Məhkəmə qərarları › İş №e-2(004)-829/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-829/2023

24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-829/2023 24.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İlkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Ayşə X2 iştirakları ilə, İlkin iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ASC-nin ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşı “çəkilmiş xərcin qaytarılması” tələbinə dair ilkin, ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ASC-yə qarşı “müqavilənin bir hissəsinin etibarsız sayılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “çəkilmiş xərcin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2020-ci il tarixli Təhsil Müqaviləsinə əsasən təhsil xərci əvəzi olaraq ödənilmiş 12629,47 Avro məbləğində vəsaitin, mediasiya prosesi üçün ödənilmiş 50 manat xidmət haqqının, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 109 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ASC-yə qarşı “müqavilənin bir hissəsinin etibarsız sayılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia tələbi rədd edilməsi və iddiaçı ilə Cavabdeh arasında əmək münasibətləri çərçivəsində (əmək müqaviləsinə istinad etməklə) imalanmış xx.xx.2022-ci il tarixli Təhsil Müqaviləsinin 2.3, 2.4-cü və işçinin üzərinə əmək fəaliyyətini davam etmədiyi təqdirdə maliyyə öhdəlikləri qoyan digər maddələri Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq aktların tələblərini pozduğuna görə həmin maddələrin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 07 avqust 2015-ci il tarixdə 479 saylı əmək müqaviləsi və xx.xx.2015-ci il tarixdə əlavə Razılaşma imzalanmışdır. Sonradan İddiaçı ASC ilə Cavabdeh arasında təhsil münasibətlərinin tənzimlənməsi məqsədi ilə xx.xx.2020-ci il tarixdə Təhsil Müqaviləsi imzalanmışdır. Təhsil Müqaviləsinin 1.2-ci bəndinə əsasən, müqavilə işçinin 2021-ci ilin yanvar ayından başlayaraq 9 (doqquz) ay müddətinə “EAE” universitetində marketinq və satış menecmenti üzrə magistr dərəcəsinə yiyələnməsi üçün 14,850 (on dörd min səkkiz yüz əlli) Avro məbləğində vəsaitin işəgötürən tərəfindən ödənilməsini nəzərdə tutmuşdur. Eyni zamanda işçi müqaviləyə əsasən təhsilini başa çatdırdığı tarixdən 3 (üç) il müddətində işəgötürənlə bağlanmış əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etdikdə və yaxud işdən azad edildikdə təhsil və ixtisas artırılması üzrə xərclənmiş məbləğin iş müddətinə proporsional şəkildə geri ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən işçinin təhsil xərcləri üzrə 13,810.5 (on üç min səkkiz yüz on avro əlli sent) Avro məbləğində vəsait işəgötürən tərəfindən ödənilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə yazaraq 15 noyabr 2022-ci il tarixində öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. Bu səbəbdən də 15 noyabr 2022-ci il tarixli 152/22- İA/İR saylı əmrə əsasən Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hisssəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilmişdir. Bank öz üzərinə düşən öhdəliyi icra edərək Təhsil Müqaviləsinin 2.3 bəndinə əsasən işçinin təhsil xərci üzrə 13,810.5 Avro məbləğində ödənişi etmişdir. Lakin işçi Cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək müqavilə üzrə qeyd edilən tarixdən əvvəl öz təşəbbüsü ilə işdən azad olunmasını xahiş etmiş, nəticədə bankın müvafiq əmrinə əsasən işdən azad edilmişdir. Mülki qanunvericiliyə əsasən müqavilə öhdəliklərinin pozulması mülki hüquq subyektlərinin mülki məsuliyyətinin əsaslarından biridir. Öhdəlik tərəfi və hüquqi məzmununa görə bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlərin edilməsidir. Məsələn, bir şəxs başqa şəxsin xeyrinə pul ödəməli, əmlak verməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Xarakterindən və məzmunundan, yəni maddi və ya qeyri-maddi nemətlər barəsində bağlanmasından asılı olmayaraq müqavilə tərəflərinin müəyyən etdikləri şərtlər müqavilə tərəfləri üçün məcburi olub, həmin şərtlər müqavilə tərəfləri üçün müqavilə öhdəliyi hesab olunurlar. Göründüyü kimi, Cavabdeh Təhsil Müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi icra etmədiyindən, İddiaçı ASC qarşısında yaranmış 12,629.47 (on iki min altı yüz iyirmi doqquz avro, qırx yeddi sent) Avro məbləğində borcunu, Banka geri qaytarmalıdır. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və Banka dəymiş maddi ziyanın ödənilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC Mediasiya prosesi üzrə 50 (əlli) manat məbləğində xidmət haqqı ödəmişdir. Eyni zamanda iddia ərizəsinin məhkəməyə verilməsi üçün 109 (yüz doqquz) manat məbləğində ödəniş edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə Cavabdeh İddiaçı ASC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Korporativ Kommunikasiyalar Departamentinin Korporativ Sosial məsuliyyət və təbliğat qrupunun Kiçik mütəxəssisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdehlə İddiaçı arasında əmək münasibətləri çərçivəsində (əmək müqaviləsinə istinad etməklə) Təhsil Müqaviləsi (bundan sonra Müqavilə) imzalanmışdır. Müqavilənin 2.2-ci maddəsinə əsasən “İşçinin (İddiaçının) təhsil xərcləri üzrə 14,850 avro məbləğində vəsait işəgötürən tərəfindən ödənilir”. Müqavilənin 2.3-cü maddəsinə əsasən “Bu Müqavilə üzrə nəzərdə tutulan təhsili almış işçi təhsil bitdikdən sonra ən azı 3 il müddətinə işəgötürənlə əmək münasibətlərini davam etdirəcəyini bəyan edir”. Müqavilənin 2.4-cü maddəsinə əsasən “İşçi təhsil münasibətləri prosesində hər hansısa səbəbdən təhsilini davam etdirmək istəmədikdə onun təhsil alması üçün ödənilmiş xərci işəgötürənə dərhal bir xalis ödəniş çərçivəsində ödəməlidir”. Müqavilənin 2.3, 2.4-cü və işçinin üzərinə əmək fəaliyyətini davam etmədiyi təqdirdə maliyyə öhdəlikləri qoyan digər maddələri Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq aktların tələblərini pozduğuna görə etibarsız hesab edilməlidir. Cavabdeh nümayəndəsi və vəkili Ayşə X3 vəsatətlə məhkəməyə müraciət edərək hazırki məhkəmə işi ilə bağlı qəbul ediləcək məhkəmə aktının icraatında olan məhkəmə işinin nəticəsinə münasibətdə preyudisial xarakter daşıdığını nəzərə alaraq icraatın dayandırılması ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-829/2023 saylı, 22 fevral 2023cü il tarixli qərardadı ilə e-2(004)- 829/2023 saylı mülki işin icraatı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 315/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2189/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-3 15/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2189/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən kasasiya şikayəti verilmiş, kasasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-829/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-829/2023 saylı, 22 fevral 2023- cü il tarixli qərardadı ləğv edilməsi və İddiaçı ASC-nin Cavabdeh qarşı “çəkilmiş xərcin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraat təzələnməsi və işə baxılması 24 avqust 2023-cü il tarixə saat 11:00-a təyin edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 ilkin iddianı müdafiə edərək təmin olunmasını və qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Ayşə X3 ilkin iddiaya etiraz edərək təmin olunmamasını və qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2015-ci il tarixdə 479 saylı əmək müqaviləsinə əsasən işçi Cavabdeh “Korporativ katiblik şöbəsinin qarşılama üzrə köməkçi” vəzifəsinə işə qəbul olunmuşdur. Həmçinin tərəflər arasında xx.xx.2015-ci il tarixdə əlavə Razılaşma imzalanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə əlavə olaraq imzalanmış təhsil müqaviləsi işçinin 2021-ci ilin yanvar ayından başlayaraq 9 ay müddətinə “EAE” universitetində marketinq və satış menecmenti üzrə magistr ixtisas dərəcəsinə yiyələnməsi üçün 14850 Avro məbləğində vəsaitin işəgötürən tərəfindən ödənilməsi, həmçinin işçinin təhsilini başa çatdırıb iş fəaliyyətini davam etdirdiyi tarixdən 3 il müddətində işəgötürənlə bağlanmış əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etdikdə və yaxud işdən azad edildikdə (ixtisarla istisna olunmaqla) təhsil və ixtisas artırılması üzrə xərclənmiş məbləğin iş müddətinə proporsional şəkildə geri ödənilməsi şərtlərini tənzimləyir. 152/22-İA/İR nömrəli, 15 noyabr 2022-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrdən görünür ki, Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) 15 noyabr 2022-ci il tarixdə xitam verilmişdir. Daha sonra Cavabdeh İddiaçı ASC-yə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının işdən azad olunmağına dair 15 noyabr 2022-ci il tarixdə yazmış olduğu ərizənin etibarsız hesab olunması, 15 noyabr 2022-ci il tarixli əmrin ləğv edilməsi, əvvəlki iş vəzifəsinə bərpa edilməsi və buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-315/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2015-ci il tarixdə 479 saylı əmək müqaviləsinə əsasən Cavabdeh “Korporativ katiblik şöbəsinin qarşılama üzrə köməkçi” vəzifəsinə işə qəbul olunmuşdur. Həmçinin İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə əlavə olaraq imzalanmış təhsil müqaviləsi işçinin 2021-ci ilin yanvar ayından başlayaraq 9 ay müddətinə “EAE” universitetində marketinq və satış menecmenti üzrə magistr ixtisas dərəcəsinə yiyələnməsi üçün 14850 Avro məbləğində vəsaitin işəgötürən tərəfindən ödənilməsi, həmçinin işçinin təhsilini başa çatdırıb iş fəaliyyətini davam etdirdiyi tarixdən 3 il müddətində işəgötürənlə bağlanmış əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etdikdə və yaxud işdən azad edildikdə (ixtisarla istisna olunmaqla) təhsil və ixtisas artırılması üzrə xərclənmiş məbləğin iş müddətinə proporsional şəkildə geri ödənilməsi şərtlərini tənzimləyir. Daha sonra 152/22-İA/İR nömrəli, 15 noyabr 2022-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrə əsasən Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) 15 noyabr 2022-ci il tarixdə xitam verilmişdir. Bununla da, Cavabdeh “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-315/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, e-2(009)-315/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2189/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-315/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işçi öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, işçi işdən çıxma ilə bağlı 27 sentyabr 2022-ci il tarixdə ərizə ilə müraciət etmiş, işəgötürən isə onu 15 noyabr 2022-ci il tarixdə işdən azad etmişdir. Burdan da göründüyü kimi, işəgötürən işçinin iddia etdiyi kimi qərəzli olaraq işçinin işdən azad edilməsində maraqlı olsaydı və bununla bağlı işçiyə hədə-qorxu gəlsə idi, işçini işdən azad etməsi üçün ərizə ilə müraciət edildiyi tarixdən qısa müddət ərzində işdən azad etməkdə maraqlı olardı. Eyni zamanda tərəflərin hər ikisinin izahatından da məlum olur ki, işəgötürən işçini öz vəsaiti hesabına təhsil almaq və biliklərini artırmaq üçün təhsil müəssisəsinə göndərmiş və qarşılığında iddiaçı qayıtdıqdan sonra 3 il müddətində cavabdeh bankda fəaliyyətini davam etdirəcəyi barədə öhdəlik götürmüşdür. Buradan da görünür ki, işəgötürən işçi ilə bağlı əmək fəaliyyətinin uzunmüddətli davam etdirilməsində maraqlı olmuşdur. Bundan başqa iddiaçı cavabdeh tərəfindən ona işdən çıxmasına dair ərizə yazması üçün təsir göstərildiyini bildirsə də, bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Daha sonra Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2189/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verərək ləğv olunmasını xahiş etmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2887/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC Cavabdeh ilə aralarında bağlanmış Təhsil Müqaviləsinin 2.3-cü bəndinə əsasən işçinin təhsil xərci üzrə 13,810.5 Avro məbləğində ödənişi etmişdir. Lakin işçi Cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək müqavilə üzrə qeyd edilən tarixdən əvvəl öz təşəbbüsü ilə işdən azad olunmasını xahiş etmiş, nəticədə bankın müvafiq əmrinə əsasən işdən azad edilmişdir. Odur ki, hazırda iddiaçı haqlı olaraq xx.xx.2020-ci il tarixli Təhsil Müqaviləsinə əsasən təhsil xərci əvəzi olaraq ödənilmiş 12629,47 Avro məbləğində vəsaitin, mediasiya prosesi üçün ödənilmiş 50 manat xidmət haqqının, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 109 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci mаddəsinə görə, öhdəliyə əsаsən bir şəхs (bоrclu) bаşqа bir şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pul ödəməli, əmlаk vеrməli, iş görməli, хidmətlər göstərməli və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır. Mülki Məcəllənin 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi (vахtındа icrа еdilməməsi, mаllаrdа, işlərdə və хidmətlərdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа еdilməsi) bаşа düşülür. Mülki Məcəllənin 443.1-ci mаddəsinə görə, öhdəliyini icrа еtməyən bоrclu krеditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Belə olduğu halda, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli Təhsil Müqaviləsinə əsasən təhsil xərci əvəzi olaraq ödənilmiş 12629,47 Avro məbləğində vəsaitin (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq tutulsun), mediasiya prosesi üçün ödənilmiş 50 manat xidmət haqqının, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 109 manat dövlət rüsumunun tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməlidir. Həmçinin qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, və Mülki Məcəllənin 739-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli Təhsil Müqaviləsinə əsasən təhsil xərci əvəzi olaraq ödənilmiş 12629,47 Avro məbləğində vəsaitin (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq tutulsun), mediasiya prosesi üçün ödənilmiş 50 manat xidmət haqqının, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 109 manat dövlət rüsumunun tutularaq İddiaçı ASCnin xeyrinə ödənilsin. İlkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ASC-yə qarşı “müqavilənin bir hissəsinin etibarsız sayılması” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar