Məhkəmə qərarları › İş №e-2(004)-735/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-735/2023

17.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-735/2023 17.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 Cavabdeh Zeynalova (Cəbrayılova) Gülər Maqsud qızının Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və sahiiblik və istifadə hüquqlarının bərpa olunması və maneələrin qadağan edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələblərinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması (qətnamə icra olunan zaman yaşayış sahəsində olan bütün digər fiziki şəxslərin çıxarılması), evin boşaldılaraq iddiaçıya təhvil verilməsi, həmin evə dair pozulmuş sahiblik, istifadə hüquqlarının bərpa olunaraq, evinə daxil olmaq, sahiblik və istifadə hüquqlarına dair yönəldilmiş bütün maneələrin cavabdehə qadağan olunması (aradan qaldırılması), 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, müvəqqəti təminat tədbiri haqqında ərizənin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və yaşayış sahəsində yerləşdirilmiş iddiaçıya məxsus əşyaların: Qonaq otağında: Divan 1 ədəd Kreslo 2 ədəd Jurnal stolu Pərdə Trümo 2 ədəd Çilçıraq 4 ədəd Televizor altı (tumba) Çarpayı 2 nəfərlik Stol Stul 6 ədəd Pərdə dəst 6 ədəd (əlavə günlük və tül) Karniz qalın Servant Soyuducu ağ rəngli Peç iran istehsalı qara rəngli Xalça Elektrik çayniki Şkaf Çəkməcə 2 ədəd Ütü 2 ədəd (buxarla işləyən, çəhrayı rəngdə) Yataq otağında: Taxt döşəyi Yun yorğan 2 ədəd Yorğan sentifon Balış 4 ədəd Qalın adyal 2 ədəd Nazik adyal 2 ədəd Şkaf Çəkməcə 2 ədəd Trümo Çarpayı 2 nəfərlik Qaşıq-çəngəl-bıçaq dəsti Mətbəxdə: Mətbəx mebel dəsti Yuyucunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması, bu mümkün olmadıqda onların dəyəri olan 8000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışının əvvəlki iclaslarında iştirak etmiş iddiaçı iddia tələblərini müdafiə edərək izahatında göstərmişdir ki, o, təxminən 2018-ci ildə Cavabdeh ilə sonuncunun evini almaq məqsədi ilə tanış olmuşdur. Bundan sonra o, Bakı şəhəri, Yasamal rayonu, Yunis Dağlı küçəsində yerləşən yaşayış evinə baxmış və həmin evin təmirsiz vəziyyətdə olduğunu görüb fikrindən daşınmışdır. Cavabdeh qızının həmin vaxt ağır xərçəng xəstəsi olduğunu və onlara təcili pul lazım olduğunu bildirib evi ondan almağı xahiş etmişdir. Onun həmin qıza yazığı gəldiyi üçün qeyd olunan evlə bağlı heç bir rəsmi sənədləşmə işləri aparmadan Cavabdeh 64.000 manat məbləğində pul vermişdir. Cavabdeh verdiyi etibarnamədən sonra o, 16 yanvar 2019-cu il tarixdə qeyd olunan ünvana rəsmi olaraq qeydiyyata düşmüş və həmin vaxtdan etibarən evin bütün kommunal borclarını özü ödəmişdir. Lakin bir müddət sonra Cavabdeh xalası X3 həmin evə öz iddiasını bildirmiş və onu cavabdeh şəxs kimi məhkəməyə vermişdir. Yasamal rayon məhkəməsinin 22 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən Böyükxanım Bağırovanın iddia tələbi təmin edilməmişdir. O, 2021 -ci il ərzində aldığı evi yenidən təmir etdirmiş və bəzi mebel dəstlərini artıq mənzilə yerləşdirmişdir. X2 Bakı şəhərində evi olmadığı üçün həmin evi müvəqqəti olaraq dostuna vermişdir. Anar İsrafilov orada təxminən altı ay yaşamış və 21 noyabr 2022-ci il tarixdə məzuniyyətlə bağlı bir həftəlik qeyd olunan evdən çıxmış və 28 noyabr 2022-ci ıl tarixdə həmin evə geri qayıdan zaman mənzilin giriş qapısındakı kilidin sındırıldığını və qapının arxadan bağlandığını görmüşdür. Baş vermiş hadisə barədə İsrafilov Anar ona məlumat vermiş və o, dərhal yaşadığı ünvana tərəf getmişdir. Evə çatan zaman o, həqiqətən giriş qapısındakı kilidin sındırıldığının və evin keçmiş sahibəsi Cavabdeh mənzilin açarlarını dəyişdirib heç kimi içəri buraxmadığının şahidi olmuşdur. Daha sonra həmin evdə qalmış Anar İsrafilov özünə məxsus bir neçə kostyum, gödəkçə, şalvar, köynək, ayaqqabı və bir ədəd qızıl saatla bir ədəd soyuducunun Cavabdeh tərəfindən götürülərək, hal-hazıradək qaytarılmadığını bildirmişdir. Bundan sonra o, hadisə barədə əvvəl Azərbaycan Respublikası DİN-nin «102» xidməti-zəng mərkəzi sisteminə zəng etmiş, daha sonra isə həmin tarixdə Yasamal Rayon Polis idarəsinin 26-cı polis bölməsinə ərizə ilə müraciət etmişdir. Bundan əlavə evin alqı-satqısından sonra cavabdehlə whatsap yazışmalarında cavabdeh ona yaxşılıq etdiyini, ondan aldığı pul hesabına özünə ev aldığını, uşağını müalicə etdirdiyini bildirmişdir. Cavabdehə evin dəyərindən ödənilmiş puldan cavabdeh ona ödənilmiş 5000 manat məbləğində behi geri qaytarmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək izahatında bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi faktlar heç bir həqiqəti əks etdirmir. İddia ərizəsinə əlavə etdiyi sənədlərin (cavabdehə məxsus Hövsan qəsəbəsində yerləşən evə dair sənədlər, whatsap yazışmaları, və.s) hazırkı iddia tələbinə heç bir aiddiyyəti yoxdur və mübahisənin obyektiv həlli üçün sübut növü kimi qəbul edilə bilməz. İddia tələbindən göründüyü kimi iddiaçı cavabdeh – Cavabdeh ona məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması (qətnamə icra olunan zaman yaşayış sahəsində olan bütün digər fiziki şəxslərin çıxarılması), evin boşaldılaraq ona təhvil verilməsi, həmin evə dair pozulmuş sahiblik, istifadə hüquqlarının bərpa olunaraq, evə daxil olmaq, sahiblik və istifadə hüquqlarına dair yönəldilmiş bütün maneələrin qadağan olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinə məhkəmədə baxılarkən ümumiyyətlə ünvan 3 ünvanında fərdi yaşayış evinin faktiki mövcud olub-olmaması araşdırılmır. Ümumiyyətlə ünvan 1 ünvanında belə bir ev mövcud deyildir. Əgər ünvan 4di yaşayış evinin Cavabdeh məxsus olması barədə cavabdeh tərəfindən məhkəməyə belə bir sübut təqdim edilmişdirsə, onda belə bir nəticəyə gəlmək olarki, cavabdeh saxta sübutlar toplayaraq məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmişdir. Bu şübhənin aradan qaldırılması üçün Bakı şəhəri, Yasamal rayon 64 saylı MKİS-in məsul şəxsləri məhkəməyə dəvət edilməli və mübahisəyə obyektiv qiymət verilməlidir. Məhkəməyə təqdim edilmiş sübutlardan göründüyü kimi Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi, ev 4 ünvanında yerləşən fərdi yaşayış evində 30 ildən çoxdur ki, qeydiyyatda olmaqla ailə üzvü ilə həmin evdə yaşayır. Həmin ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh heç bir aidiyyətı yoxdur. xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahidlər dinidirilmiş və həmin şahidlərin hər birinə iltizama imza etdirilərək CM-nin 297-ci maddəsində nəzərdə tutulan məsuliyyət elan edilsə də, nədənsə şahidlər bunun məsuliyyətini dərk etməmiş və hər iki şahid ziddiyətli ifadələr vermişdir. Belə ki, şahid Nəzərov Rafail ifadəsində qeyd edir ki, “dəqiq ayını deyə bilmərəm amma onu deyə bilərəm ki, Cavabdeh 2019-cu ildə işlədiyim "xxxx" daşınmaz əmlak agentliyinə gələrək ona məxsus evinin satılmasını bildirmişdir”. Digər şahid İlqar Cəfərov isə “Cavabdeh 2018-ci ildə "xxxx" daşınmaz əmlak agentliyinə gələrək ona məxsus evinin satılmasını bildirmişdir”. Göründyü kimi şahidlərdən biri Cavabdeh 2019-cu ildə, digəri isə 2018-ci ildə "xxxx" daşınmaz əmlak agentliyinə gəlməsini qeyd etmişdir. Bundan əlavə "xxxx" daşınmaz əmlak agentliyinin diriektoru və eyni zaman da şahid İlqar Cəfərov məhkəməyə xx.xx.2018-ci il tarixli saxta beh müqaviləsi təqdim edərək, bildirmişdir ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi, ev 4 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı 64000 manata satması barədə razılığa gəlmişlər və Cavabdeh İddiaçı 5000 manat beh almışdır. Halbu ki, məhkəməyə təqdim edilən xx.xx.2018-ci il tarixli saxta beh müqaviləsinə nəzər yetirsək görərik ki, beh müqaviləsi "xxxx" daşınmaz əmlak agentliyinin direktoru və eyni zamanda şahid İlqar Cəfərov tərəfindən saxtalaşdırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli beh müqaviləsi bunu inkar edilməz şəkildə təsdiq edir. Bundan əlavə İddiaçı xx.xx.2018-ci il tarixli beh müqaviləsinin daha güvənli olması üçün Cavabdeh ilə notarial qaydada xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlamışdır. Qeyd edilən müqavilənin sonunda İddiaçı öz xətti və imzası ilə təsdiq edərək qeyd etmişdir ki, “müqavilə üzrə verdiyim 5000 manat vəsait mənə nağd şəkildə qaytarıldı”. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, iddiaçıya məxsus Nərimanov heykəlinin yanında yerləşən həyət evində usta kimi işləmiş, kafel-metlax işlərinə görə 1900 manat, elektrik işlərinə görə isə 250 manat ona iddiaçı tərəfindən verilmişdir. Cavabdehi tanımır, haqqında eşitməmişdir. Ev 3 otaqdan ibarətdir. Təmir işləri bitəndən sonra evə mebellər – mətbəx mebeli, 2 yataq otağı mebeli, stol və stullar gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və Rzayev Zöhrab Babaşirin oğlu ifadələrində iddiaçının izahatında göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, iddiaçının sifarişi ilə iddiaçıya məxsus Nərimanov heykəlinə yaxın ünvanda yerləşən evə mebellər - mətbəx dəsti - 2300 manata, 2 yataq otağı dəsti (hər bir dəstdə taxt, dolab, 2 tumba, trümo olmaqla) hər birinin qiyməti təxminən 1500-1800 manat arası, divan və kreslo – 800 manata, dəhliz üçün stol və stullar hazırlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 10 ildir ki, "xxxx" firmasında işləyir. Firma daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olur. Təxminən 2019-cu ildə cavabdeh özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin satılması üçün firmaya müraciət etmişdir. Ev 3 otaqdan – zal və 2 otaqdan ibarət idi. İddiaçı ilə cavabdeh evin 64000 manata satılması barədə razılığa gəlmişlər. Cavabdeh qızının ağır xəstə olması ilə bağlı ona təcili pul lazım olduğunu bildirmişdir. Evin sənədləri yox idi, cavabdeh üzərinə öhdəlik götürmüşdür ki, sənədləri hazırlayacaq. İddiaçı tərəfindən cavabdehə 5000 manat məbləğində beh verilmişdir. Beh verildikdən 20-30 gün sonra iddiaçı ona demişdir ki, uşağa yazığı gəldiyi üçün cavabdehə 20000-30000 manat pul vermişdir. İddiaçının dediyinə görə o, cavabdehə razılaşdırılmış məbləğin hamısını - 64000 manat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 şahid X4 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun yanında iddiaçı tərəfindən cavabdehə 5000 manat beh verilmişdir. Qalan pulun verilməsinin şahidi olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 fevral 2023-cü il tarixli 3-21-3-02/2-2064/2023 saylı məktubundan görünür ki, publik hüquqi şəxsin ərazi idarələrində mövcud olan arxiv materiallarına əsasən Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsində yerləşən 4a nömrəli fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. «Cüvən Əmlak» Daşınmaz Əmlak Ağentliyi tərəfindən tərtib olunmuş iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli beh haqqında razılaşmadan görünür ki, tərəflər cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin 64000 manata satılması barədə razılığa gəlmiş və iddiaçı tərəfindən cavabdehə 5000 manat məbləğində beh verilmişdir. «Asan-1» Xidməti tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı Yasamal rayonu, Y.Dağlı küçəsində yerləşən ev 4A-da 16 yanvar 2019-cu il tarixdən qeydiyyatdadır. Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən «Elektron notariat» X1 çıxarışların surətlərindən görünür ki, xx.xx.2019-cu il tarixdə cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsində yerləşən 4a saylı fərdi yaşayış evi üzrə işıq sayğacının, qaz sayğacının və istifadəsində olan ***-**-** saylı telefon nömrəsinin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etməməsi, razı olması barədə 3 ərizə vermişdir. "xxxx" MMC 1 saylı rabitə xidmətləri mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Yunis Dağlı küçəəsi ev 4 a ünvanında yaşamış abunəçi İddiaçı adına ***-**-** saylı nömrə xx.xx.2021-ci il tarixdən sənədləşdirilmişdir. "xxxx" ASC, "xxxx" ASC tərəfindən verilmiş abonentin saldolarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi üzrə abonent İddiaçıdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 33. Mənzil toxunulmazlığı hüququ İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 159. Əşyaya sahiblik Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 5. Mənzil toxunulmazlığı hüququnun təmin edilməsi 5.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Maddə 9. Mənzil hüquqlarının müdafiəsi 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik müddəalarını əsas götürərək hesab edir ki, tədqiq olunmuş sübutlarla cavabdeh tərəfindən 2018-ci ilin sonunda ünvan 1 ünvanında yerləşən yaşyış sahəsinin 64000 manata iddiaçıya satılması, bundan sonra iddiaçının həmin sahəni təmir etdirərək iddia tələblərində göstərilən əşyaları həmin yaşayış sahəsinə yerləşdirməsi, yaşayış sahəsinin həmin vaxtdan iddiaçının sahiblik və istifadəsində olması, 2022-ci ilin noyabr ayında cavabdehin həmin yaşayış sahəsini və orada yerləşən iddiaçıya məxsus əşyaları zəbt etməsi təsdiq edildiyindən iddia əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda müvəqqəti təminat tədbiri haqqında ərizənin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh Zeynalova (Cəbrayılova) Gülər Maqsud qızı, o cümlədən qətnamə icra olunan zaman yaşayış sahəsində olan bütün digər şəxslər ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılsın, ev boşaldılaraq İddiaçı təhvil verilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə etməsinə maneçilik törədilməsi Cavabdeh qadağan olunsun. 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu, müvəqqəti təminat tədbiri haqqında ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı məxsus aşağıda göstərilən əşyalar: Divan 1 ədəd Kreslo 2 ədəd Jurnal stolu Pərdə Trümo 2 ədəd Çilçıraq 4 ədəd Televizor altı (tumba) Çarpayı 2 nəfərlik Stol Stul 6 ədəd Pərdə dəst 6 ədəd (əlavə günlük və tül) Karniz qalın Servant Soyuducu ağ rəngli Peç iran istehsalı qara rəngli Xalça Elektrik çayniki Şkaf Çəkməcə 2 ədəd Ütü 2 ədəd (buxarla işləyən, çəhrayı rəngdə) Taxt döşəyi Yun yorğan 2 ədəd Yorğan sentifon Balış 4 ədəd Qalın adyal 2 ədəd Nazik adyal 2 ədəd Şkaf Çəkməcə 2 ədəd Trümo Çarpayı 2 nəfərlik Qaşıq-çəngəl-bıçaq dəsti Mətbəx mebel dəsti Yuyucu Cavabdeh alınaraq İddiaçı qaytarılsın, bu mümkün olmadıqda onların dəyəri olan 8000 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elekron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar