Məhkəmə qərarları › İş №e-2(004)-833/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-833/2025

17.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-833/2025 17.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X1, Cavabdehna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mənzil üzərində hüquqların qeydiyyatının ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X1, Cavabdehna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mənzil üzərində hüquqların qeydiyyatının ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılmalıdır. Müəyyən edilir ki, mülki iş üzrə 6 (altı) məhkəmə hazırlıq iclası keçirilmişdir. Mülki iş 4 aydan artıq müddətdir ki, məhkəmənin icraatındadır. Lakin, mülki iş üzrə cavabdeh xarici ölkə vətəndaşı X1 barədə məlumatlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən miqrasiya orqanlarına müvafiq sorğular verilsə də, təqdim edilmiş məlumatların natamamlığı səbəbindən sorğulara müsbət cavablar alınmamışdır. Hazırki mərhələdə iş materialları natamam olduğundan, cavabdehin şəxsiyyəti məlum olmadığından və müvafiq materialların əldə edilməsinə ciddi zaman tələb edildiyindən mülki iş baxılmamış saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 172-ci maddəsinin tələblərinə əsasən mübahisəyə baxılmasının müddətləri müəyyən edilmişdir. Müvafiq məlumatlar məhkəməyə təqdim edildikdən sonra mülki işə baxılacaqdır. Qeyd olunanlar nəzərə alınmaqla, MPM-in 259.0.12-ci maddəsinin tələbləri rəhbər tutulmaqla mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla iddia tələbi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 114.1.5-ci maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. MPM-in 260.6-cı maddəsinə əsasən iş üzrə iddianın baxılmamış saxlanılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 260-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X1, Cavabdehna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mənzil üzərində hüquqların qeydiyyatının ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla iddia tələbi baxılmamış saxlanılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz ) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı1 qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar