Məhkəmə qərarları › İş №e-2(005)-1094/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1094/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1094/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.02.2021-ci il tarixindən 01.10.2021-ci il tarixinə kimi hər ay üçün 646 manat (9 ay) və eyni zamanda əlavə olaraq hər gün üçün 30 manat dəbbə hesablanılmaqla, ümumilikdə 6084 AZN (altı min səksən dörd manat) və məhkəməyə müraciətlə bağlı ödədikləri 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış R000901 saylı, 01.04.2018-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC ona məxsus olan ünvan 1 ünvanında yerləşən 8-ci binanın 1-ci blokunun 1-ci mərtəbəsində 28.6 kv.m ümumi sahəsi olan 21 saylı qeyri yaşayış sahəsini və R000759 saylı, 01.04.2018-ci il tarixli icarə müqaviləsinə əsasən isə Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən Kosmos yaşayış kompleksində 8 saylı binanın 8-ci blokunun 28.8 kv.m ümumi sahəsi olan 22 saylı qeyri yaşayış sahəsini “X3” kimi fəaliyyət göstərməsi üçün İcarəçiyə icarəyə vermişdir. Cavabdehin icarə haqqını ödəməməsilə əlaqədar iddiaçı tərəfindən Bakı şəhəri Nərimanov rayonu məhkəməsinə müraciət edilmiş və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-47/2021 saylı 22.02.2021-ci il tarixli qətnaməsilə Cavabdeh “X3” kimi fəaliyyət göstərdiyi ünvan 3 ünvanında yerləşən 8-ci binanın 1-ci blokunun 1-ci mərtəbəsində 28.6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsindən və Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokunun 28.8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçınə təhvil verilməsi,eyni zamanda Cavabdeh 01.05.2019-cu il tarixdən 01.02.2021-ci il tarixə kimi icarə haqqı üzrə hər ay 646 manat olmaqla (1 il 9 ay) cəmi 13.566 (on üç min beş yüz altmış altı) manat tutulub İddiaçınə ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə icra vərəqəsi 01 oktyabr 2021-ci il tarixindən təqdim edilmişdir. Diqqətinizə çatdırırıq ki, 2(005)- 47/2021 saylı 22.02.2021-ci il tarixli qətnamə üzrə 01.02.2021-ci il tarixinə kimi icarə haqqının tutulması qət edildiyindən 01.02.2021-ci il tarixindən cavabdeh tərəfindən obyektin boşaldılması təmin edilmədiyindən iddiaçının əmlakından bəhər götürmə hüququ pozulmuşdur. Daha sonra İddiaçı MMC-nin nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, 01.02.2021-ci il tarixindən 31.12.2021 -ci il tarixinə kimi hər ay üçün 646 manat (11 ay) və eyni zamanda əlavə olaraq 500 manat dəbbə hesablanılmaqla, ümumilikdə 7606 AZN (yeddi min altı yüz altı manat) və məhkəməyə müraciətlə bağlı ödədikləri 81 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərin səlahiyyətli nümayəndəsi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin nümayədəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanılmış R000901 nömrəli, 01 aprel 2018-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verənə məxsus olan ünvan 3 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyriyaşayış sahəsini və R000759 nömrəli, 01 aprel 2018-ci il tarixli icarə müqaviləsinə əsasən isə Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokunun 28,8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsini “X3” kimi fəaliyyət göstərməsi üçün icarəçiyə icarəyə vermişdir. 08 aprel 2019-cu il tarixdə yəni müqavilə müddətinin bitməsinə 1 ay qalmış icarəyə verən tərəfindən qeyd edilən müqavilənin 6.3-cü maddəsinin tələblərinə müvafiq olaraq cavabdehə bildiriş-xəbərdarlıq göndərilərək müqavilənin birtərəfli qaydada ləğv edilməsini bildirmişdir. 10 may 2019-cu il tarixdə hər iki icarə müqaviləsi üzrə bildiriş göndərilərək müqavilələrə xitam verildiyi, qeyri-yaşayış sahəsinin dərhal boşaldılaraq təhvil verilməsi bildirilmişdir. İşdə olan 15.09.2016-cı il tarixli “icarə obyektinin təhvil verilməsi” haqqında aktdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qeyri-yaşayış sahələri Cavabdeh təmirli şəkildə təhvil verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-47/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh “X3” kimi fəaliyyət göstərdiyi ünvan 3 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsindən və Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokun 28, 8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçınə təhvil verilməsi, Cavabdeh 01.05.2019-cu il tarixdən 01.02.2021-ci il tarixə kimi icarə haqqı üzrə hər ay 646 manat olmaqla, (1 il 9 ay) cəmi 13.566 (on üç min beş yüz altmış altı) manat tutulub İddiaçınə ödənilməsi, qalan hissədə ilk iddia təmin olunmaması, qarşılıqlı iddia qismən təmin olunması, İddiaçındən qeyri-yaşayış sahəsinə çəkilmiş xərc kimi 19.605 (on doqquz min altı yüz beş) manat tutulub Cavabdeh ödənilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış R000901 nömrəli, 01 aprel 2018-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verənə məxsus olan ünvan 3 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsini və R000759 nömrəli, 01 aprel 2018-ci il tarixli icarə müqaviləsinə əsasən isə Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokunun 28,8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsini “X3” kimi fəaliyyət göstərməsi üçün icarəçiyə icarəyə vermişdir. Qeyd edilən qeyri-yaşayış sahələri ilə yanaşı olan eyni gözəllik salonunun fəaliyyəti üçün icarəyə verilmişdir. Hər iki müqavilə üzrə cəmi 646 manat aylıq icarə haqqı ödənilməli idi. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq 01.05.2019-cu il tarixdən 01.02.2021-ci il tarixə kimi müddətlərdə icarə ödənişləri etməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-47/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh “X3” kimi fəaliyyət göstərdiyi ünvan 3 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsindən və Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən “Kosmos” yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokun 28, 8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçınə təhvil verilməsi, Cavabdeh 01.05.2019-cu il tarixdən 01.02.2021-ci il tarixə kimi icarə haqqı üzrə hər ay 646 manat olmaqla, (1 il 9 ay) cəmi 13.566 (on üç min beş yüz altmış altı) manat tutulub İddiaçınə ödənilməsi, qalan hissədə ilk iddia təmin olunmaması, qarşılıqlı iddia qismən təmin olunması, İddiaçındən qeyri-yaşayış sahəsinə çəkilmiş xərc kimi 19.605 (on doqquz min altı yüz beş) manat tutulub Cavabdeh ödənilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. Hazırda iddiaçı qeyd edilən qətnamə ilə cavabdehdən 01.02.2021-ci il tarixədək ödənilməyən icarə haqqının tutulması, eyni zamanda mübahisəli qeyri-yaşayış sahələrinin boşaldılaraq, iddiaçıya təhvil verilməsi qət edilsə də, həmin tarixdən 31.12.2021-ci il tarixinədək cavabdeh tərəfindən qeyri-yaşayış sahələrinin boşaldılması təmin edilmədiyindən iddiaçının əmlakından bəhər götürmə hüququnun pozulduğunu qeyd edir. Məhkəmə iddiaçının “01.02.2021-ci il tarixindən 31.12.2021 -ci il tarixinə kimi hər ay üçün 646 manat (11 ay) olmaqla 7106 manat pulun” tutulmasına münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, hazırda tərəflər arasındakı icarə müqaviləsi üzrə münasibətlər mövcud olmadığından iddia tələbinin qanuni əsasını əldən çıxmış faydaya dair münasibətləri tənzimləyən qanunvericilik normaları çıxış edir. Bu baxımdan məhkəmə iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə əldən çıxmış faydanın olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Mülki işdən göründüyü kimi, iddiaçı cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-47/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsinin icrasını təmin etməməklə) əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur, iddiaçı tərəfindən bu halı sübut edəcək mötəbər dəlillər təqdim edilmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək əldən çıxmış faydanı tələb etməkdə haqlı olmuşdur, belə ki, iddiaçı daha əvvəllər də adi mülki dövriyyə şəraitində əldə etdiyi gəlirlərinin olmasını göstərəcək dəlilləri (R000759 nömrəli, 01 aprel 2018-ci il tarixli və R000901 nömrəli, 01 aprel 2018-ci il tarixli icarə müqavilələri) təqdim etmişdir. İddia tələbinin “əlavə olaraq 500 manat dəbbə hesablanılmaqla Cavabdeh tutulması” hissəsi təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi heç bir hüquqi əsasa söykənmir. Belə ki, iddiaçı icarə münasibətlərindən çıxış edərək, cərimənin tutulmasını tələb edir. Bu baxımdan qeyd olunmalıdır ki, cərimənin ödənilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsinin 6.3-cü bəndində nəzərdə tutulmuşdur. Lakin iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-47/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsi ilə ödənilməmiş icarə haqqının tutulması, qeyri-yaşayış sahələrinin boşaldılıb, iddiaçıya təhvil verilməsi qət edilmişdir. Göründüyü kimi tərəflər arasında artıq icarə müqaviləsindən irəli gələn öhdəliklərə son qoyulmuşdur. Belə olan təqdirdə hazırda tərəflər arasında icarə müqaviləsindən irəli gələn münasibətlər olmadığından iddiaçının tələbi bu hissədə əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC Cavabdeh mülki hüquqi baxımdan təqsiri sübuta yetirilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh əldən çıxmış fayda kimi 7106 manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 81 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh əldən çıxmış fayda kimi 7106 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar