Məhkəmə qərarları › İş №e-2(004)-854/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-854/2024

15.03.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-854/2024 15.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, xx.xx.2023-сü il tarixli 719/Ş nömrəli “Əmək müqaviləsinin ləğvi barədə” əmri ləğv edərək onun əvvəlki vəzifəyə bərpa edilməsini və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdən "xxxx" ASC-nin Gəncə Filialında mütəxəssis kimi iş fəaliyyətinə başlamışdır. İşlədiyi dövrdə daima üzərinə düşən öhdəlikləri vaxtında və artıqlaması ilə icra etmişdir. xx.xx.2023-cü il tarixdə heç bir səbəb olmadan və onun vəzifə təlimatlarına aid olmayan pozuntuya görə "xxxx" ASC-nin İdarə Heyətinin sədri F.M.Musayevin 719Ş nömrəli xx.xx.2023-cü il tarixli əmri ilə onunla bağlanılmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə qeyd edilən maddə ilə xitam verilmənin əsası kimi isə əmək funksiyasını və ya əmlak müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi göstərilmişdir. Bundan dərhal sonra o, cavabdeh ASC-yə xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. xx.xx.2023-cü il tarixdə mediasiya üçün müraciət etmişdir. Bakı 12 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, cavabdeh ASC mediasiya prosesində iştirak etməmişdir. Qeyd edilənlərlə bərabər iddiaçı eyni ona qarşı olan hüquq pozuntusunun araşdırılması məqsədilə AR ƏSSMN yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli məktub ilə ona bildirilmişdir ki, müraciətinə əsasən tərəfindən, eyni zamanda "xxxx" ASC-nin rəhbərliyi tərəfindən X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta əlamətlərinin olması müəyyən edildiyindən inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. İnzibati xəta haqqında iş üzrə icraat yekunlaşdıqdan sonra nəticəsi barədə ona əlavə məlumat veriləcəyi bildirilmişdir. Bundan başqa bildirir ki, o, işdən çıxarılan zaman yazdığı izahatda da bildirmiş ki, qeyd edilən pozuntuların ona aid deyil. Eyni zamanda bildirmiş ki, işəgötürənin onu təqsirləndirdiyi faktlar onun vəzifə təlimatına aid deyildir. Qeyd edilən xüsusatları iddiaçı məhkəmədə sübut edəcəyini bildirmişdir. Hesab edir ki, onun işdən çıxarılmağı barədə əmr əsassız və qanunsuzdur, odur ki, məhkəmədə həmin əmr iddia ərizəsi ilə mübahisələndirilir. Halbuki onun işlədiyi dövrdə o, işinə məsuliyyətlə yanaşaraq heç bir qayda pozuntusu törətməmişdir. X7 Xidmətinin Bakı Ərazi İdarəsindən aldığı məktubdan da görünür ki, işəgötürən tərəfindən onun işdən çıxarılmağı vaxtı qanun pozuntusu törədilmişdir. Göstərdiyi əsaslara görə hesab edir ki, xx.xx.2023-cü il tarixli, 719/Ş nömrəli əmr əsassız və qanunsuzdur. Buna görə də əmr ləğv edilərək əvvəlki işinə bərpa edilməli olduğunu qeyd etmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən iddia ərizəsinə etiraz yazaraq məhkəməyə müraciət etmişdir ki, "xxxx" ASC-nin Pərakəndə Bankçılıq Departamentinin Məsafədən bankçılıq şöbəsinin, CRM bölməsinin böyük mütəxəssisi İddiaçı öz əmək funksiyasını, əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini yerimə yetirməmiş, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri və hüquq pozuntuları nəticəsində Bankın qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Bunun nəticəsi olaraq aşkar olunmuşdur ki, İddiaçı ödəmə qabiliyyəti olmayan, heç bir gəliri olmayan müştəriləri müxtəlif məbləğlərdə kreditin verilməsi üçün banka cəlb etmişdir. X9 Departmenti tərəfindən İddiaçı barəsində aparılmış araşdırma zamanı İddiaçı əmək fəaliyyəti dövründə kobud və ardıcıl kobud səhvlərə yol verməsi, cəlb etdiyi müştəriləri vəzifə təlimatına və bankın “İstehlak kreditlərinin verilməsi” qaydalarının tələblərinə uyğun olaraq təhlil etməməsi, nəticədə həmin müştərilərə kredit verilməsinə şərait yaratması məlum olmuşdur. İddiaçı yol verdiyi pozuntulardan biri müştərilərin daxili qaydalara əsasən ilkin qiymətləndirilməsi və onların çarpaz yoxlanmasını təmin etməməsindən onların maliyyələşdirilməsinə şəraitin yaradılması olmuşdur. Belə ki, X5 təsdiq etdiyi 17 may 2013-cü il tarixli “İstehlak kreditlərinin verilməsi” qaydalarının 4.1-ci bəndinə görə müştərilərin krediti ödəmə qabiliyyəti aşağıda göstərilən qaydada analiz olunmalıdır: müştərinin digər təşkilatlar qarşısında öhdəlikləri yoxlanmalıdır, çarpaz təhlil (CROSS CHECK- müştəri tərəfindən verilən məlumatların doğruluğunun digər mənbələrdən (ailə üzvlərindən, internetdən, iş yerlərindən) yoxlanılması) aparılmalıdır. Qaydaların 4.3-cü hissəsinə əsasən, çarpaz təhlil aparılmalı, yəni müştəri tərəfindən verilən məlumatların doğruluğunun digər mənbələrdən (ailə üzvlərindən, internetdən, iş yerindən və s.) yoxlanılması. Qaydaların 5.1-ci bəndinə görə kreditin verilmə prosedurunda ilkin müsahibə dayanır və şifahi sorğu əsasında borcalanın şəxsiyyəti, kredit istəyi, gəlir mənbəyi, kreditin təyinatı və müştərinin təklif etdiyi təminat barədə məlumatlar alınır və verilən məlumatlara əsasən kreditin ilkin şərtləri müəyyən olunur. Qaydaların 5.4cü bəndinə əsasən, borcalanın və zaminin iş yerlərinə zəng olunur, vəzifəsi, əmək haqqısı öyrənilir. Bununla yanaşı İddiaçı imzaladığı Vəzifə Təlimatının 10-cu bəndinə görə direkt vasitəsilə müraciət etmiş, 14-cü bəndinə əsasən zəng vasitəsi ilə müraciət etmiş müştəriləri ilkin təhlil etməli idi.Təlimatın 15-ci bəndinə əsasən, ilkin təhlil edilmiş bütün kredit müraciətlərini X6 yönləndirməsi, 18-ci bəndə əsasən, pərakəndə məhsulları üzrə bankdaxili prosedur və təlimatlara əməl edilməsi vəzifəsini daşıyır. Bankdaxili qaydaların və vəzifə təlimatının tələblərindən də göründüyü kimi ilkin yoxlama prosesi işçinin əmək müqaviləsi üzrə konkret vəzifələrindən biri olmuşdur. İlkin yoxlamanın mahiyyəti qeyd edilən qaydalarda açıqlanır. (MKR məlumatları yoxlanmalıdır (bunun üçün borcalanın razılıq ərizəsi alınmalı idi), çarpaz təhlil aparılmalı idi (hazırki halda isə müştərilər banka yalnız kredit götürərkən gəlmişdirlər), borcalan və zaminlərin iş yerləri vəziləsi və əmək haqqıları bank hesabından çıxarış alınmaqla, bankomatdan son 6 aym hesab üzrə məlumatları əldə edilməklə, iş yerlərinə zəng edilməklə dəqiqləşdirilməlidir. Bütün bu proseslər dəqiqləşdirildikdən sonra konkret müştəriyə aid sənədlər aidiyyatı üzrə təqdim edilə bilərdi. Lakin. bu proseslərin heç biri birbaşa vəzifəsi olduğu halda 1. Quliyev tərəfindən icra edilməmişdir. Bundan əlavə olaraq o ilk izahatından bildirmişdir ki, bu müştəriləri ona əvvəlki bankda (Unibankda) işlədiyi zaman iş yoldaşı olmuş Əli adlı şəxs tərəfindən whatsapp vasitəsi ilə yönləndirilmişdir. İkinci izahatında isə İddiaçı Əli adlı şəxsin taksi sürücüsü olduğunu bildirərək, ayrı ayrı tarixlərdə veridyi izahatlarında şübhəli məqamlara yol vermişdir. DND əməkdaşları, Əli adlı şəxslə əlaqə saxladıqda o taksi sürücüsü işlədiyini və müştəriləri İddiaçı yənəltdiyini etiraf etmişdir. Həmkarlar ittifaqının iclasında 1.Quliyev dən niyə bir şəxs tərəfindən bu qədər müştəri yönləndirilib, bu şəxslərin bir nəfər tərəfindən yönləndirilməsi zamanı heç şübhə yaranmadı ki, onların sənədləri saxta ola bilər sualna E. Quliyev bank amkdaşları arasında belə halların olduğunu, həmin dövrdə TuanBankda kreditlərin verilməsi dayandırıldığı üçün başqa banka müştəri göndərdiyini etiraf etmiş və Əlinin də ona məhz bu əsasla müştəri göndərdiyini bildirmişdir. Halbu ki, 1.Quliyev bir nəfər taksi sürücusü tərəfindən ona çoxlu sayda müştəri göndərilərkən, burada hər hansı marağın və neqativ məqsədin durduğunu anlamalı idi (əgər həqiqətən də özünün heç bir marağı yoxdursa). Əks halda bir taksi sürücüsünün 15 şəxsi banka yönləndirməsinin marağı nədən ibarət ola bilər ki?! Təbii ki, Əlinin burada hansısa marağı olmuşdur. Məsələni təhlil etdikdə ya İddiaçı də bu marağa ortaq olması, yaxud da İddiaçı işini yaxşı bilməməsi (bir nəfərdən bu qədər müştəri müraciətinin qəbul edilməsi onda şübhə yaratmalı idi) ilə əlaqədardır. Bundan əlavə 1. Quliyev özü həmin 15 nəfərin sənədlərinin saxta olmasını bildirmişdir. Bu barədə dəqiq informasiya yoxdur. çünki həmin sənədlərin əsli bizə təqdim edilməməsi, onların həqiqi və ya saxta olmadın müəyyən etməkdə çətinlik törədir. Digər bir məsələ bundan ibarətdir ki, DND tərəfindən araşdırıma aparıldıqdan sonra məsələ İdarə Heyətinin xx.xx.2023-cü il tarixli iclasında ətraflı müzakirə edilmiş müzakirə zamanı E.Qulyevin təqsiri öz təsdiqini tapmışdır Bundan sonra İH sədri tərəfindən xx.xx.2023-cü il tarixli təqdimat əsasında müəssisədaxili hamkarlar ittifaqı komitəsinə mürciət edilmişdir. Müəssisə daxili həmkarlar ittifaqının xx.xx.2023-c0 tarixli iclasında İddiaçı öz təqsrini etiraf etmiş və bunları bilərəkdən etmədiyini, eynı zamanda bu işlərin bu cür intizam tənbehinə səbəb olacağını düşünmədini bildirmişdir. Həmin iclasın videogörüntüsü İddiaçı təqsirini bir daha sübut edir. Qeyd olunan faktları Həmkarlar İttifaqının iclasında İddiaçı etiraf etmis törətdiyi əməllərin kobud səhv olduğunu bildirmişdir. Bundan əlavə Satış üzrə Baş direktor E.Mürsəlov tərəfindən müştərilərdən birinin İddiaçı öz yerlisi olduğunu, bir kənddə yaşadıqlarını və bu səbəbdən də onun nə işa məşğul olması, ödəniş qabiliyyətli olubolmamasım və s informasiyanı asanlıqla əldə edə biləcəyi halda. bunu niyə dəqiqləşdirmədiyini soruşduqda, İddiaçı yol verdist səhvlərdən birinin də məhz bu olduğunu etiral etmişdir. İddiaçı digər səhvinın həiqətən də bu səhvlərə yol verməsi və DND tərəfindən aşkar edilməyəcəyi təqdirdə prosesin davam edəcəyi olduğunu bildirmişdir. Bununla da o yol verdiyi ciddi nöqsanları etiraf etmiş v əsadecə bu nöqsanların işdən çıxarılma üçün çox da əsas verməyəcəyini düşündüyünü bildirmişdir. İddiaçı iddia ərizəsinin 4-cü abzasında bildirmişdir ki, guya işdən çıxarıldığı zaman izahatda da bildirmişdir ki, qeyd edilən pozuntuların ona aidiyyatı yoxdur, işəgötürənin onu təqsirləndirdiyi faktlar onun vəzifə təlimatına aid deyildir. Məhkəmənin diqqətinə çatdırırlar ki, iddiaçının tələbi özündə heç bir həqiqəti əks etdirmir. əksinə iddiaçının tötətdiyi əməllər vəzifə təlimatına Bankın "İstehlak kreditlərinin verilməsi" qaydalarına açıq-aşkar şəkildə ziddir. Bank İddiaçı ödəniş qabiliyəti olmadığını bilərək cəlb etdiyi ümüdsiz kreditlərin bir qismi qismi kredit müqaviləsi bağlandığı tarixdən sonrakı 1-1,5 ay ərzində üzrə sağlamlaşdırılmışdır. İddiaçı izahatlarında onun heç bir məsuliyyət həddinin olmamasına istinad edərək guya ki ona qarşı Bank tərəfindən qərəzli mövqe sərgiləyir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Bank hər bir işçisinə qarşı ədalətli pozisiya tutur. Bu prinsiplə Bank işçi heyətinin daxilində motivasiya tədbirləri həyata keçirir Elçində bu prinsipdən kənar qalmamışdı. Əmək müqaviləsi dövründə İddiaçı vəzifə maaşı, vəzifəsi arılırılımışdır. Sual yaranır ki, Bankın iddiaçıya qarşı qərəzli mövqeyi olduğu halda, hansı məqsədlər üçün onun sosial və maddi inkişafı ilə bağlı tədbirlər görsün? Digər tərəfdən isə. İddiaçı Banka aidiyyatı olmayan üçüncü şəxslə əlbir olaraq əlavə və bonuslar almaq niyyəti, daha doğrusu tamah məqsədilə heç bir gəliri, iş yeri olmayan şəxslərə kredit müqavilələrinin rəsmiləşdirilməsi üçün X5 təsdiq etdiyi 17 may 2013-cü il tarixli "İstehlak kreditlərinin verilməsi" qaydalarınım 4.1-ci. 5.1-ci. 5.4-cü. Vəzifə təlimatının 10-cu, 14-cü bəndlərinin tələblərinə əməl etməmişdir, nəticə olaraq Banka külli miqdarda zərər vurmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada iddiaçıya xəbərdarlıq edilsə də, məhkəmə baxış iclasına gəlməmiş, lakin, İddiaçı ərizə ilə müraciət edərək maddi vəziyyəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirərək təqdim edilən sübutları nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən 0085767 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı "xxxx" ASCnin Gəncə Filialında mütəxəssis kimi iş fəaliyyətinə başlamışdır. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 719/Ş saylı əmrindən görünür ki, İddiaçı TuranBank ASC-nin, Pərakəndə Bankçılıq Departamentinin, Məsafədən Bankçılıq şöbəsinin, CRM bölməsinin böyük mütəxəssisi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin, ç) bəndinə əsasən xx.xx.2023-cü il tarixindən tutduğu vəzifədən azad edilmiş və bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İstifadə etmədiyi məzuniyyət günlərinin sayı: 12 (on iki) (2022/2023-cü il məzuniyyət dövrü hesabına 06 (altı), 2023/2024-cü il məzuniyyət dövrü hesabına 06 (altı) təqvim günü) gündür. (AR Əmək Məcəlləsinin 144.2. maddəsinə əsasən). xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, “İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. "xxxx" ASC-nin vəzifə təlimatından görünür ki, vəziflərin 15-ci maddəsi ilə ilkin təhlil edilmiş bütün kredit müraciətlərini X6 yönləndirmək, 18-ci maddəsi ilə pərakəndə məhsulları üzrə bankdaxili prosedur və təlimatlara əməl edilməsi vəzifəsini daşıması müəyyən edilmişdir. "xxxx" ASC-nin 17 may 2013-cü il tarixli “İstehlak kreditlərinin verilməsi” qaydalarından görünür ki, 4.1-ci bəndinə görə müştərilərin krediti ödəmə qabiliyyəti göstərilən qaydada analiz olunmalıdır: müştərinin digər təşkilatlar qarşısında öhdəlikləri yoxlanmalıdır, çarpaz təhlil (CROSS CHECK- müştəri tərəfindən verilən məlumatların doğruluğunun digər mənbələrdən (ailə üzvlərindən, internetdən, iş yerlərindən) yoxlanılması) aparılmalıdır. Qaydaların 4.3-cü hissəsinə əsasən, çarpaz təhlil aparılmalı, yəni müştəri tərəfindən verilən məlumatların doğruluğunun digər mənbələrdən (ailə üzvlərindən, internetdən, iş yerindən və s.) yoxlanılması. Qaydaların 5.1-ci bəndinə görə kreditin verilmə prosedurunda ilkin müsahibə dayanır və şifahi sorğu əsasında borcalanın şəxsiyyəti, kredit istəyi, gəlir mənbəyi, kreditin təyinatı və müştərinin təklif etdiyi təminat barədə məlumatlar alınır və verilən məlumatlara əsasən kreditin ilkin şərtləri müəyyən olunur. Qaydaların 5.4-cü bəndinə əsasən, borcalanın və zaminin iş yerlərinə zəng olunur, vəzifəsi, əmək haqqısı öyrənilir. DƏMX-nin 04 dekabr 2023-cü il tarixli, ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə” qərarına görə Cavabdeh ASC-nin İdarə heyətinin sərdi X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilməli və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunması qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il qərarına görə, şikayət təmin edilməyərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı 04 dekabr 2023-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən saxlanılması müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il qərarına görə, X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 3(009)-49/2024 nömrəli qərarı ləğv edilməsi, X2 şikayəti təmin edilməsi və X7 Xidməti Bakı şəhər İdarəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* saylı, 04 dekabr 2023-cü nömrəli qərarı ləğv edilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək funksiyalarını kobud şəkildə pozması və bu səbəbdən işdən azad edilməsi iş materialları öz təsdiqini tapmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar