Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-806/2024 12.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı övladı X1 ilə birlikdə 2014-cü ildə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikilərək satılan 44,6 kv.m. yaşayış sahəsinə malik mənzili alıb, 213472 saylı 11 noyabr 2014-cü il tarixli çıxarış əldə edərək rəsmi şəkildə mülkiyyətçisinə çevrilmişlər. Nəsimi rayon İcra Hakimiyyətinin 23 iyun 2017ci il tarixli 173 saylı sərəncamına əsasən Cavabdeh MMC Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən iddiaçıya məxsus üç otaqlı 70 kv.m. (faktiki ölçülmüş sahə) ölçüdə mənzilin də yerləşdiyi binanın söküntüsünə başlamış, İddiaçı və övladı X1 11 iyul 2018-ci il tarixində bağlanılmış 105 №-li müqaviləyə əsasən yeni bina inşa edərək yuxarıda qeyd edilən ölçüdə mənzilin əvəzinə iddiaçını ümumi sahəsi 127,6 kv.m. olan eyni blokda – E blokunda 10 və 11-ci mərtəbələrdə yerləşən 2 ədəd iki otaqlı (hər biri 63,8 kv.m. olan) 228 və 232 №-li mənzillərlə təmin etməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh MMC müqavilə üzrə öhdəlikləri icra etməmişdir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 105 nömrəli Pordat müqaviləsinə əsasən müəyyən edilir ki, müqavilə tərəfləri sifarişçi İddiaçı və podratçı Cavabdeh MTK-dır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən Cavabdeh MTK Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən iddiaçıya məxsus üç otaqlı 70 kv.m. (faktiki ölçülmüş sahə) ölçüdə mənzilin də yerləşdiyi binanın söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada mülkiyyətçiyə məxsus 3 otaqlı, 70 kv.m. ölçüdə mənzilin əvəzinə mülkiyyətçini yeni binada ümumi sahəsi 127.6 kv.m. ölçüdə “E” blokunda 232 nömrəli mənzillə təmin etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən müəyyən edilir ki, mülkiyyətçiyə verilən mənzilin sahəsi müqavilədə nəzərdə tutulmuş sahədən artıq olduqda mülkiyyətçidən həmin sahəyə görə əlavə ödəniş tələb edilə bilməz. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən müəyyən edilir ki, müqavilənin icra müddəti 3 (üç) il təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları və tərəflər arasında bağlanmış yuxarıda qeyd olunan xx.xx.2018-ci il tarixli 105 nömrəli Podrat müqaviləsinin şərtləri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Beləliklə müəyyən edilir ki, xx.xx.2018-ci il tarixli 105 nömrəli Podrat müqaviləsinin 1.1-ci maddəsinə əsasən Cavabdeh MTK Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən iddiaçıya məxsus üç otaqlı 70 kv.m. (faktiki ölçülmüş sahə) ölçüdə mənzilin də yerləşdiyi binanın söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada mülkiyyətçiyə məxsus 3 otaqlı, 70 kv.m. ölçüdə mənzilin əvəzinə mülkiyyətçini yeni binada ümumi sahəsi 127.6 kv.m. ölçüdə “E” blokunda 232 nömrəli mənzillə təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilə kifayət qədər müfəssəl formada tərtib edilmişdir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən müəyyən edilir ki, mülkiyyətçiyə verilən mənzilin sahəsi müqavilədə nəzərdə tutulmuş sahədən artıq olduqda mülkiyyətçidən həmin sahəyə görə əlavə ödəniş tələb edilə bilməz. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən müəyyən edilir ki, müqavilənin icra müddəti 3 il təşkil edir. Lakin, cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmişdir. Bununla da, cavabdeh tərəfindən öhdəlik münasibətləri pozulmuşdur. Bu səbəbdən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki iş üzrə ətraflı araşdırma aparılmasının təmin edilməsi, sübutların tam toplanması və tədqiq edilməsi məqsədilə 3 (üç) məhkəmə hazırlıq iclası və 1 (bir) məhkəmə baxış iclasının keçirilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, hazırki mülki iş üzrə sübutetmə yükü cavabdehin üzərindədir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və iddiaçının nümayəndəsi və vəkilinin izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2018-ci il tarixli 105 nömrəli müqavilə üzrə öhdəliklərin icrası və binanın tikintisi başa çatdırılmaqla yeni binada 232 nömrəli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilsin. xx.xx.2018-ci il tarixli 105 nömrəli müqavilə üzrə öhdəliklərin icrası və binanın tikintisi başa çatdırılmaqla yeni binada 232 nömrəli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-806/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-806/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver