Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1149/2025 13.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51 kv/m olan 3 otaqlı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olaraq, müvafiq prosessual hərəkətlər edilmişdir. Daha sonra Cavabdeh oğlu X1 xx.xx.2025-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək, bildirmişdir ki, atası Cavabdeh ölmüşdür. (AZ-İİ № 486847 saylı ölüm haqqında şəhadətnamə) Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. Lakin iddiaçının nümayəndəsi (vəkili) Vəkil EMİS vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.4 və 184.5-ci maddələrinə əsasən, məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Belə ki, iş materiallarında olan EMİS-dən çıxarışın surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə ölmüşdür. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ancaq Cavabdeh xx.xx.2025-cü il tarixdə vəfat etmişdir. İddia ərizəsi isə məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh ölmüş, iddia tələbi ilə müraciət olunarkən məhz Cavabdeh mübahisəli mənzili qanunsuz olaraq zəbt etdiyini bildirmiş, bu səbəbdən də sonuncunun öz mülkiyyətində olan mənzildən çıxarılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi yönəldilmiş şəxs öldüyündən, hazırki hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən, iddia tələbinə məhkəmədə baxılması qeyri-mümkündür, bu səbəbdən də iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh ölməsi faktı məhkəmə araşdırması zamanı təsdiq edildiyindən, həmin iddia tələbi üzrə başlanmış iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsində nəzərdə tutulan hüquqi nəticələr iddiaçıya izah edilməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 261.0.7, 262, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə Cavabdeh ölməsi faktı təsdiq edildiyindən həmin iddia tələbinə əsasən başlanmış mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1149/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1149/2025
13.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver