Məhkəmə qərarları › İş №e-2(004)-824/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-824/2025

28.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-824/2025 28.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 129 k/d saylı əmrinin ləğv edilərək onun işə bərpa olunmağı və 5 il ərzində ona ƏMAS informasiya sistemində onun üçün müəyyən edilmiş tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsi vəzifəsinin "xxxx" QSC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" QSC-də 1994-cü il tarixdən rejissor assitenti kimi işə başlamış və sonuncu vəzifəsi Xüsusi Layihələr Studiyasının 1-ci kateqoriyalı rejissoru olmuşdur. Qarabağ müharibəsi veteranıdır və 1-ci Qarabağ müharibəsində Qubadlı bölgəsindəki döyüş əməliyyatlarında iştirak etmişdir. 2006-cı ilədək televiziyada rejissorlar əmək haqqını həm vaxtamuzd, həm də işəmuzd qaydasında alırdılar, yəni onlara həm rəsmi əmək haqqı verilirdi, həm də ay ərzində gördükləri işə görə qonorar ödənilirdi. 2006-cı ildən onları yalnız işəmuzd əmək haqqı sisteminə keçirmişlər. Bu əmək haqqı sistemində yalnız ay ərzində işəgötürən tərəfindən verilən sifariş əsasında gördükləri işə görə qonorar ödənilirdi. İşəmuzd əmək haqqı sisteminə keçirildikdən sonra AzTV-nin rəhbərliyi tərəfindən ona müəyyən verilişləri hazırlamaq tapşırılırdı və həmin verilişlər efirdə yayımlandıqdan sonra ona qonorar ödənilirdi. Lakin AzTV-nin rəhbərliyinə hazırki sədr Rövşən Məmmədov gəldikdən bir müddət sonra əvvəllər hazırladığı verilişlər ondan alındı və 2019-cu il tarixdən etibarən heç bir yeni veriliş təklif edilmədi. Beləliklə, 2019-cu ilin yanvar ayından işdən çıxarıldığı xx.xx.2024-cü il tarixədək ona bir manat da olsun əmək haqqı və ya qonorar ödənilmədi. İqtisadiyyatda və o cümlədən televiziyada işəmuzd əmək sistemi vaxtamuzd əmək sistemindən onunla fərqlənir ki, işəmuzd əmək sistemində saat 09.00-dan 18.00-dək iş yerində oturmağa ehtiyac yoxdur. İşəmuzd əmək sistemində çalışan jurnalist/rejissor televiziya məhsulunu istənilən vaxt və istənilən yerdə zö) iş yerində, başqa TV-lərdə, studiyalarda, evdə və digər yerlərdə) hazırlaya bilər və onların AzTV-də çalışan jurnalist/rejissorların demək olar ki, hamısı işə yalnız verilişi ya hazırlayarkən, ya da təhvil verərkən gəlirlər, veriliş olmayan vaxt, yəni vaxtamuzd əmək sistemində olduğu kimi bütün gününü əmək haqqı/qonorar ödənilməyən işdə oturmağa heç bir ehtiyac qalmır. Eyni zamanda, işdən çıxarıldığı xx.xx.2024-cü il tarixədək artıq 2 il idi ki, həm ölkəmizdə, həm də Türkiyə Cumhuriyyətində onkoloji və digər xəstəliklərdən mütəmadi olaraq müalicə olunmuşdur və artıq iş yerinə gələ bilməmişdir, belə ki, yuxarıda qeyd edildiyi kimi, rəhbərlik əvvəlcə birlikdə işləmək istəmədiyi onun kimi kadrların verilişlərini əllərindən alır, daha sonra isə onların işə gəlmədiyini əldə əsas tutaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, onları, o cümlədən onu işdən çıxarmağa üstünlük verirdi. Hal-hazırda Türkiyə Cumhuriyyətində yenə də onkoloji xəstəlikdən müalicə olunur və müalicə ən azı bir neçə il sürə bilər. Xəstəlik səbəbindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılarkən məhkəməyə müraciət edə bilməmişdir. Eyni zamanda, AzTV-nin rəhbərliyi ona heç bir pul kompensasiyası ödəməmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ƏMAS (əmək və məşğulluq alt sistemi) informasiya sistemində onun tarif maaşı təxminən 600-700 manat civarında göstərilmişdir. ƏMAS (əmək və məşğulluq alt sistemi) informasiya sistemində onun tarif maaşının məbləği barədə ona heç vaxt verilməyib, habelə əmək müqaviləsinin surəti isə ona heç vaxt verilməmişdir. Daha sonra, "xxxx" QSC-nin nümayəndəsi X3 xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, İddiaçı ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, Televiziyanın “Xüsusi Layihələr” Studiyasının 1-ci kateqoriyalı rejissoru İddiaçı xx.xx.2024-cü il tarixində məzuniyyətinin bitməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan işə gəlməmişdir. xx.xx.2024-cü il tarixində (050)343-04-85 mobil nömrəsindən əlaqə saxlamaq mümkün olmadığına görə həmin studiyanın inzibatçısı F.Muxtarovadan onun Türkiyə nömrəsi alınıb. “Kadrlar və Xüsusi İşlər” departamentinin rəisi onunla (+90 ***-***-**-**) nömrəsindən əlaqə saxladıqda onun Türkiyədə olduğu müəyyən olunub. Bundan başqa, QSC-nin Həmkarlar İttifaqı Komitəsinə daxil olan sənədlərlə tanış olunub, toplanmış materiallar üzrə araşdırma aparılıb, daha sonra sözügedən Komitənin əməkdaşları iddiaçının yuxarıda qeyd olunan nömrəsi ilə əlaqə yaradıb və İddiaçı heç bir üzürlü səbəb olmadan, o cümlədən heç kimə məlumat vermədən, hər hansı hüquqi sənəd təqdim etmədən xx.xx.2024-cü il tarixindən iş yerinə gəlmədiyi təsdiq olunub. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı bu hərəkətləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək) və “f” (əmək qanunvericiliyinin tələblərinə əməl etmək) bəndlərinin tələblərindən irəli gələn əmək müqaviləsi üzrə vəzifə borcunu yerinə yetirməmiş və məhz buna görə də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Beləliklə də hesab edirlər ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə tam qanuni əsaslarla xitam verilmişdir. Hüquqi dəyərləndirmə baxımından isə İddiaçı iddiası formal mülahizələrdən ibarət olmaqla, onun maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi də əsassızdır. İddiaçı ərizəsində həm 2019-cu ilin yanvar ayından xx.xx.2024-cü ilə qədər ona əmək haqqı və ya qonorar ödənilmədiyini, həm də 2006cı ildən işəmuzd əmək haqqı sisteminə keçirildiyi və bu əmək haqqı sistemində yalnız ay ərzində işəgötürən tərəfindən verilən sifariş əsasında gördüyü işə görə qonorar ödənildiyini vurğulamışdır. Göründüyü kimi qeyd olunan iki cümlə arasında ziddiyyət var. Əmək haqqının işəmuzd ödənilmə sistemində əmək haqqı işçilərin müəyyən olunmuş dərəcələr üzrə istehsal etdiyi məhsulun miqdarı, yerinə yetirdiyi işin həcminə görə hesablanır. Əgər iddiaçıya müəyyən verilişləri hazırlamaq tapşırılmamışdırsa hər hansı qonorarın ödənilməsi də mümkünsüzdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 149-cu maddəsinin 1-ci hissəsinə əsasən əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən edilir. Həmin maddənin 2-ci hissəsinə görə isə işəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşın (və ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) günlə (və ya saatla) müəyyən edilmiş vaxt normasına vurulması yolu ilə də müəyyən edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmədən xahiş edirlər ki, 2(004)- 6310/2024 saylı mülki iş üzrə İddiaçı iddia ərizəsi rədd edilsin. Eyni zamanda, "xxxx" QSC-nin nümayəndəsi X3 “iddia müddətinin tətbiq edilməsinə dair” xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, qeyd olunan tələbin əmrin ləğv edilməsi və işə bərpa hissəsi iddia müddəti ötürülməklə verildiyindən məhkəmə iddiadan imtina barədə qərar çıxarmalıdır. Belə ki, iddiaçı 3 ay (xx.xx.2024-cü ilxx.xx.2024 cü il) müddət keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, Televiziyanın “Xüsusi Layihələr” Studiyasının 1-ci kateqoriyalı rejissoru İddiaçı Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad olunmuşdur. O, xx.xx.2024-cü il tarixində işdən azad olunmasına dair əmrlə tanış olaraq rəsmən almışdır. xx.xx.2024-cü il tarixində iddiaçı cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. AR Əmək Məcəlləsinin 296-cı maddəsininin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd olunan maddənin 3-cü hissəsinə görə isə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. AR Mülki Məcəlləsinin 375.2ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən xahiş edirlər ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsinin əmrin ləğv edilməsi və işə bərpa hissəsində iddia müddəti tətbiq edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddiaçı cavabdeh tərəfin xx.xx.2024-cü il tarixli əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İşçinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi üçün əsaslar olmalıdır. İddiaçı tərəfindən hansı tələblərin pozulması əmrdə öz əksini tapmamışdır. İşçi əgər qəsdən, bilərəkdən işə gəlməzsə, bu halda AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi tətbiq edilə bilər. Bundan başqa işçinin işə gəlməməsinin müəssisə üçün mənfi nəticələri qeyd edilməlidir. Qeyd edir ki, iddiaçının üzrlü səbəbləri olmuş, iddiaçı onkoloji xəstə olmuş və əmr verilən ərəfədə də Türkiyə Respublikasında olmuşdur. Bu barədə sənədlər məhkəməyə təqdim edilmişdir. İddiaçı üzrlü səbəbdən işə gəlməmişdir. Bundan başqa iddiaçı ilə bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməmişdən öncə onun barəsində digər inzibati tənbehlər tətbiq edilə bilərdi. Əmək haqqı tələbi üzrə iddia müddəti tərəflərindən ötürülməmişdir. İddiaçıya 5 il ərzində əmək haqqı ödənilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı yanvar və fevral aylarında Türkiyə Respublikasında olmuşdur. Ola bilsin ki, iddiaçı müəyyən müddət Azərbaycanda, müəyyən müddət Türkiyə Respublikasında olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X3 izhatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı hissədə iddia müddətini ötürmüşdür. İddiaçıya dəfələrlə icazə də verilmişdir. Əmək haqqının işəmuzd ödənilmə sistemində əmək haqqı işçilərin müəyyən olunmuş dərəcələr üzrə istehsal etdiyi məhsulun miqdarı, yerinə yetirdiyi işin həcminə görə hesablanır. Əgər iddiaçıya müəyyən verilişləri hazırlamaq tapşırılmamışdırsa, hər hansı qonorarın ödənilməsi də mümkünsüzdür. İddianın rədd edilməsini xahiş edir. Belə ki, iş materiallarında olan X1 iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/14/2024 saylı Arayışdan görünür ki, İddiaçı “əmrin ləğv olunması, işə bərpa, əmək haqqının ödənilməsi tələbi” barədə mediasiya prosesinin tətbiqi barədə təklifi "xxxx" QSC-yə xx.xx.2024-cü il tarixdə göndərmişdir. İş materiallarında olan "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Azərbaycan R=Televiziya və Radio Verilişləri QSC-də TV Xüsusi layihələr studiyasının rejissoru vəzifəsinə işə qəbul edilmişdir. (xx.xx.2005-ci il tarixdə) İş materiallarında olan xx.xx.2024-cü il tarixli Aktda qeyd edilmişdir ki, televiziyanın “Xüsusi Layihələr” Studiyasının 1-ci kateqoriyalı rejissoru İddiaçı 2024-cü il yanvarın 14-də məzuniyyətinin bitməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan işə gəlmir. 2024-cü il yanvarın 25-də onunla (050) ***-**-** nömrəsindən əlaqə saxlamaq mümkün olmadığına görə həmin studiyanın inzibatçısı F.Muxtarovadan onun Türkiyə nömrəsi alınmışdır. Kadrlar və Xüsusi İşlər departamentinin rəisi İ.Hüseynova onunla (+90 ***-***-**-**) nömrəsindən əlaqə saxladıqda onun Türkiyədə olduğu müəyyən edilmişdir. İş materiallarında olan Televiziyanın “Xüsusi Layihələr” Studiyasının direktoru H.Əsədzadə tərəfindən "xxxx" QSC-nin sədri Rövşən Məmmədova ünvanlanmış təqdimatda qeyd edilmişdir ki, Televiziyanın “Xüsusi Layihələr” Studiyasının 1-ci kateqoriyalı rejissoru İddiaçı məzuniyyət müddətinin 2024-cü il yanvarın 14-də bitməsinə baxmayaraq işə gəlməmiş və gəlməməsi haqqında heç bir sənəd təqdim etməmişdir. Ünvanına bildiriş göndərilmişdir. Onun mobil nömrəsi ilə (***-***-**-**) əlaqə saxlamaq mümkün olmadığına görə İddiaçı Türkiyə nömrəsi ilə (+90 ***-***-**-**) əlaqə saxlanılmış və Türkiyədə olduğu müəyyən olunmuşdur. Bununla bağlı müvafiq ölçü götürülməsi xahiş olunur. İş materiallarında olan "xxxx" QSC-nin "xxxx" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktuba əsasən Televiziyanın “Xüsusi Layihələr” Studiyasının 1-ci kateqoriyalı rejissoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinin "xxxx" QSCnin sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixində Həmkarlar İttifaqı Komitəsinə daxil olan 13-6/2-04/1-75a/2024 nömrəli məktuba cavab olaraq Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixində Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin iclası keçirilmişdir. Məktubda qeyd olunanlara əsasən “Xüsusi Layihələr Studiyasının” 1-ci kateqoriyalı rejissoru İddiaçı xx.xx.2024-cü il tarixdən məzuniyyət müddətinin bitməsinə baxmayaraq işə gəlməyib. Ünvanına bildiriş göndərilib. İddiaçı məxsus mobil nömrəsi ilə (***-***-**-**) əlaqə saxlamaq mümkün olmadığına görə Türkiyə mobil nömrəsi ilə (+**********54) əlaqə saxlanılıb və ölkədə olmadığı müəyyən edilib. Həmkarlar İttifaqı Komitəsində daxil olan sənədlərlə tanış olduqdan sonra yuxarıda qeyd olunan əlaqə nömrəsi ilə İddiaçı ilə əlaqə yaradılmış və məktubda da qeyd edildiyi kimi İddiaçı heç bir üzürlü səbəb olmadan, o cümlədən heç kimə məlumat vermədən və hər hansı hüquqi sənəd təqdim etmədən xx.xx.2024-cü il tarixdən iş yerinə gəlmədiyi təsdiq olunmuşdur. Bununla da İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələblərini pozmuşdur. Həmkarlar İttifaqı Komitəsi üzvləri qeyd edilənlərlə əlaqədar, habelə məktuba əlavə edilmiş sənədlər üzrə xx.xx.2024- cü il tarixində iclas keçirərək müvafiq qərar qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq və ƏM-nin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən Televiziyanın “Xüsusi Layihələr” Studiyasının 1-ci kateqoriyalı rejissoru İddiaçı işdən azad edilməsinə etiraz edilmir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 129 nömrəli əmrinə əsasən Televiziyanın “Xüsusi Layihələr” Studiyasının 1-ci kateqoriyalı rejissoru İddiaçı AR ƏM-nin 70ci maddəsinin ç bəndinə əsasən 12 fevral 2024-cü il tarixdən tutduğu vəzifədən azad olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı "xxxx" QSC-də “Xüsusi Layihələr” Studiyasının 1-ci kateqoriyalı rejissoru vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra, "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 129 nömrəli əmrinə əsasən Televiziyanın “Xüsusi Layihələr” Studiyasının 1-ci kateqoriyalı rejissoru İddiaçı AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən 12 fevral 2024-cü il tarixdən tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə məhkəməyə xx.xx.2024-cü il tarixli “iddia müddətinin tətbiq edilməsinə dair” ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.6-cı maddəsinə əsasən Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Belə ki, iş materiallarından göründüyü kimi işçinin əmək müaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bundan əlavə iş materiallarında olan X1 iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/14/2024 saylı Arayışdan da görünür ki, İddiaçı mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya yalnız xx.xx.2024-cü il tarixdə, yəni hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət sonra müraciət etmişdir. Odur ki, "xxxx" QSC-də “Xüsusi Layihələr” Studiyasının 1-ci kateqoriyalı rejissoru vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş və İddiaçı isə mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İşin hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra (9 aya yaxın) iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir, habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır və İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar