Məhkəmə qərarları › İş №e-2(004)-731/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-731/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-731/2024 30.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "öhdəliklərin icra edilməməsinə görə yaranmış borc" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı "öhdəliklərin icra edilməməsinə görə yaranmış borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş 5100 (beş min yüz) manat xidmət haqqı, 2360 (iki min üç yüz altmış) manat hüquqşünasa ödənilən pul, 433 (dörd yüz otuz üç) manat gecikmə faizi, 740 (yeddi yüz qırx) manat banka ödənilən faiz borc məbləği, ümumilikdə 8633 (səkkiz min altı yüz otuz üç) manat olan pul məbləğinin məhkəməyə ödənilmiş 107 (yüz yeddi) manat dövət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə X19 şəxsində təmsil olunan Cavabdeh MMC arasında 30 yanvar 2023-cü il tarixli, WORK 22/09 saylı “Kanada dövlətindən iş vizasının alınması üçün viza dəstəyinə dair” Xidməti Müqaviləsi imzalanmışdır. Müqavilə əsasında tərəflərin üzərinə öhdəliklər qoyulmuşdur. İddiaçı tərəfindən həmin müqavilədə onun üçün nəzərdə tutulan öhdəliklər icra edildiyi halda, cavabdeh tərəfindən onun üçün nəzərdə tutulan öhdəliklər icra edilməmişdir. Belə ki, müqavilənin şərtlərinə görə iddiaçı vizadan imtina aldığı təqdirdə ödəniş geri qaytarılmalıdır. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri kobud şəkildə pozularaq, ödəniş geri qaytarılmamışdır. Borcun qaytarılması ilə bağlı dəfələrlə cavabdehə müraciət olunmasına baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək borcun ödənilməsindən yayınmışdır. Bildirir ki, müqavilə imzalanarkən iddiaçı tərəfindən 5100 (beş min yüz) manat xidmət haqqı ödənilmişdir. Müqaviləyə əsasən Sifarişçi vizadan imtina aldığı təqdirdə İcraçıya ödədiyi məbləği tələb edə və bununla bağlı iddia qaldıra bilər. Müqavilənin 5.1-ci bəndinə qeyd edilmişdir ki, Kanada dövlətindən müsbət rəy gələnə kimi ödənilən məbləğlər Cavabdeh MMC tərəfindən depozit kimi saxlanılır və MMC-nin balansına müqavilə tam icra olunmayadək keçirilmir. Buna səbəb müqavilənin tam icra olunmuş hesab edilməsi üçün Sifarişçinin proqram çərçivəsində viza almasının müqavilədə şərt kimi qoyulması və İcraçının bu baş tutmadığı halda müqavilədə göstərilən məbləği Sifarişçiyə ödəmək vəzifəsini öz öhdəsinə götürməsidir və həmin müqavilənin 5.3-cü maddəsində qeyd edilmişdir ki, Sifarişçi vizadan imtina alarsas ödəniş Sifarişçiyə 30 (otuz) iş günü ərzində tam formada geri qaytarılır. Lakin müqavilənin qeyd olunan maddələrində nəzərdə tutulan öhdəliklər Cavabdeh MMC tərəfindən qərəzli şəkildə icra edilməmişdir. Bundan başqa iddiaçı dəfələrlə telefon danışıqları və mesaj vasitəsilə cavabdehdən ödədiyi pulu tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. İddiaçı pozulmuş hüquqlarını bərpa etmək üçün hüquqşünasa müraciət etmiş, hüquqi xidmət müqaviləsi bağlamış və ona rəsmi olaraq 2360 manat pul ödəmişdir.Bildirir ki, qeyd olunan borc gecikdirildiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq üstünə faizlər hesablanmalıdır. Müqavilə ilə ayrı qayda müəyyənləşdirilmədiyi üçün gecikdirilmiş borc məbləğindən faizlər Mərkəzi Bankın hal-hazırki uçot dərəcəsi ilə hesablanmış və cavabdehin faizlər üzrə borcu 433 manat təşkil edir. Eyni zamanda iddiaçı Cavabdeh MMC şirkəti ilə Xidməti Müqaviləni xx.xx.2023-cü il tarixində bağlamamışdan əvvəl, elə həmin tarixdə cavabdeh şirkətin vədlərinə inanaraq Bankdan 14,5% kredit götürərək, xidmət haqqının ilkin hissəsini (5100) manat ödəmişdir. Bununla da iddiaçının borc məbləğinə nisbətdə faiz olaraq itirdiyi məbləğ 740 manat təşkil edir. xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən cavabdehə Pretenziya məktubu ünvanlanmışdır. Pretenziya məktubunda cavabdehin öhdəliklərinin 7 (yeddi) iş günü ərzində tələb olunan ödənişin edilmədiyi təqdirdə, öhdəliklərin məcburi qaydada icra edilməsi məqsədilə, qanunla nəzərdə tutulan bütün hüquqi vasitələrdən istifadə edilərək iddiaçı tərəfindən aiddiyatı üzrə məhkəməyə müraciət edəcəyi qeyd edilmişdir. Lakin bu müddət ərzində cavabdeh tərəfindən heç bir geri dönüş edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “X14 Cəmiyyəti” – (İcraçı) ilə bir tərəfdən İddiaçı – (Sifarişçi) arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, WORK 22/09 saylı Xidməti Müqavilədən görünür ki, İddiaçı ona Kanada dövlətindən iş dəvətinin alınmasından ötrü lazım olan sənədləri, arayışları cavabdeh "xxxx" MMC-yə təqdim etməli və 22.100 manat xidmət haqqı ödəməli, cavabdeh "xxxx" MMC isə Kanada iş vizasına sponsorluq edən Kanada şirkətindən iş dəvətinin alınması, Kanada dövlətindən işə qəbul sənədi gəldikdən sonra Kanada vizasına müraciət üçün formaların doldurulması ilə bağlı hüquqi məsləhət və xidmət göstərməli, təyyarə biletinin alınmasına köməklik etməli, İddiaçı Toronto şəhərində qarşılanması və bu şəhər daxilində onun istədiyi ünvana çatdırılmasına dair məsələləri həll etməlidir. xx.xx.2023-cü il tarixli, A20191 nömrəli ödəniş qəbzinin sürətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına 5100 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı adına olan "xxxx" kart hesabından çıxarışın surətindən görünür ki, Zülfqar Hüseynli "xxxx" ASC-dən 14.000 manat məbləğində kredit götürmüşdür. “X22 Hüquq Şirkəti” MMC-nin 22 noyabr 2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, X2 tərəfindən hüquqi xidmətin göstərilməsinə görə şirkətə 2360 manat məbləğində ödəniş edilmişdir. “Azemis” Elektron Məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil “X22 Hüquq Şirkəti” MMC-də böyük hüquq məsləhətçisi vəzifəsində işləyir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 4(004)- 11/2024 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X19 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Zaur Məmmədov vəsatət qismən təmin olunmuş, 07 iyul 1996-cı ildə Beyləqan rayonu Xalac kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, subay, Cavabdeh MMC-nin rəhbəri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, hazırda Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X19 barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddəti 09 mart 2024-cü il tarixədək müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-212/2024 saylıqərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən X10 barəsində həbsdə saxlama müddətinin uzadılmasına dair verilmiştəqdimat qismən təmin edilmiş, 07 iyul 1996-cı il tarixdə Beyləqan rayonu, Xalac kəndində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, subay, ali təhsilli, Cavabdeh MMC-nin rəhbəri işləyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında yaşamış X19 barəsində həbsdə saxlama müddəti 2 (iki) ay yəni, 09 may 2024-cü il tarixədək uzadılması, ev dustaqlığı qətimkan tədbiri seçilməsinə dair təqsirləndirilən şəxs X10 vəsatətinin təmin edilməməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli ********** saylı ödəniş qəbzinə əsasən məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 110 manat (yüz doxsan altı manat) dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 30 yanvar 2023-cü il tarixdə xidmət müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımi qaydada və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin direktoru X19 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə istintaq gedir. Cinayət işinin başlanmasına əsas və səbəb X16 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Cavabdeh MMC-nin rəhbəri kimi təqdim edərək, müxtəlif vaxtlarda və tarixlərdə X3, X5, X4, X9, X17, X6, X11, X1, X12, X18 və X13 ailə üzvləri ilə birlikdə Kanada Konfederasiyasına pul müqabilində köç etdirməyə köməklik göstərəcəyi barədə yalandan vəd verib aldadaraq, həmin şəxslərdən qanunsuz olaraq müxtəlif məbləğlərdə pul alaraq, həmin şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi barədə toplanmış təhqiqat materialları olmuşdur. Bakı şəhəri Yasamal rayon prokurorluğunun 16 fevral 2042-cü il tarixli qərarı ilə X7 müraciəti əsasında Yasamal RPİnin 27-ci PB-nin təhqiqatçısı, polis mayoru Zamiq Kərimovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 iyul 2023-cü il tarixli qərarı ləğv edilərək, materialın Yasamal RPİ-nin İŞ-də X10 barəsində istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edilməsi üçün Yasamal RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır. Belə ki, iddiaçının cavabdehə 5100 manat məbləğində pul vəsaiti verməsi iş materiallarında olan sübutlarla təsdiqini tapır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iddia tələbində göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh 30 yanvar 2023-cü il tarixdə xidmət müqaviləsi üzrə ödənilmiş 5100 manat pulu iddiaçıya ödəməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə əsasən iddiaçı gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin məbləğin beş faizi 255 manat təşkil edir. Məhkəmə iddia tələbini qalan hissədə, yəni banka ödənilən faiz borcunun cavabdehdən tutulması hissəsində əsaslı hesab etmir və təmin olunmamasını qənaətinə gəlir. Belə ki, iddiaçı bankdan götürdüyü kreditin və ona hesablanmış faizlərin ödənilməsində birbaşa məsuliyyət daşıyır və ödəmiş olduğu faiz borcunu cavabdehdən tələb etməsinin hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə “X22 Hüquq Şirkəti” MMC-yə ödədiyi 250 manat və ödənilmiş dövlət rüsumunun 76 (yetmiş altı) manat hissəsi Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalı, hüquq şirkətinə ödədiyi pulun qalan 2110 manat hissəsi və dövlət rüsumunun qalan 31 manat hissədə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 5355 (beş min üç yüz əlli beş) manat məbləğində pul, hüquqi xidmətə görə vəkilə ödənilmiş 250 (iki yüz əlli) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 76 (yetmiş altı) manat hissəsi tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 5355 (beş min üç yüz əlli beş) manat məbləğində pul, hüquqi xidmətə görə vəkilə ödənilmiş 250 (iki yüz əlli) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 76 (yetmiş altı) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar