Məhkəmə qərarları › İş №e-2(004)-741/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-741/2025

24.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-741/2025 24.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "Bakı Dövlət Üniversiteti" X2rşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Bakı Dövlət Üniversiteti" X2rşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Dövlət Universitetinin 3-29-45/3-1 h-836/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Molekulyar biologiya və biotexnologiyalar kafedrasının dosenti işinə bərpa edilməyi, işdən çıxarılmağıyla əlaqədar işləmədiyi müddət üçün əmək haqqının, əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququmun müdafiəsi üçün vəkilə ödədiyi 220 (iki yüz iyirmi) manatın, mediasiya təşkilatına ödədiyim 60 manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Molekulyar biologiya və biotexnologiyalar kafedrasının dosenti olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında” Əsasnamənin 1.3-cü bəndinə əsasən dosent və professor elmi adları elmi və elmi-pedaqoji fəaliyyətə görə verilir. Dosent vəzifə sahibi hesab olunmur və maddi məsul şəxs deyil. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101 )- 562/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2, 311.3.1, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinib CM-nin 309.2-ci maddəsi ilə 02 il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrumetmə, CM-nin 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə ilə ona cəza təyin edilməmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş əsas cəza şərti hesab edilmiş, sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulmuşdur. Cavabdeh Bakı Dövlət Universitetinin 3-29-45/3-1h-836/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin ''Ç” bəndi və Bakı Dövlət Universitetinin Nizamnaməsinin 4.12.6-cı yarımbəndi rəhbər tutularaq xitam verilmiş və əmrin verilməsinə əsas Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin 21- 1/3.1528İ-19 nömrəli xx.xx.2024-cü il tarixli məktubu, İnsan resursları şöbəsinin müdiri M.Ş.Əfəndiyevin təqdimatı olmuşdur. Hesab edir ki, cavabdeh onunla bağlanmış əmək müqaviləsinə qanunsuz xitam vermişdir. Bakı Ağır Cinayətlər Mehkemesinin 1(101 )- 562/2024 nömrəli, xx.xx.2024-cü ıl tarixli hökmü ilə o, 2 il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmişdir. Həmçinin ona təyin olunmuş cəza şərti hesab olunmuşdur, azadlıqdadır. Bu halda Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilə bilməz. Həmçinin nəzərə almaq lazımdır ki, dosent adı elmi və elmi-pedaqoi fəaliyyətə görə ona verilən addır. Universitetdə onun heç bir vəzifəsi olmamış və maddi məsul şəxs olmamış, pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 21-1/3-18068-19 nömrəli arayışında göstərilir ki, ona əlavə cəza olaraq təyin edilmiş 02 il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməyi pedaqoji fəaliyyətinə (rəhbər və maddi məsul şəxs olmaq istisna edilməklə) məhdudiyyət qoymur. İşə bərpa edilməyi barədə cavabdehə göndərdiyi təklif cavabsız qaldığından mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh mediasiya sessiyasına gəlmədiyindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 10 saylı mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli MSB/10/2024- 00685 nömrəli arayış verilmişdir. Arayışdan görünür ki, o, 50 manat İMS və 10 manat poçt və kargüzarlıq xərci ödəmişdir. Cavabdeh tərəf iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan iddia təmin edilməməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 562/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, İddiaçı AR Cinayət Məcəlləsinin 309.2, 311.3.1, 311.3.3 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və CM-nin 309.2-ci maddəsi ilə 02 il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 il müddətə azadlıqdan məhrumetmə, CM-nin 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təyin olunmuş cəzalar CM-nin 66.3-cü maddəsinə əsasən qismən, CM-nin 66.4-cü maddəsinə əsasan isə tam toplanmaq yolu ilə o, qəti olaraq 02 (iki) il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin CM-nin 70-ci maddəsi tətbiq edilməklə onun cəzası şərti hesab edilmiş və 02 il sınaq müddəti təyin edilmişdir. BDU-ya göndərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Polis İdarəsinin 21-1/3.1528İ-19 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 562/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir və hökm icra olunması üçün BDU-ya göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-562/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, iddiaçının anket məlumatlarında onun hazırda heç bir işləmədiyi qeyd olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Probasiya İdarəsinin müvafiq məktubu BDU-ya daxil olana iddiaçının cinayət əməli törətdiyi, barəsində cinayət işinin olduğu və cinayət məsuliyy cəlb edilərək cəzalandırıldığı barədə BDU-da məlumat olmamış, iddiaçı özü də bu barədə heç bir məlumat verməmişdir. BDUnun 3-29-45/3-1h-836/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş sözügedən hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu üçün onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin hissəsinin “ç” bəndinə əsasən (tərəflərin iradəsindən və istəyindən asılı olmayaraq) 2024-cü il 06 sentyabr tarixindən xitam verilərək tutduğu vəzifədən (BDU-nun Biolo fakültəsinin Molekulyar biologiya və biotexnologiyalar kafedrasının dosenti vəzifəsindən) azad edilmişdir. Əmrin əsasını da məhz Bakı Ağır Cinayətlər Məhkəməsinin sözüge hökmü, Bakı şəhər Probasiya İdarəsinin 21-1/3.1528İ-19 nömrəli xx.xx.2024-cü il tarixli məktubu və İnsan resursları şöbəsinin müdiri M.Ş.Əfəndiyevanın təqdimatı təşkil etmişdir. Beləliklə, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə (tərəflərin iradəsindən və istəyindən asılı olmayaraq) əsasən xitam verilərək tutduğu vəzifədən (BDU-nun Biologiya fakültəsinin Molekulyar biologiya və biotexnologiyalar kafedrasının dosenti vəzifəsindən) azad edilməsi barədə BDU-nun 3-29- 45/3-1h-836/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmri qanuna uyğundur və ləvğ edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı “Bakı Dövlət Universiteti” X2rşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair” iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, onun rədd olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-562/2024 saylı, 01 may 2024-cü il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2, 311.3.1, 311.3.3 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-cı maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən İddiaçı həmin maddə ilə cəza təyin edilmiş; Təyin olunmuş cəzaları Azərbaycan Respublikası Cinayət Məcəllsinin 66.3-cü maddəsinə əsasən qismən, CM-nin 66.4-cü maddəsinə əsasən isə tam toplamaq yolu ilə qəti olaraq, İddiaçı 02 (iki) il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə İddiaçı əsas cəzası şərti hesab edilmişdir. İddiaçı 2 il müddətinə sınaq müddəti təyin edilmişdir. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranış ilə islah olunmasını sübut etmək vəzifəsinin qoyulması; Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanması; İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmə haqqında iltizam qətimkan tədbirinin seçilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1442/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə hökmdən təqsirləndirilən şəxslər X3 və X1 müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-562/2024 saylı, 01 may 2024-cü il tarixli hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin “Bakı Dövlət Universiteti” X4 ünvanlanmış 02 avqust 2024-cü il tarixli məktubuna əsasən məhkum İddiaçı (FİN:xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2, 311.3.1,311,3.3-cü maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına Azərbaycan Respublikasının 70-ci maddəsi tətbiq edilərək 02 il sınaq müddəti ilə şərti məhkum edilməsinə və 02 il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-562/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün surəti icra olunması üçün göndərilmişdir. Məhkum İddiaçı dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməsi barədə əlavə cəzanın əvvəli xx.xx.2024-cü il cəzanın sonu isə xx.xx.2026-cı il tarixə hesablanmışdır. İnsan resursları və hüquq şöbəsi tərəfindən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə ünvanlanmış məktubundan görünür ki, 27 avqust 2024-cü il tarixində İnsan resursları və hüquq şöbəsinə Biologiya fakültəsinin Molekulyar biologiya və biotexnologiyalar kafedrasının dosenti İddiaçıla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinin 21-1/3.1528İ-19 nömrəli xx.xx.2024-cü il tarixli məktubu və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-562/2024 nömrəli hökmünün surəti daxil olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli 1 (101)-562/2024 nömrəli hökmündən göründüyü kimi İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2.3,311.3.1,311.3.3-cü maddələri ilə təqsirli bilinərək ona 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilmiş, Azərbaycan Respublikasının 70-ci maddəsi tətbiq edilərək 02 il sınaq müddəti ilə şərti məhkum edilmişdir. Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə həmin hökm icra edilməsi üçün BDU-ya göndərilmişdir. Lakin İddiaçı Bakı Dövlət Universitetinin 2024cü il 08 iyul tarixli 3-29-45/3-1 k-529/2024 nömrəli əmri ilə əmək məzuniyyətində olduğundan qanunvericiliyin tələbinə uyğun olaraq işçinin əmək müqaviləsinə həmin dövrdə xitam verilməsi mümkün olmamışdır. Qeyd etdi ki, İddiaçı əmək məzuniyyətinin bitmə tarixi 2024-cü il 05 sentyabr, işə çıxma tarixi 2024-cü il 06 sentyabrdır. İşçi ilə əlaqə saxlanılaraq daxil olan sənədlər haqqında ona məlumat verilmiş və onun həmin hökmdən apellyasiya şikayəti vermədiyi, hökmün qanuni qüvvəyə mindiyi müəyyən olunmuşdur. Odur ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin ç) bəndinə əsasən xitam verilməsi qanunauyğun hesab edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 06 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-562/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2, 311.3.1, 311,3.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının 70-ci maddəsi tətbiq edilərək cəzası 02 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Əlavə cəza olaraq təyin edilmiş, 02 il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə pedaqoji fəaliyyətə (rəhbər və maddi məsul şəxs olmaq istisna edilməklə) məhdudiyyət qoymur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin 06 sentyabr 2024-cü il tarixli əmrinə əsasən Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin biologiya və biotexnologiyalar kafedrasının dosenti İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-562/2024 nömrəli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu üçün onunla bağlanılmış əmək müqaviləsinə tərəflərin iradəsindən və istəyindən asılı olmayaraq xitam verilməsi zərurəti yarandığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 172 nömrəli qərarı ilə təsdiq edilmiş “‘Bakı Dövlət Universitetinin Nizamnaməsi”nin 4.12.6-cı yarımbəndini rəhbər tutularaq, “Biologiya fakültəsinin Molekulyar biologiya və biotexnologiyalar kafedrasının dosenti İddiaçı 2024-cü il 06 sentyabr tarixindən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi” əmr verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. 68-ci maddəsinin 2-ci hissəsinin d) bəndinə görə, əmək müqaviləsir xitam verilməsinin əsaslarından biri tərəflərin iradəsindən asılı olmayan hallardır. 74-cü maddəsinin “Ç” bəndinə əsasən tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 358.3-cü maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı bir neçə təqsirləndirilən şəxs barəsində çıxarıldıqda, həmin yekun qərar barəsində apellyasiya qaydasında protest və ya şikayət verilməmiş şəxsə münasibətdə və yalnız ona aid hissədə bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Həmin Məcəllənin 384.1.1-ci maddəsinə əsasən ittiham və ya bəraət hökmü çıxarıldıqda apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində aşağıdakı hallarda verilir. “Azərbaycan Respublikası Təhsil haqqında” qanunun: 36-1.2.2-ci maddəsinə əsasən ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 172 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı Dövlət Universitetinin Nizamnaməsi”nə 1.2 və 1.3-cü bəndlərə əsasən Universitet ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. Universitet öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında", “Təhsil haqqında”, “Elm haqqında” qanunlarını və digər normativ hüquqi aktlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr və sərəncamlarını və öz Nizamnaməsini rəhbər tutur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Molekulyar biologiya və biotexnologiyalar kafedrasının dosenti vəzifəsində çalışmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 562/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2, 311.3.1, 311.3.3 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-cı maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təyin olunmuş cəzaları Azərbaycan Respublikası Cinayət Məcəllsinin 66.3-cü maddəsinə əsasən qismən, CM-nin 66.4-cü maddəsinə əsasən isə tam toplamaq yolu ilə qəti olaraq, İddiaçı 02 (iki) il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə İddiaçı əsas cəzası şərti hesab edilmişdir. İddiaçı 2 il müddətinə sınaq müddəti təyin edilmişdir. Hökm qanuni qüvvəyə minmişdir. 27 avqust 2024-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin 21- 1/3.1528İ-19 nömrəli xx.xx.2024-cü il tarixli məktubu və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-562/2024 nömrəli hökmünün surəti iddiaçının iş yerinə - Bakı Dövlət Universitetinə daxil olmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin 06 sentyabr 2024-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 172 nömrəli qərarı ilə təsdiq edilmiş “‘Bakı Dövlət Universitetinin Nizamnaməsi”nin 4.12.6-cı yarımbəndini rəhbər tutularaq, “Biologiya fakültəsinin Molekulyar biologiya və biotexnologiyalar kafedrasının dosenti İddiaçı 2024-cü il 06 sentyabr tarixindən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi” əmr edilmişdir. Əmrin əsası qismində “İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(101)-562/2024 nömrəli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu üçün onunla bağlanılmış əmək müqaviləsinə tərəflərin iradəsindən və istəyindən asılı olmayaraq xitam verilməsi zərurəti yarandığı” göstərilmişdir. İddiaçı hazırda müvafiq əmri mübahisələndirir. İddiasının əsasını dosent vəzifəsinin “rəhbər və maddi məsul şəxs” kateqorayasına daxil olmaması göstərmişdir. Halbuki, Əmək Məcəlləsinin 74-cü maddəsinin “Ç” bəndinə əsasən tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə xitam verilir. Cavabdeh müvafiq əmrində əmək müqaviləsinə xitam verilməsi zərurətini iddiaçının məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması ilə əlaqədar tərəflərin iradəsindən asılı olayan hal ilə əsaslandırmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Təhsil haqqında qanunvericiliyə əsasən ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərin pedaqoji fəaliyyətlə məşğul ola bilməsi istisna edir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Bakı Dövlət Üniversiteti" X2rşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Bakı Dövlət Üniversiteti" X2rşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar