Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-967/2023 13.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, Cavabdeh MMC-yə qarşı “torpaq sahəsinin boşadılması və kompensasiya” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş iddia ərizəsinə Cavabdeh MMC tərəfindən Qəbələ şəhəri ərazisində, üzərində “usaq bağçası kompleksi” inşa edilmiş 0,21 ha torpaq sahəsinin boşadılması və ya 273.000 manat həcmində kompensasiyanın Cavabdeh MMC tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna uyğun olmadığından geri qaytarılmalıdır. Belə ki, hazırkı iddia ərizəsində iddiaçının adı, soyad, atasının adı və şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı digər məlumatlar göstərilməmişdir. Göründüyü kimi iddia ərizəsi “Elektron Məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilmiş və nümayəndə kimi qeyd edilmiş Nümayəndə tərəfindən imzalanmışdır. Həmçinin “Elektron Məhkəmə” İnformasiya sistemində iddiaçı qismində İddiaçı adı qeyd olunsa da, onun şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamış, nəticədə iş üzrə iddiaçı müəyyən edilmir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş 163 manat məbləğində rüsum iddiaçıya geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh MMC-yə qarşı “torpaq sahəsinin boşadılması və kompensasiya” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. xx.xx.2023-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 163 (yüz altmış üç) manat məbləğində dövlət rüsumu Nümayəndə qaytarılsın. Qərardaddan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-967/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-967/2023
13.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver