Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-688/2025 04.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İlk iddia üzrə İddiaçı MMMC-nin ilk iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMMCyə qarşı “çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İlkin olaraq İddiaçı MMMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1781,8 manat əsas borc məbləğinin, vəkil xidməti olaraq ödənilmiş 400 manat məbləğindəki pul vəsaitinin və 38 manat məbləğindəki dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMMC-yə qarşı “çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının mütləq ödənişlərin və haqların miqdarının müəyyən edilməsi haqqında qərarı ilə müəyyən edilmiş ödəniş və haqlarla çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilə bağlanması vəzifəsinin İddiaçı MMMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası 04 fevral 2025-ci il tarixə saat 10:20-yə təxirə salınmışdır. İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin, məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, qarşılıqlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçınının nümayəndə və vəkillərinin ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq ilk iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər isə qarşılıqlı iddia üzrə iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Həmçinin məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ilk iddianın qaldırılması üçün dövlət büdcəsinə köçürülmüş 37,60 manat dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən ilk iddia üzrə İddiaçı MMMC-yə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.3, 114, 170-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İlk iddia üzrə İddiaçı MMMC-nin ilk iddia üzrə Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ilk iddia üzrə iddiaçıya geri qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 37,60 (otuz yeddi manat altmış qəpik) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən ilk iddia üzrə İddiaçı MMMC-yə qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMMC-yə qarşı “çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qarşılıqlı iddia üzrə iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-688/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-688/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver