Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1107/2022 07.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil Məhəhbbət oğlunun, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə qarşı işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında nəzərdən keçirib, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barələrində tərtib edilmiş Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmələri barədə olan 13 iyul 2021-ci il tarixli, №193/k-saylı əmri ləğv edib, işə bərpa edilməklə iş buraxılma günləri üçün məcburi əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılardan İddiaçı2 əmək fəaliyyətinə 2015-ci ilin mart ayında hazırkı cavabdeh xidmətdə sahə müffətişi vəzifəsində işə düzəlmiş, 2021-ci ilin 13 iyul tarixində kimi il tarixə kimi həmin müəsissədə işləmiş, bundan əlavə İddiaçı1 ilk dəfə 2010-cu ildə Gəncə şəhərində Parabank ASC-də əmək fəaliyyətinə başlamış və daha sonra digər şirkətlərdə, hazırkə xidmətdən əvəl isə Veysel oğlu şirkətində 2018-ci il də işləmiş və 2018-ci ilin yanvar ayının 4-də hazırkı xidmətdə işləmiş və 2021-ci ilin 13 iyul tarixində əmək müqaviləsinə xitam verilmişdir. Onlar işlədiyi müddətdə həmişə əmək nizam-intizamına məsuliyyətlə yanaşmış, heç vaxt əmək intizamını pozmamış, bunun nəticəsidir ki, işlədiyi bütün müddətdə əmək intizamı ilə seçilmişlər. İşlədiyi müddətdə onlara çoxsaylı yüksək iş qabiliyyəti və əmək funkisyasının icrası ilə bağlı dəfələrlə mükafatlar yazılmışdır. Hazırkı cavabdeh təşkilatda işlədiyi müddətdə həmişə əmək intizamına əməl etsələr də, 2021-ci ilin iyun ayında direktor Yusif Kazımov onları yanına çağıraraq bildirmişdir ki, onlar işdə olmamışlar və qoruq ərazisinə xırda buynuzlu mal-qara keçib, onlar buna etiraz etmiş və bildirmişlər ki, həmin vaxt elə bir hadisə baş verməmişdir. Əgər hansısa formada ora mal-qara keçmişsə, onlar həmin şəxslərin şəxsiyyətini müəyyən edib qanunverciliyin tələbinə uyğin tədbir görürlər. Lakin rəhbərlik bunu bəhanə edərək, işdən çıxmaqlarını tələb etmişdir və onlara 2021-ci il tarixli, 22 iyun tarixdə həmkarların sədri Bəxtiyar Musayev onları yanına çağıraraq, rəhbərliyin onların işdən çıxmalı olması barədə tapşırıq verdiyini qeyd etmiş, lakin onlar əmək müqaviləsinə xitam verilməsinin və hansı səbəbdən işdən çıxmalı olduğunu sorcuduqda onlara bildirilmişdir ki, onlarla işləmək istəmirlər, ya ərizə yazıb çıxınlar, ya da onların barəsində Korruspiya İdarəsinə müraciət ediləcəkdir. Bundan sonra əmək fəaiyyətilərini davam etdirmiş və 13 iyul 2021-ci il tarixdə onları işə buraxmayaraq həmin tarixdən işdən çıxarıldıqlarını bildirmişlər. Bunun səbəblərini soruşsalar da, onlara məhəl qoyulmamış, barələrində əsassız olaraq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət ünvanlanmış, barələrində aparırılmış araşdırmanın nəticəsi zamanı onların tam günahsız olduğu sübut edilmişdir. Buna baxmayaraq, işə bərpa olunmaları barədə ərizə versələr də, nəticəsi olmamış və hazırkı tarixə kimi işə bərpa olunmamışlar. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil Məhəhbbət oğlu göstərmişdir ki, iddiaçılar işdən çıxarkən qanunverciliyin tələbləri tam pozulmuşdur. Belə ki, işçilər barəsində əmr verilməmişdən əvvəl müvafiq olaraq, həmkərlar ittifaqı onlar barəsində artıq işdən çıxarma barədə qərar qəbul etmiş və cavabdeh təşkilat isə həmin qərarı formal olaraq təsdiq etmişdir. Bu fakt isə özlüyündə işçilərin işdən azad edilmə barədə əmrin ləğvi üçün əsas yaradır. Digər tərəfdən isə, iddiaçıların işdən çıxarılma barədə əmrdə onların konkret olaraq, müxtəlif cinayətlərdə ittiham edərək, çıxarmışlar ki, həmin fakt aparılmış araşdırma zamanı öz təsdiqin tapmamışdır. Ona görə də, iddianın təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh təşkilatın nümayəndəsi iddia ərizəsinə etiraz edərək göstərdi ki, iddiaçı qanunla müəyyən edilmiş müddəti buraxmaqla müraciət etmiş, habelə onlar barəsində aparılmış araşdırma ilə fakt təsdiqini tapmasa da, hazırda işə bərpa olunması məqsədəmüvafiq deyildir. Ona görə də, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 1431K nömrəli, 13.07.2021-ci il tarixli, X1 Xidməti tərəfindən verilmiş əmrdən görünür ki, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə X4 qorğunun sahə müfəttişi İddiaçı1 və X4 yasaqlığının sahə müffətişi İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndi ilə 13.07.2021- ci il tarixdən xitam verilmişdir. Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini layiqincə icra etmədiklərinə görə 3 nəfər digər işçiyə münasibətdə töhmət verilmişdir. Həmin əmrin məzmunundan görünür ki, iddiaçıların işdən çıxarılma əsası kimi onlar barəsində aparılmış araşdırma zamanı işlədiyi vəzifədə müxtəlif məbləğlərdə olan pul müqabilində öz vəzifələrinə səhlənkar yanaşmaları və vəzifə funkisyalarını icra etmədikləri, qoruğun ərazisini müxtəlif mal-qara sürüsü otarmağa görə pul müqabilində ayrı-ayrı şəxslərə verdikləri göstərilmişdir. İşdə olan 22 iyun 2021-ci il tarixli, X5 X2 təşkilatının 22 iyun 2021-ci il tarixli iclas qərarından görünür ki, X4 qorğunun sahə müfəttişi İddiaçı1 və X4 yasaqlığının sahə müffətişi İddiaçı2 əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə ləğv edilmişdir. İşə əlavə edilmiş Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş məktublardan görünür ki, İddiaçı2 və İddiaçı1 barəsində Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsində aparılmış araşdırma nəticəsində onların əməlində hər hansı cinayət tərkibi müəyyən edilməmişdir. Məhkəmə hazırkı iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Həmin məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin Məcəllənin 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək , hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəlləsinin 80-ci maddəsininə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbeh qismində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək səlahiyyətindədir. Həmin məcəllənin 186-cı maddəsinin 3-cü hissəsinin birinci cümləsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə. çıxarır. «X3» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, həmkarlar ittifaqları öz üzvləri ilə müdiriyyət arasındakı fərdi əmək mübahisələrini səlahiyyətləri dairəsində həll edir, kollektiv əmək mübahisələrinə (münaqişələrə) baxılmasında iştirak edirlər. Əmək mübahisələrinin (münaqişələrinin) predmeti və həlli qaydası Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən, Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər. Müdiriyyətin təşəbbüsü ilə müəssisənin və ya onun struktur bölmələrinin ləğv edilməsi istehsalın tamamilə və ya qismən dayandırılmasına, iş yerlərinin ixtisarına və ya əmək şəraitinin pisləşməsinə səbəb ola bilərsə, belə tədbirlər qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müvafiq həmkarlar ittifaqlarını azı üç ay qabaqcadan xəbərdar etmək və işçilərin hüquqlarının və mənafelərinin эözlənilməsi barədə onlarla danışıqlar aparmaqla həyata keçirilir. Həmkarlar ittifaqları öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulan qaydada məşğulluğun vəziyyətinə, məşğulluq sahəsində təminatlar haqqında qanunvericiliyə əməl olunmasına nəzarət edirlər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçılar İddiaçı1, İddiaçı2 13 iyul 2021-ci il tarixli, №193/k- saylı əmr ilə vəzifə səlahiyyətlərini yerinə yetirə bilmədiyi əsası ilə tutduğu vəzifədən azad edilmiş, lakin iddiaçılarla bağlanmış əmək müqaviləsinə xitam verilərkən, cavabdeh təşkilatda fəaliyyət göstərən həmkarlar ittifaqi təşkilatının qabaqcadan razılığını almaq əvəzinə, həmkarlar ittifaqının iddiaçılarla bağlanmış əmək müqaviləsinə xitam vermə barədə qərarına əsaslanmış, habelə işçinin hansı əmək funksiyasının, əmək və icra intizamını pozduğunu, işə götürənin, habelə əmək kollektivinin hansl hüquqları və qanuni mənafelərinə zərər dəymiş olduğunu əmrdə göstərilməmiş, həmçinin əmr əmək qanunvericiliyinin tələblərinə uyğun əsaslandırılmamışdır. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçıların işdən çıxarılma əsasl kimi onların işlədiyi müddətdə müxtəlif xarakterli mənimsəmə və digər pul alması müqabildində öz vəzifələrini icra etmədikləri və ya səhlənkar yanaşmasını əsaslandırılmış, bunla bağlı müvafiq olaraq Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmişdir. Məhkəmə araşdırması zamanı isə iddiaçıların işdən çıxarıldıqları əmrdə göstərilən əsaslar öz təsdiqini tapmadığı, həmin halların mövcudluğuna dair hər hansı bir sübut təqdim etmədiyi, bu faktın yəni əmrdə göstərilən halların müvafiq olaraq Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindəndə müəyyən edilmədiyi aşkar edilmişdir.Bu hal həm də cavabdeh təşkilatın məktubunda təsdiq edilmişdir. Qanunverciliyin yuxarıda göstərilən tələbi isə ondan ibarətdir ki, iddiaçıların bu əsasa görə də əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair, eləcə də 72-ci maddədə nəzərdə tutulan şərtləri pozmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Digər tərəfdən işəgötürən mübahisəli əmri intizam tənbehi kimi ƏM-nin 186-cı maddəsinin 3-cü hissəsində göstərilən hallara uyğunluğu nəzərə alınmamışdır. Belə ki, həmin əmrdə bir neçə işçi barəsində oxşar xarakterli hərəkətlərə yol verdildiyi qeyd edilsə də, məhz iddiaçıların barəsində hansı əsasla ən ciddi intizam tənbeh tədbirinin görülməsi əsaslandırılmamış, habelə müvafiq olaraq digər intizam tənbeh tədbirinin tədbqi üçün əsaslar olub-olmaması aydınlaşdırılmamışdır. Məhkəmə həm də onu nəzərə alır ki, hazırkı iş üzrə ƏM-nin 80-ci maddəsinə müvafiq olaraq həmkarlar ittifaqı təşkilatı işə götürənin təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını yəni işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsinə razılıq məsələsini müzakirə etməli olduğu halda, hazırkı iş üzrə həmin təşkilat işçinin barəsində 22.06.2021-ci il tarixli qərarla əmək müqaviləsinə xitam verilməsi qərara alınmış, işəgötürən isə həmin halın qanunverciliyin tələbinə zidd olmasına baxmayaraq razılıq kimi qəbul etməklə, əmək qanunverciliyin tələblərini pozmuş və faktiki olaraq iddiaçıların işdən çıxarılması barədə həmkarların qərarını 13.07.2021-ci il tarixdə rəsmiləşdirilmişdir. Cavabdeh təşkilatın müddətlə bağlı dəlillərini müzakirə edən məhkəmə isə həmin dəlillər əsassız hesab edir. Belə ki, iş materialları ilə həmin əmrin iddiaçıya rəsmi qaydada təqdim edilməsini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Əksinə aparılmış araşdırma zamanı iddiaçıların qeyd edilən əmri isə müvafiq olaraq Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən əldə etdiyi, bundan sonra mediasiya təşkilatına müraciət etdiyi və müvafiq mediasia prosesi keçdikdən sonra məhkəməyə qanunla müyyən edilmiş müddətdə müraciət etdiyi öz təsdiqini tapmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün qanunu əsaslar mövcudur və iddia tələbi təmin edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin 13 iyul 2021-ci il tarixli, №193/k- saylı əmri iddiaçılar İddiaçı1, İddiaçı2 münasibətdə ləğv edilsin, iddiaçılar İddiaçı1, İddiaçı2 əvvəlki işinə bərpa edilsin, onlara məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-1107/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1107/2022
07.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver