Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-892/2021 01.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı səhər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "Cavabdeh" MMC və Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı “əmək kitabçasının verilməsi və əmək kitabçasının verilməsinin gecikdirilməsinə görə orta əmək haqqının ödənilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "Cavabdeh" MMC və Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı “əmək kitabçasının verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əmək kitabçasının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişatında İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh MMC-dən əmək kitabçasının alınıb ona veilməsi, 2016-2017-ci illər üzrə istifadə edilməmiş məzuniyyətlərə görə 295,80 manatın, 250 manat ödənilməmiş son haqq-hesabın, əmək kitabçasının verilməsinin gecikdirilməsinə görə 8000 manat orta əmək haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 8.575,80 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı 2011-ci ilin fevral ayından Cavabdeh MMC-də əmək müqaviləsi əsasında operator vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə əmək müqaviləsinin müddəti bitdiyinə görə onunla bir neçə dəfə yeni əmək müqaviləsi bağlanmışdır. Sonuncu dəfə 2017-ci ilin mart ayında əmək müqaviləsi bağlanmış və iddiaçı 2017-ci ilin sentyabrına kimi həmin müəssisədə işləmişdir. 2017-ci ilin sentyabr ayında rəsmi qaydada ərizə yazaraq öz istəyi ilə işdən azad edilməsini xahiş etmiş, son haqq hesabının aparılması, əmək kitabçasının qaytarılmasını, 2016-2017-ci illər üçün istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsini tələb etmişdir. Lakin həmin vaxtdan iddiaçı dəfələrlə əmək kitabçasının əslini, son haqq-hesabının aparılması, əmək kitabçasının qaytarılmasını, 2016-2017-ci illər üçün istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsini müəssisənin direktoru X3 tələb etsə də, onun tərəfindən iddiaçının müraciətinə baxılmamışdır. Əmək kitabçası bugünə kimi iddiaçıya qaytarılmamışdır. İddiaçı işdən azad edilməsi barədə ərizəni 2017-ci ilin sentyabr ayında verməsinə baxmayaraq, elektron sosial arayışa əsasən onun əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Bu vaxta kimi əmək kitabçası iddiaçıya qaytarılmadığı üçün o, başqa işə düzələ bilməmiş və iş yeri olmadığından qazancdan məhrum olmuşdur. İddiaçı əmək kitabçasının qaytarılması və son haqq hesabının aparılması üçün şikayət ərizəsi ilə AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmiş və cavab məktubunda müəssisənin əməllərinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Yasamal Rayon Prokurorluğuna məktubla müraciət edilməsi göstərilmişdir. Cavabdeh MMC vergi ödəyicisi kimi xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə koronavirus (COVİD-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi də almışdır. İddiaçı 2016-2017-ci iş illərinin əsas məzuniyyətindən istifadə edilməmişdir. Hər il üçün məzuniyyət 30 təqvim günü olmuşdur. İddiaçının 2016-ci ildə aylıq əmək haqqı 150 manat olmuşdur. 12 ayın cəmlənmiş məbləği 1800 manat olmuşdur. 1800 manat 12 yə bölünməklə 150 manat olmuş, alınan məbləğ isə 30,4 bölünməklə (150:30.4-4,93 qəp bir günlük məznuniyyət pulu) bir günlük məzuniyyət pulu alınır, həmin məbləğ isə məzuniyyət günlərinin sayına vurmaqla 30x 4,93=147,90 qəpik alınır. 2016-cı il üzrə iddiaçıya 147,90 qəpik məbləğində məzuniyyət pulu ödənişi olmalıdır. 2017-ci ilində əsas məzuniyyəti də ödənilməmiş, iddiaçının 2017-ci ildə aylıq əmək haqqı 150 manat olmuşdur. 12 ayın cəmlənmiş məbləği 1800 manat olmuşdur. 1800 manat 12 yə bölünməklə 150 manat olmuş, alınan məbləğ isə 30,4 bölünməklə (150:30.4=4,93 qəp bir günlük məznuniyyət pulu) bir günlük məzuniyyət pulu alınır, həmin məbləğ isə məzuniyyət günlərinin sayına vurmaqla 30x 4,93=147,90 qəpik alınır. 2017-cı il üzrə iddiaçıya 147,90 qəpik məbləğində məzuniyyət pulu ödənişi olmalıdır. Cavabdeh əmək kitabçasının iddiaçıya verilməsini xx.xx.2020-ci il tarixə kimi, 1154 gün müddətində yubatmışdır. Əmək kitabçasının verilməsinin gecikdirilməsinə görə orta əmək haqqı da işəgötürən tərəfindən ödənilməlidir. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 6-cı bəndinin tələblərinə görə işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Həmin maddənin Qeyd hissəsinə əsasən, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarf’nın 6.1 və 6.2-ci bəndlərinə görə işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam olunduğu gün (sonuncu iş günü) verilir. İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Lakin cavabdeh qeyd olunan maddələrin tələblərinə uyğun olaraq iddiaçının əmək müqaviləsinin xitam olunduğu gün poçt vasitəsilə ona bildiriş göndərməmişdir, əmək kitabçası iddiaçıya verilməmiş, 1154 gün keçməsinə baxmayaraq hələ də qaytarmamışdır. Əmək kitabçasını iddiaçıya işdən çıxarıldığı gün təqdim etmək cavabdehin vəzifəsi olmuşdur. Əmək kitabçasının verilməsinin gecikdirilməsi nəzərə alındıqda isə iddiaçıya ödənilməli əmək haqqı məbləği 8000 manat təşkil edir. Bundan başqa, cavabdeh iddiaçıya 2017-ci il üzrə son haqq-hesablaşma məbləği olan 250 manat pulu da təqdim etməmişdir. AR Əmək Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı səhər İdarəsinin nümayəndəsi X4 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, iddia tələbi ilə bağlı bir müddət əvvəldən araşdırmalar aparılmasına başlamışlar. X7 - Poliqrafiya MMC-yə dəfələrlə zəng edilməsinə və ya yazılı müracətlər edilməsinə baxmayaraq iddiaçıya məxsus mühasibatlıq sənədlərini əldə edə bilməmişlər. Bununla əlaqədar sözügedən sənədlərin təqdim olunması məqsədilə Bakı şəhər Yasamal rayon Prokuroluğuna yazılı müraciət etmişlər. 2020-ci il yanvar tarixində etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən sahibkarlıq sahəsində yoxlamalar dayandırlmışdır. Mühasibatlıqla əlaqədar sənədlər təqdim olunmadığı müddətcə yekun qərarı məhkəməyə təqdim edə bilmirlər. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatların dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2011-ci ilin fevral ayından Cavabdeh MMC-də əmək müqaviləsi əsasında operator vəzifəsində çalışmışdır. Sonuncu dəfə 2017-ci ilin mart ayında əmək müqaviləsi bağlanmış və iddiaçı 2017-ci ilin sentyabrına kimi həmin müəssisədə işləmişdir. 2017-ci ilin sentyabr ayında rəsmi qaydada ərizə yazaraq öz istəyi ilə işdən azad edilməsini xahiş etmiş, son haqq hesabının aparılmasını, əmək kitabçasının qaytarılmasını, 2016-2017-ci illər üçün istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsini tələb etmişdir. Lakin həmin vaxtdan iddiaçı dəfələrlə əmək kitabçasının əslini, son haqq-hesabının aparılması, əmək kitabçasının qaytarılmasını, 2016-2017-ci illər üçün istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsini müəssisənin direktoru X3 tələb etsə də, müraciəti nəticəsiz qalmış, əmək kitabçası iddiaçıya qaytarılmamışdır. İddiaçı işdən azad edilməsi barədə ərizəni 2017-ci ilin sentyabr ayında verməsinə baxmayaraq, elektron sosial arayışa əsasən onun əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, sığortaedən "Cavabdeh" MMC tərəfindən 2017-ci ilin İV rübü 2018-ci ilin l-İV rübləri və 2019-cu ilin İ rübü üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlarda İddiaçı adı sığortaolunan kimi qeyd olunmadığından məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları fərdi şəxsi hesabında öz əksini tapmamışdır. Eyni zamanda, Nazirliyin “X1 Sistemi”nin "Sığorta (Hesabat)" altsistemində sığortaedən "Cavabdeh" MMC-nin 2019-cu ilin ll-İV rübləri və 2020-ci ilin İ rübü üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatları aşkar olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırdmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 135-ci maddəsinin 2-ci bəndinə görə işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək Məcəlləsinin 140.3-cü maddəsinə əsasən, məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alman məbləği aym təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayma vurulur. Əmək Məcəlləsinin 172-ci maddəsinin 6-cı bəndinin tələblərinə görə işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Həmin maddənin Qeyd hissəsinə əsasən, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarf’nın 6.1 və 6.2-ci bəndlərinə görə işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam olunduğu gün (sonuncu iş günü) verilir. İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsini və Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin tələblərini əsas tutaraq məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi təmin edilməklə, iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, İddiaçı məxsus əmək kitabçasının ona veilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilməli, 2016-2017-ci illər üzrə istifadə edilməmiş məzuniyyətlərə görə 295,80 manan, 250 manat ödənilməmiş son haqq-hesab, əmək kitabçasının verilməsinin gecikdirilməsinə görə 8000 manat orta əmək haqqı və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 8.575,80 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus əmək kitabçasının ona veilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilsin. Cavabdeh MMC-dən 2016-2017-ci illər üzrə istifadə edilməmiş məzuniyyətlərə görə 295,80 manan, 250 manat ödənilməmiş son haqq-hesab, əmək kitabçasının verilməsinin gecikdirilməsinə görə 8000 manat orta əmək haqqı və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 8.575,80 (səkkiz min beş yüz yetmiş beş manat 80 qəpik) manat alınaraq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-892/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-892/2021
01.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver