Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1071/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə obyektinin boşaldılması və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı icarə obyektinin boşaldılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.12.2016-cı il tarixli icarə müqaviləsinin tələblərinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq əvvəlki vəziyyətdə İddiaçı təhvil verilməsi, qətnamə icra olunanadək əldə çıxmış faydaya görə hər ay 2000 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizə ilə müraciət edərək, iddianın əldən çıxmış fayda hissəsində cavabdehdən onun xeyrinə 2022-ci ilin yanvar, fevral və mart ayları üzrə hər ay 2000 manat olmaqla, cəmi 6000 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Bakı şəhərində Cavabdeh ilə arasında imzalanmış müqaviləyə əsasən 24.12.2016-cı il tarixdən 23.12.2021-ci il tarixədək, Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyi-yaşayış sahəsi cavabdehə icarəyə verilmişdir. 24.12.2016-cı il tarixli icarə müqaviləsinin 9-cu maddəsinə görə, icarəçi icarə müddəti bitdikdən sonra icarəyə götürdüyü sahəni əvvəlki vəziyyətdə icarəyə verənə qaytarmağı öz öhdəsinə götürür. Müqavilənin müddətinin bitməsindən 1 ay keçmiş olmasına baxmayaraq, cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi ona təhvil verilməmişdir. Tərəfindən 02.11.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət olunmuş, müqavilənin müddətinin uzadılmayacağına dair məlumat verilmiş və 23.12.2021-ci il tarixədək qeyri-yaşayış sahəsinin əvvəkli vəziyyətində təhvil verilməsi tələb olunmuşdur. 30.11.2021-ci il tarixdə qeyi-yaşayış sahəsinin 03.01.2022-ci il tarixdən etibarən yenidən icarəyə verilməsinə dair yeni icarəçi X2 arasında müqavilə imzalanmış, lakin xəbərdarlıq olunmasına baxmayaraq qeyriyaşayış sahəsinin cavabdeh tərəfindən təhvil verilməməsi səbəbi ilə onun tərəfindən öhdəliyini icra etmək mümkün olmamış və əldə olunacaq faydadan məhrum olmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmsını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, iddia əsassızdır, iddiaçı ilə müqavilə bağlamamış və onu tanımır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. 24.12.2016-cı il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, “icarəyə verən” İddiaçı (X3-nümayəndəsi) Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsini 23.12.2021-ci il tarixədək 500 manat aylıq icarə haqqı ödəmək şərti ilə “icarəçi” Cavabdeh icarəyə vermişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən Cavabdeh ünvanlanmış İcarə müqaviləsinin müddətinin uzadılmamasına dair ərizənin surətindən görünür ki, 24.12.2016-cı il tarixli icarə müqaviləsinin uzadılmaması barədə və icarəyə verilmiş qeyriyaşayış sahəsinin təhvil verilməsi bildirilmişdir. 30.11.2021-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, “icarəyə verən” İddiaçı (X3-nümayəndəsi) Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsini 03.01.2022-ci il tarixədək 2000 manat aylıq icarə haqqı ödəmək şərti ilə “icarəçi” X1 icarəyə vermişdir. İcarə müqaviləsinin 03.12.2022-ci il tarixdə qüvvəyə minməsi qeyd edilmişdir. Araşdırma zamanı Cavabdeh ilə İddiaçı arasında bağlanmış 24.12.2016-cı il tarixli icarə müqaviləsinin tərəflərin imzası ilə rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Tərəflər şüurlu səviyyədə öz iradə ifadələrini bildirməklə qeyd edilən icarə müqaviləsini imzalamışlar. Qeyd olunan müqaviləyə əsasən müqavilənin bitmə vaxtı 23.12.2021-ci il tarixidir. Cavabdeh tərəf müqavilə üzrə üzərinə götürdüyü öhdəliləri yerinə yetirməmiş və bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 704.1-ci maddəsinə əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunan qanunvericiliyin normalarını əsas götürərək məhkəmə qeyd edir ki, cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsini boşaldaraq, müqavilədə nəzərdə tutulan qaydada əvvəlki vəziyyətdə İddiaçı təhvil verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Məhkəmə iddianın əldən çıxmış fayda hissəsində cavabdehdən onun xeyrinə 2022ci ilin yanvar, fevral və mart ayları üzrə hər ay 2000 manat olmaqla, cəmi 6000 manatın ödənilməsi hissəsində qeyd edir ki, iş materiallarına əlavə edilmiş 30.11.2021-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, iddiaçı digər şəxslə qeyd edilən əmlakın icarəyə verilməsinə dair müqavilə bağlamış və həmin müqavilədə aylıq icarə haqqı 2000 manat qeyd edilmişdir. Cavabdeh müqavilə üzrə nəzərdə tutulan qaydada və müddətdə icarə predmeti olan əmlakı təhvil verməməsi səbəbindən, iddiaçı real əldə edə biləcək gəlirlərdən məhrum olmuşdur. Odur ki, həmin əldən çıxmış faydanın əvəzi, yəni 2022-ci ilin yanvar, fevral və mart ayları üzrə hər ay 2000 manat olmaqla, cəmi 6000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki müqavilənin qüvvədə olma müddəti başa çatdığına görə Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmalı, müqavilədə nəzərdə tutulan qaydada cavabdeh tərəfindən boşaldılaraq əvvəlki vəziyyətdə İddiaçı təhvil verməlidir. İcarə müqaviləsi üzrə götürülmüş öhdəlik yerinə yetirilmədiyinə görə, əldən çıxmış faydanın əvəzi olaraq 2022-ci ilin yanvar, fevral və mart ayları üzrə hər ay 2000 manat olmaqla, cəmi 6000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehə aid edilməsi qənaətinə gəlir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əldən çıxmış faydanın əvəzi olaraq 2022-ci ilin yanvar, fevral və mart ayları üzrə hər ay 2000 manat olmaqla, cəmi 6000 (altı min) manat məbləğində pul və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsini boşaltsın və əvvəlki vəziyyətdə İddiaçı təhvil verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-1071/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1071/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver