Məhkəmə qərarları › İş №e-2(005)-1081/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1081/2023

17.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1081/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi (Nərimanov rayon Qeydiyyat şöbəsi və Göygöl rayon (Xanlar) Qeydiyyat şöbəsi maraqlı şəxs qismində göstərilməklə) doğum və ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X13 (Nərimanov rayon Qeydiyyat şöbəsi və Göygöl rayon (Xanlar) Qeydiyyat şöbəsi maraqlı şəxs qismində göstərilməklə) doğum və ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X1 xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikasında doğulması, anasının milliyətcə azərbaycanlı xx.xx.1941-ci il təvəllüdlü Ərizəçi, atasının-milliyətcə azərbaycanlı, XX.XX.1930-cu il təvəllüdlü X8 olması faktının müəyyən olunması, xx.xx.1965-ci il təvəllüdlü X1 xx.xx.1993cü il tarixdə cinayət hadisəsi nəticəsində kəllə sümüyünün beyin qişasının batması, beyin qan sızması səbəbindən dolayı Göygöl (keçmiş Xanlar rayonu) rayonunda vəfat etməsi faktının müəyyən edilməsi, doğum və ölüm haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin Ədliyyə Nazirliyi Göygöl Rayon və Nərimanov Rayon Qeydiyyat şöbələrinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, torpağa daşınmaz əmlakın reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş verilərək qeyd edilmişdir ki, Göygöl şəhəri ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Bildirilmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair təqdim edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Ərazi İdarəsinin elektron xəritə məlumatlarında öz əksini tapmamış və faktiki torpaq sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 307 saylı Arxiv çıxarışından görünür ki, Xanlar Rayon Xalq X7 Heyətinin xx.xx.1992-ci il tarixli, 09 saylı qərarı əsasında oğlu X2 fərdi yaşayış evi tikintisi üçün Heyvandarlıq sovxozunun ərazisindən fərdi yaşayış evi tikintisi üçün 0.06 ha torpaq sahəsi verilmiş, qərara əlavə edilmiş siyahıda mərhum oğlunun adı qeydə alınmışdır. X1 əmlakını faktiki olaraq o qəbul etmişdir. Nəsimi Rayon qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, yoldaşı X8 xx.xx.2009-cu il tarixdə beyin qan dövranının kəskin pozulması nəticəsində vəfat etmişdir. Azərbaycan Respublikası Prokurorluğunun xx.xx.1994-cü il, 06/8336 saylı məktubundan görünür ki, mərhum Zahid Əliyevin başqa şəxslər tərəfindən qəsdən öldürülməsi ilə bağlı mərhum həyat yoldaşı Məmmədxan Əliyev prokurorluğa müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, torpaq sahəsinin yerləşdiyi ərazi Xanlar şəhəri olmaqla fərdi yaşayış evi tikmək üçün ayrılmış 600 kv. m sahəsi olan torpaq sahəsi Ərizəçi adınadır. Həmçinin orada qeyd olunmuşdur ki, torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsinə əsas Xanlar Rayon XDS-nin xx.xx.1992-ci il tarixli, 09 saylı qərarıdır. Torpaq sahəsi ilə bağlı tərtib edilmiş plan və ölçü xx.xx.2010-cu il tarixdə 1597 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. Oğlundan qalan mirası faktiki olaraq qəbul etmiş və İ növbəli yeganə vərəsədir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişi alan kimi də dərhal Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(114)-2864/2022 saylı sərəncamla ona rəsmi qaydada müraciət edərək bildirmişdir ki, ərizəyə X1 ölüm haqqında şəhadətnaməsi və ona məxsus əmlaka münasibətdə vərəsəlik şəhadətnaməsi əlavə edilməmiş, bu səbəbdən iddia mümkün sayılmamış və o oğlundan miras qalmış əmlak üzərində öz mülkiyyət hüquqlarını qeydə ala bilməmişdir. Hazırda oğlundan miras qalmış əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün mərhum oğlu X1 doğum və ölüm şəhadətnaməsi lazımdır. Maraqlı şəxs2 xx.xx.2022-ci il tarixli, 457 saylı imtina ərizəsində qeyd olunmuşdur ki, Maraqlı şəxs2, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində X2 dair 1990-1996-cı illər üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Eyni qaydada Maraqlı şəxs2 xx.xx.2023-ci il tarixli, 4 saylı imtina ərizəsində qeyd olunmuşdur ki, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Cinayət nəticəsində qətlə yetirilmiş mərhum oğlu X1 bütün sənədlərini aparıb onun qəbrində basdırmışdır. Ucar Rayon Xalq Məhkəməsinin 1996-cı il hökmü ilə müəyyən olunmuşdur ki, X5 təqsirləndirilən X3 zərbəsindən yıxılaraq başı daşa dəymiş və aldığı xəsarətdən xx.xx.1993-cü il tarixdə Xanlar Rayon Mərkəzi xəstəxanaya daxil olmuş və həmin gün də xəstəxanada ölmüşdür. xx.xx.1993-cü il tarixli Məhkəmə-Tibb Ekspertizasının rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, X1 meyidində başın sağ kəllə sümüyünün beyin qişasının batması, beyinə qansızma xəsarətləri aşkar olunmuşdur. Daha sonra Ərizəçi nümayəndəsi X11 tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək, X1 xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikasında doğulması, anasının milliyətcə azərbaycanlı xx.xx.1941-ci il təvəllüdlü Ərizəçi, atasının-milliyətcə azərbaycanlı, XX.XX.1930-cu il təvəllüdlü X8 olması faktının müəyyən olunması, xx.xx.1965-ci il təvəllüdlü X1 xx.xx.1993-cü il tarixdə cinayət hadisəsi nəticəsində kəllə sümüyünün beyin qişasının batması, beyin qan sızması səbəbindən dolayı Göygöl (keçmiş Xanlar rayonu) rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X11 ərizəsinə uyğun izahat verərək, doğum haqqında şəhadətnamənin əslini itirdiklərini, doğumun qeyd edilmə faktının müəyyən edilməsinin ona vərəsəlik işi ilə əlaqədar zəruri sənədlərin rəsmiləşdirilməsi məqsədilə lazım olduğunu bildirmiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxslər məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında təqdim edilmiş: İş üzrə şahid qismində dindirilmiş X9 məhkəmə iclasında ifadə verərək bildirdi ki, X5 onun bacısı oğludur. X5 xx.xx.1965-ci il tarixdə Ermənistan SSR, Tumanyan rayonunun, Böyük Ayrım kəndində doğulmuş və xx.xx.1993-cü il tarixdə cinayət nəticəsində vəfat etmişdir. Dəfndə iştirak etmişdir. 1988-ci il tarixdə onlar Ermənistandan köçmüşdülər. İş üzrə şahid qismində dindirilmiş X6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, X1 anasının əmisi qızıdır. X5 xx.xx.1965-ci il tarixdə Ermənistan SSR, Tumanyan rayonunun, Böyük Ayrım kəndində doğulmuşdur. 1988-ci il tarixdə onlar Ermənistandan köçmüşdülər. 1993-cü il tarixdə X5 cinayət nəticəsində öldürülmüşdür. Dəfndə iştirak etmişdir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 4 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, doğum faktını təsdiq edən sənəd olmadığından aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir; Maraqlı şəxs2 xx.xx.2022-ci il tarixli, 457 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, ölüm faktını təsdiq edən sənəd olmadığından aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir; AA seriyalı, 255948 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1941-ci il tarixdə Ermənistanda doğulmuşdur; Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2864/2022 saylı, xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, ərizəyə X1 ölüm haqqında şəhadətnaməsi və ona məxsus əmlaka münasibətdə vərəsəlik şəhadətnaməsi əlavə edilməmişdir; Ucar Rayon Xalq Məhkəməsinin 1996-cı il tarixli hökmünün surətindən görünür ki, X5 təqsirləndirilən X3 zərbəsindən yıxılaraq başı daşa dəymiş və aldığı xəsarətdən xx.xx.1993-cü il tarixdə Xanlar Rayon Mərkəzi xəstəxanaya daxil olmuş və həmin gün də xəstəxanada ölmüşdür; Məhkəmə-Tibb Ekspertizasının rəyinin surətindən görünür ki, X1 meyidində başın sağ kəllə sümüyünün beyin qişasının batması, beyinə qansızma xəsarətləri aşkar olunmuşdur; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişin surətindən görünür ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair təqdim edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Ərazi İdarəsinin elektron xəritə məlumatlarında öz əksini tapmamış və faktiki torpaq sahəsinin digər şəxslərə məxsus sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə ölmüşdür; Qəbirüstü abidənin fotoşəkilindən görünür ki, abidədə “X14 1965-1993” yazısı əks olunmuşdur; Göygöl rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 307 nömrəli Arxiv arayışının surətindən görünür ki, Xanlar rayon Xalq X7 Heyətinin xx.xx.1992-ci il tarixli, 09 saylı qərarı əsasında X2 fərdi yaşayış evi tikintisi üçün Heyvandarlıq sovxozunun ərazisindən fərdi yaşayış evi tikintisi üçün 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1960-cı il tarixdə Ermənistanda doğulmuş, ata qrafasında “X8”, ana qrafasında Ərizəçi” qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, X5 xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş və xx.xx.1993-cü il tarixdə cinayət hadisəsi nəticəsində Göygöl rayonunda (keçmiş Xanlar rayonu) vəfat etmişdir. Ərizəçi oğlunun doğum və ölümü haqqında şəhadətnamə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1, 307.2.3, 308 və 311ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, həmçinin onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktın müəyyən edilməsindən asılı olduğundan Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən ərizəçinin məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 16-cı bəndinə görə, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 13-cü bəndə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir (18-ci bənd). Həmin Müddəaların 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, ərizəçi müvafiq ərizə ilə seçdiyi yer üzrə qeydiyyat orqanına müraciət etməli və müvafiq qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər (sənədlərin əsli) olduğu təqdirdə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qeydiyyat şöbəsi tərəfindən həyata keçirilməli, sənədlərin əsli olmadığı təqdirdə isə doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmənin qənaətinə görə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara və şahid ifadəsinə əsasən baxılan mülki iş üzrə hüquq haqqında mübahisə olmadığından və sənədlərin əsli olmaması səbəbindən qeydin bərpasının qeydiyyat şöbələri tərəfindən həyata keçirilməsi mümkün olmadığından, yəni hüquq müəyyənedici sənədi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Məhkəmə, təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 xx.xx.1965-ci il tarixdə, Ermənistan SSR, Tumanyan rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilməlidir. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Əliyev”, adı “Zahid”, ata adı “Məmmədxan”, doğum tarixi “xx.xx.1965-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Tumanyan rayonu”, ata qrafasında “X8, milliyyəti azərbaycanlı”, ana qrafasında “Ərizəçi, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Həmçinin xx.xx.1965-ci il təvəllüdlü X1 xx.xx.1993-cü il tarixdə Göygöl rayonunda (keçmiş Xanlar rayonu) ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 xx.xx.1965-ci il tarixdə Ermənistan SSR, Tumanyan rayonunda doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Əliyev”, adı “Zahid”, ata adı “Məmmədxan”, doğum tarixi “xx.xx.1965-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Tumanyan rayonu”, ata qrafasında “X8, milliyyəti azərbaycanlı”, ana qrafasında “Ərizəçi, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. xx.xx.1965-ci il təvəllüdlü X1 xx.xx.1993-cü il tarixdə Göygöl rayonunda (keçmiş Xanlar rayonu) ölməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar