Məhkəmə qərarları › İş №e-2(004)-696/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-696/2023

06.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-696/2023 06.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X15 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2h Məhəmməd oğlu və Cavabdeh1 və onların azyaşlı uşaqları – xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X10 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, “X18” MMC-nin inşa etdiyi 1 saylı çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 80 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni yasamal yaşayış massivində “X18” MMC-nin inşa etdiyi 1 saylı binanın 11-ci mərtəbəsində yerləşən 80 saylı mənzil MMC ilə bağlanmış xx.xx.2010-cu il tarixli 48 saylı müqaviləyə əsasən ona məxsusdur. O, həmin mənzilə dair müqavilədə nəzərdə tutlan 54840 ABŞ dolları məbləği MMC-yə ödəmiş, bu barədə xx.xx.2010-cu il tarixli kassa mədaxil qəbzi və dəyərin tam ödənməsi barədə xx.xx.2010-cu il tarixli maliyyə arayışı verilmişdir. MMC mənzili ona təhvil vermədiyi üçün Yasamal Rayon Məhkəməsində bu barədə iddia qaldırmış, məhkəmənin 2(004)-3667/2022 saylı , xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş və mənzilin ona təhvil verilməsi qət edilmişdir. Qətnamə icraya yönəldimiş və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icraatında olmuşdur. Qətnamənin icrası zamanı məlum olmuşdur ki, həmin mənzildə qanunsuz olaraq cavabdehlər yaşayır. İcra məmuru bunu əsas götürərək bu barədə xx.xx.2022-ci il tarixli Akt tərtib etmişdir ki, həmin mənzil MMC tərəfindən M.Hüseynovaya təhvil verilmişdir. Buna əsasən icra məmuru xx.xx.2022-ci il tarixdə “qismən icra olunan icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında” Qərar qəbul etmiş və qərarında göstərmişdir ki, mənzildə digər şəxs yaşadığı üçün tələbi təmin etmək mümkün olmamışdır. Ona görə də icra vərəqəsini geri qaytarmışdır. Ona görə də hazırda o, cavabdehin ailə üzvləri ilə birlikdə mülkiyyətində olan mənzildən çıxarılması barədə iddia ilə məhkəməyə müraciət edir. O, müqavilə üzrə nəzərdə tutulan mənzilin dəyərini MMC-yə tam ödədiyi üçün hazırda həmin mənzil onun nülkiyyəti hesab edilir. Hazırda cavabdehlər qanunsuz olaraq mənzildə yaşamaqla onun həmin mənzilə olan mülkiyyət hüququnu pozurlar. Belə ki, X5 hazırda rəhmətə getmişdir. Həmin mənzildə hazırda M.hüseynovanın həyat yoldaşı, oğlu və nəvələri yaşayırlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan mənzili iddiaçı alqı-satqı müqaviləsinə əsasən “X18” MMC-dən alıb və müqaviləsi bu gün də qüvvədədir. Maliyyə arayışı da təqdim olunmuşdur. İddiaçı həmin mənzilin mülkiyyətçisidir. “X18” MMC həmin mənzili ona təqdim etmirdi. Ona görə də iddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib və məhkəmə onun iddiasını təmin edərək həmin mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarıb. Qətnamənin icrası zamanı aşkar olunub ki, həmin mənzildə kənar şəxslər yaşayır. Ona görə də icra məmurları icra sənədini icra edə bilməyiblər, çünki onlar qətnamədən kənara çıxa bilməzlər. Həmin mənzildə kənar şəxslərin yaşaması ilə bağlı akt tərtib olunub. Aktda qeyd olunur ki, X6 hazırda həmin mənzildə yaşadığına görə icra sənədi icra oluna bilməyib. Onlar həmin şəxs barəsində məlumatları toplayıb məhkəməyə iddia ərizəsi vermişlər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Hüseynova Məhbubə vəfat edib və həmin mənzildə onun həyat yoldaşı, oğlu və iki nəvəsi yaşayır. Ona görə də iddia ərizəsinə dəqiqləşmə vermiş və X11, Cavabdeh1 və onların azyaşlı uşaqlarının həmin mənzildən çıxarılması ilə bağlı tələb müəyyənləşdirmişlər. Hazırda həmin iddia tələbini müdafiə edirlər. Belə hesab edirlər ki, həmin şəxslərin mübahisəli mənzildə yaşamağa hüquqları yoxdur. Cavabdeh X2 Məhbubə İbrahimxəlil qızının həyat yoldaşı, Cavabdeh1 isə oğludur. Yasamal Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilməyib. Bu günə kimi qüvvədədir. Qiyabi qətnamənin icrası zamanı Hüseynova Məhbubənin məlumatı olub və məhkəməyə müraciət etməyib. Ümumiyyətlə, həmin qətnamənin Hüseynova Məhbubəyə aidiyyatı yox idi. Çünki onun həmin mənzilə hər hansı hüququ yoxdur. Hüseynova Məhbubənin “X18” MMC ilə hər hansı bir müqaviləsinin olub-olmaması barəsində məlumatları yoxdur. Qətnamənin surəti “X18” MMC-yə göndərilib. Həmin qətnamə olmasa belə, onların həmin mənzilin mülkiyyətçisi olmaqları ilə bağlı sübutları var. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “X18” MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış 12 iyul 2010-cu il tarixli, 48 nömrəli müqaviləyə əsasən satıcı Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 2 otaqlı 80 nömrəli mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə müqavilənin ümumi məbləği olan 54840 ABŞ dolları əvvəlcədən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 12 iyul 2010-cu il tarixli Maliyyə Arayışına əsasən İddiaçı “X18” MMC-nin Yeni Yasamal yaşayış massivində inşa etdiyi 1 saylı binanın 11-ci mərtəbəsində yerləşə 80 nömrəli 91.4 kv.m olan iki otaqlı mənzilin dəyərini tamamilə ödəmişdir. Hal-hazırda “X18”ə heç bir borcu yoxdur. İş materiallarında olan “X18” MMC tərəfindən verilmiş 01 nörəli 12 iyul 2010-cu il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən İddiaçı 54840 ABŞ dolları məbləğində pul vəsaitini “X18” MMC-yə ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qismən icra olunan icra snədinin məhkəməyə və digər orqana qaytarılması haqqında” Qərara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3667/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin qismən icra olunduğundan məhkəməyə geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3667/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasl ilə bağlı “X18” MMC tərəfindən Bakı şəhəri, Yasamaol rayonu, Yeni Yasamal y/m-də inşa edilmiş 1 saylı çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsinə yerləşən ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 2 otaqlı 80 saylı mənzildə olunmuş və həmin mənzilin X1, həmin ünvanda yaşadığı məlum olmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3667/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh “X18” MMC tərəfindən Bakı şəhəri, Yasamaol rayonu, Yeni Yasamal y/m-də inşa edilmiş 1 saylı çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsinə yerləşən ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 2 otaqlı 80 saylı mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan “X18” MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış 12 iyul 2010-cu il tarixli, 48 nömrəli müqaviləyə əsasən satıcı Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 2 otaqlı 80 nömrəli mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə müqavilənin ümumi məbləği olan 54840 ABŞ dolları əvvəlcədən ödəməyi öhdəsinə götürmüşdür. 12 iyul 2010-cu il tarixli Maliyyə Arayışından görünür ki, İddiaçı “X18” MMC-nin Yeni Yasamal yaşayış massivində inşa etdiyi 1 saylı binanın 11-ci mərtəbəsində yerləşə 80 nömrəli 91.4 kv.m olan iki otaqlı mənzilin dəyərini tamamilə ödəmişdir. Hal-hazırda “X18”ə heç bir borcu yoxdur, “X18” MMC tərəfindən verilmiş 01 nörəli 12 iyul 2010-cu il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən İddiaçı 54840 ABŞ dolları məbləğində pul vəsaitini “X18” MMCyə ödəmişdir. MMC mənzili İddiaçı təhvil vermədiyi üçün Yasamal Rayon Məhkəməsində bu barədə iddia qaldırmış, məhkəmənin 2(004)-3667/2022 saylı , xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh “X18” MMC tərəfindən Bakı şəhəri, Yasamaol rayonu, Yeni Yasamal y/m-də inşa edilmiş 1 saylı çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsinə yerləşən ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 2 otaqlı 80 saylı mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. Qətnamə icraya yönəldimiş və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icraatında olmuşdur. Qətnamənin icrası zamanı məlum olmuşdur ki, həmin mənzildə başqa şəxslər yaşayır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3667/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasl ilə bağlı “X18” MMC tərəfindən Bakı şəhəri, Yasamaol rayonu, Yeni Yasamal y/m-də inşa edilmiş 1 saylı çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsinə yerləşən ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 2 otaqlı 80 saylı mənzildə olunmuş və həmin mənzilin X1, həmin ünvanda yaşadığı məlum olmuşdur. Hazırda İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2h Məhəmməd oğlu və Cavabdeh1 və onların azyaşlı uşaqları – xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X10 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, “X18” MMC-nin inşa etdiyi 1 saylı çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 80 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdehlərin qeyd olunan mübahisəli evdə hər hansı formada istifadə hüququnun olmadığı müəyyən edilmişdir. Cavabdehin mübahisəli evdə qanunsuz yaşaması iddiaçının bir mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, cavabdehin müvafiq evdə yaşaması üçün hər hansısa bir sənəd yoxdur və bununla bağlı hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil rəsmi müqavilə əsasında iddiaçının sahibliyinə və istifadəsinə verildiyindən, cavabdehin isə həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən və yaxud həmin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə və digər qanuni əsas olmadığından, iddiaçı haqlı olaraq, cavabdehin evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və onun azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X12 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, “X18” MMCnin inşa etdiyi 1 saylı çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 80 saylı mənzildən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və onun azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X12 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, “X18” MMC-nin inşa etdiyi 1 saylı çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 80 saylı mənzildən çıxarılsın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar