Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-6844/2025 27.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutuna qarşı əmrin ləğvi və mənəvi zərərə görə pul tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutuna qarşı əmrin ləğvi və mənəvi zərərə görə pul tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri tədqiq edərək müəyyən edir ki, iddiaçı əmək fəaliyyəti ilə bağlı əmrin ləğvi tələbi ilə yanaşı, ayrıca olaraq cavabdehə qarşı mənəvi ziyana görə 10 min manat pul tələbini yönəltmiş, lakin həmin pul tələbi ilə bağlı iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun elektron ödəniş sistemləri vasitəsilə ödənildiyini təsdiq edən sənəd əlavə edilməmişdir. Ona görə də iddia ərizəsinin hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən icraata götürülməsi qeyri-mümkündür. Məhkəmə izah edir ki, qanunvericiliyə əsasən, iddiaçı əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı tələb üzrə dövlət rüsumunu ödəməkdən azad edilsə də, ayrıca tələb kimi irəli sürülən mənəvi zərər məbləğinin həcminə uyğun olaraq müvafiq dövlət rüsumunun ödənilməsi zəruridir (mediasiya xərci nəzərə alınmaqla). Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarının 12-ci bəndinə əsasən, mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində müəyyən olunmuş məbləğlərdə - tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq, zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş məbləğdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, yuxarıda qeyd olunan hallara və hüquq normalarına əsasən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutuna qarşı əmrin ləğvi və mənəvi zərərə görə pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edilə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(004)-6844/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-6844/2025
27.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver