Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-6427/2023 15.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, İddiaçı Cavabdeh MMC-nin direktoru X2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə Yasamal Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı Cavabdeh MMC-nin direktoru X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən müəyyən olunur ki, cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilməsinə dair mötəbər sənəd əlavə olunmamışdır. Çünki, iddia ərizəsinə əlavə edilmiş İddiaçı ilə Cavabdeh MMC-nin direktoru X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SVP2023/09 saylı xidmət göstərilməsi haqqında müqavilələrinin 6.2-ci bəndində tərəflərin bu müqavilə üzrə mübahisələrin danışıqlar yolu ilə həll edilməsi, danışıqlar nəticə verməsə məhkəmə qaydasında həll olunması nəzərdə tutulmuşdur. Lakin hazırda İddiaçı mübahisənin məhkəməyə qədər nizama salınması ilə bağlı, yəni onlar arasında danışıqlar aparılmasına dair sübut əlavə edilməmiş, dolayısı ilə iddiaçı ilkin olaraq cavabdehə müraciət etmədən birbaşa olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsin əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlarla yanaşı hesab edirəm ki, iddia ərizəsinin forma və məzmunu MPMin tələblərinə uyğun deyildir. Belə ki, “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron qaydada verilmiş iddia ərizəsində iddiaçı və cavabdeh, həmçinin onların şəxsiyyətini müəyyən edən məlumatlar qeyd edilməmişdir. Eyni zamanda iddia ərizəsinin məzmunundan iddiaçının İddiaçı olması müəyyən edilsə də, elektron iddia ərizəsində o, maraqlı şəxs kimi qeyd edilmişdir. Eləcə də ərizənin giriş hissəsində cavabdeh və onun barəsində MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun məlumatlar göstərilməmişdir. İddia ərizəsinin “xahiş edirəm” hissəsində pulun Cavabdeh MMC-nin direktoru X1 tutulması tələb edilmiş, lakin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, SVP2023/09 saylı xidmət göstərilməsi haqqında müqavilə Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. Bununla da, müəyyən edilir ki, tələb üzrə konkret cavabdeh göstərilməmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin məcəllənin 149.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı həmçinin iddia ərizəsində cavabdehin cinayət əməllərinin olduğunu bildirsə də, bununla bağlı məhkəmənin qanuni qüvvəsini almış hökmünü məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlarala bağlı iddiaçıya izah edilməlidir ki, o, cavabdehin barəsində hazırkı mübahisə ilə bağlı cinayət icraatı qaydasında məhkəmə işi olduğu halda cinayət işi üzrə mülki iddia qaldıraraq pulu tələb edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 114, 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı Cavabdeh MMC-nin direktoru X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 88 (səksən səkkiz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan təqdim edildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-6427/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-6427/2023
15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver