Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-651/2023 13.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı1 İddiaçının nümayəndəsi və vəkili İddiaçı2 Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı1 Cavabdeh MMC-yə qarşı işə bərpa tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh MMC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Betta MMC-nin 190-22/K №-li, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı1 sabiq vəzifəsi üzrə işə bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən işə bərpa edilən tarixədək olan müddət ərzində məcburi işburaxmaya görə əmək haqqının iddiaçıya ödənilməsi, xx.xx.2022-ci il tarixdən qətnamə icra edilən tarixə qədər olan müddətin iddiaçının əmək stajına daxil edilməsi, iddiaçıya dəymiş 10000 (on min) manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli və tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış barışıq sazişinə əsasən tərəflər aşağıdakı məzmunda olan barışıq sazişini imzalamışlar:
1. İddiaçı1 cavabdehə qarşı "BETTA” MMC-nm 190-22/K №-li. xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının sabiq vəzifəsi üzrə işə bərpa edilməsi, xx.xx.2022ci il tarixdən işə bərpa edilən tarixə qədər olan müddət ərzində məcburi işburaxmaya görə əmək haqqının iddiaçıya ödənilməsi, xx.xx.2022-ci il tarixdən qətnamə icra edilən tarixə qədər olan müddətin iddiaçının əmək stajina daxil edilməsi tələblərinə dair iddia ərizəsindən imtina edir.
2. Cavabdeh "BETTA” Məhdud Məsuliyyətli Cəmiyyəti özünün 190-22/K №-li. xx.xx.2022-ci il tarixli əmrinə düzəliş edir və iddiaçının əmək müqaviləsinin iddiaçının təşəbbüsü ilə Azərbavcan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ei hissəsinin a bəndinə əmisən xitam edildiyini qeyd edir.
3. Cavabdeh sazişin 2-ci bəndində qeyd edilən yeni əmrin verilməsi də bağlı zəruri məlumatları iddiaçının əmək kitabçasına daxıl edir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirlivyinə təqdim edir və elektron portalda müvafiü düzəlişin edilməsini təmin edir.
4. Barışıq sazişi imzalandıqdan sonra "Tərəflər” bir-birinə qarşı heç bir iddia tələbləri irəli sürməyəcəklər.
5. Bu saziş bağlandığı andan qüvvəyə minir.
6. X1 Azərbavcan dilində. 3 (üç) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, nüsxələrdən biri İddiaçı1, biri "BETTA” MMC-də, digəri isə Yasamal Rayon Məhkəməsində iş materiallarında saxlanılır.
7. Tərəflər bu sazişi oxuyur və onun düzgünlüyünü öz imzası ilə təsdiq edir. İddiaçı və cavabdehin nümayəndəsinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri (işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.) aydındır və tərəflər hazırki barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Barışıq sazişi hər bir tərəfin sərbəst iradə ifadəsi ilə tərtib edilərək imzası ilə təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, tərəflər arasında bağlanılmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddiaçı1 Cavabdeh MMC-yə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış olan aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin.
1. İddiaçı1 cavabdehə qarşı "BETTA” MMC-nm 190-22/K №-li. xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının sabiq vəzifəsi üzrə işə bərpa edilməsi, xx.xx.2022ci il tarixdən işə bərpa edilən tarixə qədər olan müddət ərzində məcburi işburaxmaya görə əmək haqqının iddiaçıya ödənilməsi, xx.xx.2022-ci il tarixdən qətnamə icra edilən tarixə qədər olan müddətin iddiaçının əmək stajina daxil edilməsi tələblərinə dair iddia ərizəsindən imtina edir.
2. Cavabdeh "BETTA” Məhdud Məsuliyyətli Cəmiyyəti özünün 190-22/K №-li. xx.xx.2022-ci il tarixli əmrinə düzəliş edir və iddiaçının əmək müqaviləsinin iddiaçının təşəbbüsü ilə Azərbavcan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ei hissəsinin a bəndinə əmisən xitam edildiyini qeyd edir.
3. Cavabdeh sazişin 2-ci bəndində qeyd edilən yeni əmrin verilməsi də bağlı zəruri məlumatları iddiaçının əmək kitabçasına daxıl edir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirlivyinə təqdim edir və elektron portalda müvafiü düzəlişin edilməsini təmin edir.
4. Barışıq sazişi imzalandıqdan sonra "Tərəflər” bir-birinə qarşı heç bir iddia tələbləri irəli sürməyəcəklər.
5. Bu saziş bağlandığı andan qüvvəyə minir.
6. X1 Azərbavcan dilində. 3 (üç) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, nüsxələrdən biri İddiaçı1, biri "BETTA” MMC-də, digəri isə Yasamal Rayon Məhkəməsində iş materiallarında saxlanılır.
7. Tərəflər bu sazişi oxuyur və ə onun düzgünlüyünü öz imzası ilə təsdiq edir. İddiaçı1 Cavabdeh MMC-yə qarşı işə bərpa tələbinə dair 2(004)-651/2023 mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə verildiyi gündən 10 gün müddətində şikayət verilə bilər.
Sədrlik edən: Toğrul Axundov