Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-742/2023 01.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1074,25 manat pulun və 30,75 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 1105 manat pulun məcburi qaydada tutularaq iddiaçının Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kiçik iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2022-ci ildə daxil olmuş, ərizənin və ona əlavə olunmuş sənədlərin surəti xx.xx.2022-ci il tarixdə Cavabdeh təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin kiçik iddia ərizəsinə etirazı məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-742/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat üzrə işə iddia icraatı qaydasında baxılması və mülki iş üzrə məhkəmənin hazırlıq iclasının xx.xx.2023-cü il tarixə, saat 10:30-a təyin edilməsi qərara alınmışdır. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində AKX-04227xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus mənzili təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********2040 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G4T markalı smart tipli qaz sayğacı quraşdırılmışdır. Yuxarıda bəhs edilən müqavilənin 2.3.1-ci yarımbəndinə əsasən qaz sayğaçının göstəricisinə əsasən hesablanmış qazın dəyərini tamam ödəmək istehlakçının vəzifəsidir. Belə ki, Azəriqaz İB-nın əməkdaşları tərəfindən 06 iyul 2022-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 19729 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərini ödəmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 1074,25 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu və Gazrep üzrə ümumi 1074,25 (bir min yetmiş dörd manat 25 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmiş və izahatında bildirmişdir ki, 2021-ci il dən borc yığılıb qalıb. Elektron sayğac işləmirdi, dəyişdirilib yenisini quraşdırıblar. 2020-ci ildən ödəmələr aparılmayıb, sayğac vətəndaşın yanında qoyulmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etdi və izahatında bildirmişdir ki, həmişə 100-150 manat ödəniş edirdi və bu ona bəs edirdi. 6 aydan bir sayğaca baxış keçirilməlidir. Birdən birə bu qədər borc yaranmağı mümkün deyil. Ödədiyi pul qutarıb, sayğacın işığı sönüb və dərhal idarəyə zəng etmişdir. Ona bildirmişlər ki, kart veriləcək. Yanında sayğac dəyişdirməmişlər. Sayğacda deyilən məlumatlar görünmür. Ödənişlər vaxtında etmişdir. Laboratoriyada sayğaca baxılarkən iştirak etməmişdir. Bina evində 2 nəfər yaşayır, bu qədər borcun olması mümkün deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı İB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AKX-04227xx/xx-2022 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, İddiaçı İB abonentin Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi ünvanında yerləşən 204 saylı fərdi yaşayış evini təbii qazla təchiz etmiş, qeyd olunan ünvana **********02040 saylı abonent kodu verilmiş, qaz xəttinin üzərində qaz sayğacı quraşdırmışdır. Müqavilənin 2.3.1-ci bəndindən görünür ki, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Cavabdeh **********02040 saylı abonent kodu ilə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi ünvanında yerləşən 204 saylı fərdi yaşayış evinə xx.xx.2022-ci il tarixdə **********349 nömrəli ZENNER G4T SMART tipli sayğac quraşdırılmış və 2022-ci il üçün ödənilməyən məbləğ 1074,25 manat göstərilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022ci il tarixli ******* nömrəli aktdan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi ünvanında yerləşən 204 saylı fərdi yaşayış evinə **********02040 saylı abonent kodu ilə **********349 nömrəli G4 markalı Zenner tipli yeni sayğac quraşdırılmışdır. 08 iyul 2022-ci il tarixli istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşdırma protokoldan görünür ki, tərtib olunmuş ******* nömrəli akta əsasən hesablanmış 5181 kub mənfi qaz sərfi dəqiqləşdirilmiş və 1074,25 manat borc məbləği hesablanmışdır. Azərbaycan Respublikaslı Dövlət Neft Şirkətinin “Azərqaz” İB qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-02864-1 nömrəli aktdan görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın klapanı işlək deyil, sayğac mənfiyə işləyib, Sayğacın elementi bitib, mvəqqəti element quraşdırıldı. xx.xx.2022-ci il tarixə elektron göstərici 19597 m3 olmuşdur. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Xətalar normaya uyğundur. Sayğac istismara yararsızdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Həmin Qaydaların 5.5-ci maddəsinə görə isə qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5-ci maddəsinə görə isə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Hazırda İddiaçı İB iddia tələbində Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli AKX-04227xx/xx-2022 saylı müqavilənin şərtlərinə əməl etmədiyinə görə dəymiş ziyanın ödənilməsini tələb edir. Lakin iddiaçı sayğacın quraşdırılması zamanı cavabdehin də iştirakı olduğunu bildirsə də, cavabdehin iştirakı olmadan laboratoriyada baxış keçirilmiş və cavabdehin məlumatı olmamışdır. Odur ki, iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-742/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-742/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver