Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6798/2025 05.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyası maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin öhdədə olma faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin öhdədə olma faktının müəyyən edilməsi” barədə ərizə və ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X11 iddiaçının öhdəsində olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmanova X4 Murad Valid oğlu ilə xx.xx.2012-ci il tarixində Səadət Sarayı Bakı Nikah evində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan onların xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X9 və 14.10 2017-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Nikahları Xətai Rayon Məhkəməsində pozularaq 2(011)- 4415/2018 saylı xx.xx.2018-ci il tarixli qətnamə çıxarılmışdır. xx.xx.2017-ci il tarixli doğum haqqında akt qeydlərində valideyinləri X11 X8, anası isə Ərizəçi Xudada qızı olaraq qeydiyyat aparılmışdır. X8 xx.xx.2007-ci ildə kəskin ürək çatışmamazlığından rəhmətə getmişdir. Hazırda övladı artıq neçə illərdir ki, ərizəçinin öhdəsindədir. Övladı ilə bağlı bütün məsuliyyət ərizəçinin üzərindədir. Hazırda ərizəçi qızı ilə bərabər xaricdə yaşayır. Sənədlərinin rəsmləşdirilməsi üçün və qızının təhsil aldığı bağça və məktəb üçün onun ərizəçinin öhdəsində olması faktının təsdiqinə dair rəsmi sənədə ehtiyac vardır. Bu səbəbdən də ərizəçi hazırki ərizə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi azyaşlı qızının ərizəçinin öhdəsində olma faktı hüquqi əhəmiyyətli olduğundan göstərilən faktı təsdiq edən lazimi sənədləri başa qaydada əldə edə bilmədiyindən hesab edir ki, belə bir ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, ərizəni müdafiə edir. İzahatına əlavə olaraq bildirmişdir ki, X3 X11 atası olmaması məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Uşağın doğum haqqında şəhadətnaməsində ata qrafasında ərizəçinin qardaşı X22 qeyd edilmişdir. X22 vəfat etmişdir. Hazırda ərizəçi övladı ilə birlikdə xarici ölkədə yaşayır. Ərizəçidən uşağın ananın öhdəsində olması faktını təsdiq edən sənəd tələb edilir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 590/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən X3 14 oktyabr 2017-ci il tarixdə Bakı şəhərində İmanova (Səfərəliyeva) Cəmalə Həsən qızından anadan olmuş qadın cinsli uşağın, yəni X2 atası olmaması müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli, X-ЖГ seriyalı 344287 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X23, ana qrafasında X10 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1984-cü il tarixdə 3130 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.2017-ci ildə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında X11 doğumu 5797 № ilə qeyd edilmişdir. X18 xx.xx.2017-ci ildə doğulmuşdur. Ana qrafasında Ərizəçi, ata qrafasında X22 göstərilmişdir. Ata haqqında məlumat ananın ərizəsinə əsasən yazılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı 104578 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 423 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, ərizəçi ilə yaxın olmuşlar. Ərizəçinin uşaqlarına baxmağa ona kömək etmişdir. Ərizəçinin 3 övladı var. Ərizəçi 4 ildir ki, övladları ilə birlikdə xaricdə yaşayır, orada təhsil alır. X1 ərizəçinin öhdəsində olma faktı ona sənədləşdirmə işi üçün lazımdır. Həmin övladının doğum haqqında şəhadətnaməsində ata adı qrafasında ərizəçinin qardaşının adı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.2-ci maddəsinə əsasən, məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, X18 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. X8, anası hazırki iş üzrə Ərizəçidır. X8 xx.xx.2002-ci ildə vəfat etmişdir. Hazırda Ərizəçi X18 da daxil olmaqla övladları ilə birlikdə xaricdə yaşayır. X11 ərizəçinin öhdəsində olması faktının müəyyən edilməsi sənədləşdirmə işlərinin aparılması üçün mühüm olduğundan, ərizəçi bu faktın məhkəmə qaydasında təsdiq olunmasını istəyir. Məhkəmə belə qənaətə gəlir ki, X11 ərizəçinin öhdəsində olması faktiki olaraq öz əksini tapmışdır. Lakin ərizəçi bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən və məhkəmə qaydasında təsdiq olunmasına zərurət yaradığından məhkəmə hesab edir ki, ərizənin təmin olunması tam olaraq əsaslıdır. Beləliklə, məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidin ifadələrini dinləyib, iş materiallarını tədqiq edib əldə olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 14 oktyabr 2017-ci il təvəllüdlü X11 anası Ərizəçi öhdəsində olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14 oktyabr 2017-ci il təvəllüdlü X11 anası Ərizəçi öhdəsində olması faktı müəyyən olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-6798/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6798/2025
05.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver