Məhkəmə qərarları › İş №e-2(004)-687/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-687/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-687/2025 27.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Arzu Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx"xxxx"çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilə bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMMC cavabdeh İddiaçı qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə 21 noyabr 2024-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı cavabdeh "xxxx" MMMC-yə qarşı “müqavilə bağlama vəzifəsinin MMMC-nin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı aid olan digər mənzil, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən mənzili üzrə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının mütləq ödənişlərin və haqların miqdarının müəyyən edilməsi haqqında qərarı ilə müəyyən edilmiş ödəniş və haqqlarla çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilə bağlanması vəzifəsinin "xxxx" MMMC-nin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçı "xxxx" MMMC məhkəməyə ərizə ilə mürciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-687/2025 saylı, 04 fevral 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməklə, ilkin iddia üzrə iddiaçı "xxxx" MMMC-nin cavabdeh İddiaçı qarşı "pul" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, o, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olmaqla çoxmənzilli binanın sahə mülkiyyətçisidir. MMMC sahə mülkiyyətçilərinin xx.xx.2023-cü il tarixli qərarı ilə yaradılmasına, xx.xx.2023- cü il tarixində qeydiyyata alınmasına baxmayaraq MMMC-nin mövcudluğundan yalnız bu ilin oktyabr ayında borcun ödənilməsi barədə məktub aldıqdan sona məlumat əldə etmişdir. Məktubu aldıqdan dərhal sonra qarşı tərəfə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq çoxmənzilli binanın sahə mülkiyyətçisi kimi 1. borcun hesablandığı dövr üçün binanın idarəetmə orqanı olan çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının indiyə qədər keçirilmiş bütün yığıncaqları barədə məlumat və idarəçini təyin etmək, idarəetmə üsulunu seçmək, binanın hər bir sahə mülkiyyətçisi ilə bağlanan idarəetmə müqaviləsinin şərtləri barədə yığıncaqların qərarları; 2. "xxxx" MMMC-nin yaradılması haqqında mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının qərarı; 3. "xxxx" MMMC-nin nizamnaməsi; 4. ödəniş və haqların miqdarının müəyyən edilməsi barədə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının qərarı; 5. "xxxx" MMMC-nin maliyyə təftiş komissiyası (müfəttişi) barədə məlumat; 6. borcun tələb edildiyi dövrü əhatə etməklə hər müvafiq il üçün xərclər və gəlirlər smetası və maliyyə fəaliyyəti haqqında hesabat, onların təsdiq olunması haqqında qərarlar; 7. iddia edilən borcun yaranma əsası, yaranma dövrü, tərkibi və təfərrüatlı açıqlamasının rəsmi qaydada ona təqdim edilməsini rəsmi məktubla tələb etsə də məktubuna cavab verilməmiş, qarşı tərəf nə öz məktubunu, nə də onun cavab məktubunu iddia ərizəsinə əlavə etməmiş, yaranmış mübahisəyə hüquqi qiymət verilməsi üçün mühüm olan və cavab məktubunda qaldırılmış heç bir məsələyə (əlavə edilmiş Nizamnamədən başqa) aydınlıq gətirməmişdir. MMMC yarandıqdan sonra cəmiyyətin iştirakçılarının ümumi yığıncağının qərarını təqdim etməklə, müqavilə bağlanmasını təklif etmək əvəzinə MMMC birbaşa məhkəməyə müraciət etmişdir. Qanunvericiliyə görə MMMC onun üzvü olmayan sahə mülkiyyətçisinə müqavilə əsasında xidmət göstərməlidir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., 157, M3, m9) İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışa əsasən "xxxx" MMMC sahə mülkiyyətçilərinin təsis yığıncağının xx.xx.2023-cü il və ümumi yığıncağın xx.xx.2023-cü il tarixli qərarları və digər sənədlər əsasında 28 dekabr 2023-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 136.2-cı maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və kommunal xidmətlərə görə haqqdan ibarətdir. 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMMC sahə mülkiyyətçilərinin təsis yığıncağının xx.xx.2023-cü il və ümumi yığıncağın xx.xx.2023-cü il tarixli qərarları və digər sənədlər əsasında 28 dekabr 2023-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. MMMC iddiaçıya kommunal borcunun ödəniməsi tələbi ilə müraciət etmişdir. İddiaçı qarşılığında bunun hüquqi əsasını təsdiq edən sənədləri MMMC-dan tələb etmiş, tələbi yerinə yetirilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın predmetini iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən mənzili üzrə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının mütləq ödənişlərin və haqların miqdarının müəyyən edilməsi haqqında qərarı ilə müəyyən edilmiş ödəniş və haqqlarla çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilə bağlanması vəzifəsinin "xxxx" MMMC-nin üzərinə qoyulması təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123.0.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr (bu Məcəllənin 141-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla) bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələridir. Həmin Məcəllənin 137.9-cu maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" MMMC-nin üzərinə İddiaçı ilə “çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında” müqavilə bağlanması vəzifəsi qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" MMMC-nin üzərinə İddiaçı ilə “çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında” müqavilə bağlanması vəzifəsi qoyulsun. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra on gün müddətində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamənin ləğvi üçün Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar