Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-77/2023 07.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MMC və LPO Cavabdeh1 ASC-yə qarşı Abşeron Rayon İcra və Probasiya şöbəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində 7 otaqlı ümumi sahəsi 307.8 kv.m fərdi yaşayış evi ilə bağlı keçirdiyi hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-532/2015 saylı 26 avqust 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ona qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və müqavilə üzrə yaranmış borcun ödənilməsi,tutmanın ipoteka predmetinə və borclunun digər əmlakına yönəldilməsi, fərdi yaşayış evinin satıldıqdan sonra boşaldılması tələbinə dair iddiası qismən təmin edilərək ondan cəmi 132503 manat borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, ev satıldıqdan sonra bir ay sonra boşaldılması qət edilmişdir. Qətnamə icraya yönəldilmişdir. Qətnamənin icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Evin ilkin satış qiyməti 205000 manat məbləğində müəyyən edilmişdir. Ev ona məlumat verilmədən hərraca çıxarılmış və dəyərindən çox aşağı qiymətə Cavabdeh1 ASC-yə satılmışdır. Cavabdeh "xxxx" MMC tərəfindən heç bir hərrac keçirilməmiş, ona bildiriş göndərilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən digər şəxslər məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Maddə 43. Hərracın baş tutmamış elan edilməsi 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Maddə 44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. İş materiallarına əlavə edilmiş: Qubadlı Rayon Məhkəməsinin 26 avqust 2015-ci ildə, 2(028)-523/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki,iddiaçı Cavabdeh1 ASC-nin cavabdeh İddiaçı qarşı iddiası qismən təmin edilərək cavabdehin banka olan cəmi 132.503, 41 manat borcunun və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin “Yunayted Kredit Bank" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Abşeron layonu. Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən tərdi yaşayış evinin açıq hərracdan satılması, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən tərdi yaşayış evi satıldıqdan sonra, satışdan əldə edilən pul vəsaitinin İddiaçı “Yunayted Kredit Bank’ ASC-yə olan borcuna ödənilməsi, borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin İddiaçı qaytarılması, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət edilmişdir. Qətnamə 28 sentyabr 2015-ci il tarixdə icraya yönəldilərək Abşeron rayon İcra və Probasiya Şöbəsinə icra vərəqəsi verilmişdir. İcra məmurunun sifarişi əsasında "xxxx" MMC-nin 03 fevral 2022-ci il tarixli hesabatına əsasən cavabdehə məxsus ipoteka əmlakı 205000 manata qiymətləndirilmişdir. İcra məmurunun sifarişinə əsasən "xxxx" MMC tərəfindən 16 mart 2022-ci il tarixdə ilkin hərrac, 04 aprel 2022-ci il tarixdə isə təkrar hərrac keçirilmişdir. Hər iki hərrac baş tutmamışdır. Hərracların vaxtı və yeri haqqında "xxxx" MMC tərəfindən ipoteka qoyan – hazırkı iş üzrə iddiaçıya, ipoteka saxlayan Cavabdeh1 ASC-yə, Abşeron Rayon İcra və Probasiya şöbəsinə bildiriş göndərilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş teleqramdan və zərfdən görünür ki, ilkin hərrac barədə bildiriş iddiaçıya çatdırılmış, təkrar hərrac barədə bildiriş isə “ünvan tam deyil” qeydi ilə poçt tərəfindən geri qaytarılmışdır. Zərfin üzərində iddiaçının ünvanı kimi, iddia ərizəsində göstərilən ünvan “Abşeron rayonu, Mehdiabad qəsəbəsi” qeyd edilmişdir. İlkin və təkrar hərracın vaxtı və yeri haqqında, eyni zamanda həmin hərracların baş tutmaması barədə "xxxx" MMC tərəfindən”Market” qəzetində və "xxxx" MMC-nin e-lot.az internet səhifəsində elanlar verilmişdir. “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 27 aprel 2022-ci il tarixli 083/22 saylı protokoldan görünür ki, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanununun 43.7-ci maddəsinə əsasən ipotekasaxlayan Cavabdeh1 ASC əmlakı 130687,50 manata almışdır. Protokola əsasən əmlakın ilkin satış qiyməti 205000 manat olmuş, ilkin hərrac baş tutmadığından satış qiymətindən təkrar hərracda “İpoteka haqqında” Qanununun 43.5-ci maddəsinə əsasən 15 % və təkrar hərrac da baş tutmadığından “İpoteka haqqında” Qanununun 43.7-ci maddəsinə əsasən 25 % enmələr olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəmə Ekspertizası Mərkəzinin 10/1951, 9/2063 saylı 25 iyun 2023-cü il tarixli rəyinə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixə olan orta bazar qiymətlərinə uyğun real bazar dəyəri təqribən 145500,0 manat məbləğində müəyyən edilmiş, Abşeron rayon, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixə olan orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 138000,0 manat müəyyən edilmişdir. Göründüyü kimi, ekspertiza tərəfindən müəyyən edilmiş qiymət icra məmurunun sifarişi əsasında müəyyən edilmiş qiymətdən aşağıdır. Bu hal da iddiaçının ona məxsus əmlakın dəyərindən aşağı qiymətə satılması barədə dəlillərinin əsassız olduğunu təsdiq edir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya məxsus əmlakın hərracdan satışının “İpoteka haqqında” Qanunla müəyyən edilmiş qaydalara əməl edilməklə keçirilməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli və Ekspertiza tədqiqatının dəyəri olan 200 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-77/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-77/2023
07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver