil. Nümayəndəsi olduğu şəxs həmin evdə yetkinlik yaşına çatmayan övladları ilə birlikdə yaşayır. İşin faktiki halllarından görünür ki, nəvələrinin taleyi nənələri olan ilk iddia üzrə iddiaçını maraqlandırmır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların yaşayış yeri onların valideynlərinin yaşayış yeri sayılır. Məhkəmə qətnaməsinə əsasən uşaqların analarının himayəsində saxlanılmaları qət edilmişdir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı” AR Konstitusiya Məhkəməsinin 22 yanvar 2015-ci il tarixli qərardadına əsasən məhkəmələr qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən məhkəmə konkret işin müəyyən edilmiş halların araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq digər halları nəzərə almalıdır. İlk iddia üzrə cavabdeh həmin ünvanda 2008-ci ildən etibarən qeydiyyatsız yaşayır. Mənzil Kommunal İstismar Sahəsi qonşuların aktına əsasən arayış tərtib etmişdir. İlk iddia üzrə cavabdeh ilk iddia üzrə iddiaçının ailə üzvü deyil. Ailə üzvü kimi nümayəndəsi olduğu şəxsin övladlarını nəzərdə tutur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2007-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 22,4 kv.m, 1 otaqlı fərdi yaşayış evi X5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İİ 343747 seriya nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X17 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan İİİ-JQ 841035 seriya nömrəli Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X17 ilə X8 arasında xx.xx.1983-cü il tarixdə rəsmi nikah bağlanmış, nikahdan sonra arvada İsayeva soyadı verilmişdir. İş materiallarında olan X18 notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, atası X17 02 mart 2023-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra mirasın nədə ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq mirası qəbul etmir və anası- İddiaçı xeyrinə imtina edir. İş materiallarında olan X4 notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, atası X17 02 mart 2023-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra mirasın nədə ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq mirası qəbul etmir və anası- İddiaçı xeyrinə imtina edir. İş materiallarında olan X15 notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, atası X17 02 mart 2023-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra mirasın nədə ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq mirası qəbul etmir və anası- İddiaçı xeyrinə imtina edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi İddiaçıdır və o miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X9 verilmiş xx.xx.2007ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 22,4 kv.m, 1 otaqlı fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışdan görünür ki, X17, İddiaçı, X32, X21, X24, X25, Cavabdeh, X19, X26 ünvan 5 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 53 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixi Arayışından görünür ki, Cavabdeh ünvan 7 ünvanda 2016-cı ildən rəsmi qeydiyyatda olmasına baxmayaraq, 2008-ci ildən həmin ünvanda qeydiyyatsız yaşayır. İş materiallarında olan X35, X7, X10 və X3 notarial qaydada təsdiq ounmuş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında 2008-ci ildən qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 53 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə, oğlu X30 1984-cü ildə, oğlu X25 1985ci ildə, qızı X16 1988-ci ildə, nəvəsi X22 2010-cu ildə, nəvəsi X21, X36, Cavabdeh xx.xx.2022ci il tarixdə ünvan 8 ünvanında qeydiyyata düşmüşlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 22,4 kv.m olan 1 otaqlı fərdi yaşayış evi X5 xüsusi mülkiyyəti olmuş, 02 mart 2023-cü il tarixdə X17 vəfat etdikdən sonra onun həyat yoldaşı hazırki mülki iş üzrə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən vəfat etmiş yoldaşının vərəsəsi olaraq ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 22,4 kv.m, 1 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakdan tam hissədə pay almışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı oğlu X1 həyat yoldaşıdır. Belə ki, X30 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə evlilikdən olan uşaqların ananın yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün X14 alimentin tutulması qət edilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X16 iddia ərizəsində və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatında oğlunun ailə qurduqdan sonra 2010cu il tarixinədək kirayə tutduğu evdə yaşadığını, 2010-cu ildən isə qeyd olunan mübahisəli mənzilə keçmiş həyat yoldaşı və uşaqları ilə qeydiyyata düşməklə yaşadığını qeyd etmiş və ünvan 1 ünvanındakı ümumi sahəsi 53.60 kv.m. olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməklə məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə mübahisəli mənzildə 2008-ci ildən yaşamağa başladığını qeyd edərək, onun övladları xx.xx.2008-ci il təvəllüdlü X21 və xx.xx.2013-cü il təvəllüdlü X31 ilə birlikdə onların yetkinlik yaşına çatanadək qeydiyyatda olduqları ünvan 3 ünvanında yerləşən evdən istifadə hüquqlarının saxlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk öncə məhkəmə ilkin iddia ərizəsi üzrə ünvan 1 ünvanındakı ümümi sahəsi 53.60 kv.m. olan fərdi yaşayış evindən ilkin iddia üzrə Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə münasibət bildirərkən qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Odur ki, əvvəlcə Cavabdeh həmin mənzilə istifadə hüququnun mövcud olub olmaması məsələsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdeh qeyd edir ki, müvafiq mənzilə 2008-ci ildə, yəni 1 sentyabr 2000-ci ildən etibarən qüvvədə olan Mülki Məcəllənin qüvvədə olduğu dövrdə, İddiaçı isə qeyd edir ki, Cavabdeh müvafiq mənzilə 2010-cu ildə yəni, həm 1 sentyabr 2000-ci ildən etibarən qüvvədə olan Mülki Məcəllə, həm də 1 oktyabr 2009-cu ildən etibarən qüvvədə olan Mənzil Məcəlləsi qüvvədə olduqları vaxtda köçmüşdür. Əgər Cavabdeh ərizəsində qeyd etdiyi kimi, ünvan 1 ünvanındakı ümumi sahəsi 53.60 kv.m. olan fərdi yaşayış evinə 2008-ci ildən köçmüşdürsə bu zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı müddəalar şamil olunacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunvericiliyin həmin normalarından belə nəticəyə gəlmək olur ki, 2008-ci ildə mübahisəli mənzilə köçdüyünü iddia edən Cavabdeh ünvan 1 ünvanındakı ümumi sahəsi 53.60 kv.m. olan fərdi yaşayış evinə ümumiyyətlə istifadə hüququ yaranmamışdır. Cavabdeh ünvan 1 ünvanındakı ümumi sahəsi 53.60 kv.m. olan fərdi yaşayış evindən istifadə hüququ ilə bağlı mülkiyyətçinin hər hansı bir notarial qaydada təsdiq olunmuş razılaşması olmamış və Cavabdeh bunun əksini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Əgər Cavabdeh ünvan 1 ünvanındakı ümumi sahəsi 53.60 kv.m. olan fərdi yaşayış evinə 2010-cu ildən köçmüşdürsə, bu zaman Azərbaycan Respublikası Mənzil Məcəlləsinin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri ilə bağlı müddəalar şamil olunacaqdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsindən isə görünür ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilmişdir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Həmin Qərarda qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Buradan da müəyyən olunur ki, gəlin ailə üzvü hesab edilmədiyindən İddiaçı tərəfindən 2010-cu ildə köçdüyü iddia edilən Cavabdeh ümumiyyətlə mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Bu baxımdan məhkəmə qeyd edir ki, Cavabdeh ünvan 1 ünvanındakı ümumi sahəsi 53.60 kv.m. olan fərdi yaşayış evinə istifadə hüququ olmadığından, mövcud olmayan hüquqa xitam verilməsi də düzgün hesab edilmir, bu baxımdan ilkin iddia tələbi ünvan 1 ünvanındakı ümümi sahəsi 53.60 kv.m. olan fərdi yaşayış evindən ilkin iddia üzrə Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsində də təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia tələbi Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.60 kv.m. olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, mübahisəli mənzil ilkin iddia üzrə iddiaçının mülkiyyətindədir, həmin mənzil cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin hazırda istifadə hüququ olmadan, o cümlədən iddiaçının razılığı olmadan özünə məxsus əşyalarla birlikdə mübahisəli mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalıdır. Eyni zamanda cavabdehin qeyd olunan mübahisəli evdə hər hansı formada istifadə hüququnun olmadığı müəyyən edildi. Cavabdehin mübahisəli evdə qanunsuz yaşaması iddiaçının bir mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, cavabdehin müvafiq evdə yaşaması üçün hər hansısa yazılı razılaşma yoxdur və bununla bağlı hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.60 kv.m. olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalı, ilkin iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinə gəldikdə isə, ilkin iddia tələbinə münasibət bildirərkən məhkəmə müəyyən etmişdir ki, Cavabdeh mübahisəli mənzilə istifadə hüququ mövcud deyildir. Bu baxımdan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mövcud olmayan istifadə hüququnun saxlanılması tələbi barədə qarşılıqlı iddia ərizəsi qanuni və əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Odur ki, 18 may 2022-ci il tarixli, 2(004)-2609/2022 saylı məhkəmə qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X21 və xx.xx.2013-cü il təvəllüdlü X20 anaları Cavabdeh yanında saxlanması qət edildiyindən uşaqların da yaşayış yeri anaları Cavabdeh yaşayış yeri sayılır. Bu baxımdan qarşılıqlı iddia tələbi xx.xx.2008-ci il təvəllüdlü X21 və xx.xx.2013-cü il təvəllüdlü X20 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.60 kv.m. olan fərdi yaşayış evindən istifadə hüququnun saxlanması hissəsində də təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.60 kv.m. olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalı, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun saxlanılması” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53.60 kv.m. olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsın. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun saxlanılması” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-633/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-633/2024
06.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver