Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-763/2024 08.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə üzrə artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə üzrə artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 134,42 kvadratmetr olan 93 nömrəli mənzillə əlaqədar X2 şəxsində Cavabdeh ilə onun arasında kooperativ binada mənzil tikintisi haqqında 110000 (yüz on min) manat dəyərində bağlanmış müqavilə üzrə 13,52 kvadratmetr yaşayış sahəsi üçün artıq ödənilmiş 11063,82 manat pul vəsaitinin, həmin məbləğin qaytarılmasından ötrü Cavabdehnə ünvanlanmış məktub üçün ödənilmiş 4,24 manat poçt ödənişinin, “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 2021-ci il 4 yanvar tarixli 2 nömrəli Qərarına əsasən daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı arxivlərdən arayışların, hüquqi və texniki sənədlərin (planların) təsdiq edilmiş surətlərinin verilməsi ilə bağlı ödənilmiş 15 manat xidmət haqqının, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 123,25 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 11206,31 manat məbləğin Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 134,42 kvadratmetr olan 93 nömrəli mənzillə əlaqədar X2 şəxsində Cavabdeh ilə onun arasında kooperativ binada mənzil tikintisi haqqında 110000 (yüz on min) manat dəyərində müqavilə bağlanmış, həmin müqavilə və Cəmiyyət tərəfindən ona təqdim edilmiş mənzilin dəyərinin tam ödənilməsini və mənzillə bağlı borcunun olmamasını əks etdirən maliyyə arayışı əsasında xx.xx.2020-ci il tarixdə sözügedən daşınmaz əmlak üzərində hüququ ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Qeyd etdiyi mənzilin alqı-satqı müqaviləsinin müqavilənin 2-ci maddəsində mənzilin ümumi sahəsinin 134,42 kvadratmetr olması göstərilsə də, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda daşınmaz əmlakın ümumi sahəsinin tərəflər arasında razılaşdırılmış şərtlərin əksinə olaraq 120.90 kvadratmetr, yəni müqavilədə göstərildiyindən 13,52 kvadratmetr fərqlə olduğu qeyd olunmuşdur. Çoxmənzilli binalarda mənzillərin sahəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması“ qaydalarına uyğun olaraq aparılmalıdır. Müvafiq qaydalara əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin,eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Qaydaların 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Yəni, otaqların sahəsi daxili divarın üst səthindən qarşıdakı daxili divarın üst səthinə qədər ölçülməklə hesablanmalı, yan və mənzilin daxilindəki arakəsmə divarların tutduğu sahə nəzərə alınmamalı və ümumi sahəyə əlavə edilməməlidir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. Qaydaların 3.8-ci bəndinə əsasən balkon və terrasların sahələri, şüşəbənd və lociyalar, eyvanlar (verandalar) hesablanarkən müvafiq olaraq azaltma əmsalları tətbiq edilir. Belə ki, balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5 azalma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə daxil edilir. Eyvanların (verandaların) sahələri azaldılmadan mənzilin ümumi sahəsinə daxil edilir. Balkon- fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança,eyvan- binaya bitişik və ya onun içərisində tikilmiş, isidilməyən,açıq və ya şüşələnmiş yerləşgədir. Beləliklə balkon və terrasların sahələrinin 30%-i, şüşəbənd və lociyaların 50%-i, eyvanların (verandaların) tam sahəsi mənzilin ümumi sahəsinə əlavə edilməlidir. Məsələn, balkonun sahəsi 10 m² olduqda, 0,3 azaltma əmsalı tətbiq edərək balkona dair 3 m² sahə mənzilin ümumi sahəsinə əlavə olunmalıdır. Cavabdeh tərəfindən isə mənzilin sahəsi qeyd etdiyi qaydalara zidd olaraq bayır divarların üst səthindən ölçməklə hesablanmış, otaqlar və mənzillər arasındakı ara divarlar da ümumi sahəyə əlavə edilmiş, eləcə də Qaydalara uyğun olaraq tələb olunan azaltma əmsalları tətbiq edilməmişdir. Bununla Cavabdeh ilə onun arasında bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğuna görə ödənilmiş ümumi məbləğdən az verilmş 13,52 kvadratmetr sahə üçün ödənilmiş məbləğ ona qaytarılmalıdır. Göründüyü kimi, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyindən müqavilə şərtləri pozulmuş, nəticədə ona külli miqdarda ziyan vurulmuşdur. Cavabdeh tərəfindən 13,52 kvadratmetr yaşayış sahəsi üçün artıq ödənilmiş 11063,82 manat pul vəsaiti onun özünə qaytarılmalıdır. Qeyd olunanlarla əlaqədar xx.xx.2023-cü il tarixdə cavabdehə ünvanladığı məktub cavabsız qalmışdır. Cavabdehə dəfələrlə etdiyi yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq, aldatma yolu ilə əldə etdikləri pul vəsaitini qaytarmaq niyyətində deyillər. Ünvanlanan məktuba görə 4,24 manat məbləğində poçt ödənişi həyata keçirilmişdir. Həmçinin daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı arxivlərdən arayışların, hüquqi və texniki sənədlərin (planların) təsdiq edilmiş surətlərinin verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə tərəfindən 15 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini qəbul etməyərək, ərizə təqdim edərək izahatında bildirdi ki, iş üzrə iddia müddəti ötürülmüşdür. Buna görə də, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş subutlarla müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında 582812 saylı, xx.xx.2019-cu il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən bina 9, blok 2B, 6-cı mərtəbə, 93 nömrəli mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə görə göstərilən mənzil 3 otaqdan ibarətdir, mənzilin ümumi sahəsi 134,42 kv.m., hesablaşma sahəsi 134,42 kv.m. Müqavilənin 3.1-ci bəndinə görə tərəflər müqavilə bağlandıqdan sonra 5 gün ərzində “payçı” tərəfindən mənzil üçün müəyyən məbləğdə avans ilk haqq ödənilməsi barədə razılığa gəlmişlər. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş və mənzilin dəyəri tam olaraq Cavabdeh MMC-yə ödəmişdir. Cavabdeh MMC-də müqavilə öhdəliyini yerinə yetirmiş və mənzili təmir etməsi üçün İddiaçı təhvil vermişdir. İddiaçı ona, müqaviləyə əsasən, ümumi sahəsi 134,42 kv.m olan mənzil deyil, ümumi sahəsi 120,9 kv.m olan mənzilin təhvil verildiyini və beləliklə mənzilin ümumi sahəsində 13,52 kv.m fərqin yaranmasını, nəticə etibarı ilə, Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliyini düzgün icra etməyərək, İddiaçı 11063,82 manat (13,52x818,32=11063,82) maddi ziyan vurulduğunu iddia edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İddiaçı mənzilini özəlləşdirərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2020-ci il tarixli çıxarış almışdır. ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 5-ci döngə, 9 nömrəli evin 93 nömrəli mənzilinin ümumi sahəsinin 120,90 kv.metr olduğu göstərilmişdir. ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********48-05301-093107 reyestr nömrəli texniki pasportda İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 5-ci döngə, 9 nömrəli evin 93 nömrəli mənzilinin ümumi sahəsinin 120,90 kv.metr, yaşayış sahəsinin 68,80 kv.m, 3 yaşayış otağından ibarət olduğu göstərilmişdir. Mənzilin balkonunun sahəsi hesablanarkən əmsal tətbiq edilmiş və 11,7 kv.m x 0,3 = 3,5 kv.m göstərilməklə, mənzilin ümumi sahəsinin 120,90 kv.m olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/1781 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən 93 saylı mənzilin içdən-içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı, həmçinin azaltma əmsalları tətbiq olunmadan faktiki sahəsinin 133.2 kv.metr, azaltma əmsalı tətbiq olunmaqla isə 128.0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən 93 saylı mənzilin çöl divarların ortasından hesablanmaqla, mənzilin daxilində arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı da daxil olmaqla azaltma əmsalları tətbiq olunmadan faktiki ümumi sahəsinin 138.3 kv.m olduğu müəyyən edilmişdir. Tədqiq olunan mənzilin faktiki sahəsi (132.2 kv.metr) ilə 582812 saylı, xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən sahə (134.42 kv.metr) arasında 1.22 kv.metr (134,42 kv.m - 132.2 kv.m), azaltma əmsalı tətbiq olunmaqla müəyyən edilmiş ümumi sahəsi ilə müqavildə göstərilən sahə arasında isə 6.4 kv.metr fərq olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri onlar arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə əsasında yaranmışdır. Həmin müqaviləyə əsasən cavabdeh ünvan 2 ünvanında yerləşən bina 9, blok 2B, 6-cı mərtəbə, 134,42 kv.metr olmaqla 3 otaqdan ibarət 93 nömrəli mənzili İddiaçı təhvil verməyi, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər öz öhdəliklərini icra etmişlər, yəni iddiaçı müqavilədə şərtləşdirilmiş məbləği bütünlüklə cavabdehə ödəmiş, cavabdeh isə inşa etdiyi binada müqavilədə göstərilən mənzili iddiaçıya təhvil vermişdir. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 120,90 kv.m göstərilmişdir. Hazırda iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir. Məhkəmə tərəfindən bu xüsusatı yoxlamaq məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən 93 saylı mənzilin içdən-içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı, həmçinin azaltma əmsalları tətbiq olunmadan faktiki sahəsinin 133.2 kv.metr, azaltma əmsalı tətbiq olunmaqla isə 128.0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən 93 saylı mənzilin çöl divarların ortasından hesablanmaqla, mənzilin daxilində arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı da daxil olmaqla azaltma əmsalları tətbiq olunmadan faktiki ümumi sahəsinin 138.3 kv.m olduğu müəyyən edilmişdir. Tədqiq olunan mənzilin faktiki sahəsi (132.2 kv.metr) ilə 582812 saylı, xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən sahə (134.42 kv.metr) arasında 1.22 kv.metr (134,42 kv.m - 132.2 kv.m), azaltma əmsalı tətbiq olunmaqla müəyyən edilmiş ümumi sahəsi ilə müqavildə göstərilən sahə arasında isə 6.4 kv.metr fərq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 59.4. Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. 59.5. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. İşin yuxarıda göstərilən hallarından aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya ümumi brut sahəsi 134,42 kv.metr olan mənzili təhvil verməyi öhdəsinə götürmüş və öhdəliyini icra edərək həmin sahəyə malik mənzili iddiaçıya vermişdir. Yuxarıda qeyd olunduğu kimi, ekspert rəyi ilə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə ümumi sahəsinin 138,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etmiş, yəni podratı kəmiyyətcə tam yerinə yetirmişdir və bu baxımdan iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürməsi əsassızdır. Mənzilin faktiki (net sahə) sahəsinə gəldikdə isə, ekspert rəyinə əsasən faktiki sahənin (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 133.2 kv.m, yəni müqavilədə göstərilən 134.42 kv.m net sahədən 1.2 kv.m. az təşkil etməsi müəyyən edilir. Müqavilə üzrə təhvil verilməli olan ümumi (brut) sahə - 134,42 kv.m isə, ekspert rəyi ilə də təsdiq olunduğu kimi faktiki olaraq yerində mövcuddur və hədda 138.3. kv.m. təşkil etməklə müqavilədə nəzərdə tutulmuş sahədən 3.88 kv.m coxdur. (eks.rəyi 2 sual) Ekspert rəyi ilə 134,42 kv.m. brut sahəsinin yerində tam şəkildə mövcud olduğu müəyyən edilmişdir. Deməli, iddiaçı mənzilə görə nə artıq (əlavə), nə də müqavilədənkənar heç bir məbləğ ödəməmişdir. Göründüyü kimi, iddiaçı hazırkı işdə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Cavabdeh isə həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübuta yetirmişdir. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gələrkən onu da qeyd edir ki, hədda cavabdeh tərəfindən müqavilə üzrə təhvil verilməsini üzərinə götürdüyü mənzilin - 134,42 kv.m ümumi sahəsinin, mənzilin faktiki sahəsi kimi qəbul edildikdə belə, ekspert rəyinə əsasən mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 133.2 kv.m, yəni müqavilədə göstərilən 134.42 kv.m net sahədən 1.2 kv.m. az təşkil etməsi müəyyən edilir ki, məhkəmə mənzildə təmir-tikinti və yenidənqurma işlərinin aparıldığını nəzərə alaraq bu fərqi əhəmiyyətli saymır və hesab edir ki, həmin fərq iddianın təmin olunması üçün əsas vermir. Belə ki, müqavilə üzrə təhvil verilməli olan ümumi sahə - 134,42 kv.m ekspert rəyi ilə də təsdiq olunduğu kimi faktiki olaraq yerində mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinəəsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə üzrə artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə cavabdehin, iddia müddətinin ötürülməsinə dair ərizəsinə münasibət bildirərək, hesab edir ki, iddia tələbi özü-özlüyündə əsassız olduğu üçün rədd edildiyindən iddia müddətinin müzakirəsini məqsədə müvafiq hesab etmir. İş üzrə məhkəmə məsrəfi olan 100 (yüz) manat ekspertiza xərci İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə üzrə artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (yüz) manat ekspertiza xərci İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-763/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-763/2024
08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver