Məhkəmə qərarları › İş №e-2(004)-7227/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-7227/2025

15.01.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-7227/2025 15.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə, Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi, müqavilənin icrasına məcbur etmə və ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC, Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi, müqavilənin icrasına məcbur etmə və ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli paylı tikinti müqaviləsinin icra edilərək ünvan 1 ünvanında yerləşən 4 bloklu, 12-ci mərtəbədə, ümumi sahəsi 55,3 kv m olan birotaqlı 305 nömrəli mənzilin və açarların İddiaçı təhvil verilməsinə və təqdim edilməsinə; Məhkəmə qərarı əsasında ünvan 1 ünvanında yerləşən 4 bloklu, 12-ci mərtəbədə, ümumi sahəsi 55,3 kv m olan birotaqlı 305 nömrəli mənzilə pay hüququnun tanınmasına və Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qaydiyyatına alınmasına; Mənzildən istifadə edə bilmədiyi dövr üçün dəymiş ziyana görə 2000 (iki min) manat məbləğində zərərin, ödəmilmiş dövlət tüsumuna görə 100 (bir) manat, vəkilə çəkilən xərcə görə 1500 (bir min beş yüz) manat xərcin cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, mülki işin aiddiyəti üzrə Nizami rayon Məhkəməsinə göndərilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh "xxxx" MMC-nin rəsmi qeydiyyat ünvanı ünvan 2ı Mülki Prosessual Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. İşin hallarından görünür ki, iddiaçı müqavilə öhdəliyinin cavabdeh tərəfindən yerinə yetirilməsini tələb edir. Lakin iddia ərizəsi cavabdehin qeydiyyata alındığı yer üzrə verilməmiş və ərazi aiddiyyatı qaydaları pozulmaqla iş icraata qəbul edilmişdir. Cavabdehin rəsmi qeydiyyat ünvanı Nizami rayonunda yerləşdiyindən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə, Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi, müqavilənin icrasına məcbur etmə və ziyanın ödənilməsi” tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə, Cavabdeh2 qarşı “mənzilin təhvil verilməsi, müqavilənin icrasına məcbur etmə və ziyanın ödənilməsi” tələbinə dair 2(004)-7227/2025 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar