Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-741/2024 29.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri Novxanı bağ massivi 160 ünvanda yerləşən ümumi sahəsi 0,125 ha olan torpaq sahəsinin 0,012 ha hissəsinin alqı-satqısına dair aralarında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh ödədiyi 3.000 manat pulun və ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh ilə aralarında Sumqayıt şəhəri Novxanı bağ massivi 160 ünvanda yerləşən ümumi sahəsi 0,125 ha olan torpaq sahəsinin 0,012 ha hissəsinin alqı-satqısına dair 27 iyul 2022-ci il tarixli müqavilə imzalanmışdır. Müqavilədə 2000 manat qeyd edilsə də, o, aralarındakı şifahi razılaşmaya əsasən 3000 manat pul ödəyərək, torpaq sahəsi üçün yol almışdır. O, 3.000 manat pulu Cavabdeh ödənilməli olsa da, Cavabdeh əri Süleymanın təklifi ilə X1 olan 3.000 manat borcunu ödəmişdir. Çünki, Süleymanın torpaq sahəsinə görə X1 3.000 manat borcu olmuşdur. O, alqı-satqı müqaviləsini DƏDRX-nin Sumqayıt Ərazi İdarəsinə təqdim edərək, aldığı 0,012 ha torpaq sahəsinə dair öz adına çıxarış almaq istədikdə, ona bildirmişlər ki, həmin sahə ümumi istifadədə olan yola aiddir və çıxarış verilə bilməz. Bundan sonra onlar notariusa gedərək, müqaviləni xx.xx.2023-cü il tarixdə ləğv etmişlər. Müqavilədə xx.xx.2022-ci il tarixli müqavilədə göstərilmiş 2.000 manat pulun Cavabdeh tərəfindən ona qaytarıldığı qeyd edilsə də, o, Cavabdeh pul almamışdır. Razılaşmışlar ki, həmin yoldan birgə istifadə edəcəklər. Lakin sonradan Cavabdeh Sumqayıt şəhəri Novxanı bağ massivi 160 ünvanda yerləşən ümumi sahəsi 0,125 ha olan torpaq sahəsinin yolla birlikdə başqa şəxsə satmışdır. Torpaq sahəsini alan şəxs ona həmin yoldan istifadə etməyə razılıq vermədiyinə görə, məcbur olub dostu üçün aldıqları torpaq sahəsini də həmin şəxsə satmışlar. Bu səbəbdən torpaq sahəsinin alınması üçün verdiyi 3.000 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödədiyi 50 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı torpaq sahəsinin alqı-satqısı üçün Cavabdeh 3.000 manat pul verməmişdir. İddiaçı özü də 3.000 manat pulu Azər adlı şəxsə verdiyini qeyd edir. xx.xx.2022-ci il tarixli müqavilədə satıcı Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivi 160 ünvanda yerləşən ümumi sahəsi 0,125 ha olan torpaq sahəsinin 0,012 ha hissəsini alıcı İddiaçı 2.000 manata satdığı göstərilmişdir. Müqavilənin ləğvinə dair xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri 51 saylı notariat ofisində 4-Ə-1374 reyestr nömrəli 27 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh alıcı İddiaçı aldığı 2.000 manat pul məbləğini geri qaytarmış, Həsənov Nəriman İsmayıl oğlu isə bu məbləği qəbul etmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Bakı şəhəri 51 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli 4Ə-1374 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh ƏMDK-nın yanında DƏDRX-nın Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli **********78 reyestr nömrəli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivi 160 ünvanda yerləşən ümumi sahəsi 0,125 ha olan torpaq sahəsinin 0,012 ha hissəsini alıcı İddiaçı 2.000 manata satmışdır. Bakı şəhəri 51 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli müqavilənin ləğvinə dair xx.xx.2023-cü il tarixli 3M-2514 reyestr nömrəli müqaviləyə əsasən tərəflər Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4-Ə-1374 reyestr nömrəli alqı-satqı müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv etmişlər. Alıcı İddiaçı Sumqayıt şəhəri Novxanı bağ massivi 160 ünvanda yerləşən ümumi sahəsi 0,125 ha olan torpaq sahəsinin 0,012 ha hissəsini satıcı Cavabdeh qaytarmışdır. Satıcı Cavabdeh isə alıcı İddiaçı aldığı 2.000 manat pul məbləğini geri qaytarmış, Həsənov Nəriman İsmayıl oğlu isə bu məbləği qəbul etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsinin ləğv edilməsi zamanı 2.000 manat pulu qəbul etmədiyini qeyd etsə də, bu halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə 03 oktyabr 2023-cü il tarixli müqavilədə Cavabdeh 2.000 manat pulu İddiaçı qaytardığı öz əksini tapmışdır. Həmçinin İddiaçı izahatında Cavabdeh pul vermədiyini, torpağın alınması üçün razılaşdıqları 3.000 manatı Nailənin əri Süleymanın təklifi ilə Azər Cavadova verdiyini qeyd etmişdir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göründüyü kimi, iddiaçının iddia tələbində göstərdiyi xüsusatlar mötəbər sübut kimi məhkəmə tərəfindən qəbul edilə, iddiaçının cavabdehə torpaq sahəsinin alınması üçün 3.000 manat ödəməsini təsdiq edən sübut kimi qəbul edilə və iddia tələbinin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər yazılı sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifələrini yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin alınması üçün ödədiyi 3.000 manat pulun və ödədiyi 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-741/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-741/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver