Məhkəmə qərarları › İş №e-2(004)-883/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-883/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-883/2023 22.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “inzibati xəta protokolunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “inzibati xəta protokolunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 əsasən İddiaçı MMC tərəfindən ödənilmiş 288 manat məbləğində pul və ödənilmiş 30,40 manat dövlət rüsumu, Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X9 arasında bağlanmış 09 iyun 2021-ci il tarixli ALY-515 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2021-ci il buraxılışlı, “Changan Alsvin” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, LS5A2ASE6MD912611 ban, L3CT518754 mühərrik nömrəli, metallik rəngli avtomobil 20600 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən X9 illik 22% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 603,41 manat, ümumilikdə isə 26523 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 10 sentyabr 2022-ci il tarixdə X9, X11 və İddiaçı MMC arasında ALY-515 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 09 iyun 2021-ci il tarixli ALY-515 saylı “Daxili lizinq” müqaviləsi üzrə X11 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 18 noyabr 2022-ci il tarixdə X11, Cavabdeh və İddiaçı MMC arasında ALY-515 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 09 iyun 2021-ci il tarixli ALY-515 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır, bununla əlaqədar olaraq İddiaçı MMC 10 mart 2021-ci il tarixində lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı MMC-nin iddia ərizəsinə Yasamal Rayon Məhkəməsi tərəfindən baxılaraq 25 oktyabr 2022-ci il tarixli e-2(004)-4972/2022 saylı Qətnamədə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2022-ci il tarixli ALY-515 saylı “Daxili lizinq müqaviləsi”-nin ləğv edilməsi və Cavabdeh İddiaçı MMC-nin xeyrinə ümumilikdə 1584.22 manat məbləğində pulun tutulması Yasamal Rayon Məhkəməsi tərəfindən qət edilmişdir. “Daxili lizinq müqaviləsi”nin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan “Changan Alsvin” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü lizinq alan Cavabdeh AR X17 tərəfindən inzibati qaydada cərimələnmişdirlər. Bu faktı AR X15 portalından alınmış çıxarış təsdiq edir. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-yə məxsus “Changan Alsvin” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. Həmin cərimələr aşağıdakılardan ibarətdir; 1. 28 mart 2022-ci il tarixli, EQ 10675948; 2. 27 aprel 2022-ci il tarixli, EQ 10675949; 3. 07 may 2022-ci il tarixli, EQ 10675950; 4. 17 iyun 2022-ci il tarixli, EQ 10675959; 5. 17 iyun 2022-ci il tarixli, EQ 10675954; Mülki qanunvericiliyə əsasən İddiaçı MMC yazılmış X3 əsasən ümumilikdə 288 manat məbləğində cəriməni ödəmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X13 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ALY-515 saylı lizinq verən Azərmaş Alyans MMC ilə lizinq alan X9 arasında bağlanmış X7 əsasən müəyyən olunur ki, lizinq verən lizinq alanın sifarış etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra Lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2021-cİ il tarixli, ALY-515 saylı X7 1 nömrəli əlavəyə əsasən müəyyən olunur ki, əldə olunan əmlak “Changan Alsvin” markalı minik maşındır, dəyəri 20,600 AZN təşkil edir. İş materiallarında olan 09 iyun 2021-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, “Changan Alsvin” markalı minik maşınını X6 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ALY-515 saylı Azərmaş Alyans MMC ilə öhdəlikləri ötürən X9 və öhdəlikləri qəbul edən” X11 arasında bağlanmış öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən müəyyən olunur ki, Azərmaş Alyans MMC-nin öhdəlikləri ötürən arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ALY-515 saylı daxili lizinq müqaviləsi (bundan sonra Lizinq Müqaviləsi adlandırılacaq) üzrə öhdəlikləri ötürən "xxxx" MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə ötürür, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Azərmaş Alyans MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. İş materiallarında olan 10 sentyabr 2021-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, X4 istifadəsində olan və Azərmaş Alyans MMC-nin mülkiyyətində olan “Changan Alsvin” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ALY-515 saylı Azərmaş Alyans MMC ilə “öhdəlikləri ötürən” X11 və “öhdəlikləri qəbul edən” Cavabdeh arasında bağlanmış öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən müəyyən olunur ki, Azərmaş Alyans MMC-nin öhdəlikləri ötürən arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ALY-515 saylı daxili lizinq müqaviləsi (bundan sonra Lizinq Müqaviləsi adlandırılacaq) üzrə öhdəlikləri ötürən "xxxx" MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə ötürür, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən”-ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Azərmaş Alyans MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ALY-515 saylı “Daxili Lizinq“ müqaviləsinə dəyişiklər edilməsinə dair xx.xx.2021-ci il tarixli, 1 nömrəli razılaşmaya əsasən müəyyən olunur ki, tərəflər razılaşırlar ki, xx.xx.2021-ci il tarixli, ALY-515 saylı “Daxili Lizinq” müqaviləsi üzrə hər hansı səbəbdən öhdəlik 3-cü şəxslərə ötürülərsə, bağlanacaq yeni “Daxili Lizinq” və ya “Öhdəliklərin ötürülməsi” müqaviləsi üçün Lizinq alan Lizinq verənə 100 manat məbləğində xidmət haqqı ödəməlidir. Lizinq alan Lizinq obyektindən istifadəni Lizinq verən tərəfindən verilmiş etibarnamələr əsasında həyata keçirir. Bu zaman etibarnamələr Lizinq alana heç bir xidmət haqqı ödənilmədən verilir. Lizinq alanın müraciəti əsasında etibar edilən şəxslərin siyahısı yalnız Lizinq verənin razılığı ilə 100 manat xidmət haqqı ödənilməklə dəyişdirilə bilər. Adı siyahıya qeyd edilən şəxs tərəfindən ona verilən hər etibarnamə üçün 5 manat məbləğində xidmət haqqı Lizinq verənə ödənilir. İş materiallarında olan öhdəliklərin ötürülməsi müqaviləsinə əlavələr edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 2 nömrəli razılaşmaya əsasən müəyyən olunur ki, bu saziş qüvvəyə mindiyi tarixdən etibarən Lizinq obyekti olan Changan Alsvin markalı, 90PY476 dövlət qeydiyyat nişanlı avtomobil Lizinq alana (öhdəlikləri qəbul edənə) təhvil verildikdən sonra avtomobil təhvil verilənədək və həmçinin Lizinq alanın (öhdəlikləri qəbul edənin) istifadəsində olduğu bütün müddət ərzində avtomobildən istifadə nəticəsində törədilmiş inzibati xətaya görə tətbiq ediləcək inzibati cərimələri (MMX, radar və s.) ödəməyi Lizinq alan (öhdəlikləri qəbul edən) öz üzərinə götürür. İş materiallarında olan ALY-515 saylı X7 3 saylı Əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh illik 22% hesablanmaqla 36 ay müddətinə sonuncu ay 603,19 manat olmaqla, hər ay 603,41 manat, ümumilikdə 26523 manat məbləğində pulu Azərmaş Alyans MMCyə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 18 noyabr 2021-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, X8 istifadəsində olan və Azərmaş Alyans MMC-nin mülkiyyətində olan “Changan Alsvin” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan AE № 131014 seriya nömrəli nəqliyyat vasitəsinin şəhadətnaməsinin surətinə əsasən müəyyən olunur ki, Changan Alsvin markalı, 90PY476 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Azərmaş Alyans MMC-dir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 691 nömrəli maliyyə arayışına əsasən Cavabdeh 09 iyun 2021-ci il tarixli ALY-515 saylı “Daxili Lizinq” müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 759,4 manat əsas, 443,55 manat mükafat borcu və 345,38 manat cərimə borcu olmaqla, cəmi 1548,33 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, Azərmaş Alyans MMC tərəfindən Cavabdeh müqavilənin ləğvi tələbinə dair xəbərdar edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli? 2(004)-4972/2022 saylı qətnaməsinə əsasən iddiaçı Azərmaş Alyans MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi və pul” tələbi təmin edilərək İddiaçı MMC ilə bağlanmış 09 iyun 2021-ci il tarixli ALY- 515 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 09 iyun 2021-ci il tarixli ALY-515 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 iyul 2022-ci il tarixə 759,4 manat gecikdirilmiş əsas, 443,55 manat gecikdirilmiş mükafat, 345,38 manat dəbbə pulu, ümumilikdə 1548,33 manat borc və ödənilmiş 35,89 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən Lizinq verənin lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; . lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: Həmin Məcəllənin 748-11-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; lizinq verənin mükafatının məbləği; lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; lizinq verənin əlavə xidmətlərinin haqqı daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə, həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi flə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməli, Cavabdeh X3 əsasən İddiaçı MMC tərəfindən ödənilmiş 288 manat məbləğində pul və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh X3 əsasən İddiaçı MMC tərəfindən ödənilmiş 288 manat məbləğində pul və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar