Məhkəmə qərarları › İş №e-2(004)-671/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-671/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-671/2024 30.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı "mülkiyyət hüquqlarının qeydə alınması üçün sənədlərin təqdim edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüquqlarının qeydə alınması üçün sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Cavabdeh üzərinə Bakı şəhəri, Zərgərpalan, L.Tolstoy, M.Muxtarov, S. Tağızadə küçələrinin kəsişdiyi 252 saylı məhəllədə tikilmiş hündür mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 2 otaqlı, tam sahəsi 105 kv.m olan 58 saylı mənzilin İddiaçı adına sənədləşdirilməsi, həmin mənzillə bağlı mülkiyyət hüququnun qeydiyyata alınması üçün müvafiq sənədlərin, o cümlədən maliyyə arayışının və müqavilənin notarial qaydada təsdiq edilməklə idiaçı İddiaçı təhvil verilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Yazıçılar Birliyinin ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK Bakı şəhəri, Zərgərpalan, L.Tolstoy, M.Muxtarov, S. Tağızadə küçələrinin kəsişdiyi 252 saylı məhəllədə tikilən hündür mərtəbəli yaşayış binasından təmənnasız olaraq 10 faizindən az olmayaraq, yəni 930 kv.m mənzilsahəsinin Azərbaycan Yazıçılar Birliyinə verilməsini öz öhdəsinə götürmüşdür. Bu müqavilənin icrası olaraq, Azərbaycan Yazıçılar Birliyinin xx.xx.2012-ci il tarixli, k-13/135 saylı müraciəti əsasında 2012-ci ildə Cavabdeh MTK tərəfindən Yazıçılar Birliyinin üzvlərinə təmənnasız olaraq verilməsi üçün 9 mənzil ayrılmışdır. Həmin müraciətdə, Azərbaycan Yazıçılar Birliyi Həmkarlar İttifaqı, Mənzil Komissiyası və Azərbaycan Yazıçılar Birliyində Mənzil növbəsində dayanmış şəxslərin birgə iclasının qərarı ilə Cavabdeh MTKnın müqavilə əsasında Azərbaycan Yazıçılar birliyinə ayırdığı 9 mənzilin bölünməsi məsələsinin həlledildiyi göstərilmişdir. Qeyd edilən bölünməyə əsasən 58 saylı mənzil X1 ayrılmışdır və bununla bağlı Cavabdeh MTK ilə Orxan Sadıqov arasında həmin mənzilin sonuncuya verilməsi barədə 04 may 2012-ci il tarixlimüqavilə bağlanmışdır. Bundan sonra, 2014-cü ildə həmin mənzil X2 tərəfindən 130 000 (yüz otuz min) manata İddiaçı satılmışdır. Bu prosesdə Cavabdeh MTK iştirak etmişdir və baş vermiş alqı-satqıdan tam məlumatlıydi. Qeyd edilənlərə əsasən, Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixində Bakı şəhəri, Zərgərpalan, L.Tolstoy, M.Muxtarov, S. Tağızadə küçələrinin kəsişdiyi 252 saylı məhəllədə tikilmiş hündür mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 2 otaqlı, tam sahəsi 105 kv.m olan 58 saylı mənzilin İddiaçı verilməsi barədə müqavilə bağlanmışdır və mənzil İddiaçı sahibliyinə verilmişdir. Hal-hazırda xx.xx.2014-cü tarixli müqaviləyə əsasən İddiaçı tərəfindən əldə edilən mənzil onun mülkiyyətindədir. İddiaçı məxsus, qeyd edilən daşınmaz əmlaka dair mülkiyyat hüququnu əldə edə bilmirik. Belə ki, mülkiyyət hüququnu əldə etmək üçün, hüquqi şəxs tərəfindən inşa olunmuş çoxmənzilli binada yerləşən mənzilə dair müvafiq sənədlər, o cümlədən maliyyə arayışı və notarial qaydada təsdiq olunmuş müqavilənin təqdim olunması tələb olunur. Lakin,Cavabdeh MTK qeyd edilən sənədləri iddiaçıya təqdim etməkdən imtina edir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi tələbi ilə məhkəməyə ərizə ünvanlayaraq, icraatda olan mülki işlə bağlı verilmiş iddia ərizəsinin xahiş edirəm hissəsində “58 saylı mənzil”in sözlərini “80 saylı mənzil” sözləri kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. 16 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh MTK-nin sədri X3 iddia tələbini qəbul etdiyini bildirərək izahatında qeyd etmişdir ki, hazırda binanın 8-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 105 kv.m olan 58 saylı mənzilin nömrəsi dəyişdirilərək 80 saylı mənzil olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehin iddia tələbini qəbul etməsinə dair ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçıların iddia tələbi qismən təmin edilməlidir. İş materiallaırnda olan: “Payçı” adlandırılacaq Cavabdeh MTK-nın üzvü X2, “sifarişçi” adlandırılacaq Cavabdeh MTK-nın idarə heyətinin sədri A.Mədətov arasında bağlanmış 04 may 2012-ci il tarixli müqaviləyə əsasən, “sifarişçi” podratçı tərəfindən yerinə yetiriləcək işlərin müqavilədə nəzərdə tutulmuş müddətdə tam yerinə yetirilməsinə görə “payçı” qarşısında məsuliyyət daşıyır. Müqavilənin 3.1-ci bəndinə görə “payçı” 58 saylı evdə 2 otaqlı, tam sahəsi 105 kvm olan mənzil təmannasız verilmişdir. “Payçı” adlandırılacaq Cavabdeh MTK-nın üzvü İddiaçı, “sifarişçi” adlandırılacaq Cavabdeh MTK-nın idarə heyətinin sədri A.Mədətov arasında bağlanmış 20 iyun 2014-cü il tarixli müqaviləyə əsasən, “sifarişçi” podratçı tərəfindən yerinə yetiriləcək işlərin müqavilədə nəzərdə tutulmuş müddətdə tam yerinə yetirilməsinə görə “payçı” qarşısında məsuliyyət daşıyır. Müqavilənin 3.1-ci bəndinə görə “payçı” 80 saylı evdə, 8-ci mərtəbədə, 2 otaqlı, tam sahəsi 105 kvm olan mənzil bağışlanmış (təmannasız verilmişdir). Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh MTK ilə X2 arasında bağlanmış 04 may 2012-ci il tarixli “payçı” müqaviləsinə əsasən Cavabdeh MTK Bakı şəhəri, Zərgərpalan, L.Tolstoy, M.Muxtarov, S.Tağızadə küçələrinin kəsişdiyi 252 saylı məhəllədə tikilmiş hündür mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 2 otaqlı, tam sahəsi 105 kv.m olan 58 saylı mənzili təmənnasız X1 verməyi öz öhdəsinə götürmüşdür. Daha sonra Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 20 iyun 2014-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh MTK həmin hündür mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 2 otaqlı, tam sahəsi 105 kv.m olan 80 saylı mənzili İddiaçı bağışlamış (təmannasız vermişdir). Hazırda İddiaçı daşınmaz əmlaka dair mülkiyyat hüququnu əldə edə bilmir. Belə ki, mülkiyyət hüququnu əldə etmək üçün, hüquqi şəxs tərəfindən inşa olunmuş çoxmənzilli binada yerləşən mənzilə dair müqavilə və maliyyə arayışının təqdim olunması tələb olunur. Lakin,Cavabdeh MTK qeyd edilən sənədləri iddiaçıya təqdim etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 20 iyun 2014cü il tarixli müqavilənin bir nüsxəsi iddiaçıya təqdim olunmuşdur. Həmin müqavilənin notarial qaydada təsdiqlənməsi mülki qanunvericilikdə nəzərə tutulmamışdır. Belə olan halda, iddia qismən təmin edilməli, Bakı şəhəri, Zərgərpalan, L.Tolstoy, M.Muxtarov, S.Tağızadə küçələrinin kəsişdiyi 252 saylı məhəllədə tikilmiş hündür mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 2 otaqlı, tam sahəsi 105 kv.m olan 80 saylı mənzilə dair maliyyə arayışının İddiaçı verilməsi vəzifəsi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmalıdır.. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Zərgərpalan, L.Tolstoy, M.Muxtarov, S.Tağızadə küçələrinin kəsişdiyi 252 saylı məhəllədə tikilmiş hündür mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 2 otaqlı, tam sahəsi 105 kv.m olan 80 saylı mənzilə dair maliyyə arayışının İddiaçı verilməsi vəzifəsi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Zərgərpalan, L.Tolstoy, M.Muxtarov, S.Tağızadə küçələrinin kəsişdiyi 252 saylı məhəllədə tikilmiş hündür mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən 2 otaqlı, tam sahəsi 105 kv.m olan 80 saylı mənzilə dair maliyyə arayışının İddiaçı verilməsi vəzifəsi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. . Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar