Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-889/2024 14.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə Cavabdeh qarşı "mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və mülkiyyət hüququnun qeydiyyata alınması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə Cavabdeh qarşı "mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və mülkiyyət hüququnun qeydiyyata alınması" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 4164,91 m2 olan qeyri-yaşayış sahəsi və 0,14087 ha torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış (**********15-06301 reyestr nömrəli) ********** nömrəli qeydiyyatın ləğv edilməsi; ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 4164,91 m2 olan qeyri-yaşayış sahəsinin və 0,14087 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının xeyrinə aparılmış (**********15-06301 reyestr nömrəli) ********** nömrəli qeydiyyatın ləğv edilməsi; ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 4164,91 m2 olan qeyri-yaşayış sahəsi və 0,14087 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 54 saylı Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2019-cu il tarixədək qaytarılması şərti ilə 4.700.000 (dörd milyon yeddi yüz min) ABŞ dolları məbləğində borc vermişdir. Həmin kreditin təminatı olaraq xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 4.164,91 m2 olan qeyriyaşayış sahəsi və 0,14087 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh 4.700.000 (dörd milyon yeddi yüz min) ABŞ dolları məbləğində borcunu xx.xx.2019-cu il tarixədək qaytara bilmədiyinə görə, aralarında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşmaya əsasən borcun qaytarılması müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Həmçinin həmin razılaşmanın 2.2-ci bəndinə əsasən Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi əsasında götürdüyü 4.700.000 (dörd milyon yeddi yüz min) ABŞ dolları məbləğində borcunu xx.xx.2023-cü il tarixədək qaytaracağına dair öhdəlik götürmüşdür. Əks halda, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 4164,91 m2 olan qeyri-yaşayış sahəsi və 0,14087 ha torpaq sahəsini xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin 7.3-cü bəndinə əsasən qeyri-şərtsiz olaraq mülkiyyətinə keçirilməsini və ipoteka predmeti üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını təmin edəcəkdir. Həmçinin razılaşmanın 2.8-ci bəndinə əsasən Cavabdeh tərəfindən borcun razılaşmanın 1.2 və 2.2-ci bəndində göstərilmiş müddətədək iddiaçıya qaytarılması mümkün olmadığı halda, borcun əvəzi olaraq ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 4164,91 m2 olan qeyri-yaşayış sahəsi və 0,14087 ha torpaq sahəsinin xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin 7.3-cü bəndinə əsasən mülkiyyətinə keçirilməsini və həmin əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək hüququ kimi təsbit edilmişdir. Cavabdeh ilə iddiaçı arasında bağlanmış və Bakı şəhəri 54 saylı Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin 7.3cü bəndinə əsasən ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa ipoteka predmetinin iddiaçıya verilməsini tələb etmək hüququ kimi müəyyənləşdirilmişdir. Qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli razılaşmanın 2.2-ci bəndində müəyyən edilmiş müddətdə, yəni xx.xx.2023-cü il tarixədək borcu qaytaracağına dair üzərinə götürdüyü öhdəliyini icra etməmişdir. Belə olan halda Cavabdeh xx.xx.2023-cü il tarixli bildiriş təqdim edərək xx.xx.2020-ci il tarixli razılaşmanın şərtlərinə əsasən borcun qaytarılmasını təmin etmədiyinə görə ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 4164,91 m2 olan qeyri-yaşayış sahəsi və 0,14087 ha torpaq sahəsinin 10 gün müddətində mülkiyyətinə keçirilməsinin təmin edilməsi tələb olunmuşdur. Buna baxmayaraq Cavabdeh həmin bildirişi qəbul etsə də, bildirişdə qoyulmuş tələbə ümumiyyətlə münasibət bildirməmiş, bununla da üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmışdır. Cavabdeh ilə bağlanmış xx.xx.2020-ci il tarixli razılaşmanın 3.1-ci bəndinə əsasən, razılaşma ilə müəyyən edilən öhdəliklər icra edilmədikdə, öhdəliyin icrasının təmin edilməsi digər tərəfin ərizəsi ilə məhkəmə qərarı əsasında həyata keçirilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehə borc verilmiş, borcun qaytarılması müddəti ilə bağlı da razılaşma olmuşdur. Lakin bu müddətdə cavabdeh tərəf borcun qaytarılmasını təmin etməmişdir. Aralarında olan kredit, ipoteka müqaviləsi və xx.xx.2020-ci il tarixli razılaşmaya əsasən ipoteka predmetinin iddiaçının mülkiyyətinə keçirilməsi təmin edilməlidir. Lakin cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliyin icrası ilə bağlı heç bir hərəkət edilməmişdir. Suala cavab olaraq bildirir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Qanununun 8-ci maddəsinə əsasən mülkiyyət hüququnun qeydə alınması əsaslarından biri də qanuni qüvvəsini almış məhkəmə qətnamələridir. Qeydiyyatın ləğvi odur ki, əgər mülkiyyətçi dəyişəcəksə, bir əmlak iki nəfərin mülkiyyətində qala bilməz. İpoteka predmeti olan əmlakın üzərində iddiaçının mülkiyyət hüququ tanınırsa, bu artıq o deməkdir ki, bu əmlak iddiaçının mülkiyyətinə keçir, yəni bu ipoteka müqaviləsindən əmələ gələn şərtlər daxilində olur. Hazıradək cavabdeh tərəfə bildiriş göndərilməsinə baxmayaraq öz öhdəliyinin icrasını təmin etməmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, ilkin hazırlıq iclasında tələbə etiraz etməsini və ödəniş üçün möhlət istməsini qeyd etməsinə baxmayaraq, hazırda cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatı təsdiq edir və iddia tələbini qəbul edərək təmin edilməsinə etiraz etmir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, onunla iddiaçı arasında bağlanmış və Bakı şəhəri 54 saylı Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən ona xx.xx.2019-cu il tarixədək qaytarılmaqla, həmin kredit müqaviləsinin 1-ci bəndində qeyd olunmuş məbləğdə borc verilmişdir. Həmin kreditin təminatı olaraq xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 4164,91 m2 olan qeyri-yaşayış sahəsi və 0,14087 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyd edir ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən aldığı borcu xx.xx.2019-cu il tarixədək qaytara bilmədiyinə görə, iddiaçı ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşmaya əsasən borcun qaytarılması müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İddiaçı ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşmanın 2.2-ci bəndində müəyyən edilmiş müddətdə, yəni xx.xx.2023-cü il tarixədək olan müddətdə borcun qaytaracağına dair üzərinə götürdüyü öhdəliyini icra edə bilməmişdir. Bu səbəbdən də İddiaçı ona qarşı olan “mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsinə və daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair” iddia tələbinin təmin edilməsinə etiraz etmir. Verilmiş suallara əsasən bildirir ki, daşınmaz əmlakın yüklü edilməsi ilə bağlı birgə nikahda olan arvadının etiraz olmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - borc verən qismində İddiaçı ilə borc alan qismində Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən müəyyən edilir ki, borc verən borc alana xx.xx.2019-cu il tarixdə qaytarmaq şərtilə 4.700.000 (dörd milyon yeddi yüz min ) ABŞ dolları məbləğində faizsiz borc vermişdir. - ipoteka saxlayan qismində İddiaçı ilə ipoteka qoyan qismində Cavabdeh arasında notarial qaydada bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən müəyyən edilir ki, ipoteka qoyan xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi **********15- 06301 reyestr və ********** nömrəli qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 4164,91 m2 olan qeyri-yaşayış sahəsi və 0,14087 ha torpaq sahəsini dəyəri 8.400.000 manat müəyyən edilməklə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilənin 7.3-cü bəndinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa ipoteka saxlayan ipoteka predmetinin ona verilməsini tələb etmək hüququna malikdir. Müqavilənin 3.3-cü bəndinə əsasən öhdəliyin icra müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. - AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 4164,91 m2 olan qeyri-yaşayış sahəsi və 0,14087 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə Cavabdeh adına tam paylı mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. -məhkəməyə təqdim edilmiş notariat işində olan İV-JQ seriyalı 427534 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, Cavabdeh ilə X2 arasında Səadət sarayı-Bakı Nikah evində 25 dekabr 1987-ci il tarixdə bağlanmış nikah 2627 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Həmçinin notariat işində olan xx.xx.2017-ci il tarixli arayışdan müəyyəb edilir ki, birgə nikahda olan X1 qeyd olunan daşınmaz əmlakların ipoteka ilə yüklü edilməsinə etirazı olmamışdır. - borc verən qismində İddiaçı ilə borc alan qismində Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşmaya əsasən xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borc 4.700.000 ABŞ dolları müəyyən edilməklə müqavilənin icra müddəti xx.xx.2023cü il tarixədək uzadılmışdır. Razılaşmanın 2.4-cü bəndinə əsasən ipoteka qoyan - Cavabdeh kredit müqaviləsi üzrə borcunun xx.xx.2023-cü il tarixədək qaytarılmasını təmin edə bilmədiyi halda ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 4164,91 m2 olan qeyri-yaşayış sahəsi və 0,14087 ha torpaq sahəsini xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin 7.3-cü bəndinə əsasən qeyri-şərtsiz olaraq mülkiyyətinə keçirilməsini və ipoteka predmeti üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınmasını təmin edəcəkdir. Həmçinin razılaşmanın 2.8-ci bəndinə əsasən Cavabdeh tərəfindən borcun razılaşmanın xx.xx.2023-cü il tarixədək İddiaçı qaytarılması mümkün olmadığı halda, borcun əvəzi olaraq ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 4164,91 m2 olan qeyri-yaşayış sahəsi və 0,14087 ha torpaq sahəsinin xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin 7.3-cü bəndinə əsasən mülkiyyətinə keçirilməsini və həmin əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək hüququ vardır. - Cavabdeh tərəfindən notarial qaydada tərtib olunmuş xx.xx.2024-cü il tarixli ərizəyə əsasən müəyyən edilir ki, o, İddiaçı ona qarşı olan "mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və mülkiyyət hüququnun qeydiyyata alınması" barədə iddia tələbinin təmin edilməsinə etiraz etmir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə notarial qaydada kredit müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixədək qaytarmaq şərtilə 4.700.000 ABŞ dolları məbləğində faizsiz borc verilmişdir. Eyni tarixdə kredit müqaviləsinin təminatı olaraq tərəflər arasında notarial qaydada ipoteka müqaviləsi bağlanmış və cavabdeh mülkiyyətində olan əmlakı (ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 4164,91 m2 olan qeyri-yaşayış sahəsi və 0,14087 ha torpaq sahəsi) iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Bundan sonra tərəflər arasında xx.xx.2020-ci il tarixdə sadə yazılı qaydada razılaşma bağlanaraq kredit müqaviləsinin icra müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İddiaçı tərəfindən cavabdehə pretenziya qaydasında bildiriş göndərilməsinə baxmayaraq o, həmin kredit müqaviləsi üzrə öhdəliyini bu günədək icra etməmişdir. Hazırda iddiaçı cavabdehin borcunu ödəməyərək öhdəliyini icra etmədiyini bildirir və ipoteka müqaviləsi və kredit müqaviləsinə əlavə kimi tərəflər arasında bağlanmış razılaşmanın şərtlərinə uyğun olaraq ipoteka predmeti olan əmlaka dair mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edir. Cavabdeh isə notarial qaydasında tərtib edilmiş ərizə ilə müraciət edərək, həmçinin məhkəmə iclasında izahat verərək iddianı qəbul etmiş və iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmışdır və cavabdeh xx.xx.2023-cü il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də bu günədək borcu qaytarmamış, öhdəliyini pozmuşdur. Bu halda nə qədər ki, cavabdehin iddiaçıdan 4.700.000 ABŞ dolları manat məbləğində borc aldığı sübut olunur, həmin borcun tam və ya qismən qaytarılmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut təqdim etməmiş, iddianı qəbul etdiyini bildirmişdir. Beləliklə, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı 4.700.000 (dörd milyon yeddi yüz min) ABŞ dolları məbləğində borcunun olması işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi ipoteka predmeti olan əmlak barəsində ipoteka qoyanın mülkiyyət hüquqları və ipoteka ilə yüklü edilməsinə dair qeydiyyatın ləğv edilərək ipoteka saxlayanın mülkiyyət hüquqlarının qeydiyyata alınması hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdeh məhkəmə iclasında iddianı bu hissədə etiraf edərək əmlaka dair iddiaçının mülkiyyət hüquqlarının tanınması və onun adına qeydiyyata alınmasına razı olduğunu bildirmişdir. Lakin əmlak hazırda ipoteka ilə yüklü olduğundan barəsində sərəncam verilməsi, mülkiyyət hüquqlarının rəsmi qaydada ləğv edilməsi və qeydiyyata alınması mümkün olmamışdır. Bu halda ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldiyindən və mübahisə olmadığından, yəni cavabdehin etirafı nəzərə alınaraq ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 4164,91 m2 olan qeyri-yaşayış sahəsi və 0,14087 ha torpaq sahəsi ilə bağlı Cavabdeh adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyat və həmin əmlakın ipoteka ilə yüklü edilməsinə dair daşınmaz əmlakı dövlət reyestrində İddiaçı xeyrinə aparılmış (**********15-06301 reyestr nömrəli) ********** nömrəli qeydiyyat ləğv edilərək, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 4164,91 m2 olan qeyri-yaşayış sahəsi və 0,14087 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən, müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 336.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının “İpoteka haqqında” qanununun 528-ci maddəsinə əsasən ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda və digər hallarda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 4164,91 m2 olan qeyri-yaşayış sahəsi və 0,14087 ha torpaq sahəsi ilə bağlı Cavabdeh adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyat və həmin əmlakın ipoteka ilə yüklü edilməsinə dair daşınmaz əmlakı dövlət reyestrində İddiaçı xeyrinə aparılmış (**********15-06301 reyestr nömrəli) ********** nömrəli qeydiyyat ləğv edilməli, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 4164,91 m2 olan qeyri-yaşayış sahəsi və 0,14087 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 4164,91 m2 olan qeyri-yaşayış sahəsi və 0,14087 ha torpaq sahəsi ilə bağlı Cavabdeh adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış (**********15-06301 reyestr nömrəli) ********** nömrəli qeydiyyat və həmin əmlakın ipoteka ilə yüklü edilməsinə dair daşınmaz əmlakı dövlət reyestrində İddiaçı xeyrinə aparılmış (**********15-06301 reyestr nömrəli) ********** nömrəli qeydiyyat ləğv edilsin. ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 4164,91 m2 olan qeyri-yaşayış sahəsi və 0,14087 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-889/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-889/2024
14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver