Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-7237/2021 21.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Tahir oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 30.09.2021-ci il tarixində 2377 saylı akt qeydi ilə bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikah bağlanmadan bir neçə ay öncə sürücülük kurslarında tanış olmuşdur. Bir müddət sonra cavabdeh ona nikaha daxil olmağı və nikahın rəsmiləşdirilməsi üçün ASAN xidmət mərkəzinə müraciət etməyi təklif etmişdir. Nikahları 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 30.09.2021-ci il tarixdə, 2377 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmiş, lakin nişan və toy məclisləri baş tutmamışdır. Rəsmi nikaha daxil olmaları barədə ailələrinin məlumatı olmamışdır. Nişan və toy məclisinin nə vaxt baş tutacağı barədə tərəfindən dəfələrlə sual verilsə də, müxtəlif bəhanələrlə suallar cavabsız qalmışdır. Sonradan cavabdeh onunla evlənmək niyyətinin olmadığını, eyni zamanda ailə qurmağına ailəsinin razılığı olmadığını bildirmişdir. Cavabdehlə heç zaman birgə yaşamamış, birgə təsərrüfat sürməmiş, aralarında ər-arvad arasında olan intim əlaqə olmamışdır. Yuxarıda sadalanan səbəblərdən nikahın pozulması üçün deyil, qeyd olunan nikah saxta olduğu səbəbindən nikahın etibarsız sayılması üçün məhkəməyə müraciət etmək qərarına gəmişdir. Cavabdeh ilə olduğu bu saxta nikah onun konstitusion hüquqlarını həyata keçirməyə mane olur, onun adına xələl gətirir, bu nikahın müvafiq icra hakimiyyəti orqanında və ya məhkəmə qaydasında pozulması onun hüquqlarının həyata keçirilməsində ciddi problemlər yaradacaq, gələcəkda ailə quracağı şəxsdə artıq evli olduğu təəssüratı yaradacaq, bu isə bir sıra anlaşılmamazlıqlara, onun istədiyi şəxslə nikaha daxil olmağını çətinləşdirəcək və ya mümkünsüz edəcəkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə Cavabdeh iddia tələbinin etiraf edilməsinə dair ərizə təqdim edərək, bildirmişdir ki, iddiaçının iddia ərizəsində və məhkəmə iclasındakı çıxışında göstərildiyi kimi, onunla evlənmək niyyəti olmamışdır. İddiaçı ilə birgə yaşamamış və heç bir təsərrüfat aparmamışlar. Göstərilənlərə əsasən, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər 30.09.2021ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Nikaha daxil olarkən cavabdehin evlənmək niyyəti olmayıbdır. 27.10.2021-ci il tarixli MŞ-0080 saylı ilkin mediasiya sessiyasinda iştirak edilməməsi barədə arayış iddia ərizəsinə əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Habelə, cavabdeh məhkəməyə ərizə ilə müracət edərək, iddianı etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, tərəflərin ailə qurmaq niyyəti olmadığından, həmçinin, cavabdeh tərəfindən iddia etiraf edildiyindən və bu hal məhkəmə tərəfindən təsdiq edildiyindən məhkəmə hesab edir ki, tərəflər arasındakı bağlanmış nikah etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 30.09.2021-ci il tarixində 2377 saylı akt qeydi ilə bağlanmış nikah etibarsız sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-7237/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-7237/2021
21.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver