Məhkəmə qərarları › İş №e-2(005)-1065/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1065/2024

23.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1065/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair 3-29/3- 1-1416K/2023 saylı xx.xx.2023 saylı əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinnə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmağına dair öhdəliyinin cavabdeh tərəfin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2016-cı ildə direktorların işə qəbulu müsabiqəsindən uğurla keçərək Goranboy Rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbin direktor vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə özünü yaradıcı işləyən müəllim, bacarıqlı, yüksək ixtisaslı mütəxəsis, bacarıqlı idarəçi kimi göstərmişdir. Təhsil müəssisəsinin fəaliyyətinin planlaşdırılması və proqnazlaşdırılması əsaslarına yüksək səviyyədə yiyələnmə, şəxsi təşkilati və inzibati keyfiyyətlər təhsilin demokratikləşməsi və humanistləşməsi prinsipləri əsasında tədris prosesinin idarə olunması üçün məhsuldar birmodel yaratmağa və sınaqdan keçirməyə imkan vermişdir. Hətta Goranbay Rayon İcra başçısı cənab Məhərrəm Quliyev tərəfindən təhsil sahəsində uğurlarına görə fəxri fərmanla təltif olunmuşdur. 2022-ci ilin yay ayından Gəncə- Daşkəsən Regional təhsil İdarəsinin müdiri Anar Qədiməliyev İddiaçı ilə səbəbsiz olaraq şəxsi qərəz və ədavət yürüdür. Şəxsi qərəz və ədavətə dayanaraq 2022-ci ilin yay aylarından məktəblə bağlı idarəçiliyinə mane yaradır. Anar Qədiməliyev cənab nazir Emin Əmrullayevə yanlış məlumatlarverərək İddiaçı haqqında mənfi rəy yaradırdı. Bundan əlavə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev dəfələrlə İddiaçı öz istəyi ilə ərizə yazıb işdən çıxmağını bildirmiş, İddiaçı isə bundan imtina etmişdir. Beləliklə, xx.xx.2023-cü ildə Goranboy-Nafatalan Rayonlar üzrə Təhsil Sektorundanda keçirilən iclasda İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağı bildirildi. xx.xx.2023-cü ildə AR Elm və Təhsil Nazirliyinin əmri ilə işdən azad edildi. Məktəb direktoru kimi işdən azad olunmağı ilə birlikdə məktəb müəllimliyindən də azad etdilər. 2008-ci ildə həmin məktəbə fransız dili müəllimi təyin edilmişdi. 2018-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsindən keçərək ixtisas üzrə yüksək bal toplamışdı. Lakin buna baxmayaraq, onu məktəbdə müəllim kimi dərslə təmin etmədilər. Əksinə onun dərslərini başqa müəllimlərə verəcəklərini vəd edib, onlarda olan fransız dili dərnəyindən imtina etdirərək dərnəyin təyinatını dəyişərək məktəbədə süni səkildə vakant dərs saatları yaradaraq məktəbə yeni dərnək rəhbəri təyin etdilər. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 3-29/3-1-1416K/2023 saylı xx.xx.2023 saylı əmrlə Cəfərova X11 rayonu Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin direktoru olaraq xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “Ç” bəndinə əsasən xitam verilmişdir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən, mediasiya prosesinə başlayaraq ilkin mediasiya prosessindən keçmişdir və Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli X12 İştirak edilməmə barədə arayış verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, işdən çıxarılmağı ilə bağlı 3-29/3-1-1416K/2023 saylı xx.xx.2023 saylı əmri tamamilə qanunsuz və əsassız hesab edir. Daha sonra iddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək ərizəsində bildirmişdir ki, mülki işə əlavə olunmuş 13 oktyabr 2023-cü il tarixli aktın birinci bəndindən görünür ki, 2023-2024-cü tədris ili üçün məktəbin fəaliyyət planı, və pedaqoyi şuranın iş planı hazırlanmamışdır. Cari tədris ili üçün məktəbin dərs cədvəli direktor tərəfindən təqdim edilsə də, müəllimlərin dərs cədvəlindən məlumatlı olmadıqları aşkar edilmişdir.Təsdiq edilmiş dərs cədvəli məktəbdə görülən yerlərdə asılmamışdır. Hansı ki, iddiaçı tərəfindən məhkəməyə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov, direktor İddiaçı və məktəbin məsləhətçisi Qönçə Nurəddinova tərəfindən təsdiq olunmuş Məktəbin 2023/2024-cü tədris ili üçün fəaliyyət planı təqdim olunmuşdur. Dövlət sifarişi ilə tikilmiş məktəbdə dərs cədvəli üçün xüsusi güşə ayrılmış və cədvəl həmin guşədə asılmışdır. müəllimlər cədvəllə tanış olub, ona uyğun dərslərinini tədris etmişlər. Aktın 2-ci bəndində 17 fevral 2023-cü il tarixdə məktəbdə keçirilən pedoqoji şuranın qərarına əsasən məktəb üzrə seçilən məktəbli formasının tətbiqinə əsasən yuxarı siniflər tərəfindən tam riayət edilmədiyi yazılır. Hansı ki, Təhsil Nazirinin kütləvi informasiya vasitələrində verdiyi müsabilərdən görünür ki, məktəbli forması geyinmək məcburi deyildir, məktəb direktorunun haqqı yoxdur ki, forma tələb etsin, nazirlik yoxlamayacaq ki, şagird məktəbli forması geyinib ya yox. Aktın 3- cü bəndində şagirdlərin davamiyyətinin cədvəli göstərilmişdir. Yoxlanış zamanı bütün müəllimlər o cümlədən məktəb direktoru və digər idarəedici heyyət yoxlama ilə bağlı izahat və digər işlərə cəlb edildiyi üçün yalnız həmin gün yəni 13 oktyabr 2023-cü il tarixdə şagirdlərin davamiyyəti ilə məşğul olmaq mümkün olmamışdır. Bu cədvəl yalnız tədris ilinin yalnız bir gününü əks etdirir, şagirdlərin tədris ili boyu dərs davamiyyəti həmişə yüksək səviyyədə olmuşdur. Bunu inkar edən cavabdehin heç bir sübutu yoxdur. Əgər məktəbdə davamiyyət pis olsaydı iddiaçının rəhbərlik etdiyi dövrdə məktəbin onlarla məzunu Respubkanın ali təhsil müəssisələrinə qəbul ola bilməzdi, 9 və 11-ci siniflərdə şagirdlər fərqlənmə attestatı ala bilməzdi. Şagirdlərin dərslərin davamiyyətinə məhsul olan şəxs - Səadət Əhmədova da aktı doğru olmadığı üçün imzalamaqdan imtina etmişdir. Aktın 4cü bəndində məktəb üzrə mövcüd olan ştat cədvəli, cari tədis ili üçün təsdiqli şəbəkə məktəb direktoru tərəfindən təqdim edilmədi. Aktın 4-cu bəndidə qərəzli yazılmışdır, belə ki, məktəbin 2023-2024-cü il tədris ilinin 1-ci yarım ilinə aid təsdiqlənmiş şəbəkəsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Aktın 5-ci bəndində dərnəklərin təşkili xx.xx.2023-cü il xx.xx.2023cü il tarixlərdə pedoqoji şuranın qərarına əsasən təşkil edilməli olduğu halda öncədən xx.xx.2023cü il tarixdə təşkil edilməsi haqqında əmr verilmişdir. Təlimatda xüsusi qeyd yoxdur ki, əmr məhz 25 sentyabrda verilməlidir. Təlimatda dərslərin 25 sentyabr 2023-cü il , 2 oktyabr 2024-cü il tarixlərdə əhatə olunması qeyd olunmuşdur.Bundan əlavə aktın 5-ci bəndində dərnəklərin təşkilini əhatə edən aralıq 25 sentyabr 2023-cü il- 02 oktyabr 2024-cü il olmalığı halda hər ikisi 2023-cü il olaraq göstərilmişdir. Bu isə yoxlamanın tələm-tələsik və qərəzli olmasını bir daha sübut edir. Yoxlama üzvləri də bilir ki, dərnək məşğələlərini 7-8 günə yerləşdirərək yalnış akt tərtib etmişdir. Aktın 6-cı bəndinə əsasən buraxılan və əvəz edilən dərslərin uçotu kitabı təlimata uyğun yazılmamışdır ki, buraxılan dərslərin tarixi qeyd edilməmişdir. X1 9-cu sinif üzrə evdə təhsildə 0,5 saat dərs yükü kitabda X4 yazılsa da, müəllim həmin dərs saatını əvəz etmədiyini bildirdi. Aktın bu bəndində göstərilənlər əassızdır. Belə ki, məktəbin biologiya müəllimi X6 məhkəməyə təqdim edilmiş izahatında göstərir ki, komissiya üzvləri onun adından yalan məlumat vermişlər, onlara dərsləri tədris etdiyini bildirsə də, onun sözlərinə məhəl qoymadıqlarını bildirmişdir.Bundan əlavə məktəbin evdə təhsil alan 9-cu sinif şagirdinə guya dərs tədris edilmədiyi də yanlış məlumatdır. Belə ki, həmin şagird - X7 valideyni X8 öz izahatında övladına dərslərin vaxtı-vaxtında tədris olunduğunu göstərmiş bu barədə izahat məhkəməyə təqdim olunmuşdur. Aktın 7-ci bəndində qeyd olunur ki, 8 ç sinifində cədvəl üzrə 2-ci saat fizika dərsi olduğu halda, fizika fəndini tədris edən Sahibə Quliyevanın cədvəl üzrə dərs saatlan toqquşduğu üçün dərs boş keçirdi. Bu heç də belə olmamışdır. Belə ki, müəllimə Sahibə Quliyeva məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinindən şikayətçi olduğu üçün qərəzli olaraq onun adı ora salınmışdır. Aktın 8-ci bəndində qeyd olunur ki, əmr kitabı üst qurum tərəfindən möhürlənib, təsdiqlənməmişdir. Məktəbin əmr kitabında qeyd edilən əksər əmrlərin əsaslan yazılmamış (məs.27.30) və nömrələnməsi düzgün aparılmamışdır.Əmr kitabında məktəbin fizika müəllimi Aysel Həsənovanın üç saat dərnəkdən imtina etdiyi üçün, dərnəyin Ağazadəyə verilməsi haqqında əmr qeyd edilib. X14 verilən dərnək saatı üçün imtina ərizəsi yoxdur. X13 tərəfindən əmr kitabının qaydalara uyğun şəkildə Görənboy- Naftalan rayonları üzrə təhsil sektorun müdiri Xəyal Məmmədova möhürlənməsi üçün təqdim edilmiş, əmr kitabına Xəyal Məmmədov tərəfindən imza edilmiş, lakin təhsil sektoruna aid möhürü olmadığı üçün əmr kitabını möhürləməmişdir. Aysel Həsənovaya verilmiş 3 saat dərnək məşğələsi onun yaşadığı ünvan ilə məktəb arasında olan məsafə uzaq olduğu üçün, günorta saatlarında təşkil edilən dərnək məşğələləri ona uyğun olmamışdır, iddiaçının digər əmri ilə həmin dərs saatları X15 verilmişdir bu zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, Aysel Həsənovanın özünün yazdığı izahat cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Aktın 9-cu bəndində məktəbin pedoqoji şurasının protokolu kitabı və pedoqoji işçilərin uçotu kitabı üst qrum tərəfindən möhürlənib, təsdiqlənməmişdir. Pedoqoji işçilərin uçotu kitabında müəllimlər haqqında məlumatlar tam qeyd olunmamış, 2021-ci ildən sonra işə qəbul edilən müəllimlər haqqında qeyd edilməmişdir. Məktəbin pedoqoji şurasının protokolu kitabı və məktəb pedoqoji işçilərin uçotu kitabı tərtib edilmiş Goranboy-Naftalan rayonları üzrə təhsil sektorun müdiri Xəyal Məmmədova möhürlənməsi üçün təqdim edilmiş, Xəyal Məmmədov tərəfindən imza edilmiş, lakin təhsil sektoruna aid möhürü olmadığı üçün əmr kitabını möhürləməmişdir. Möhür vurmaqdan imtina etməsini Goranboy-Naftalan rayonları üzrə təhsil sektoruna aid nazirlik tərəfindən möhürün təqdim edilmədiyini əsaslandırmışdır. Aktın 10-cu bəndində qeyd olunur ki, şagirdlərin şəxsi işində 10 b sinifində şagirdlər haqqında qeyd natamam hazırlanmışdır. Şagirdlərin şəxsi işi tam qaydasında olmuşdur, bu natamamlıq nədən ibarət olması aktda göstərilməmişdir. Aktın 11-ci bəndində qeyd olunur ki, müəllimlərin şəxsi işlərində tibbi kitabçaları yox idi. Belə ki, direktor tibbi qeydiyyatdan keçmələri üçün müəllimlərə verildiyini bildirmişdir. Tibb kitabçadan qeydiyyatdan keçmək üçün müəllimlərin özlərinə təqdim edilmişdir. Aktın 12-ci bəndində qeyd olunur ki, tam orta təhsil haqqında attestatların verilməsi kitabında 1 nəfər attestatını götürməsi barədə imza etməmişdir. Attestatlar şagirdlərə vaxtında verilmiş, attestatın verilməməsi barədə nə məktəbə, nə də üst qruma heç bir şikayət daxil olmamışdır. Tərtib olunmuş təhvil-təslim aktında məktəbdə hər hansı bir tam orta təhsil haqqında attestatın olmağı göstərilməmişdir. Aktın 13-cü bəndində qeyd olunur ki, fənn metodbirləşmə rəhbərlərinin fəaliyyətinə dair heç bir sənədləşmə işi yoxdur. Aktın 14-cü bəndində bəndində Daxil olan və göndərilən sənədlər qaydalara uyğun şəkildə saxlanılmır. Akta hansı qaydalardan söhbət getdiyi məlum deyil, aktı tərtib edənlərin şəxsi mülahizələrinə uyğun yazılmışdır. Aktın 16-cı bəndində dərnək məşğələlərinə baxış keçirən zaman kimya dərnək məşğələsində 1 nəfər, musiqi dərnək məşğələsində 3 nəfər şagird iştirak edirdi. Dərnək məşğələlərinin jurnalları təqdim edilmədi. Yoxlanış zamanı bütün müəllimlər o cümlədən məktəb direktoru və digər idarəedici heyyət yoxlama ilə bağlı izahat və digər işlərə cəlb edildiyi üçün yalnız həmin gün yəni 13 oktyabr 2023-cü il tarixdə şagirdlərin davamiyyəti ilə məşğul olaraq mümkün olmamışdır.Jurnallar Goranboy -Naftalan rayonları üzrə təhsil sektoru tərəfindən 11 oktyabr 2023cü il tarixdə iş vaxtının sonunda məktəbə təhvil verilmiş, 13 oktyabr 2023-cü il tarixdə saat 9.00 radələrində məktəbdə yoxlama aparılmağa başlanılmış, jurnalların hazır şəkildə təqdim edilməsi tələb edilmişdir. Halbuki, 12 oktyabr 2023-cü il tarixdə saat 8.00-dan-16.00-a qədər yəni 8 saat (nahar fasiləsi) daxil olmaqla bir ay ərzində yazılmalı olan jurnalı göstərilən müddət ərzində yazılması fiziki cəhətdən mümkün deyildir, nəzərə alınmalıdır ki, məktəbdə 90-na yaxın müəllim işləyir və onlar hər biri bir ay ərzində olan dərs mövzuları jurnallara işləməlidirlər.Bu da iddiaçıya qarşı qərəzin bir dahi bariz nümunəsidir. Aktın 17-ci bəndində dərsdənkənar məşğələlərin cədvəli və jurnalları təqdim edilmədi. Dərsdən kənar məşğələlərin cədvəli tərtib edilərək dərs cədvəli guşəsindən asılmışdır.Jurnallar yoxlamadan bir gün əvvəl təqdim edildiyi üçün 7 saat ərzində müəllimlər tərfındən yazılması mümkün olmamışdır. Aktın 18-ci bəndində sinif jurnalları işlənilməmiş, belə ki, müəllimlər jurnalların onlara xx.xx.2023-cü il tarixdə təqdim edildiyini bildirmişdir. Dərsdən kənar məşğələnin cədvəli faktiki ola-ola aktda qərəzli olaraq yox kimi göstərilmişdir. Aktın 19-cu bəndində qeyd olunur ki, məktəb direktoru tərəfindən dərslərin dinlənilməsinə aid heç bir sənəd təqdim olunmamışdır. 2022-ci ilin may ayından 2023-cü ilin fevral ayına qədər məktəbdə təlim-tərbiyə üzrə direktor müavini, 2022-ci ilin may ayından 2022-ci ilin dekabr ayına kimi təsrrüfat işləri üzrə direktor müavini, 2022-ci ilin iyun ayından 2023-cü ilin noyabr ayına qədər psixoloq vəzifəsi boş qalmışdır. Bütün bu vəzifələrin işləri direktor tərəfindən həyata keçrilmiş, onlara aid olan işlərdə direktordan tələb edilmişdir. Aktı imza edənlər komissiya üzvləri, mətəktəbin təsərrüfat işləri üzrə yenicə təyin olunmuş direktor müavini olmuşdur. Hansı ki, həmin müavin məktəbin sırf təsərrüfat işləri ilə məşğul olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddia ərizəsinə və vəkil tərəfindən məhkəməyə təqdim olunmuş yazılı izahata uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2023 saylı əmr qanunidir, belə ki, İddiaçı barəsində əvvəllər tənbeh tədbiri görülmüş, nəticə çıxarmamış, belə olan halda, yoxlanışın nəticəsi olaraq akt tərtib edilmişdir. Bu arayışda qeyd olunan nöqsanlar iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsas olmuşdur. Dərs cədvəlinin olmaması, davamiyyətin aşağı səviyyədə olması, əmr və digər kitabların tərtibində olan qüsurlar, dərs jurnallarının yazılmaması və s. məsələlər kifayət qədər ciddi qüsurlardır. Hazırki iddia tələbin əsassız olduğundan rədd edilməlidir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-29/3-1- 1416K/2023 saylı əmrinə əsasən Goranboy rayonu Dəliməmməd şəhəri M.Zeynalov adına tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi 16 noyabr 2023-cü il tarixdən ləğv edilməsinə göstəriş verilmişdir. Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektor HİK-nin xx.xx.2023-cü il tarixli 70 saylı protokoldan çıxarış müəyyən olunur ki, iclasda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri tərəfindən Goranboy-Naftalan Rayonları üzrə Təhsil sektorunun Həmkarlar İttifaqı Komitəsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-29-31/2-1119/2023 nömrəli təqdimat nəzərə alınaraq Goranboy rayonu Dəliməmməd şəhəri M.Zeynalov adına tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Goranboy rayonu Dəliməmməd şəhəri M.Zeynalov adına tam orta məktəbində keçirilən monitorinqin nəticəsi barədə arayışda, xx.xx.2023-cü il tarixdə tərtib olunmuş yoxlanış aktlarında və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Goranboy-Naftalan rayonları üçün təhsil sektorunun Həmkarlar İtifaqı Komitəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin 12 oktyabr 2023-cü il tarixli 3-29-31 /3-1 - 826K/2023 nömrəli əmrinə əsasən 13 oktyabr 2023-cü il tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbdə monitorinq keçirilmişdir. Aparılmış monitorinq zamanı aşağıdakı nöqsanlar müəyyən edilmişdir: 2023-2024-cü tədris ili üçün məktəbin fəaliyyət planı, direktorun fəaliyyət planı və pedoqoji şuranın iş planı hazırlanmamışdır. 17 fevral 2023-cü il tarixdə məktəbdə keçirilən pedaqoji şuranın qərarına əsasən məktəb üzrə seçilən məktəbli formasının cari tədris ili üçün tətbiqinə tam riayət edilmir (əsasən yuxarı siniflər üzrə İXa,b,c; Xa,b; Xİ a,b) ; Məktəbdə cari dərs ili üçün təsdiqli dərs cədvəli, dərsdənkənar məşğələ və evdə təhsilin cədvəlləri divardan asılmamışdır ; Cari tədris ili üçün məktəbin dərs cədvəli direktor tərəfindən təqdim edilsə də, müəllimlərin dərs cədvəlindən məlumatlı olmadıqları aşkar edilmişdir ; Vİİİç sinfində cədvəl üzrə 2-ci saat fizika dərsi olduğu halda, fizika fənnini tədris edən Sahibə Quliyevanın cədvəl üzrə dərs saatları toqquşduğu üçün dərs boş keçirdi. İXa sinfində İİ saat fransız dili dərsi zamanı digər qrupun müəllimi Afaq İbrahimova dərsdə iştirak etmirdi. Kəmalə Qəhrəmanova iki yarımqrupu birləşdirib tədris aparırdı. Afaq İbrahimova izahatında Goranboy rayonunda təşkil ediləcək tədbirdə iştirak edəcəyi üçün dərsdə iştirak etmədiyini bildirdi. Buraxılan və əvəz edilən dərslərin uçotu kitabı təlimata uyğun yazılmamış, belə ki, buraxılan dərslərin tarixi qeyd edilməmişdir. Buraxılan və əvəz edilən dərslərin uçotu kitabında X1 buraxdığı İX sinif üzrə evdə təhsildə 0.5 saat dərs yükü X4 yazılsa da, müəllim həmin dərs saatını əvəz etmədiyini bildirdi. Müvafiq qaydalara görə dərnəklərin təşkili 25 sentyabr və 02 oktyabr 2023-cü il tarixlərdə pedaqoji şuranın qərarına əsasən təşkil edilməli olduğu halda, məktəbdə xx.xx.2023-cü il tarixdə təşkil edilməsi haqqında əmr verilmişdir. Əmr kitabı üst qurum tərəfindən möhürlənib, təsdiqlənməmişdir. Məktəbin əmr kitabında əksər əmrlərin əsasları yazılmamış və nömrələnməsi düzgün aparılmamışdır. Əmr kitabında məktəbin fizika müəllimi Aysel Həsənovanın 3 saat dərnəkdən imtina etdiyi üçün dərnəyin Zahidə Ağazadəyə verilməsi haqqında əmr qeyd edilib. X14 verilən dərnək saatı üçün imtina ərizəsi yoxdur. Məktəbin pedaqoji şurasının protokolu kitabı və pedaqoji işçilərin uçotu kitabı üst qurum tərəfindən möhürlənib, təsdiqlənməmişdir. Pedaqoji işçilərin uçotu kitabında müəllimlər haqqında məlumatlar tam qeyd olunmamış, 2021-ci ildən sonra işə qəbul edilən müəllimlər haqqında qeyd aparılmamışdır. Məktəb üzrə mövcud olan ştat cədvəli, cari tədris ili üçün təsdiqli şəbəkə məktəb direktoru tərəfindən təqdim edilmədi. Müəllimlərin proqram və gündəlikləri natamam formada hazırlanmışdır. Vİİİ, İX, X və Xİ sinif şagirdlərinin məktəbli kitabçası yox idi və müəllimlər tərəfindən gündəlik şagirdlərin dərsə hazırlıq səviyyəsi haqqında qeydlər aparılmır. Sinif rəhbərlərinin sənədləşməsi natamam idi. Təsdiqli növbətçilik cədvəli divardan asılsa da növbətçilər fəaliyyət göstərmirdi. 2-ci və 7-ci saat şagird davamiyyətinə baxış keçirilmişdir. Şagirdlərin davamiyyətinə dair cədvəldən də göründüyü kimi yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti qane edici deyil. Dərnək məşğələlərinə baxış keçirən zaman kimya dərnək məşğələsində 1 nəfər, musiqi dərnək məşğələsində 3 nəfər şagird iştirak edirdi. Dərnək məşğələlərinin və dərsdənkənar məşğələlərin jurnalları təqdim edilmədi. Sinif jurnalları təqdim edilsə də jurnallar işlənilməmişdir. Müəllimlər jurnalların onlara xx.xx.2023-cü il tarixdə təqdim edildiyi üçün yazmadıqlarını bildirdilər. Məktəb direktoru tərəfindən dərslərin dinlənilməsinə aid heç bir sənəd təqdim edilmədi. Fənn metodbirləşmə rəhbərlərinin fəaliyyətinə dair heç bir sənədləşmə işi aparılmamışdır. Məktəbdə ibtidai siniflər üzrə 14 saat dərs yükü 12 sentyabr 2023-cü il tarixdən məktəb tərəfindən vakant verilməsinə baxmayaraq Regional Təhsil İdarəsi tərəfindən həmin yer vakant verilməmişdir. Həmin dərs saatlarının vakant verilməməsinə baxmayaraq Goranboy rayon təhsil sektorunun razılığına əsasən həmin dərs saatları məktəbin əmr kitabında MİQ-dən müəllim gələnədək müvəqqəti olaraq məktəbin digər ibtidai sinif müəlliminə verilsin kimi qeyd edilmişdir. Seçmə yolla baxılan Xa sinfində təhsil alan şagirdlərin şəxsi işində şagirdlər haqqında qeyd dolğun yazılmayıb və İX sinif üzrə isə ümumiyyətlə qeyd aparılmayıb. Məktəbdə müəllimlərin tibbi kitabçaları yox idi, məktəbin direktoru kitabçaların tibbi qeydiyyatdan keçmələr üçün müəllimlərə verildiyini bildirmişdir. 2023-2024-cü tədris ilində məktəbdə “Rəqəmsal bacarıqlar” pilot layihə tətbiq edilsə də hal-hazırda məktəbin internet xətlərində narahatçılıq olduğu üçün informatika fənninin tərkibində tədris edilən rəqəmsal bacarıqlar layihəs qanunamüvafiq formada tədris edilmir. Məktəbin göndərilən sənədlərin qeydiyyatı kitabına baxış keçirilən zaman kitabın 2015-ci ildə başlanıldığı, lakin direktor tərəfindən 2016-ci ildə təsdiq olunduğu məlum olmuşdur. Qeyd olunan kitab çox səliqəsiz və qaydalara uyğun olmayan şəkildə yazılmışdır. Belə ki, kitabın əvvəlində üç vərəq boş saxlanılmış, həmçinin göndərilən məktubların tarixi və nömrəsi kitabda qeyd olunmamışdır. Kitabda 2015-ci ildə 3 məktub, 2016 və 2017-ci illərdə 7 məktub, 2018ci ildə 5 məktub, 2019 və 2020-ci illərdə 4 məktub, 2021 -ci ildə 2 məktub, 2022-ci ildə isə 6 məktub, 2023-cü ilin əvvəlindən yoxlama aparıldığı günədək (13 oktyabr 2023-cü il tarixədək) cəmi 15 məktubun qeydiyyatı aparılmışdır. Bu isə həqiqəti əks etdirmir. Daxil olan sənədlərin kitabında isə 2023-cü ilin əvvəlindən yoxlama aparıldığı günədək (13 oktyabr 2023-cü il tarixədək) cəmi 28 məktubun qeydiyyatı aparılmışdır. Kitabda daxil olan məktubların tarix və nömrələri qeyd olunmamış, icra bölməsi düzgün yazılmamışdır. Belə ki, kitabda sənədlərin icra vəziyyəti haqqında heç bir qeyd aparılmamışdır. Məktəbdə daxil olan və göndərilən sənədlər qaydalara uyğun olaraq saxlanılmır, daxil olan ərizələrin qeydiyyatı kitabı isə ümumiyyətlə işlənilməmişdir. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, məktəbdə kargüzarlıq işi çox zəif və qaydalara uyğun olmayan formada qurulmuşdur. Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin direktoru İddiaçı Rasim qızına xx.xx.2023-cü il tarixli 3-29-31/3-1-202K nömrəli əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Tətbiq olunmuş intizam tənbehinə baxmayaraq məktəbin direktoru İddiaçı yenə də vəzifə funksiyalarının icrasında nöqsanlara yol vermişdir. Belə ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru bildirir ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifaktlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin ibtidai sinif müəllimi X16 təkrar sertifaktlaşdırmadan keçməmiş hesab edilmişdir. X16 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 56 təqvim günü əmək məzuniyyətində olduğu halda məktəb direktoru İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam vermişdir. Yenidən məktəb direktoru xx.xx.2023-cü il tarixdən müəllim ilə əmək məzuniyyəti bitənədək müddətli əmək müqaviləsi bağlayıb. Bundan başqa Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71 -ci maddəsinin 2 və 3-cü, 80-ci maddəsinin 1 və 2-ci hissələrinin tələblərinin pozulması ilə verilmiş Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin xx.xx.2023-cü il tarixli 29 nömrəli əmri Gəncə-Daşkəsən Regional Təhsil idarəsi tərəfindən ləğv edilmişdir və X9 xx.xx.2023-cü il tarixdən Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilmişdir. Lakin məktəb rəhbərliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmrini icra etməkdən imtina etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin direktoru İddiaçı Rasim qızı ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir. xx.xx.2023-cü il tarixli aktda qeyd olunur ki, məktəb üzrə mövcud olan ştat cədvəli, cari tədris ili üçün təsdiqli şəbəkə məktəb direktoru tərəfindən təqdim edilmədi. Dərnəklərin təşkili xx.xx.2023-cü il - xx.xx.2023-cü il tarixlərdə pedaqoji şuranın qərarına əsasən təşkil edilməli olduğu halda öncədən xx.xx.2023-cü il tarixdə təşkil edilməsi haqqında əmr verilmişdir. Buraxılan və əvəz edilən dərslərin uçotu kitabı təlimata uyğun yazılmamış, belə ki, buraxılan dərslərin tarixi qeyd edilməmişdir. X1 İX sinif üzrə evdə təhsildə 0.5 saat dərs yükü kitabda X4 yazılsa da, müəllim həmin dərs saatını əvəz etmədiyini bildirdi. Vİİİç sinfində cədvəl üzrə 2-ci saat fizika dərsi olduğu halda, fizika fənnini tədris edən Sahibə Quliyevanın cədvəl üzrə dərs saatları toqquşduğu üçün dərs boş keçirdi. Əmr kitabı üst qurum tərəfindən möhürlənib, təsdiqlənməmişdir. Məktəbin əmr kitabında qeyd edilən əksər əmrlərin əsasları yazılmamış (məs № 27, 30) və nömrələnməsi düzgün aparılmamışdır. Əmr kitabında məktəbin fizika müəllimi Aysel Həsənovanın 3 saat dərnəkdən imtina etdiyi üçün dərnəyin Zahidə Ağazadəyə verilməsi haqqında əmr qeyd edilib. X14 verilən dərnək saatı üçün imtina ərizəsi yoxdur. Məktəbin pedaqoji şurasının protokolu kitabı və pedaqoji işçilərin uçotu kitabı üst qurum tərəfindən möhürlənib, təsdiqlənməmişdir. Pedaqoji işçilərin uçotu kitabında müəllimlər haqqında məlumatlar tam qeyd olunmamış, 2021-ci ildən sonra işə qəbul edilən müəllimlər haqqında qeyd edilməmişdir. Şagirdlərin şəxsi işində (Xb sinfində) şagirdlər haqqında qeyd natamam hazırlanmışdır. Müəllimlərin şəxsi işlərində tibbi kitabçaları yox idi, belə ki, direktor tibbi qeydiyyatdan keçmələri üçün müəllimlərə verildiyini bildirmişdir. Tam orta təhsil haqqında attestatların verilməsi kitabında 1 nəfər attestatını götürməsi barədə imza etməmişdir. Fənn metodbirləşmə rəhbərlərinin fəaliyyətinə dair heç bir sənədləşmə işi yoxdur. Göndərilən və daxil olan sənədlərin kitabları çox səliqəsiz, qaydalara uyğun olmayan formada yazılmışdır. Daxil olan və göndərilən sənədlər qaydalara uyğun şəkildə saxlanılmır. Dərnək məşğələlərinə baxış keçirən zaman kimya dərnək məşğələsində 1 nəfər, musiqi dərnək məşğələsində 3 nəfər şagird iştirak edirdi. Dərnək məşğələlərinin jurnalları təqdim edilmədi. Dərsdənkənar məşğələlərin cədvəli və jurnalları təqdim edilmədi. Sinif jurnalları işlənilməmiş, belə ki, müəllimlər jurnalların onlara xx.xx.2023-cü il tarixdə təqdim edildiyini bildirmişlər. Məktəb direktoru tərəfindən dərslərin dinlənilməsinə aid heç bir sənəd təqdim edilmədi. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyi ilə bağladığı əmək müqaviləsi əsasında Goranboy Rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbin direktor vəzifəsinə işə qəbul edilmişdir. 13 oktyabr 2023-cü il tarixdə həmin məktəbdə şagirdlərin davamiyyəti yoxlanılmış, pedaqoji sənədlərə baxış keçirilmiş və yekun olaraq akt tərtib olunmuşdur. Həmin aktda məktəbin işində olan nöqsanlar sadalanmış və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Goranboy-Naftalan rayonları üçün təhsil sektoru xx.xx.2023-cü il tarixdə Həmkarlar İttifaqı Komitəsinə məktub ünvanlanmış, Komitə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsini məqsədəmüvafiq hesab etmişdir. Bundan sonra İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyinın xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı məktəbdə aparılan yoxlamalar nəticəsində tərtib edilmiş aktın reallığı əks etdirmədiyini və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin əsassız olduğunu bildirir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyi ilə əmək müqaviləsi bağlayaraq Goranboy Rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbin direktor vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi işçinin yol verdiyi pozuntuların onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsinə əsas təşkil etməsi üçün, pozuntu(lar) nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Əmək Məcəlləsinin 83-cü maddəsində göstərilmişdir ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyinin xx.xx.2023-cü il tarixli əmri, İddiaçı direktoru olduğu Goranboy Rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbdə aparılmış yoxlamalar nəticəsində aşkar edilmiş nöqsanlara əsasən verilmişdir. Bu nöqsanların İddiaçı əmək vəzifələri kobud şəkildə pozması, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər hesab edilmişdir. Hazırda iddiaçı bu halların onun əmək vəzifələrinin kobud pozmasının sübutu olmadığını və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin əsassız olduğunu bildirir. Cavabdeh isə yoxlamara dair tərtib olunmuş aktlara və arayışa əsaslanaraq əmrin qanuni və əsaslı olduğunu bildirir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Plenum Qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllədə çəkişmə prinsipi və Məcəllədə birbaşa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar). Yuxarıda sadalananlardan aydın olur ki, məhkəmənin öz təşəbbüsü ilə sübutlar toplamaq funksiyası qanunvericiliklə yalnız tərəfin bu sübutu əldə etmək imkanı olmadıqda və bu barədə vəsatət verdikdə müəyyən olunmuşdur. Məhkəmə tərəflər arasında olan mülki hüquq münasibətlərinin xarakterini və işin qanuni və ədalətli həlli üçün zəruri olan digər halları tərəflərin verdiyi və iş materiallarında olan sübutlar əsasında müəyyən edir. İş materiallarından iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş halın onun direktoru olduğu tam orta məktəbdə aparılmış yoxlamalar təşkil etdiyi müəyyən olunduğundan məhkəmə əsas diqqəti aparılmış bu yoxlamaların nəticəsinə ayırır. Belə ki, cavabdehin iddiaya etirazının əsası olan Goranboy Rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbdə aparılmış yoxlamaların nəticəsinə dair tərtib edilmiş aktın 1-ci və 2-ci bəndində qeyd olunur ki, 2023-2024-cü tədris ili üçün məktəbin fəaliyyət planı, direktorun fəaliyyət planı və pedoqoji şuranın iş planı hazırlanmamışdır. 17 fevral 2023-cü il tarixdə məktəbdə keçirilən pedaqoji şuranın qərarına əsasən məktəb üzrə seçilən məktəbli formasının cari tədris ili üçün tətbiqinə tam riayət edilmir (əsasən yuxarı siniflər üzrə İXa,b,c; Xa,b; Xİ a,b) ; Təsdiq edilmiş dərs cədvəli məktəbdə görünən yerlərdən asılamışdır. İş materiallarında iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Goranboy Rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbin 2023/2024-cü il tədris ili üçün fəaliyyət planından bu planın Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov və məktəbin direktoru İddiaçı tərəfindən təsdiq edilmiş plan mövcuddur. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin ümumi müddəlarına əsasən təhsilalanlar geyim forması ilə valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən təmin edilirlər. Bu Sənədin tələblərinə təhsilalanlar tərəfindən riayət edilməsinə məktəbin rəhbərliyi nəzarət edir. Qeyd olunan qaydalardan İddiaçı direktoru olduğu məktəbdə təhsilalanlar geyim formasına riayət olunmasına nəzarət etməli olması müəyyən edilsə də, forma məktəb tərəfindən deyil, təhsilalanların valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən təmin edilməlidir. Qanunvericiliklə iddiaçıya bu geyim formasına riayət edilmədikdə təhsilalanları bu formadan istifadəyə birmənalı məcbur etmək səlahiyyəti verilməmişdir. Məhkəmə onu da qeyd edir ki, aktdan dərs cədvəlinin tərtib edilmədiyi deyil, bu cədvəlin görünən yerlərdən yerdən asılmadığı qeyd olunur. Halbuki Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Həmkarlar İttifaqına ünvanlanmış məktubda dərs cədvəllərinin ümumiyyətlə divardan asılmadığı qeyd olunmuşdur. Məhkəmə aparılmış yoxlamanın birbaşa nəticəsi olaraq tərtib edildiyindən aktda qeyd edilənlər hallarla sözügedən məktubda olan hallar arasında ziddiyat olduqda aktı əsas götürür. Cavabdehin etirazının əsası olaraq istinad etdiyi hallar arasında olan bu ziddiyyətdən aktda qeyd edilməyən halın məktubda əskini tapmasının həmkarlar ittifaqına iddiaçı tərəfindən daha kobud pozuntulara yol verdiyi görüntüsünü yaratmaq məqsədi daşıdığı müəyyən olunur. Cavabdehin iddiaya etirazının əsası olan Goranboy Rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbdə aparılmış yoxlamaların nəticəsinə dair tərtib edilmiş aktın 3-cü bəndində əksini tapan cədvədən şagirdlərin davamiyyətinin qənaət-bəxş olduğu görünür. İddiaçı isə yoxlama aparılan həmin gün məktəb rəhbərliyinin və müəllim heyətinin bu yoxlamaları cəlb olunması səbəbindən gün ərzində şagirdlərin dərsə davamiyyətinə olan nəzarətin zəiflədiyi və bunun bütün dərs ili ərzində davamiyyətin zəif olması anlamına gəlmədiyini bildirir. Məhkəmə davamiyyətlə bağlı tərtb edilmiş cədvəli nəzərdən keçirərək şagirdlərin dərsə davamiyyətinin aşağı olması barədə cavabdehin etirazını əsaslı hesab edir. Bununla belə bu cədvəlin tədris ilinin bir gününü əhatə etməsini və həmin gün ərzində məktəb rəhbərliyinin və müəllim heyətinin yoxlamalara cəlb olunması barədə iddiaçı tərəfin qeyd etdiklərini ağlabatan hesab edir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən direktor müavinləri ilə yanaşı müəllim heyətindən də izahatlar alındığı və aktda qeyd olunanlardan məktəbin sənədləşmə işləri ilə bağlı hərtərəfli yoxlamalar aparıldığı görünür. Bu baxımdan da məhkəmə məhz bu əsasla cavabdehin iddiaçıya qarşı digər intizam tənbeh tədbirləri tətbiq edə biləcəyi halda, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsini əsaslı hesab etmir. Aktın 4-cü bəndində məktəb üzrə mövcüd olan ştat cədvəli, cari tədis ili üçün təsdiqli şəbəkə məktəb direktoru tərəfindən təqdim edilmədiyi qeyd olunur. Aktı tərtib edənlərin yoxlama qrupunun üzvləri olması nəzərə alınarsa, bu sənədlərin yoxlama qrupuna təqdim edilməməsi barədə onların tərtib etdiyi və imzaladığı aktın məhkəmə araşdırması zamanı cavabdehin etirazının əsaslı olduğunu təsdiq edən sübut kimi qiymətləndirilməsi çəkişmə prinsipi şəraitdə iddiaçının bu halın əksini sübuta yetirmək imkanını məhdudlaşdırır. Aktın yoxlama aparılmış məktəbin direktoru və onun sinifdənxaric işlər üzrə müavini tərəfindən imzalanmadığı nəzərə alınarsa, iddiaçı cavabdehin nümayəndələri tərtəfindən tərtib olunmuş və təkzib olunması üçün real imkan olmayan qeydə qarşı məhkəməyə həmin sənədləri təqdim etmiş və bu sənədlərin mövcudluğunu sübut edəcək aktiv hərəkətlər etmişdir. Aktın 5-ci bəndində dərnəklərin təşkilinin xx.xx.2023-cü il - xx.xx.2023-cü il (əslində 2024sü il olmalı idi) tarixlərdə pedoqoji şuranın qərarına əsasən təşkil edilməli olduğu halda öncədən xx.xx.2023-cü il tarixdə təşkil edilməsi haqqında əmr verildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2017-ci il tarixli 238 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası”nın 9-cu bəndinə əsasən dərnək rəhbəri məktəb direktorunun əmri ilə təyin və azad edilir. Həmin qaydaların 10-cu bəndinə əsasən dərnəklər dərsdənkənar vaxtlarda və direktor tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır. Dərnəklərin fəaliyyəti yerli təhsili idarəetmə orqanlarının təsdiq etdiyi illik plan əsasında təşkil olunur. Dərnək məşğələləri və şagirdlərin davamiyyəti müvafiq jurnalda qeyd edilir. Həmin qaydaların 12-ci bəndinə əsasən məktəbin rəhbərliyi təşkil olunan dərnəklərin səmərəli fəaliyyəti üçün məsuliyyət daşıyır. Dərnəklərin işinə ümumi rəhbərlik və nəzarət direktor müavinlərindən birinin vəzifə bölgüsünə daxil olunur. Sözügedən qaydalardan və aktda istinad olan təlimatdan dərnəklərin təliminə dair əmrin verilməsi tarixinə dair hər hansı imperativ qaydanın müəyyən edilməsi görünür. Aktda əmrin dərnəklərin təşkili tarixidən daha əvvəlki dövrdə verilməsinin pozuntu olduğu görünütüsü yaradılsa da, hansı əsasla əmrin əvvəlki tarixdə verilməsini pozuntu olduğu göstərilməmişdir. Eyni zamanda əmrin əvvəlki tarixdə verilməsi dərnəklərin tələb olunan tarixlərdə təşkil edilmədiyi demək deyil. Bunun əksini təsdiq edən heç bir sübut iş materiallarında mövcud deyil. Aktın 6-cı bəndində qeyd olunur ki, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı təlimata uyğun yazılmamışdır ki, buraxılan dərslərin tarixi qeyd edilməmişdir. X1 9-cu sinif üzrə evdə təhsildə 0,5 saat dərs yükü kitabda X4 yazılsa da, müəllim həmin dərs saatını əvəz etmədiyini bildirdi. Məktəbin biologiya müəllimi X6 tərəfindən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevə ünvanlanmış izahatında X1 8c-8ç siniflərində həyat bilgisi fənnini əvəz etdiyini başqa fənni əvəz etmədiyini bildirsə də, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevə ünvanlanmış başqa izahatında məktəbdə yoxlama aparan komissiya üzvlərinə fənləri əvəz etdiyini, əvəz etmədiyi fənnin olmadığını bildirsə də, komissiya üzvlərinin ona məhəl qoymadığını qeyd etmişdir. Aşkar ziddiyətlər olduğuna görə məhkəmə X2 izahatlarını iş üzrə iddianın əsaslı olmasına və ya cavabdehin əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş yoxlamanın əsaslılığına dəlalət etməməlidir. Aktın 7-ci bəndində qeyd olunur ki, 8 ç sinifində cədvəl üzrə 2-ci saat fizika dərsi olduğu halda, fizika fəndini tədris edən Sahibə Quliyevanın cədvəl üzrə dərs saatlarla toqquşduğu üçün dərs boş keçirdi. İddiaçı aktın bu hissədə əsassız olması barədə izahatını Sahibə Quliyevanın iddiaçı ilə ədavətdə olması ilə əsaslandırır. Lakin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbləri baxımından bu halı təsdiq edən heç bir sübut təqdim edə bilmədiyindən məhkəmə iddiaçının bu hissədə izahatını formal mülahizə olaraq qəbul edir. Aktın 8-ci bəndində qeyd olunur ki, əmr kitabı üst qurum tərəfindən möhürlənib, təsdiqlənməmişdir. Məktəbin əmr kitabında qeyd edilən əksər əmrlərin əsasları yazılmamış (məs.27.30) və nömrələnməsi düzgün aparılmamışdır. Əmr kitabında məktəbin fizika müəllimi Aysel Həsənovanın üç saat dərnəkdən imtina etdiyi üçün, dərnəyin Ağazadəyə verilməsi haqqında əmr qeyd edilib. X14 verilən dərnək saatı üçün imtina ərizəsi yoxdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 mart 1994-cü il tarixli 187 nömrəli əmri ilə təsdiq edilmiş “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında təlimat”ın 10-cu bəndinə əsasən üç nəfərdən az işçisi olmayan məktəblərdə əmr kitabı aparılır. Həmin kitabda aşağıdakılar rəsmiləşdirlir: Təlim-tərbiyə prosesinin məsələləri üzrə göstəriş və sərəncamlar, Azərbaycan Respublikasının Qanunçuluğuna və Təhsil Nazirliyinin sisteminin ümumtəhsil məktəbləri işçiləri üçün daxili əmək intizamı qaydalarına uyğun olaraq müəllimlərin və məktəbin digər işçilərinin işə qəbulu və azad olunması, onların məzuniyyətə çıxması, ezamiyyətə, ixtisasartırma kurslarına göndərilməsi, dərs ilinin əvvəlində şagirdlərin siniflər üzrə sayca tərkibi, şagirdlərin məktəbə qəbul edilməsi (yeni qəbul edilənləin adlı siyahısı) və getməsi, dərs saatlarının, sinif rəhbərliyinin müəllimlər arasında bölgüsü, fənn kabinetlərinin tapşırılması, həvəsləndirmə və tənbehlər. Həmin təlimata əsasən məktəb üzrə əmrdə pedaqoji şuranın şagirdlərin imtahana buraxılması, İX və Xİ(Xİİ) sinifləri bitirməsi və s. qərarları rəsmiləşdirilir. Bu vaxt şagirdlərin siyahısı (siniflər üzrə yuxarı sinfə keçirilənlər və ya məktəbi bitirənlər və s.) pedaqoji şuranın protokoluna yazılır, əmrdə isə ümumi nəticələr göstərlir. Əmr kitabı səhifə-səhifə nömrələnir, qaytanlanır, direktorun imzası, məktəbin möhürü ilə təsdiq edilir. Məktəb üzrə vahid əmr kitabı aparılır. Daimi saxlanılır. Məhkəmə təqdim olunmuş məktəb üzrə əmr kitabının surətindən bu kitabın qaytanlandığı, nömrələndiyi, məktəbin möhürü ilə təsdiq edildiyi, vahid kitab formasında olduğu direktorun imzasının mövcud olduğu müəyyən olunur. Aktda kitabın üst qurum tərəfindən möhürlənmədiyi qeyd olunsa da, sözügedən təlimatda məktəbin möhürü tələb olunmuş, digər hər hansı qurumun möhürü göstərilməmişdir. Digər tərəfdən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş izahatda məktəbin fizika müəllimi Aysel Həsənova ona direktor İddiaçı telefon zəngi ilə 3 saat dərnək olduğunu desə də, yaşadığı ünvandan məktəbə olan məsafənin uzaq olması səbəbindən dərnəyi keçə bilməyəcəyini bildirmiş, yazılı imtina etmədiyini qeyd etmişdir. Aktın 9-cu bəndində qeyd olunur ki, məktəbin pedoqoji şurasının protokolu kitabı və pedoqoji işçilərin uçotu kitabı üst qrum tərəfindən möhürlənib, təsdiqlənməmişdir. Pedoqoji işçilərin uçotu kitabında müəllimlər haqqında məlumatlar tam qeyd olunmamış, 2021-ci ildən sonra işə qəbul edilən müəllimlər haqqında qeyd edilməmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 mart 1994-cü il tarixli 187 nömrəli əmri ilə təsdiq edilmiş “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında təlimat”ın 7-ci bəndinə əsasən bütün ümumtəhsil müəssisələrində pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı aparılır. Qeydiyyat ümumi sıra nömrəsi ilə, İ nömrədən başlayaraq edilir. Yeni işə qəbul edilənlər siyahıya əlavə olunurlar. Kitabda yazı əsaslandırlmış sənəd əsasında aparılmalıdır. Attestasiya komissiyasının qərarının tarixi və nömrəsi göstərilməklə müəllimlərin attestasiyasının nəticələri və orada edilən dəyişikliklər ən geci 1 ay müddətində pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabında qeyd olnur. Şəxsi heyətin uçotu kitabı nömrələnməli, qaytanlanmalı, direktorun imzası, məktəbin möhürü ilə təsdiq edilməlidir. Xidmətedici heyət haqqında bu kitabda qeyd aparılmır. Saxlanılma müddəti daimidir. Həmin Təlimatın 8-ci bəndinə əsasən ümumtəhsil məktəblərində pedaqoji şura protokollarının kitabı aparılır. Kitabda pedaqoji şuraya verilmiş məsələlərin müzakirəsinin gedişi, şura üzvlərinin çıxışları, təklif və qeydləri yazılır. Məktəbin rüb, yarlmil və ya dərs ili üçün təlimtərbiyə prosesinin ayrı-ayrı məsələləri üzrə işinin yekunları, bu barədə qəbul edilmiş qərarları protokolda rəsmiləşdirilir. Hər bir protokol pedaqoji şuranın sədri və katibi tərəfindən imzalanır. Pedaqoji şuranın protokolu kitabı nömrələnir, qaytanlanır, direktorun imzası və məktəbin möhürü ilə təsdiq edilir. Daimi saxlanılır. İş materiallarında olan pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı və pedaqoji şura protokollarının kitabının qaytanlandığı, nömrələndiyi, məktəbin möhürü ilə təsdiq edildiyi, vahid kitab formasında olduğu direktorun imzasının mövcud olduğu müəyyən olunur. Aktda kitabın üst qurum tərəfindən möhürlənmədiyi qeyd olunsa da, sözügedən təlimatda məktəbin möhürü tələb olunmuş, digər hər hansı qurumun möhürü göstərilməmişdir. Məhkəmə dispozitivlik prinsipinin tələblərinə uyğun olaraq məhz tərəflərin təqdim etdikləri sübutları araşdırmış, aktda 2021-ci ildən sonra işə qəbul olunan müəllimlər haqqında qeydlərin olmadığı göstərilsə də, bu tarixdən sonra hansı müəllimlə əmək müqaviləsi bağlandığı və kitabda qeyd olunmadığı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Aktın 10-cu bəndində qeyd olunur ki, şagirdlərin şəxsi işində 10 b sinifində şagirdlər haqqında qeyd natamam hazırlanmışdır. İddiaçı tərəf şagirdlərin şəxsi işlərinin tam qaydasında olduğunu, natamamlığın nədən ibarət olmasının aktda göstərilmədiyini bildirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçı yazılı ərizəsində qeyd etdiyi bu halı sübutlarla əsaslandırmamış, şagirdlərin şəxsi işləri məhkəməyə təqdim olunmamış və araşdırılmamışdır. Bununla yanaşı aktda iddiamının qeyd etdiyi kimi şəxsi işlərdə olan natamamlıqların nədən ibarət olması göstərilməmişdir. Əsası sübuta yetirilməyən bu cümlə formal məzmun daşıyır. Aktın 11-ci bəndində qeyd olunur ki, müəllimlərin şəxsi işlərində tibbi kitabçaları yox idi. Belə ki, direktor tibbi qeydiyyatdan keçmələri üçün müəllimlərə verildiyini bildirmişdir. Yuxarıda qeyd olunan təlimata əsasən məktəbin tədris-pedaqoji sənədləri şagirdin şəxsi işindən, sinif jurnalından, maraq üzrə kurs məşğələlərinin jurnalından günüuzadılmış qrupun jurnalından, orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabından, əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabından, pedaqoji işçilərinin şəxsi heyətinin uçotu kitabından, məktəbin pedaqoji şurasının protokolu kitabından, məktəb üzrə əmr kitabından, buraxılan və əvəzedilən dərslərin uçotu kitabından ibarətdir. Aydındır ki, məktəbin tədris-pedaqoji sənədlərinə “müəllimin şəxsi işi” adlı sənəd daxil deyil. Şəxsi iş şagirdlərə məxsus olur və təlimatın birinci bəndinə əsasən şagird məktəbdən gedərkən onun şəxsi işinə hər il aparılan tibbi müayinələrin nəticələrinə əsasən doldurulan tibbi arayış (səhhətinin vəziyyəti haqqında məlumat) qoyulur. Pedoqoji işçilər barədə məlumatlar isə “Pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı” adlı sənədə qeyd olunur. Təlimatın eyni adlı 7-ci bəndində isə tibbi kitabçalar barədə hər hansı qeyd yoxdur, tibbi məlumatlar barədə qeydlər aparılması göstərilməmişdir. Aktın 12-ci bəndində qeyd olunur ki, tam orta təhsil haqqında attestatların verilməsi kitabında 1 nəfər attestatını götürməsi barədə imza etməmişdir. İddiaçı isə bildirmişdir ki, attestatlar şagirdlərə vaxtında verilmiş, attestatın verilməməsi barədə nə məktəbə, nə də üst qruma heç bir şikayət daxil olmamışdır. Tərtib olunmuş təhvil-təslim aktında məktəbdə hər hansı bir tam orta təhsil haqqında attestatın olmağı göstərilməmişdir. Məhkəmə qeyd edir ki, aktın 10-cu bəndində olduğu kimi 12-ci bənddə qeyd olunan halın təkzib edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunsa da, cavabdeh tərəf də qeyd edilən nöqsanın mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, aktda nöqsan barədə ətarflı məlumatlar ( şagirdin kimliyi, attestasının verilməli olduğu tarix və s.) göstərilməmişdir. Aktın 13-cü bəndində qeyd olunur ki, fənn metodbirləşmə rəhbərlərinin fəaliyyətinə dair heç bir sənədləşmə işi yoxdur. Aktın 14-cü bəndində qeyd olunur ki, göndərilən və daxil olan sənədlər çox səliqəsiz, qaydalara uyğun olmayan formada yazılmışdır. Aktın 15-ci bəndində qeyd olunur ki, daxil olan və göndərilən sənədlər qaydalara uyğun şəkildə saxlanılmır. Məhkəmə qeyd edir ki, aktda fənn metodbirləşmə rəhbərlərinin fəaliyyətinə dair sənədləşmənin hansı sənədlərdən ibarət olduğu müəyyən olunmur. Məktəbin tədris-pedaqoji sənədlərin nələrdən ibarət olması Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 mart 1994-cü il tarixli 187 nömrəli əmri ilə təsdiq edilmiş “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında təlimat”da tam əksini tapmışdır ki, aktda qeyd edilən adda sənəd bu təlimatda əksini tapmamışdır. 14 və 15-ci bəndlərdə hansı sənədlərdən və hansı qaydalardan söhbət getdiyi, konkret hansı nöqsanlara yol verildiyi aydın deyil, qüsurlar aydın göstərilməmişdir. Aktın 16-cı bəndində dərnək məşğələlərinə baxış keçirən zaman kimya dərnək məşğələsində 1 nəfər, musiqi dərnək məşğələsində 3 nəfər şagird iştirak edirdi. Dərnək məşğələlərinin jurnalları təqdim edilmədi. İddiaçı bu halla bağlı bildirmişdir ki, yoxlanış zamanı bütün müəllimlər o cümlədən məktəb direktoru və digər idarəedici heyət yoxlama ilə bağlı izahat və digər işlərə cəlb edildiyi üçün yalnız həmin gün yəni 13 oktyabr 2023-cü il tarixdə şagirdlərin davamiyyəti ilə məşğul olaraq mümkün olmamışdır. Jurnallar Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru tərəfindən 11 oktyabr 2023cü il tarixdə iş vaxtının sonunda məktəbə təhvil verilmiş, 13 oktyabr 2023-cü il tarixdə saat 9.00 radələrində məktəbdə yoxlama aparılmağa başlanılmış, jurnalların hazır şəkildə təqdim edilməsi tələb edilmişdir. Halbuki, 12 oktyabr 2023-cü il tarixdə saat 8.00-dan- 16.00- a qədər yəni 8 saat (nahar fasiləsi) daxil olmaqla bir ay ərzində yazılmalı olan jurnalı göstərilən müddət ərzində yazılması fiziki cəhətdən mümkün deyildir, nəzərə alınmalıdır ki, məktəbdə 90-na yaxın müəllim işləyir və onlar hər biri bir ay ərzində olan dərs mövzularının jurnallara işləməlidirlər. Bu da iddiaçıya qarşı qərəzin olmasının bariz nümunəsidir. Məhkəmə aktın 3-cü bəndinə münasibətdə qeyd edildiyi kimi, iş günü ərzində məktəbə yoxlanışların aparılması və məktəbə dair bir çox sənədlərin araşdırılması, işçi heyətinin izahatların alınması cəlb edilməsi səbəbindən həmin gün ərzində dərnəklərdə davamiyyətin aşağı olması ağlabatandır. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 04.08. 2017ci il tarixli 238 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası”nın 6-cı bəndinə əsasən dərnəklər şagirdlərin könüllülüyü əsasında təşkil olunur. Həmin qaydaların 10-cu bəndinə əsasən dərnəklər dərsdənkənar vaxtlarda və direktor tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır. Dərnəklərin fəaliyyəti yerli təhsili idarəetmə orqanlarının təsdiq etdiyi illik plan əsasında təşkil olunur. Dərnək məşğələləri və şagirdlərin davamiyyəti müvafiq jurnalda qeyd edilir. Yuxarıda qeyd edilən qaydalarda şagirdlərin dərnəklərdə məcburi iştirakının təmin edilməsi kimi imperativ norma müəyyən edilmədiyi halda, bu halın iddiaçının əmək müqaviləsinə xitam verilməsi əsası göstərilməsi qanunla yolverilən deyil. Aktın 17-ci bəndində qeyd olunur ki, dərsdənkənar məşğələlərin cədvəli və jurnalları təqdim edilmədi. Aktın 18-ci bəndində qeyd olumuşdur ki, sinif jurnalları işlənilməmiş, belə ki, müəllimlər jurnalların onlara xx.xx.2023-cü il tarixdə təqdim edildiyini bildirmişdir. Aktın 19-cu bəndində məktəb direktoru tərəfindən dərslərin dinlənilməsinə aid heç bir sənəd təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, aktın 1-ci bəndinə aktı tərtib edənlər dərs cədvəlinin mövcud olmamasını deyil, görünən yerlərdən asılmamasını qeyd etmişdir. İddiaçı isə bildirir ki, dərsdən kənar məşğələlərin cədvəli tərtib edilərək dərs cədvəli guşəsindən asılmışdır. Jurnallar yoxlamadan bir gün əvvəl təqdim edildiyi üçün 7 saat ərzində müəllimlər tərəfindən yazılması mümkün olmamışdır. Dərsdən kənar məşğələnin cədvəli faktiki olaola aktda qərəzli olaraq yox kimi göstərilmişdir. Bunu təsdiq edən cədvəlin kserosurətini məhkəməyə təqdim edir. Bir daha qeyd etmişdir ki, yuxarıda göstərilən kimi Jurnallar Goranboy - Naftalan rayonları üzrə təhsil sektoru tərəfindən 11 oktyabr 2023-cü il tarixdə iş vaxtının sonunda məktəbə təhvil verilmiş, 13 oktyabr 2023-cü il tarixdə saat 9:00 radələrində məktəbdə yoxlama aparılmağa başlanılmış, jurnalların hazır şəkildə təqdim edilməsi tələb edilmişdir Məhkəmə qeyd edir ki, iş materiallarında iddiaçı tərəfindən təqdim olunmuş dərs cədvəlləri və dərsdənkənar məşğələlərin cədvəlləri mövcuddur. İddiaçı tərəfindən təqdim olunan bu sənədlər sonradan tərtib olunma ehtimalları olduğundan mötəbər sübut kimi qəbul edilə bilməsə də, nəzərə alınmalıdır ki, bu cədvəllərin tərtibinə dair elə imperativ qayda müəyyən edilməmişdir ki, həmin qayda cədvəllərin yoxlama aparılan dövrdən əvvəl tərtib olunmasını sübut etsin. Yəni bu cədvəllər yoxlama aparıldıqdan sonra tərtib oluna biləcəyi kimi, yoxlamadan öncə də tərtib olunmuş ola bilər. Məhkəmə iddiaçıya münasibətdə əsaslı şübhədən kənar sübut prinsipini tətbiq etdiyi halda cavabdehin sənədlərinə də eyni prinsipdən yanaşmalıdır. Belə ki, aktı tərtib edən şəxslərin yoxlama qrupunun üzvləri olması səbəbindən onlar tərəfindən heç bir başqa vasitə ilə təsdiq edilmədən bir cümlədə cədvəl və jurnalların təqdim edilməməsini yazmaları birmənalı, mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə aktla bağlı onu da qeyd edir ki, aktda yoxlama komissiyasının üzvlərindən başqa məktəbin işçi heyətindən yeganə təsərrüfat işləri üzrə direktor müavini tərəfindən imzalanmışdır ki, həmin müavin aktda qeyd olunan və yoxlamalar aparılan bir çox məsələ üzrə səlahiyyətli şəxs olmamışdır. Onun aktda qeyd olunan bir çox sənədlərin qaydalara uyğun olmaması barədə təsdiq imzası bu sənədlərin həqiqətən də düzgün tərtib edilməməsinə dəlalət etməməlidir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 mart 1994-cü il tarixli 187 nömrəli əmri ilə təsdiq edilmiş “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında təlimat”a əsasən maliyyə-təsərrüfat sənədlərinə aiddir: Məktəbin texniki pasportu, əsas vəsaitlərin inventar siyahısı, materialların anbar uçotu kitabı, müəssisənin ehtiyacı üçün materialların verilməsi cədvəli, istismarda olan ucuz qiymtəli və tez işlənən əşyaların hərəkətinin operativ (miqdarca) uçotu cədvəli, məktəbin kitabxana fondunun inventar kitabı. Göstərilən sənədlər əmlakın bütövlüyünə və mühafizəsinə, onlardan düzgün istifadə olunmasınaməsul şəxslər tərəfindən aparılır (təsərrüfat müdirləri, direktorun təsərrüfat işi üzrə müavini, kabinet müdirləri, bədən tərbiyəsi müəllimləri, hərbi rəhbərləri, məktəbyanı internat müdirləri, kitabxanaçıları və s.). Göründüyü kimi təsərrüfat işləri üzrə müavin aktda barəsində yoxlama aparılan sənədlərin qaydalara uyğun olub-olmamasını barədə məlumatlı olmaması ağlabatandır. Bundan əlavə olaraq Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyi tərəfindən Goranboy- Naftalan rayonları üzrə təhsil sektorunun Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış məktubda 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməyən Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin ibtidai sinif müəllimi X10 təkrar sertifaktlaşdırmadan keçməmiş hesab edildiyi, X10 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 56 təqvim günü əmək məzuniyyətində olduğu halda məktəb direktoru İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verdiyi, yenidən məktəb direktorunun xx.xx.2023-cü il tarixdən müəllim ilə əmək məzuniyyəti bitənədək müddətli əmək müqaviləsi bağladığı qeyd olunur. Lakin bütün bu halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbinin əsaslılığını sübut etmək vəzifəsi daşısa da, nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı). Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. Bu baxımdan məhkəmə heç bir sübutla təsdiq olunmadan arayışda qeyd edilən halların həqiqiyi iş materialları ilə müəyyən olunmamış, Həmkarlar İttifaqı Komitəsinin iclasında arayışda qeyd edilən halların ətraflı müzakirəsi, komitəyə məktubdan əlavə hansı sübutların təqdim olunması müəyyən edilməmişdir. Arayışda istinad olunan növbəti hal X3 xx.xx.2023-cü il tarixdən Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsinə baxmayaraq məktəb rəhbərliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmrini icra etməkdən imtina etməsi göstərilmişdir. İş materiallarında olan sübutlardan müəyyən olunur ki, Goranboy Rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X9 məktəbin direktoru İddiaçı xx.xx.2023-cü il tarixli əmri ilə vəzifəsindən azad olunmuş, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli əmri ilə İddiaçı əmri ləğv edilmiş və X9 əvvəlki vəzifəsinə bərpa edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli əmrlə X9 barəsində verdiyi əmrin əsaslı olduğu üçün X3 məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa olunmasının mümkün olmadığı qeyd olunmuşdur. Belə ki, iş materiallarında məktəbin işçi heyətinin məktəbin direktoruna ünvanlanmış çoxsaylı ərizələrdə və tərtib olunmuş aktlarda X3 müxtəlif tarixlərdə icazəsiz iş yerini tərk etdiyi, məktəbdə işin normal ahəngini ciddi pozduğu, işçilər barədə kobud rəftarlara yol verdiyini və öz vəzifələrini lazımınca yerinə yetirməməklə yanaşı müəllim və digər işçilərin öz vəzifələrini icra etmələrinə maneələr yaratdığı qeyd olunmuşdur. Məhkəmə onu da qeyd edir ki, məktəbin direktoru İddiaçı xx.xx.2023-cü il tarixli 6 nömrəli əmri ilə məktəbdə tədrisin təşkili, müəllimlərin proqram və gündəliklərinin yazılması, müəllimlərin elmi, pedoqoji və metodiki hazırlığına nəzarət etmək, təlim-tərbiyə və metodiki işləri təşkil etmək, tədris metodiki sənədlərin işlənib hazırlanmasına və onların keyfiyyətinə nəzarət etmək, fənn metodbirləşmə rəhbərlərinin işinə nəzarət etmək, fənn olimpiadalarının təşkilinə nəzarət etmək, qabaqcıl təcrübənin öyrənilməsi və yayılmasına nail olmaq, müəllimlərin dərslərini dinləyib, müzakirə edib, nəticə çıxarmaq, təlimin keyfiyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin artırılmasına nail olmaq, şagirdlərin biliyinin qiymətləndirilməsinin uçotunu aparmaq, buraxılış siniflərində imtahanların nəticələrini təhlil etmək və qiymətləndirmək,fənlər üzrə kiçik summativ qiymətləndirmə və böyük summativ qiymətləndirmələrin vaxtında yerinə yetirilməsinə nəzarət etmək, tədris planı əsasmda dərs cədvəlini tərtib edib ona düzgün əməl edilməsinə nəzarət etmək, sinif jurnallarına nəzarət etmək, fənn müəllimləri tərəfindən sinif jurnallarının aparılması vəziyyətini yoxlamaq,sinif jurnallarının qorunub saxlanması və kənar müdaxilələrdən müahifizə etmək, açıq dərslərin təşkilinə rəhbərlik etmək, dərsdənkənar məşğələlərin təşkilinə və tədrisinə nəzarət etmək məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X5 tapşırılmışdır. Əmrdən aydın olur ki, sözügedən tam orta məktəbdə aparılmış yoxlama zamanı nöqsanlar olduğu qeyd edilən bir çox pedoqoji işlər və sənədlərin qaydasında olmasına nəzarət X5 həvalə olunmuşdur ki, öz əmək funskiyalarını düzgün icra etmədyi əsası ilə iddiaçının əmri ilə vəzifəsindən azad edilmişdir. Halbuki Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi qeyd olunanlara baxmayaraq iddiaçının əmrini ləğv etmiş və X3 vəzifəsinə bərpa edilməməsini iddiaçının yol verdiyi nöqsan olaraq qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi məktəbdə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir. Belə ki, iddiaçının işdən çıxarılmasına əsas təşkil edən monitorinq aktında pozuntu kimi göstərilən yuxarıda gösğərilən hallardan bəzilərinin mövcudluğu məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, işəgötürən iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və məhkəmənin qənaətinə görə iddiaçının yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamış, istinad olunan pozuntuların bəziləri isə onun işdən çıxarılmasına əsas verəcək qədər ciddi olmamışdır. Məhkəmə mülki işin bütün materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sübutlar iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin yeganə yetərli əsası kimi çıxış edə bilməz. Belə ki, aktın bütün bəndləri məhkəmə tərəfindən tərəflərin təqdim etdikləri yazılı sübutlar və onların izahatları ilə araşdırılmışdır. Aktın bəndləri və bu akta əsaslanaraq cavabdeh tərəfindən Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış məktubda qeyd edilənlər əsassız və ya qeyri-müəyyən qaydada yazılmış, təsdiq edilməsi mümkün olmayan hallardır. Məsələn, bəzi sənədlərin təqdim edilmədiyi qeyd olunur ki, iddiaçı tərəfindən həmin sənədlər məhkəməyə təqdim olunmuşdur. Bu sənədlərin yoxlama komissiyasına təqdim edilməməsi barədə həmin komissiya üzvlərinin qeydi məhz həmin üzvlərin araşdırılması mümkün olmayan mülahizəsidir. Belə ki, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Hazırda iş materiallarında mötəbər sübut kimi araşdırılmış və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin əsaslı olduğu birmənalı təsdiq edən sübutlar mövcud deyil. Halbuki yuxarıda qeyd olunan ormanın tələbinə əsasən cavabdeh əmək müqaviləsinə xitam verilməsini əsaslandırmalı idi. İş matüeriallarında bu hala dair sübut qismində araşdırılması mümkün olan yeganə sənədlər məktəbdə aparılan yoxlamanın nəticəsində tərtib edilmiş akt olmuşdur ki, yuxarıda bu aktın cavabdehin əmrinin yeganə əsası olaraq qəbul edilməsinin yolverilməzliyi kifayət qədər əsaslandırılmışdır. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində verdiyi əmrin qanuni əsası mövcud deyil, iddia tələbi əsaslıdır, buna görə də təmin olunmalı, Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair 3-29/3- 1-1416K/2023 saylı xx.xx.2023 saylı əmri ləğv edilməli, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və ona xx.xx.2023-cü il tarixdən hesablanmaqla məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Elm və Təhzil Nazirliyinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair 3-29/3-1-1416K/2023 saylı xx.xx.2023 saylı əmri ləğv edilsin. Cəfərova X11 Rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbin direktor vəzifəsinə işə bərpa olunsun və ona xx.xx.2023-cü il tarixdən hesablanmaqla məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar