Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-721/2024 04.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” “tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC-nin direktoru X1 arasında xx.xx.2022-ci il tarixli, 13 №-li xidməti müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1ci bəndinə əsasən, “icraçı” bu müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə “sifarişçi”nin bacaracağına əsasən 1 nəfər üçün Polşa Respublikasında müvafiq vakansiyalar əsasında iş icazəsini alınmasını təşkil edir. Müqavilənin 2.2-ci bəndinə əsasən, müqavilənin ümumi dəyəri 2000 (iki min) Azərbaycan manatdır. Müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilənin 2.2-ci maddəsində nəzərdə tutulmuş ümumi dəyəri 50%, yani 1000 (bir min) Azərbaycan manatı, qabaqcadan ödəniş olaraq, “sifarişçi” tərəfindən “icraçı”ya qəbz əsasında müqaviləni başlandığı tarixdə nağd şəkilində ödənilir. Müqavilənin 3.2-ci bəndinə əsasən, bu müqavilənin 2.2-ci maddəsində nəzərdə tutulmuş ümumi dəyərin qalan 50%, yani 1000 (bir min) Azərbaycan manatı, tam ödənişi olaraq, “sifarişçi” tərəfindən “icraçı”ya qəbz əsasında Polşa Respublikasında dəvətnamə gəldikdən sonra nəğd şəkilində ödənilir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 288996 №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən xidmət üçün 1000 (bir min) manat ödəniş olunmuşdur. 2023-cü ilin yanvar ayında Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən iddiaçıya məlumat verilərək bildirilmişdir ki, Polşa Respublikasından dəvətnamə gəlmiş və növbəti müqavilə bağlanılmalıdır. Daha sonra İddiaçı Cavabdeh MMC-nin direktoru X1 arasında xx.xx.2023-cü il tarixli, 03 №-li xidməti müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən, “icraçı” və “Sifarişçi”nin Azərbaycan Respublikasında yerləşən, Polşa Respublikasının səfirliyində viza dəstəyi uyğun konsultasiya xidməti barədə razılığa gəldiklərini təsdiq edir. Müqavilənin 2.2-ci bəndinə əsasən, müqavilənin ümumi dəyəri 2000 (iki min) Azərbaycan manatıdır. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 356669 №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən xidmət üçün 1000 manat ödəniş olunmuşdur. Müqavilələr üzrə iddiaçının öhdəsinə düşən ödənişi etməsinə baxmayaraq cavabdeh öz öhdəsinə düşən vəzifəsini icra etməmişdir. İkinci müqavilə bağlandıqdan 10 ay keçməsinə baxmayaraq, iddiaçı Polşa Respublikasının Səfirliyinə viza verilməsi üçün dəvət olunmamışdır. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən dəfələrlə cavabdehə məlumat verilsə də, cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında mübahisənin həll olunması əsası ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmaqla iddianın baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Ərizə ilə iddiaçının iradə ifadəsi həyata keçirilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli, mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Qeyd olunanlar nəzərə alınmaqla, MPM-in 259.0.11-ci maddəsinin tələbləri rəhbər tutulmaqla mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla iddia tələbi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 114.1.5-ci maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. MPM-in 260.6-cı maddəsinə əsasən iş üzrə iddianın baxılmamış saxlanılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla iddia tələbi baxılmamış saxlanılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 40 (qırx) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-721/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-721/2024
04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver