Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-709/2025 18.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin olaraq İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə 06 iyun 2022-ci il tarixdə 20000 (iyirmi min) manat müqabilində Bakı şəhəri Yasamal rayonu, 8-ci keçid, ev 7/11 ünvanda yerləşən 51.26 kv.metr 1 mərtəbəli fərdi yaşayış evinin, ümumi sahəyə aid olan 32.35 kv.metrdən ibarət olan hissəsini alqı-satqı yolu ilə əldə edərək mülkiyyətçisi olduğu mənzilə, cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması və ona düşən hissəyə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iş üzrə Cavabdeh2 06 iyun 2022-ci il tarixdə notariat qaydasında alqı-satqı müqaviləsinə əsasən ünvan 5A nömrəli mənzilin ümumi sahəsi 51,26 kv.metr fərdi yaşayış evinin 32.35kv.metrini 20,000 manat müqabilində almışdır. Hal-hazırda ünvan 5A nömrəli evin 32.35 kv.metri alqı-satqı müqaviləsi üzrə onun mülkiyyətindədir, qalan hissəsi isə cavabdehin üzərində saxlanılmışdır. Bununla bağlı lazımi sənədlərini iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh2 şəxsi mülkiyyətində olan mənzilində yaşamağına müdaxilə etdiyindən hazırda Bakı şəhəri Biləcəri qəsəbəsi 1 may yaşayış massivi, döngə 6, ev 10 nömrəli evdə kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Cavabdeh notariat qaydasında mənzilin bir hissəsini yəni 32.35 kv.metrini onunla alqı-satqı etsə də adı gedən mənzildən müstəqil şəkildə istifadə etməyinə mütamadi maneələr yaratmaqla məşğuldur. Beləki alqı satqı müqaviləsindən də göründüyü kimi tərəflər alqı-satqı etdikdən sonra üzərlərinə düşən öhtəlikləri yerinə yetirməyə qanun qarşısında borcludular. Özü etməsə belə onun vərəsələri tərəfindən icra edilməlidir. Alqı-satqı müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhtəliyi yerinə yetirməkdən imtina etməsinə görə hazırkı ərizə ilə məhkəməyə müraciə etmək məcburiyyətində qalmışdır. Daha sonra, ilk iddia üzrə Cavabdeh2 ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair ilkin iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, iddia ərizəsində iddiaçı Cavabdeh2 06 iyun 2022-ci il tarixdə notariat qaydasında alqı-satqı müqaviləsi əsasən ünvan 1 mənzilin ümumi sahəsi 51,26 kv.metr fərdi yaşayış evinin 32.35 kv.metrini 20000 manat müqabilində aldığını, hal-hazırda Bakı şəhəri Yasamal rayonu, 8-ci keçid,ev 7/11A nömrəli evin 32.35 kv.metri alqı-satqı müqaviləsi üzrə onun mülkiyyətində olduğunu, qalan hissəsinin isə cavabdehin üzərində saxlanıldığını, Cavabdeh2 şəxsi mülkiyyətində olan mənzilində yaşamağına müdaxilə etdiyindən, hazırda Bakı şəhəri Biləcəri qəsəbəsi 1 may yaşayış massivi, döngə 6 ev 10 nömrəli evdə kirayədə yaşamaq məcburiyyətində qaldığını, cavabdehin notariat qaydasında mənzilin bir hissəsini yəni 32.35 kv.metrini onunla alqı-satqı etsə də adı gedən mənzildən müstəqil şəkildə istifadə etməyinə mütəmadi maneələr yaratmaqla məşğul olduğunu göstərmişdir. Birincisi ünvan 1 ünvan qeyd edilən ərazidə ümumiyyətlə mövcud deyildir. İşdə olan arayışdan isə görünür ki, iddiaçı qeyd edilən ünvanda pasport qeydiyyatındadır. Belə çıxır ki, iddiaçı mövcud olmayan ünavana pasport qeydiyyatına alınmışdır. Cavabdehin iddiaçıya yaşayış evi kimi satdığı əmlak özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmamışdır. Həmin əmlak üzərində sərəncam verilə və bu barədə olan müqavilə qanunla müəyyən edilmiş qaydada notarial qaydada təsdiqlənə bilməzdi. Hər iki tərəf aralarında olan razılaşmanın əhəmiyyətsiz və həmin müqavilənin icra edilməsinin mümkün olmadığını bilirdi. Bununla bağlı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əmlakın alqı- satqısı müqaviləsi üzrə tərəflərdən biri əmlakı digər tərəfin mülkiyyətinə verməyi, digər tərəf əmlakı qəbul edib onun dəyərini ödəməyi öhdəsinə götürür. Əmlakın alqı-satqı müqaviləsi özündə mühüm şərtləri əks etdirməlidir, əks halda o, bağlanmamış hesab ediləcəkdir. Yaşayış evinin alqı-satqısı üçün onun çıxarışı olmalıdır. Lakin belə bir sənəd ümumiyyətlə olmadığından müqavilədə nəzərdə tutulan əmlakın alqı-satqısı da mümkün deyildir. Bağlanmış müqavilədən görünür ki, satılması nəzərdə tutulan otaq bir yayayış evinin tərkib hissəsidir. Lakin onlar bir ev nömrəsi altındadırlar. Fakitki olaraq alınan otağın ünvanı müəyyən edilməmişdir. Bu o deməkdir ki, satılan mənzil və qeyri yaşayış hissəsinin qalan hissəsi bir yaşayış evinin tərkib hissəsidir. “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na, fərdi yaşayış evlərinin tərkib hissələrinin girişlərinə isə ünvan verilmir. Yəni bu o, deməkdir ki, 50 ildən sonra da aldığı yaşayış evinin tərkib hissəsi ilə bağlı heç bir hüquq əldə edə bilməyəcəkdir. Çünki ünvanı olmayan yaşayış sahəsinə heç bir hüquq, o cümlədən mülkiyyət hüququ yaranmır. İddiaçı iddia ərizəsində Cavabdeh2 ünvan 2 ünvanda yerləşən 51.26 kv.metr 1 mərtəbəli fərdi yaşayış evinin, ümumi sahəyə aid olan 32.35 kv.metrdən ibarət olan hissəsini alqı-satqİ yolu ilə əldə edərək mülkiyyətçisi olduğu mənzilə, cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması və ona düşən hissəyə köşürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ünvan 3 ünvanda heç kəs mane olmur, çünki belə bir ünvan ümumiyyətlə yoxdur. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid 7/11 ünvanında yerləşən ü/s 51,26 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evinin ü/s 30,35 kv.metrdən ibarət (dəhliz 1,67 kv.m; sanitar qovşağı 1,57 kv.m, mətbəx 6,15 kv.m, otaq 20,96 kv.m) 1 otağının alqı-satqısına dair Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X2 tərfindən təsdiq edilmiş 06 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatında bildirmişdir ki, ilkin iddia tələbini müdafiə edir. Qarşılıqlı iddianı qəbul etmir. Ev alqısatqı yolu ilə əldə edilmişdir. Qarşı tərəfin həyat yoldaşı da evin satılmasına etirazının olmadığını bildirmişdir. Qarşı tərəfə evdən çıxması üçün tərəfindən bir neçə ay möhlət verilmiş, daha sonra o, evdən çıxmaqdan imtina etmişdir. Hal-hazırda məcburən kirayə evdə yaşayır. Odur ki, məhkəmədən ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Ev alınarkən çıxarışı olmamışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, ilkin iddia tələbini qəbul etmir. Qarşılıqlı iddianı müdafiə edir. Ev özbaşına tikilidir. AR Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Həmin ev alqı-satqı müqaviləsinin predmeti ola bilməzdi. “Notariat haqqında” Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır. Həmin evdə 4 nəfər qeydiyyatda olmasına baxmayaraq, yalnız bir nəfərin razılığı alınmışdır. Odur ki, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 izahatında bildirmişdir ki, ilkin iddia tələbini qəbul etmir. Qarşılıqlı iddianı müdafiə edir. Odur ki, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlə aralarında həmin ev barəsində ilkin alqı-satqı müqaviləsi bağlanmış və ona 20000 manat pul verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 06 iyun 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 onun istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid 7/11 ünvanında yerləşən, ümumi sahəsi 51,26 kv.metr olan 1 mərtəbəli fərdi yaşayış evinin ümumi sahəsi 30,35 kv.metrdən ibarət (dəhliz 1,67 kv.m; sanitar qovşaq 1,57 kv.m; mətbəx 6,15 kv.m; otaq 20,96 kv.m) 1 otağını 20000 manata alıcı İddiaçı satmış, satıcı istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid 7/11 ünvanında yerləşən, ümumi sahəsi 51,26 kv.metr olan 1 mərtəbəli fərdi yaşayış evinin ümumi sahəsi 30,35 kv.metrdən ibarət (dəhliz 1,67 kv.m; sanitar qovşaq 1,57 kv.m; mətbəx 6,15 kv.m; otaq 20,96 kv.m) 1 otağını bu müqavilə bağlandığı andan alıcıya 1 ay müddətinə təhvil verməyi və 50 il müddətinə əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid 7/11 ünvanında yerləşən, ümumi sahəsi 51,26 kv.metr olan 1 mərtəbəli fərdi yaşayış evi qanunsuz tikili olmaqla, Cavabdeh2 sahibliyində və istifadəsində olmuş, daha sonra Baxışov X1 Elvin Şahin oğlu ilə Bakı şəhəri 14 saylı Notariat Ofisində 06 iyun 2022-ci il tarixdə ilkin alqısatqı müqaviləsi bağlayaraq istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid 7/11 ünvanında yerləşən, ümumi sahəsi 51,26 kv.metr olan 1 mərtəbəli fərdi yaşayış evinin ümumi sahəsi 30,35 kv.metrdən ibarət (dəhliz 1,67 kv.m; sanitar qovşaq 1,57 kv.m; mətbəx 6,15 kv.m; otaq 20,96 kv.m) 1 otağını 20000 manata alıcı İddiaçı satmış, eyni zamanda satıcı istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid 7/11 ünvanında yerləşən, ümumi sahəsi 51,26 kv.metr olan 1 mərtəbəli fərdi yaşayış evinin ümumi sahəsi 30,35 kv.metrdən ibarət (dəhliz 1,67 kv.m; sanitar qovşaq 1,57 kv.m; mətbəx 6,15 kv.m; otaq 20,96 kv.m) 1 otağını bu müqavilə bağlandığı andan alıcıya 1 ay müddətinə təhvil verməyi və 50 il müddətinə əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməyi öz öhdəsinə götürmüşdür. Hazırda İddiaçı Cavabdeh2 06 iyun 2022-ci il tarixdə ilkin alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra itməməsinə istinad edərək, Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid 7/11 ünvanında yerləşən, ümumi sahəsi 51,26 kv.metr olan 1 mərtəbəli fərdi yaşayış evinin ümumi sahəsi 30,35 kv.metrdən ibarət (dəhliz 1,67 kv.m; sanitar qovşaq 1,57 kv.m; mətbəx 6,15 kv.m; otaq 20,96 kv.m) 1 otağına köçürülməsi və cavabdeh tərəfindən qoyulan maneələrin aradan qaldırılmasını xahiş edir. Eyni zamanda Cavabdeh2 da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 06 iyun 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Tərəflər arasındakı mövcud mübahisə Cavabdeh2 ilə İddiaçı arasında Bakı şəhəri 14 saylı Notariat Ofisində 06 iyun 2022-ci il tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsindən irəli gəldiyindən məhkəmə ilkin olaraq, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 06 iyun 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsinə münasibət bildirməyi zəruri hesab edir. Tərəflər arasında belə bir müqavilənin bağlanması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəfin tələbinin əsası kimi istinad etdiyi dəlilə münasibət bildirərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 ilkin alqı-satqı müqaviləsi üzrə İddiaçı bir hissəsini satdığı Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid 7/11 ünvanında yerləşən, ümumi sahəsi 51,26 kv.metr olan 1 mərtəbəli fərdi yaşayış evinin qanunsuz tikili olması və sənədlərinin olmamasına istinad etsə də, fərdi yaşayış evinin qanunsuz tikili olması müvafiq mənzil üzərində sahiblik və istifadə hüququqlarının mövcud olmaması və gələcəkdə də mülkiyyət hüquqlarının yaranmaması deyildir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid 7/11 ünvanında yerləşən, ümumi sahəsi 51,26 kv.metr olan 1 mərtəbəli fərdi yaşayış evi üzərində Cavabdeh2 gözlənilən mülkiyyət hüququ olmuş, buna müvafiq olaraq Baxışov X1 Elvin Şahin oğlu ilə arasında 06 iyun 2022-ci il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən satıcı Cavabdeh2 gözlənilən mülkiyyət hüququ mövcud olan Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid 7/11 ünvanında yerləşən, ümumi sahəsi 51,26 kv.metr olan 1 mərtəbəli fərdi yaşayış evinin ümumi sahəsi 30,35 kv.metrdən ibarət (dəhliz 1,67 kv.m; sanitar qovşaq 1,57 kv.m; mətbəx 6,15 kv.m; otaq 20,96 kv.m) 1 otağını 20000 manata İddiaçı satmış, Cavabdeh2 istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid 7/11 ünvanında yerləşən, ümumi sahəsi 51,26 kv.metr olan 1 mərtəbəli fərdi yaşayış evinin ümumi sahəsi 30,35 kv.metrdən ibarət (dəhliz 1,67 kv.m; sanitar qovşaq 1,57 kv.m; mətbəx 6,15 kv.m; otaq 20,96 kv.m) 1 otağını bu müqavilə bağlandığı andan İddiaçı 1 ay müddətinə təhvil verməyi və 50 il müddətinə əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməyi öz öhdəsinə götürmüşdür. Sözügedən müqavilə daşınmaz əmlakla bağlı olduğundan daşınmaz əmlakın ilkin alqı-satqı müqaviləsi də notarial qaydada təsdiq olunmuşdur. Göründüyü kimi, Cavabdeh2 ilə İddiaçı arasında Bakı şəhəri 14 saylı Notariat Ofisində bağlanmış, reyestrdə 3M-2099 nömrə ilə qeyd edilmiş, xx.xx.2022-ci tarixli ilkin alqı-satqı müqaviləsi Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlanmış, müqavilənin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Tərəflər arasında bağlanmış ilkin alqı-satqı müqaviləsinin etibarsızlığı üçün məhkəmə araşdırması gedişində əsaslar müəyyən edilmədiyindən hazırki halda Cavabdeh2 ilə İddiaçı arasında Bakı şəhəri 14 saylı Notariat Ofisində bağlanmış, reyestrdə 3M-2099 nömrə ilə qeyd edilmiş, xx.xx.2022-ci tarixli ilkin alqı-satqı müqaviləsi qüvvədədir, bu baxımdan Cavabdeh2 müqavilə üzrə öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirməli, sözügedən müqavilə üzrə İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid 7/11 ünvanında yerləşən, ümumi sahəsi 51,26 kv.metr olan 1 mərtəbəli fərdi yaşayış evinin ümumi sahəsi 30,35 kv.metrdən ibarət (dəhliz 1,67 kv.m; sanitar qovşaq 1,57 kv.m; mətbəx 6,15 kv.m; otaq 20,96 kv.m) 1 otağına gözlənilən mülkiyyət hüququ yarandığından Cavabdeh2 tərəfindən İddiaçı mübahisələndirilən hissədən istifadə hüququna yaradılmış maneələr aradan qaldırılmalı İddiaçı ilkin alqı-satqı müqaviləsi üzrə aldığı hissəyə köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, tərəflər arasında bağlanmış ilkin alqı-satqı müqaviləsi üzrə Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid 7/11 ünvanında yerləşən, ümumi sahəsi 51,26 kv.metr olan 1 mərtəbəli fərdi yaşayış evinin ümumi sahəsi 30,35 kv.metrdən ibarət (dəhliz 1,67 kv.m; sanitar qovşaq 1,57 kv.m; mətbəx 6,15 kv.m; otaq 20,96 kv.m) 1 otağa ilkin iddia üzrə iddiaçının gözlənilən mülkiyyət hüququ vardır, həmin otaq ilkin iddia üzrə cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. İlkin iddia üzrə cavabdeh müqavilə bağlandığı andan 1 ay müddətinə həmin otağı ilkin iddia üzrə iddiaçıya təhvil verməyi öhdəsinə götürsə də, hazırda bu öhdəliyindən yayınır. İlkin iddia üzrə iddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk iddia təmin edilməli, ilk iddia üzrə İddiaçı ünvan 5 ünvanda yerləşən 51.26 kv.metr sahədən ibarət 1 mərtəbəli fərdi yaşayəş evinin ümumi sahəyə aid olan 32.35 kv.metrdən ibarət olan hissəsinə köçürülməli və ilk iddia üzrə Cavabdeh2 ilk iddia üzrə iddiaçının sözügedən yaşayış evinə köçürülməsinə maneələrin törədilməsi qadağan edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. İlk iddia üzrə İddiaçı ünvan 5 ünvanda yerləşən 51.26 kv.metr sahədən ibarət 1 mərtəbəli fərdi yaşayəş evinin ümumi sahəyə aid olan 32.35 kv.metrdən ibarət olan hissəsinə köçürülsün və ilk iddia üzrə Cavabdeh2 ilk iddia üzrə iddiaçının sözügedən yaşayış evinə köçürülməsinə maneələrin törədilməsi qadağan edilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə İddiaçı aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-709/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-709/2025
18.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver