Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1085/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İlk İddiaçı Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin İddiaçı qarşı “maddi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən onun xeyrinə 9125 (doqquz min yüz iyirmi beş) manat, eləcə də hazırkı iddia tələbinin qaldırılması üçün ödənilmiş 113 (bir yüz on üç) manat dövlət rüsumunun, cəmi 9238 (doqquz min iki yüz otuz səkkiz) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Eyni zamanda, Cavabdeh MMC İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 07 aprel 2019-cu il tarixli müqaviləyə uyğun olaraq cəmiyyətin təsisçisi olan X2 mülkiyyətində olan “X5” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə xərclənmiş olan 3200 (üç min iki yüz) manat pulun, inzibati cərimələrin və penyaların ödənilməsi üçün ödənilmiş 1378,20 (bir min üç yüz yetmiş səkkiz manat iyirmi qəpik) manat, cəmi 4578,20 (dörd min beş yüz yetmiş səkkiz manat iyirmi qəpik) manat pulun və hazırkı iddia tələbi üçün ödənilmiş 66 (altmış altı) manat dövlət rüsumunun cavabdeh İddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 aprel 2019-cu il tarixdə onunla Cavabdeh MMC arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyəverən 3 il ərzində ona məxsus “X5” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili icarəyə verir, o isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edərək, ona 1 (bir) təqvim günü müddətinə icarə üçün 25 (iyirmi beş) manat, 100 (yüz) manat isə 5 həftə əlavə verməyi öhdəsinə götürmüşdür. Əlavə olaraq, müqaviləyə əsasən 3 (üç) il müddətinə icarə haqqı ödənildikdən sonra ona həmin nəqliyyat vasitəsini özəlləşdirilməyə icazə verilmişdir. Lakin, onun tərəfindən bütün öhdəliklərin icra olunmasına baxmayaraq, cavabdeh avtomobili alıb, buna bəhanə olaraq isə avtomobilin cərimə meydançasına yerləşdirilməsini bildirmişdir. Halbuki 07 aprel 2019-cu il tarixli müqavilənin 2.1-ci bəndində göstərilən öhdəlikləri arasında belə bir bənd olmamışdır. Buna görə də, hal-hazırda tərəfindən müqaviləyə əsasən ödənilən 9125 (doqquz min yüz iyirmi beş) manatın cavabdehdən alınaraq ona ödənilməsi zərurəti vardır. Həmçinin, hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi 100 (bir yüz) manat məbləğində pul vəsaitini dövlət büdcəsinə onun tərəfindən ödənilmişdir. Hhesab edir ki, bu məbləğ də cavabdehdən onun xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 07 aprel 2019-cu il tarixli müqaviləyə uyğun olaraq iddiaçı Cəmiyyətin təsisçisi olan X2 mülkiyyətində olan “X5” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüş, icarə haqqını gündəlik 25 manat olmaqla, depozit olan 1500 manat pulu da 100 AZN əlavə olunmaqla ödəniş edilməsini öhdəsinə götürür. Müqavilənin qüvvədə olma müddəti 3 il olmaqla 07 aprel 2022-ci ilədək qüvvəddə olmaqla bağlanmışdır. Lakin müqavilənin şərtlərinə əsasən icarəçi gündəlik icarə haqqını, əlavə depozit pulunun ödənilməsini və avtomobili saz vəziyyətdə saxlamağı və təyinatı üzrə yalnız xidməti ehtiyacları üçün istifadə edilməsini öhdəsinə götürsə də (müqavilənin 2.1.2, 2.1.3, 2.1.4-cü bəndləri) öhdəliyi lazımi qaydada icra etməmişdir. İddiaçının müqavilə üzrə olunmuş ödənişlərin əsası kimi Cəmiyyətdən 9125 manat və hazırkı iddiaya görə ödənilmiş 113 manat dövlət rüsumunu, cəmi 9238 manat pul vəsaitini tələb etməsi abdurddur. Çünki iddiaçı üzərinə götürdüyü öhdəliyin şərtlərini kobud qaydada pozduğundan müqavilənin qüvvədə olma müddəti gözlənilmədən Cəmiyyətin təsisçisi kimi ondan avtomobilin alınması üçün aidiyyəti orqanlara müraciət edərək DYPİ-nin əməkdaşları sayəsində avtomobilin yeri müəyyən edilərək cərimə meydançasına gətirilmişdir. İddiaçı avtomobilin icarə haqlarını ödəməmiş, avtomobili yararsız hala salmış, avtomobili aşırdaraq onu nasaz vəziyyətə salmış, avtomobilin real nəqliyyat vasitəsi kimi istifadə edilməsi təhlükə altında olmuşdur. Ona görə də Cəmiyyət həmin əmlakın dəyərinin tam itirilməməsi və iddiaçının müqavilənin şərtlərini tam pozaraq gündəlik icara haqqının, depozit pulunun ödənilməməsi baxımından avtomobili iddiaçının əlindən almışdır. Yararsız hala salınmış avtomobilin iddiaçının əlindən alınması üçün Cəmiyyətin tam haqqı var. Çünki müqavilənin şərtləri ilə iddiaçı tanış olaraq məlumatlandırılmış, hətta həmin bəndi ayrıca iddiaçı özü imzalamışdır. Bundan başqa, iddiaçının 3 illik qüvvədə olan müqavilənin icarə haqqını ödəmədiyi halda Cəmiyyətdən 9238 manat pul vəsaitini tələb etməsi də qanunsuz və əsassızdır. 9125 manat ödənişin olunmasını təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iddiaçı Cəmiyyətin təsisçisi Vüsal Məmmədova məxsus avtomobili icarəyə götürmək adı ilə Cəmiyyətin ona verdiyi gündəlik müştəriləri mənzil başına aparmaqla gündəlik gəlir əldə etmişdir. Lakin Cəmiyyətin ona verdiyi gündəlik müştərilərə nəqliyyat xidməti göstərsə də, Cəmiyyətə ödənilməli olan gündəlik icarə ödənişlərini etmədiyi halda necə olur ki, olunmayan ödənişləri Cəmiyyətdən tələb edir. Avtomobilin cavabdehdən alınmasının əsas şərtlərindən biri cavabdehin üzərinə götürdüyü öhdəliyi pozması, avtomobili saz vəziyyətdə saxlamaması, təyinatına uyğun istifadə etməməsi olmuş, avtomobili yol hərəkəti qaydalarına riayət etmədən idarə etmişdir. Avtomobil satılarkən avtomobilin qanuna uyğun idarə edilməməsi nəticəsində böyük məbləğdə yığılmış cərimələrin, dəbbə pullarının yığılması müəyyən edilmişdir. Hətta cəmiyyətin təsisçisi tərəfindən həmin ödənişlər DYPİ-nə ödənilmişdir. Bundan başqa, avtomobil cavabdehdən alınarkən avtomobilin xarici görünüşündə olan gözlə görünən qüsurlar aşkar olunmuş, panarama luku və farası qırılmış, bir tərəfi əzilmiş, motorunda problemlər yaranmışdır. Avtomobilin saz vəziyyətə gətirilməsi üçün vəsait xərclənmişdir. Avtomobilin təmir xərcləri 3200 manat, cavabdehin təqsiri üzündən toplanmış inzibati xətalara görə cərimə, dəbbə pulları isə 1378,20 manat təşkil etmişdir. Avtomobil saz vəziyyətə gətirildikdən, cərimələr tam ödənildikdən sonra xx.xx.2021-ci il tarixdə avtomobil özgəninkiləşdirilmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia tələbini etiraf etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi X3 qarşılıqlı iddia tələbini müdafiə etdi, iddia tələbini etiraf etmədi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, eyni zamanda iddia ərizəsinə etirazını onunla əsaslandırdı ki, tərəflər arasında bağlanmış 07 aprel 2019-cu il tarixli müqaviləyə uyğun olaraq iddiaçı Cəmiyyətin təsisçisi olan X2 mülkiyyətində olan “X5” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüş, icarə haqqını gündəlik 25 manat olmaqla, depozit olan 1500 manat pulu da 100 AZN əlavə olunmaqla ödəniş edilməsini öhdəsinə götürür. Müqavilənin qüvvədə olma müddəti 3 il olmaqla 07 aprel 2022-ci ilədək qüvvəddə olmaqla bağlanmışdır. Lakin müqavilənin şərtlərinə əsasən icarəçi gündəlik icarə haqqını, əlavə depozit pulunun ödənilməsini və avtomobili saz vəziyyətdə saxlamağı və təyinatı üzrə yalnız xidməti ehtiyacları üçün istifadə edilməsini öhdəsinə götürsə də (müqavilənin 2.1.2, 2.1.3, 2.1.4-cü bəndləri) öhdəliyi lazımi qaydada icra etməmişdir. İddiaçının müqavilə üzrə olunmuş ödənişlərin əsası kimi Cəmiyyətdən 9125 manat və hazırkı iddiaya görə ödənilmiş 113 manat dövlət rüsumunu, cəmi 9238 manat pul vəsaitini tələb etməsi abdurddur. Çünki iddiaçı üzərinə götürdüyü öhdəliyin şərtlərini kobud qaydada pozduğundan müqavilənin qüvvədə olma müddəti gözlənilmədən Cəmiyyətin təsisçisi kimi ondan avtomobilin alınması üçün aidiyyəti orqanlara müraciət edərək DYPİ-nin əməkdaşları sayəsində avtomobilin yeri müəyyən edilərək cərimə meydançasına gətirilmişdir. İddiaçı avtomobilin icarə haqlarını ödəməmiş, avtomobili yararsız hala salmış, avtomobili aşırdaraq onu nasaz vəziyyətə salmış, avtomobilin real nəqliyyat vasitəsi kimi istifadə edilməsi təhlükə altında olmuşdur. Ona görə də Cəmiyyət həmin əmlakın dəyərinin tam itirilməməsi və iddiaçının müqavilənin şərtlərini tam pozaraq gündəlik icara haqqının, depozit pulunun ödənilməməsi baxımından avtomobili iddiaçının əlindən almışdır. Yararsız hala salınmış avtomobilin iddiaçının əlindən alınması üçün Cəmiyyətin tam haqqı var. Çünki müqavilənin şərtləri ilə iddiaçı tanış olaraq məlumatlandırılmış, hətta həmin bəndi ayrıca iddiaçı özü imzalamışdır. Bundan başqa, iddiaçının 3 illik qüvvədə olan müqavilənin icarə haqqını ödəmədiyi halda Cəmiyyətdən 9238 manat pul vəsaitini tələb etməsi də qanunsuz və əsassızdır. 9125 manat ödənişin olunmasını təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı təqdim etdiyi qəbzlərdə Cəmiyyətə aid olmayan, başqa şəxslərə olunan ödənişlərlə məhkəmənin yanlış qətnamə qəbul etməsinə çalışır. Həmin qəbzlərin Cəmiyyətə heç bir aidiyyəti yoxdur. Bundan başqa, iddiaçı Cəmiyyətin təsisçisi Vüsal Məmmədova məxsus avtomobili icarəyə götürmək adı ilə Cəmiyyətin ona verdiyi gündəlik müştəriləri mənzil başına aparmaqla gündəlik gəlir əldə etmişdir. Lakin Cəmiyyətin ona verdiyi gündəlik müştərilərə nəqliyyat xidməti göstərsə də, Cəmiyyətə ödənilməli olan gündəlik icarə ödənişlərini etmədiyi halda necə olur ki, olunmayan ödənişləri Cəmiyyətdən tələb edir. Tərəflər arasında bağlanmış 07 aprel 2019-cu il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən icarəyə götürən hər həftənin sonuncu günü bir həftəyə müəyyən edilən məbləği ödəməyi öz üzərinə götürür, əks halda, avtomobil heç bir təzminat ödənilmədən şirkət təyin etdiyi dayanacağa qoyulur. Müqavilənin bu bəndi iddiaçı tərəfindən ayrıca olaraq imzalanmış və müqavilənin şərtlərini pozduğu halda, iddiaçıya heç bir təzminat ödənilmədən avtomobilin şirkət tərəfindən alınaraq dayanacağa qoyulması öz əksini tapmışdır. Şirkətin avtomobili dayanacağa qoymasının əsas şərti cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsi ilə yanaşı, avtomobili cavabdehdən gizlətməsi, avtomobili lazımi qaydada istismar etməməsi, onu aşırdaraq avtomobilə maddi ziyan vurması, onu yararsız vəziyyətə salması olmuşdur. İddiaçı avtomobili yol hərəkəti qaydalarını pozmaqla idarə etməklə böyük məbləğdə cərimələrin avtomobilin mülkiyyətçisi olan şəxsin adına yazılmasına səbəb olmuş, avtomobil satılarkən təsisçi cərimələrin olması barədə məlumatlı olmuşdur. İddiaçının qanunu pozmaqla avtomobili idarə etməsi mülkiyyətçinin adına yazılmış cərimələrdən tam aydın görünür, həmin cərimələr də təsisçi tərəfindən ödənilmişdir. Cavabdeh Cəmiyyət müqavilədə nəzərdə tutulmuş bəndi zamanında icra etməsə idi avtomobilin gələcək taleyi məlum deyildi. Avtomobilin dəyəri iddiaçının hərəkətləri, özbaşınalığı nəticəsində məhv olmaq təhlükəsində idi. Hətta avtomobil zamanında DYPİ əməkdaşları tərəfindən tapılmasa idi avtomobil iddiaçı tərəfindən gizlədilir və qanunsuz olaraq istismar olunurdu. Qeyd olunanlara əsasən iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia və qarşılıqlı iddia ərizələrinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia və qarşılıqlı iddia tələbləri aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Nəqliyyat vasitəsinin icarə müqaviləsi”nin surətindən görünür ki, İddiaçı (icarəçi) və digər tərəfdən (icarəyəverən) adlandırılan Cavabdeh MMC, nizamnamə əsasında fəaliyyət göstərən Cəmiyyətin X1 arasında müqavilə bağlanmışdır. Müqaviləni İddiaçı və Məmmədov Vüsal öz imzası ilə təsdiqləmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən ona məxsus “X5” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı vasitəsini icarəyə verir, icarəçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqaviləyə əsasən 3 il müddətinə bu müqavilənin aşağıda göstərilən 3.1-ci bəndində göstərilmiş məbləği ödədikdən sonra icarəçiyə həmin nəqliyyat vasitəsini özəlləşdirməyinə icazə verilir. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən “X5” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı vasitəsi İddiaçı 3 il müddətinə icarəyə verilmiş, sonuncu isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edərək, müqavilənin 3.1-ci bəndində göstərilmiş məbləği MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. 07 aprel 2019-cu il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh MMC tərəfindən icarə müqaviləsinin predmeti olan “X5” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı vasitəsi İddiaçı təhvil verilmişdir. Qeyd olunan nəqliyyat vasitəsi müqavilə müddətində İddiaçı istifadəsində olmuş və sonuncu buna görə Cavabdeh MMC-nə icarə haqqı ödəmişdir. Hazırda İddiaçı Cavabdeh MMC tərəfindən müqavilənin 1.2-ci bəndinin pozulmasını əsas gətirərək, 3 il ərzində nəqliyyat vasitəsindən istifadə etməsinə görə MMC-yə ödədiyi pulu tələb edir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Beləliklə, məhkəmə, işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə əsasən belə nəticəyə gəlir ki, tərəflər icarə müqaviləsi üzrə öhdəliklərini icra etmiş, Cavabdeh MMC “X5” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı vasitəsini İddiaçı istifadəsinə vermiş, sonuncu da bunun əvəzində MMC-yə icarə haqqı ödəmişdir. Hazırda İddiaçı icarəyə götürdüyü nəqliyyat vasitəsindən istifadə nəticəsində ödədiyi icarə haqqının geri qaytarılmasını tələb etməsi əsassızdır və qanunvericiliyin tələblərinə ziddir. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddianın əsaslarının təsdiqi kimi istinad edilən və sübut əhəmiyyətli hesab edilən hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qarşılıqlı iddiaçının iddia tələbinin əsasını “X5” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə xərclənmiş olan 3200 (üç min iki yüz) manat pulun, inzibati cərimələrin və penyaların ödənilməsi üçün ödənilmiş 1378,20 (bir min üç yüz yetmiş səkkiz manat iyirmi qəpik) manat, cəmi 4578,20 (dörd min beş yüz yetmiş səkkiz manat iyirmi qəpik) manat pulun ödənilməsi təşkil edir. Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə, yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırkı mübahisədə ona dəymiş zərərin, o cümlədən həmin zərərin həcmini sübut etmək vəzifəsi qarşılıqlı iddiaçının üzərinə düşür. Lakin qarşılıqlı iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, qarşılıqlı iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində avtomobilinə 3200 manat məbləğində ziyanın dəyməsini, həmçinin, inzibati cərimələrin cavabdehin təqsirli hərəkətləri nəticəsində yaranmasını sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan zərərin nədən ibarət olmasını (avtonəqliyyat vasitəsinin hansı hissələrinə ziyan dəyməsini, dəyişdirilmiş ehtiyat hissələrinin dəyəri barədə qüsur aktı, çəkilmiş xərclərə dair sübutlar və s.), göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız qarşılıqlı iddiaçının izahatı mövcuddur ki, həmin izahat da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə qarşılıqlı iddiaçı öz izahatında bildirdiyi kimi, “X5” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə 3200 (üç min iki yüz) manat xərclədiyini, 1378,20 (bir min üç yüz yetmiş səkkiz manat iyirmi qəpik) manat inzibati cərimə və penya ödədiyini qeyd etsə də, bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin İddiaçı qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affиrmantи, non negantи, иncumbиt probatиon (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni ilkin və qarşılıqlı iddia tələbləri təmin edilmədiyindən hazırkı iddiaların qaldırılması ilə əlaqədar ilkin və qarşılıqlı iddiaçılar tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk İddiaçı Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi edilməsin. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıq iddia üzrə iddiaçı Cavabdeh MMC-nin İddiaçı qarşı “maddi ziyan” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1085/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1085/2022
15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver