Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-6433/2025 19.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və sair” tələbinə dair iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə barışıq sazişi təqdim edərək, hazırda iddia ərizəsi üzrə Cavabdeh ilə razılığa gəldiklərini və barışıq sazişi tərtib edildiyini bildirmişdir. Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə barışıq sazişi təqdim edərək, iddiaçı ilə aralarında barışıq sazişinin imzalandığını bildirmişdir. Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında bağlanmış 18 dekabr 2025-ci il tarixli Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Cavabdeh MMC humanizm prinsiplərini nəzərə almaqla, İddiaçı əmək müqaviləsinə xitam verilməsinin əsası olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra “AR ƏM”) 70-ci maddəsinin “ç” bəndi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 550/Ş nömrəli əmr üzrə müvafiq icra hakimiyyəti orqanının aidiyyəti elektron sistemində bu maddəni (AR. ƏM. 70.”Ç”) əmək müqaviləsinə xitam verilməsinin əsası kimi AR ƏM-nin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə dəyişdirməklə düzəliş etməyi öhdəlik olaraq öz üzərinə götürür.
2. İddiaçı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim Kərim Xudayev) icraatında olan e-2(004)-6433/2025 saylı iş üzrə bütün iddia tələblərindən imtina etməyi və gələcəkdə də bununla bağlı hər hansı tələb və ya iddia qaldırmamağı, yaxud hər hansı quruma şikayət etməməyi öhdəlik olaraq öz üzərinə götürür.
3. İddiaçı bu sazişin 1 və 2-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi üzrə digər tələblərindən imtina etməsi ilə bağlı ərizəni, o cümlədən, tərəflər arasında imzalanmış bu sazişin bir nüsxəsini Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim Kərim Xudayev) icraatında olan e-2(004)-6433/2025 saylı iş üzrə məhkəmə kabinetinə əlavə edəcəkdir.
4. İddiaçı bu saziş imzalandıqdan sonra tərəflər arasında yaranmış əmək mübahisəsinin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir.
5. Hər bir tərəf hüquqi yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özü ödəyir.
6. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. Azərbaycan Respublikası MPM-nin 52.3 və 52.5-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materiallarını ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının ərizələrini nəzərdən keçirib hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 18 dekabr 2025-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və sair” tələbinə dair mülki iş üzrə tərəflər arasında 18 dekabr 2025-ci il tarixdə bağlanmış aşağıdakı şərtlərdən ibarət barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh MMC humanizm prinsiplərini nəzərə almaqla, İddiaçı əmək müqaviləsinə xitam verilməsinin əsası olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra “AR ƏM”) 70-ci maddəsinin “ç” bəndi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 550/Ş nömrəli əmr üzrə müvafiq icra hakimiyyəti orqanının aidiyyəti elektron sistemində bu maddəni (AR. ƏM. 70.”Ç”) əmək müqaviləsinə xitam verilməsinin əsası kimi AR ƏM-nin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə dəyişdirməklə düzəliş etməyi öhdəlik olaraq öz üzərinə götürür.
2. İddiaçı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim Kərim Xudayev) icraatında olan e-2(004)-6433/2025 saylı iş üzrə bütün iddia tələblərindən imtina etməyi və gələcəkdə də bununla bağlı hər hansı tələb və ya iddia qaldırmamağı, yaxud hər hansı quruma şikayət etməməyi öhdəlik olaraq öz üzərinə götürür.
3. İddiaçı bu sazişin 1 və 2-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi üzrə digər tələblərindən imtina etməsi ilə bağlı ərizəni, o cümlədən, tərəflər arasında imzalanmış bu sazişin bir nüsxəsini Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim Kərim Xudayev) icraatında olan e-2(004)-6433/2025 saylı iş üzrə məhkəmə kabinetinə əlavə edəcəkdir.
4. İddiaçı bu saziş imzalandıqdan sonra tərəflər arasında yaranmış əmək mübahisəsinin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir.
5. Hər bir tərəf hüquqi yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özü ödəyir.
6. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və sair” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardadın icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kərim Xudayev