Məhkəmə qərarları › İş №e-2(005)-1126/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1126/2023

25.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1126/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X12 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli əmrin ləğv olunmasını, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1988-ci il tarixdə müəllim kimi əmək fəaliyyətinə başlamışdır. xx.xx.2007-ci il tarixdə Kəlbəcər Rayon 114 saylı ümumi orta məktəbdə direktor vəzifəsinə təyin edilmişdir. Həmin məktəb Mingəçevir şəhərində yerləşir. İddaçı işdən çıxanda Kəlbəcər Rayon Təhsil Şöbəsini məhkəməyə vermişdir. Bir neçə ay məhkəmə araşdırılması aparıldı. bir neçə ayda mediasiyada vaxt itirmişdir. Mediasiyadan sənəd alıb məhkəməyə verəndə bildirdilər ki, Kəlbəcər Təhsil Şöbəsini deyil, Cavabdeh2 məhkəməyə verməlidir. 109 məlumat xidmətindən Cavabdeh2in hüquqi ünvanının ünvan 1nan məlumat əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırıldı. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-4819/2022 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Hakim qərardadını onunla əsaslandırmışdır ki, Cavabdeh2 hüquqi ünvanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, İlyas Əfəndiyev 37-dir. Məhkəmə qərardadını əsas götürərək Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırıldı. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-8210/2022 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Hakim qərardadını onunla əsaslandırır ki, “ Cavabdeh2 hüquqi ünvanı ünvan 3yətdə qalmışdır. Məhkəmə müdafiəsi hüququnu həyata keçirə bilmir. İşdən çıxmasının əsassız olmasını sübut etmək əvəzinə işini məhkəmə icraatına qəbul etdirə bilmir. İddiaçının işdən çıxması qanunsuz və əsassızdır. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil cavabdehin əsil cavabdeh ilə əvəz edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə Cavabdeh2 əsl Cavabdeh1 ilə əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Bundan sonra ərizə icraata qəbul edilərək, məhkəmə tərəfindən müvafiq prosessual hərəkətlər edilmişdir. Daha sonra İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirinin № K- 14Ö0 nömrəli, xx.xx.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair əmr”-inin ləğv olunması, X1 işə bərba olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının işəgötürən tərəfindən ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1988-ci il tarixdən müəllim kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur, iddiaçı xx.xx.2007-ci il tarixdə Kəlbəcər Rayon 114 saylı ümumi orta məktəbdə direktor vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin №K-1400 saylı, xx.xx.2021ci il tarixli əmri ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Belə ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən ona müvafiq “işdən azad olunması barədə əmrin” surəti təqdim olunmamışdır. Bu hal isə məhkəməyə müraciət etməsində yubanma yaratmışdır. Belə ki, daha sonra Kəlbəcər Rayon Təhsil Şöbəsini cavabdeh olaraq qoymuş, lakin məhkəmə araşdırma gedişatında işin “mediasiya prosesindən” keçmədiyi müəyyən olunmuşdur. Daha sonra mediasiya prosesi müəyyən müddət uzanmışdır. Mediasiya arayışını məhkəməyə təqdim etdikdə məhkəmə mübahisənin digər tərəfi kimi cavabdehin Kəlbəcər Rayon Təhsil idarəsi deyil, Cavabdeh2 olduğunu bildirmişdir. Cavabdeh2 hüquqi ünvanının ünvan 4 Məhkəməsində iddia qaldırılmış, Nərminaov Rayon Məhkəməsinin e-2(005)-4819/2022 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılmışdır. Əsas kimi Cavabdeh2 hüquqi ünvanının yanlış göstərildiyi bildirilmişdir. Nərimanov Rayon Məhkəməsi cavabdehin hüquqi ünvanı kimi Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, İlyas Əfəndiyev 37 olduğunu bildirmişdir. Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4819/2022 saylı qərardadında göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizə ilə müraciət etmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 8210/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qərardadda göstərilən əsaslara əsasən, cavabdehin hüquqi ünvanı kimi ünvan 7 qeyd olunan məsələlərdən də aydındır ki, iddiaçıya əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Təhsil Nazirliyinin №K-1400 nömrəli, xx.xx.2021 -ci il tarixli “Yoxlamanın nəticələrinə dair əmr”-in surəti təqdim olunmamış, iddiaçı ümumi əsaslar ilə onu məhkəmədə mübahisələndirmiş, buna baxmayaraq prosessual qaydalarda səlahiyyətli orqanların səriştəsizliyi səbəbindən yubanma yaranmışdır. Qeyd edilən əmrin alınması üçün, cavabdehə ünvanlanmış 030-saylı xx.xx.2023-cü il tarixli sorğuya cavab verilməmiş və bu məsələ ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmiş və yalnız bundan sonra qeyd edilən əmr əldə edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən etibarən əmək fəaliyyəti ilə məşğul olmur. İddiaçı 2007-ci ildən 2021-ci ilədək Kəlbəcər rayonu 114 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışmışdır. Eyni zamanda adı çəkilən tam orta məktəbin tarix müəllimi kimi peşə fəaliyyəti ilə məşğul olmuşdur. Öz vəzifələrini həyata keçirərkən heç vaxt sui-istifadə hallarına yol verməmiş, məktəbdə keçirilən bütün monitorinqlərin nəticəsi ürəkaçan olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, ixtisası tarix müəllimliyi olmaqla, həftəlik dərs yükü 12 saatdır. Müvafiq olaraq məktəbin fizika müəllimi Cəmilə Həsənovanın dərs yükü 34 saatdır, ibtidai sinif müəllimi İlqar Məmmədovun dərs yükü həftəlik 36 saat, fiziki tərbiyə müəllimi Ramiz Hüseynovun dərs yükü 33.5 saatdır. Eyni zamanda X5 şəhər 8 saylı tam orta məktəbində müəllim kimi fəaliyyət göstərdiyindən xəbəri olmadığını vurğulamışdır. Belə ki, Kəlbəcər rayon 114 saylı ümumi orta məktəbində adı çəkilən fənlər üzrə müəllimə təlabat olduğundan, məktəbdə müəllim çatışmazlığı mövcud olduğundan qeyd edilən müəllimlərə artıq dərs yükü vermişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin №K-1400 nömrəli, xx.xx.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair əmr”-ə əsasən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Buna baxmayaraq, əmək müqaviləsinin bu maddə ilə xitamına səbəb ola biləcək əsaslar göstərilməmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsinə əsas olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin №K-1400 nömrəli, xx.xx.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair əmr”-ində əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi əsasları göstərilməmiş, ümumi cümlələrdən istifadə olunmuşdur. Belə ki, iddiaçının müəllimlərə əlavə dərs saatı yazmasına səbəb məktəbdə müəllim çatışmazlığının yaşanması və müvafiq olaraq tarix müəlliminə, fiziki tərbiyə müəlliminə, ibtidai sinif müəlliminə, fizika müəlliminə ehtiyacın olması olmuşdur. İddiaçı bu əməlində hər hansı qəsddən söhbət gedə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada cavabdeh xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatlarını, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş İMS-də cavabdehin nümayəndəsi iştirak etməmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1988-ci ildə Kəlbəcər rayon Soyuqbulaq kənd əsas məktəbinə müəllim təyin edilmiş, xx.xx.1988-ci ildə hərbi xidmətə çağırıldığı üçün iş yeri saxlanılmaqla işdən azad edilmiş, xx.xx.1990-cı ildə hərbi xidməti başa çatdığından Kəlbəcər rayon Soyuqbulaq kənd əsas məktəbinə müəllim təyin edilmiş, xx.xx.1993-cü ildə Kəlbəcər rayonunun işğalı ilə əlaqədar iş yerini itirdiyi üçün Kəlbəcər rayon 114 saylı əsas məktəbinə müəllim təyin edilmiş və xx.xx.2007-ci ildə Kəlbəcər rayon 114 saylı əsas məktəbinə direktor vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci i ltarixli, K-1400 nömrəli əmrdən görünür ki, Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbinin direktoru X3 və Kəlbəcər rayonu 114 nömrəli tam orta məktəbin direktoru İddiaçı Bayraməli oğlu ilə bağlanmış əmək müqavilələri müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiklərinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə, əmək müqavilələri üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiklərinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 18 noyabr 2021-ci il tarixdən ləğv edilmişdir. İş materiallarında olan İddiaçı izahatından görünür ki, o, 2007-ci ildən Kəlbəcər rayonu 114 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışır. İxtisası tarix müəllimidir. Həftəlik dərs yükü 12 saatdır. Müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etməmişdir. Diaqnostikada iştirak edən sinif müəllimi Cəmilə Həsənovaya 34 saat dərs vermişdir. Diaqnostikada aşağı nəticə göstərmiş ibtidai sinif müəllimi İlqar Məmmədova həftəlik 36 saat dərs vermişdir. Hüseynov Ramiz 6-7 ildir ki, Kəlbəcər rayonu 114 nömrəli tam orta məktəbində müəllim işləyir, ikinci iş yeri kimi həftəlik dərs yükü 33,5 saatdır. İddiaçı ona fiziki tərbiyə Vİİ-İX siniflərdə 8,5 saat evdə təhsil, İ-V siniflərdə fiziki tərbiyə saatı vermişdir. Hüseynov Ramizin əsas iş yeri Mingəçeviş şəhər 8 saylı tam orta məktəbi olmuşdur. Həftəlik dərs yükü 8 saatdır. Keçən tədris ilində ibtidai siniflər üzrə 33 şagird 4 sinif kompleksi olmuşdur. Qeyd edilən nöqsanlara dair müəllimlər şikayət etməmişlər. İzahatı İddiaçı heç bir təzyiq olmadan özü yazmışdır. İş materiallarında olan 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində, Daşkəsən rayonu Bayan kənd tam orta məktəbində və Gədəbəy rayonu Moruqlu kənd tam orta məktəbində aparılmış araşdırmanın nəticələri barədə arayışdan görünür ki, Azərbaycan Respublikası Təhsil nazirinin 12 iyul 2021-ci il tarixli, E-754 əmrinə əsasən 12-17 iyul 2021-ci il tarixlərində Daşkəsən rayonu Bayan kənd ümumi orta məktəbində, Gədəbəy rayonu Moruxlu kənd tam orta məktəbində və Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində, 23 sentyabr 2021-ci il tarixli, E-1207 əmrinə əsasən isə 23-25 sentyabr 2021-ci il tarixlərində Göygöl rayonu Nadil kənd tam orta məktəbində araşdırma aparılmışdır. Araşdırma zamanı bir sıra ciddi nöqsan və çatışmazlıqlar aşkar edilmişdir. Kəlbəcər rayonu üzrə: Kəlbəcər rayonu, 120,117, 114 və 14 nömrəli tam orta məktəblərin direktorları müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsində iştirak etmədikləri halda mövcud qaydaların tələblərinə zidd olaraq, 6 saatdan yuxarı həftəlik dərs yükü olmuşdur. “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılma qaydaları”na əsasən ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükü (6 saat) müəyyənləşdirildiyi halda Kəlbəcər rayonu 37, 49, 54, 17, 63, 100, 101, 109, 113 və 114 nömrəli tam orta məktəblərdə bəzi müəllimlər diaqnostik qiymətləndirmədə iştirak etmədikləri halda 19-36 saat arası dərs yükü ilə təmin edilmişdir. Müəllimlərin dərs bölgüsü zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2017ci il tarixli, xx-xx-2589/15 təlimatı məktubunun tələbləri pozularaq, Kəlbəcər rayonu 81, 114, 123, 39, 22, 83, 128, 25, 47, 109, 93, 102, 120, 38, və 30 nömrəli tam orta məktəblərdə ixtisas balları 10-16 bal arasında olan 17 müəllimə 30-36 saat arası dərs yükü verilmişdir. X6 (ixtisası fiziki tərbiyə və hərbi hazırlıq müəllimi) əsas iş yeri olaraq Mingəçevir şəhər 8 nömrəli tam orta məktəbdə GÇQH rəhbəri işlədiyi halda, ona əlavə iş yeri olaraq Kəlbəcər rayonu 114 nömrəli tam orta məktəbində 33,5 saat (azərbaycan dili, fiziki tərbiyə, həyat bilgisi, musiqi, riyaziyyat, informatika, texnologiya, təsviri incəsənət, ingilis dili fənləri üçün) dərs yükü verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə işə başlamış, xx.xx.2021-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixli 05 nömrəli əmri ilə Kəlbəcər rayon 114 saylı tam orta məktəbin direktor vəzifəsi həvalə edilmişdir. xx.xx.2021-ci il tarixli, K-1400 saylı əmri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.4-cü və 13.5-ci bəndinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Kəlbəcər rayon 114 saylı tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqavilə üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə 18 noyabr 2021-ci il tarixdən ləğv edilmişdir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 80-ci maddəsinin 1-ci bəndinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci bəndinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının ¼ -i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 187-ci maddəsinin 2-ci bəndinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 189-cu maddəsinin 2-ci bəndinə əsasən, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-1400 saylı əmrinin qanuniliyi yoxlanılmalıdır. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin aşağıda göstərilən tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Əksinə iddiaçı müəllimlərə əlavə dərs saatının yazılmasını məktəbdə müəllim çatışmazlığı ilə əlaqələndirmiş, cavabdeh isə bunun əksini sübut edən, yəni müvafiq fənn üzrə ixtisaslı müəllimlərin olmasına baxmayaraq, iddiaçı tərəfindən cavabdehin hüquqlarına və qanunla qorunan mənafelərinə zidd olan pozuntulara qərəzli olaraq yol verildiyi barədə heç bir dəlil təqdim etməmişdir. Nəticə etibarilə, cavabdeh Azərbaycan Respublikası Təhsil nazirinin 12 iyul 2021-ci il tarixli, E- 754 əmrinə əsasən 12-17 iyul 2021-ci il tarixlərində Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində aparılmış araşdırmanın nəticələri barədə arayışa istinad edərək, həmin yoxlamalar zamanı müəllimlərin diaqnostik qiymətləndirmədə iştirak etmədikləri halda 19-36 saat arası dərs yükü və s. ilə təmin edilməsi ilə bağlı iddiaçı tərəfindən ciddi nöqsanlara yol verildiyini bildirir. Lakin qeyd olunduğu kimi, cavabdeh məktəbdə müvafiq ixtisasa malik müəllimlərin olmasına istinad etməyərək, iddiaçının həmin dəlilini təkzib edəcək hər hansı sübut təqdim etmir, bu da öz növbəsində cavabdehin qanuni mənafeyinə ciddi xələlin dəyməsini təsdiq etmir. Belə olanda şagirdlərin icbari təhsil almaq hüquqlarının üstün təmin edilməli olması zərurətindən, cavabdehin maddi vəsaitinin lüzumsuz dərəcədə sərf edilməsi, o cümlədən hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi xələl gətirilməsi faktı görünmür. Bununla yanaşı iddiaçının mübahisələndirilən əmrin lazımi qaydada əsaslandırılmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin əmr “təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqavilə üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə” ilə əsaslandırılmışdır. Belə ki, sözügedən əmrin giriş hissəsində aparılmış monitorinqlərin nəticələri barədə məlumatlar öz əksini tapsa da, “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” dedikdə, konkret hansı sui-istifadədən söhbət getdiyi müəyyən edilmir. Bundan əlavə məhkəmə hesab edir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Bu baxımdan məhkəmə qeyd edir ki, ƏM-nin 62.4-cü maddəsində işəgötürənin həmin Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilməsi səlahiyyəti tanınmışdır. Lakin bu səlahiyyətin olması hər bir halda o demək deyildir ki, intizam tənbehlərindən ən ağırı mütləq tətbiq edilməli idi. Nəticə etibarilə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu baxımdan, məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və məhkəmənin qənaətinə görə 1988-ci ildən müəllim kimi fəaliyyət göstərən, ötən müddət ərzində hər hansı intizam tənbehi almayan iddiaçının yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır. Bundan başqa məhkəmə iclasında sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, Kəlbəcər rayon 114 saylı tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdehin xx.xx.2021-ci il tarixli, K-1400 nömrəli əmri ilə xitam verilərkən əmək qanunverciliyinin tələblərinə uyğun olaraq, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınıb-alınmamasına dair sübut təqdim edilməmişdir. Halbuki, keçirilmiş məhkəmə hazırlıq iclaslarında cavabdehə müvafiq sənədləşmələrin təqdim edilməsi təklif olunmuşdur. Lakin təqdim olunmuş sübutların içində həmkarlar ittifaqı təşkilatının protokolundan çıxarışa rast gəlinməmişdir. Məhkəmə mübahisələndirilən əmr ilə bağlı digər pozuntuya hüquqi qiymət verərək bildirir ki, işəgötürən ƏM-nin 187-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş normaya əməl etməyərək, işçiyə intizam tənbeh tədbirini pozuntunun aşkar edildiyi vaxtdan təxminən 4 ay sonra tətbiq etmişdir. Nəticə etibarilə işəgötürənin həmin normanı pozaraq əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növünü, yəni əmək müqaviləsinin, ƏM-nin 70-ci maddəsinin «ç» bəndini tətbiq etməsi ədalətli və qanuni hesab edilə bilməz. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad etməklə hesab edir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsində işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli olduğu halda işəgötürən tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin çərçivəsində qiymətləndirilməli və həmin Məcəllənin tələblərinə əməl olunmaması səbəbindən iddiaçı həmin əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir. Göründüyü kimi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilərkən yuxarıda sadalanan hallara qiymət verilməli idi. Ancaq cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə yekunda onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı əmək vəzifələrinin kobud şəkildə pozulması halı öz təsdiqini tapmadığından, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-1400 saylı əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-1400 saylı əmrinin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1 -ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Bundan başqa Cavabdeh1 müddətin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Bayraməli oğlunun Cavabdeh2nə qarşı “xx.xx.2021-ci il tarixli əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Kəlbəcər rayon 114 saylı məktəbin direktoru vəzifəsində işləmişdir. Məktəbdə aparılan yoxlamanın nəticəsi olaraq onunla bağlanmış əmək müqaviləsi Təhsil nazirinin xx.xx.2021 -ci il tarixli K-1400 saylı əmrilə ləğv edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Gəncə 1 saylı mediasiya təşkilatının arayışından görünür ki, iddiaçı mediasiya təşkilatına xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Yəni, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi müddətdən 1 il sonra həmin təşkilata müraciət etmişdir. Eyni zamanda məhkəmə qərardadlarından da görünür ki, iddiaçı müddəti buraxmaqla məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən təmin edilə bilməz. İddiaçı iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsinə etiraz edərək, bildirmişdir ki, İcraatda olan 2(005)-1126/2023 saylı iş üzrə cavabdeh Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə tərəfindən daxil olmuş, müddətin tədbiqinə dair ərizəyə etiraz olaraq bildirirəm ki, İddiaçı xx.xx.1988-ci il tarixdən müəllim kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı xx.xx.2007-ci il tarixdə Kəlbəcər Rayon 114 saylı ümumi orta məktəbdə direktor vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin №K- İ400 saylı, xx.xx.2021-ci il tarixli əmri ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilərkən ona müvafiq “işdən azad olunması barədə əmrin” surəti təqdim olunmamışdır. Bu hal isə məhkəməyə müraciət etməsində yubanma yaratmışdır. Belə ki, daha sonra Kəlbəcər Rayon Təhsil Şöbəsini cavabdeh olaraq qoymuş, lakin məhkəmə araşdırma gedişatında işin “mediasiya prosesindən’' keçmədiyi müəyyən olunmuşdur. Daha sonra mediasiya prosesi müəyyən müddət uzanmışdır. Mediasiya arayışını məhkəməyə təqdim etdikdə məhkəmə mübahisənin digər tərəfi kimi cavabdehin Kəlbəcər Rayon Təhsil idarəsi deyil, Cavabdeh2 olduğunu bildirmişdir. Həmçinin, Cavabdeh2 hüquqi ünvanının ünvan 4 Məhkəməsində iddia qaldırılmışdır. Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4819/2022 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılmışdır. Əsas kimi Cavabdeh2 hüquqi ünvanının yanlış göstərildiyi bildirilmişdir. Nərimanov Rayon Məhkəməsi cavabdehin hüquqi ünvanı kimi Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, İlyas Əfəndiyev 37 olduğunu bildirmişdir. Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4819/2022 saylı qərardadında göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizə ilə müraciət edilmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-8210/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qərardadda qeyd edilmişdir ki, cavabdehin hüquqi ünvanı kimi ünvan 8eyd etdiyi məsələlərdən də aydındır ki, iddiaçıya əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Təhsil Nazirliyinin №K-İ400 nömrəli, xx.xx.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair əmriin surəti təqdim olunmamış, iddiaçı ümumi əsaslar ilə onu məhkəmədə mübahisələndirmiş, buna baxmayaraq məhkəmə aidiyyatı səbəbindən yubanma yaranmışdır. Hətta yuxarıda qeyd edilən əmrin alınması üçün, cavabdehə ünvanlanmış 030-sayİı xx.xx.2023-cü il tarixli sorğuya cavab verilməmiş və bu məsələ ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmiş və yalnız bundan sonra qeyd edilən əmr məhkəmənin sorğusu nəticəsində əldə edilmişdir. X4 işdən azad olunarkən ona işdən çıxarılması barədə əmr təqdim olunmamışdır. Əmri alda edilmədiyindən birbaşa malıkamaya müraciət edilmişdir. Yuxarıda da qeyd etdiyi kimi cavabdeh qismimdə çıxış edən X10 Təhsil idarasinin hüquqi ünvanının müəyyənləşdirilməsi iddia ərizəsinin icraata daxil olması prosesisinə maneə yaratmışdır. Bu hal isa iddia müddətinin iddiaçının hərəkət və ya hərəkətsizliyindən ötmədiyinin bariz göstəricisidir. Belə ki, İddiaçı qanunsuz və əsassız olaraq işdən çıxarılmışdır. Ona, işdən çıxarılmasına dair əmr təqdim edilməmiş, bu yalnız məhkəmənin sorğusu nəticəsində iddiaçıya verilmişdir. İşin hallarından da göründüyü üzrə cavabdeh iddiaçını işdən çıxaran zaman ona bu barədə əmri, əmək kitabçasını və ya sair sənədləri təqdim etməmiş, bu sənədlər yalnız məhkəmə sorğusu ilə əldə edilmişdir. Eyni zamanda iddiaçı zamanında mediasiya prosessinə başlamış və məhkəməyə müraciət etmiş, lakin idarələrin süründürməçiliyinə görə işin məhkəmə icraatına daxilolması süni uzadılmışdır. Cavabdehin ərizəsi əsassızdır və işəgötürənin işçi üzərindəki hüquqpozma hallarının davamı kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296.1-ci maddəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə, yuxarıda qeyd olunanları əsas götürərək hesab edir ki, iddiaçı tərəfindən belə bir iddia ilə məhkəməyə müraciət edilməsi üçün müddət ötürülməmişdir. Belə ki, əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, iddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsini məhkəmə araşdırması zamanı aşkar etmişdir. Belə ki, iddiaçı tərəfindən bir neçə dəfə iddia irəli sürülmüşdür. Lakin cavabdeh tərəfindən müvafiq əmrin və digər sənədlərin “sonuncu iş günü” iddiaçıya təqdim edilməsini təsdiqləyən dəlillər məhkəməyə təqdim edilməmişdir. Bununla belə, işçinin işdən çıxarılmasına əsas olan müvafiq sənədlər məhkəmə prosesi zamanı cavabdehin nümayəndəsi tərəfindən EMİS-də yerləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-1400 saylı əmri ləğv edilməli və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-1400 saylı əmri ləğv edilsin və İddiaçı əvəlki vəzifəsinə bərpa olunsun. İddiaçı X2 məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar