Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-646/2024 29.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi, Əmanətlərin Sığortalanması Fondu və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi, Əmanətlərin Sığortalanması Fondu və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixli, 004 saylı kredit müqaviləsi üzrə ödənilmiş 173 838,55 manat məbləğindəki vəsaitin Cavabdeh1 MTK, Cavabdeh3 ASC və Əmanətlərin Sığortalanması Fondundan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2008-ci il tarixli, 004 saylı kredit və xx.xx.2008-ci il tarixli 004/1saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və tərəflərindən ödənilmiş 173 838,55 manat məbləğindəki vəsaitin Cavabdeh1 MTK, Cavabdeh3 ASC və Əmanətlərin Sığortalanması Fondundan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatətlə məhkəməyə müraciət edərək, hazırki mülki işlə Yasamal rayon Məhkəməsinin icraatında olan iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı "kredit müqaviləsi üzrə borcun qaytarılması" tələbinə dair e-2(004)- 4831/2023 saylı mülki iş arasında əlaqə vardır. Buna görə də hər iki mülki işin birləşdirilərək bir icraatda baxılması barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili vəkili Vəkil mülki işin birləşdirilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu hər iki mülki işin birləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işlərin bir icraatda birləşdirilməsinin məqsədi bir-biri ilə əlaqəsi olan müxtəlif mahiyyətli mülki mübahisələrin daha tez, obyektiv və hərtərəfli həllini təmin etməkdir. Mülki işlərin bir-biri ilə əlaqəsi, baxılan iş üzrə tərəflərin eyni olmasında, mübahisə predmetinin eyniliyində, mübahisə doğuran hüquq münasibətlərinin subyektlərinin və ya obyektin eyniliyində ifadə olunmalıdır. Hazırki və Yasamal rayon Məhkəməsinin icraatında olan e-2(004)-202/2024 saylı mülki iş üzrə tərəflər və mübahisə predmeti eyni olmaqla, hər iki mülki iş bir-biri ilə əlaqədardır. Belə olan halda məhkəmə qeyd edir ki, hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqə mövcuddur. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin e-2(004)-4831/2023 saylı qərardadına əsasən iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı "kredit müqaviləsi üzrə borcun qaytarılması" tələbinə dair mülki işin məhkəmə icraatı mümkün hesab edilmişdir. Ədalət mühakiməsinin düzgün həyata keçirilmə zərurətini, hər iki mülki işin bir icraatda baxılmasının məqsədəmüvafiqliyini, Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-4831/2023 (e-2(004)-202/2024) saylı mülki işin ilkin olaraq icraata qəbul edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, 2(004)-646/2024 saylı mülki iş e- 2(004)-202/2024 saylı mülki işlə birləşdirilməlidir. AR MPM-in 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə həmçinin aşağıdakılara əsasən hesab edir ki, hazırki qərardaddan şikayət verilə bilməz. Belə ki, mülki-prosessual məcəllənin XLİİ fəsli birinci instansiya məhkəməsinin qərardadlarından şikayət verilməsi məsələsini tənzimləyir. Həmin fəsildə yer alan 395-ci maddədə birinci instansiya məhkəməsinin ayrıca akt şəklində qəbul olunmuş qərardadlarından hansı halda şikayət verilməsi göstərilmişdir. Maddədə həmin qərardadlardan şikayət verilməsinin iki məqsədli əsası müəyyən edilmişdir- bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda (395.1.1-395.1.2). Normanın tələbinə görə birinci instansiya məhkəməsinin digər qərardadlarından şikayət verilmir, işdə iştirak edən şəxslər bu qərardaddan narazı qaldıqda qərardada olan etirazlarını apelyasiya şikayətlərinə daxil edə bilərlər(395.2). AR MPM-nin 43-cü maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəmələrinin qəbul etdiyi qərardadlardan şikayət verilməsi göstərilməmişdir. Eyni zamanda həmin normaya əsasən qəbul olunmuş qərardadın mülki işin sonrakı hərəkətinə mane olmadığı da mübahisəsizdir. Bütün bu hallar onu təsdiq edir ki, AR MPM-nin 43-cü maddəsinə əsasən bir-biri ilə əlaqədar olan işlərin birləşdirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadlardan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-in 43 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi, Əmanətlərin Sığortalanması Fondu və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) qarşı “pul” tələbinə dair 2(004)-646/2024 saylı mülki iş, Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı "kredit müqaviləsi üzrə borcun qaytarılması" tələbinə dair e-2(004)-202/2024 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-646/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-646/2024
29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver