Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1051/2025 13.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı5, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6rşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 cəlb edilməklə) “vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6rşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Cavabdeh1 mərhumə X1 adına olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 334 saylı bağ sahəsinə tək vərəsə kimi verilmiş vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında xx.xx.2023-cü il taixdə verilımiş daşınmaz əmlakın reyestr nömrəsi **********89 saylı ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi., 2. Birinci növbə vərəsələr kimi X8, İddiaçı3, İddiaçı1, İddiaçı2 və X4rına vərəsəlik şəhadətnamələrinin verilməsi (cavabdeh 17 saylı Notariat Ofisi tərəfindən) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, hazırda Sabunçu Rayon Məhkəməsində Cavabdeh1 üçüncü şəxs X5 evdən çıxarılması ilə bağlı məhkəmə mübahisəsinin olduğundan məlumatlı olduğunu, lakin X2 Cavabdeh1 qarşı eyni iddia tələbi ilə müraciət etməsi barədə məlumatının olmamasını bildirdi. Əlavə olaraq qeyd etdi ki, Sabunçu Rayon Məhkəməsinin icraatında olan həmin işə birləşdirilməsinə etiraz etmir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 hazırda Sabunçu Rayon Məhkəməsində onun Cavabdeh1 qarşı eyni iddia tələbi ilə müraciət etməsini əsas gətirib, hazırki mülki işin Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-575/2025 saylı mülki işə birləşdirilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını və cavabdehin vəsatətini araşdırıb hesab edir ki, hazırki e-2(005)- 1051/2025 nömrəli mülki iş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında 2(008)- 575/2025 saylı mülki işlə eyni növlü olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, e-2(005)-1051/2025 saylı mülki iş, Bakı Şəhəri Nərimanov Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)575/2025 saylı mülki işlə eyni növlü olduğundan, hazırki mülki iş, həmin işə birləşdirilməli, hər iki mülki işə 2(008)-575/2025 nömrəli mülki işin qeydiyyat nömrəsində baxılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263- 264-cüvə 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6rşı “vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(005)-1051/2025 nömrəli qeydiyyat nömrəsində olan mülki iş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-575/2025 saylı nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1051/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1051/2025
13.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver