Məhkəmə qərarları › İş №e-2(005)-1178/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1178/2025

17.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1178/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X9 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: mənzildən çıxarılma) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3, onun nümayəndəsi və vəkili oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X9 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı cavabdehlər Cavabdeh1, X9 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və onun arvadı X4 əşyaları ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2-cı (B bloku) binanın 10-cu mərtəbəsində yerləşən ümumı sahəsi 112.7 kv m olan 1 (ədəd) 57 saylı mənzildən çıxarılmasına dair qətnamə qəbul edilsməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqındada daşınmaz əmlakın dövlət resyestrinin ******* nömrəli Çıxarışına əsasən Bakı şəhəri Nərimanov rayonu, Həsənoğlu küçəsi ev 16, 36 saylı mənzil mərhum həyat yoldaşı X3 xüsusı mülkiyyətində olmuşdur. Həmin mənzildə o və övladları Cavabdeh1 və Cavabdeh3 da qeydiyyatda olmuşdurlar. Mənzil yaşayış üçun təhlükəli vəziyyətdə olduğu və istismar müddəti keçdiyi üçün mərhum həyat yoldaşı X10 ilə "Ailə Park’ MMC arasında 05 sentyabr 2020-cı ildə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən sökülmüş "xxxx" MMC sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada "xxxx"nin mülkiyyətində olan 2 otaqlı, ümumi sahəsi 417 kv m olan mənzilin əvəzinə bir girişli 2 saylı binada yerləşən 4 otaqdan ibarət 112.2 kvm olan təmirli mənzili “Mülkiyyətçinin” mülkiyyətinə verməyi öhdəsinə götürmüş və icra etmişdir.Həyat yoldaşı 26 oktyabr 2022-cı ildə vəfat etmişdir. 4 may 2023-cü ıl tarixli Qanun üzrə X13 şəhadətnaməyə əsasən mərhum həyat yoldaşının vərəsəsi olaraq tanınmışdır. Miras əmlakı olaraq ƏMDK-nin yanında DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə X5 verilmiş **********38-05101-093019 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Baki şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 16, mənzil 36 ünvanında yerləşən ümumi sahəsi 41.7 kv/m, yaşayış sahəsi 28.6 kv/m, yardımçı sahəsi 13.1 kv/m. 2 otaqlı olan mənzil qeyd edilmişdir. Övladları Cavabdeh1 və Cavabdeh3 notarial qaydada təsdiq edilmiş ərizə yazaraq mərhum ataları X2 irs qalmış (yaşayış (ev, mənzil və otaq, nəqliyyat, pul məbləği), qeyriyaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın onlara çatası hissəsindən onun yəni, İddiaçı xeyrinə notarial qaydada imtina etmələrini bildirmişlər. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında da daşınmaz əmlakın dövlət resyestrinin **********38- 05101-093019 reyestr nömrəli Çıxarışına əsasən, Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu kuçəsı ev 16. 36 saylı mənzil xüsusı mülkiyyət hüququ əsasında onun adına rəsmiləşdirilmişdir. 15 noyabr 2022-cı il tarixli iddiaçı ilə "xxxx" MMC arasında imzalanmış müqaviləyə əsasən (övlaldlarının razılığı ərizəsi əsasında) icraçı sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək həmin binada 2 otaqlı, faktiki ümumi sahəsi 41.70 kv m olan mənzilin əvəzinə yeni tikiləcək 2ci (B bloku ) binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 112.7 kv m olan 1 (ədəd) 57 saylı təmirli mənzili tikib əlavə ödəniş tərəfindən edilərək Sifarişçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür, 24 iyul 2023-cü il tarixli Akta əsasən həmin mənzili ona təhvil vermişlər.Köhnə mənzildən övladları onun xeyrinə imtina etmiş və hazırda o, Ailə Park MMC tərəfindən verilən mənzilə yeganə mülkiyyətçi olduğunu bildirir. Yeni mənzilin sahəsi sökülmüş mənzilin sahəsindən iki dəfə böyükdür və həmin həmin artıq sahənin pulu yalnız onun tərəfindən ödənilmişdir. Cavabdehlərin yeni mənzilə dair hər hansı hüququ yaranmamışdır. Həmçinin qeyd edilir ki, övladları rəsmi əmək fəaliyyəti ilə məşğuldurlar, kifayət qədər əmək haqqı aldığından özlərin yaşayış yeri ilə təmin etmək imkanları vardır. Bildirilir ki,hazırda evin bütun kommunal xərcləri iddiaçı özü ödəyir. Hazırda övladları Cavabdeh1 və Cavabdeh3 və arvadı Cavabdeh2 həmin mənzildə onunla birlikdə yaşayırlar. Aralarında tez-tez mübahisələr, dava-dalaşlar olur, hətta qonşular da ona öz iradlarını bildirmişlər Bununla bağlı iddiaçı Nərimanov Rayon Polis İdarəsnin 18-ci polis bölməsinə şikayət etmiş münaqişəli ailə kimi qeydiyyata götürüldüyünü qeyd edir. Həmçinin onların mənzilində yaşaması onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarımı məhdudlaşdırır.Bu hal da ona mənəvi cəhətdən mənfi təsirlər göstərdiyi uçün məhkəmə müraciət edərək onların mənzildən əşyaları ilə birlikdə çıxarılmasına tələb etmək istədiyini,iddia tələbi təmin edilməli olduğunu Cavabdeh1, Cavabdeh3 və onun ailə üzvlərinin Bakı şəhəri Nərımnov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2-cı (B bloku ) binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 112.7 kv.m olan 1 (ədəd) 57 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmasına dair qərar qəbul edilməli olduğunu qeyd edib. a) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh3 iddia ərizəsinə yazılı etiraz ərizəsi daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, bildirir ki, işin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ******* saylı Çıxarışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ev 16, 36 saylı, ümumi sahəsi 41.7 kv.m. olan mənzil məhrum atası X3 xüsusi mülkiyyətində olmuşdur. O, 1993-cü ildə, bacısı Nigar isə 1996-ci ildə anadan olmaqla, həmin mənzil sökülünədək anası ilə birgə orada yaşamışlar və qeydiyyatda olublar. 2021-ci ildə bina yararsız vəziyyətdə olduğundan "Ailə Park” MMC ilə bağlanmış müqavilə əsasında bina sökülmüş, əvəzində cavabdehlər olaraq 60 min manat əlavə pul ödənilməklə yeni tikilən sahədən 2-ci B bloku, binanın 10-cu mərtəbəsində yerləşən 57 saylı mənzildən 4 otaqlı ümumi sahəsi 112.2 kv.m.olan yeni mənzil almışlar və orada da yaşayırlar. Eyni zamanda 2 il müddətinə kirayədə qaldıqları üçün "xxxx" MMC tərəfindən onlara hər ay 500 manat kirayə haqqı ödənilməli idi. Onlar özlərinə aid olan mənzilin əvəzinə daha geniş məznil verməkləri üçün həmin pulu almadığını MMC-nin özünün hesabına keçirdiklərini qeyd edir. Yeni mənzil alınan zaman iddiaçı, özü, bacısı və həyat yoldaşı birgə həmin mübahisələndirilən mənzildə yaşayırlar.Bildirir ki,İddiaçı cavadehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında mübahisəli mənzillə bağlı hazırda mübahisəli olan münasibətlər 2000-ci ilədək yaranmışdı. O qeyd edir ki,mübahisəli mənzil 1990-ci ildən iddiaçının əri X3 adına olmaqla onun özü, ailə üzvləri olan (oğlu və qızı) cavabdehlər Cavabdeh3, Cavabdeh1 həmin mənzildə yaşamışlar. İşin faktiki hallarını təsdiq edən mötəbər sübutlardan biri də odur ki, mübahisəli mənzil yüklü qaydada 2009-cu ildə iddiaçı mərhum X3 adma özəlləşdirilərkən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 yetkinlik yaşlarına çatmayan olduqlarından və həmin mənzildə istifadə hüquqları saxlanıldığından iddiaçının tələbinə əsasən onların istifadə hüquqları itirilə və həmin mənzildən çıxarıla bilməzlər.Cavabdeh bildirir ki,1993-cü ildən, digər Cavabdeh1 isə 1996ci ildən mübahisəli mənzildə valideynləri ilə birlikdə yaşamaqla həmin ünvan üzrə qeydiyyata götürülmüşlər və hazırda da həmin ünvanda qeydiyyatdadırlar. Həmin vaxt mübahiələndirilən mənzil iddiaçının xüsusi mülkiyyətində olmamaqla iddiaçının əri M.Məmmədovun adına olmuşdur. Digər bir tərəfdən münasibətlərin mövcud olduğu həmin vaxtlar istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydada təsdiq olunmuş yazılı qaydada razılığın əldə olunması qanunvericilikdə nəzərədə tutulmamışdır Eyni zamanda iddiaçının mübahisələndirdiyi mənzilin əvəzinə yeni tikilmiş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2-ci (B bloku), binanın 10cu mərtəbəsi. 57 saylı mənzilində iddiaçı ilə birlikdə bacısı, o, və həyat yoldaşı yaşayırlar. Həmin mənzilə hüquqmüəyyənedici sənəd olmadan yalnız aktla iddiaçının, yəni anasının adına müqavilə bağlanmışdır. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı cavabdehlərdən Rəşad və Nigarın anası, Nurçinin qaynanasıdır. Tərəflərin arasında məişət zəminində müxtəlif mübahisələr var və münaqişəli ailə kimi qeydiyyatdadırlar. Həmçinin Cavabdeh3 tərəfindən iddiaçıya xəsarət yetirildiyini qeyd etdi. İddiaçı hazırda qardaşının avində yaşayır. Cavabdeh iddiaçıdan barışıqla bağlı müraciət etməyib. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 bildirdi ki, iddiaçıya heç bir xəsarət yetirməmişdir, onun xəstəliyi olduğu üçün normal hal olduğunu qeyd etdi. Həmçinin o, bildirdi ki, ailəarası münaqişə ilkin olaraq bacısı və onun arasında yaranmış, daha sonra iddiaçı qızının, yəni Nigrın tərəfini tutumuş və gəlini Nurçinin evdən çıxarılmasını oğlundan tələb etmişdir Rəşad isə öz növbəsində arvadı ilə getməyə başqa yerinin olmadığını, mənzilin onun ata yurdunun əvəzində veridiyini bildirmiş və barışağı təklif etmişdir Anası küsərək evi tərk etmişdir Hazırda bacısı Nigarla iddiaçının qardaşıgildə yaşayırlar Bacısını mənzildən çıxarmayacaq, görüntü üçün iddia ərizəsində onun da çıxarılmasını tələb edir Anasını da, bacısını da çox istəyir, barışmaq istəyir, lakin anası razı olmur. Təklif edib ki, ev satılsın, əldə edilmiş pul vəsaiti üçünün arasında bölüşdürülsün, lakin Rəşad evli olduğuna görə ona bir qədər artıq məbləğ verilsin. Buna da razı olmamışdırlar. Sökülmüş mənzil onun atasının mülkiyyətində olub atası rəhmətə getdikdən sonra, vərəsə kimi paylarından anasının xeyrinə imtina etmişlər. İddia tələbini qəbul etmədiyini və həmin mənzildə qeydiyyatda olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, cavabdeh iddiaçını evdən qovmayıb, iddiaçı özü evdən gedib. Cavabdeh tərəfindən evə gəlməsi ilə bağlı təklif edilsə də iddiaçı qəbul etməmişdir. Hazırki mənzil cavabdehin ata evinin sökülməsi nəticəsində, onun əvəzində iddiaçıya təhvil verilmişdir. Belə olan təqdirdə kompensasiya ödənilmədən cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilə, mənzildən çıxarıla bilməz. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər proses iştirakçıları iştirak etməmişdir. Məhkəmə mülki işə digər proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Mülki işin materialları - Ucar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli,AZ- İİ№267628 Ölüm haqqında şəhadətnamədən görünür ki,X10 xx.xx.2022-ci ildə dəqiqləşdirilməmiş kəskin moikard infarktı səbəbi ilə vəfat etmişdir.Ölüm haqqında qeydlər kitabında 359 № ilə qeydiyyata alınmışdır. - 080920 saylı müqaviləyə əsasən yeni tikilmiş mənzilin təhvilinə dair 24 iyul 2023-cü il tarixli Aktın surətindən görünür ki,Bakı şəhəri,Nərimanov rayonu,Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən "xxxx" QSC-nə məxsus inşa edilən 2-ci binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 112.2 m2 olan 57 saylı təmirli mənzil sahibinə təhvil verilmişdir.Mənzildə "xxxx" QSC tərəfindən mənzilin giriş qapısı və pəncərələr,kommmunikasiya xətləri çəkilmiş və görülən işlərin kefiyyyətinə 2 il zəmanət verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən №0013834 çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X3 xüsusi mülkiyyətindədir. xx.xx.2009-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - "xxxx" MMC və X10 arasında bağlanmış müqaviləyə 1 saylı əlavəyə əsasən ödəniş cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixdə 27000 manat ilkin ödəniş etməklə 58296 manat kredit əldə etmişdir. xx.xx.2022-ci il tarixə 31296 manat qalıq borcu yaranmışdır. - Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yeni mənzillə təmin edilməsinə dair xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, "İcraçı"- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X16 və ünvan 2 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşı X10 arasında bağlanmış müqaviləyə əsasən, “Mülkiyyətçi" ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın "xxxx" MMC tərəfindən sökülməsinə razılıq verir, “AİLƏ PARK" MMC isə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada "Mülkiyyətçinin mülkiyyətində olan 2 otaqlı ümumi sahəsi 41,7 kv.m olan mənzilin əvəzinə birgirişli 2 saylı binada yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 112 2 kv.m olan təmirlı mənzili "Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüş, mülkiyyətində olan mənzilin əvəzinə "xxxx" MMC tərəfindən tikilib təhvil veriləcək təmirli mənzili qəbul etməyi və əlavə olaraq 15.000 (on beş min) manat məbləğində pulu 30 oktyabr 2020-ci il tarixədək, 01 noyabr 2020-ci il tarixdən etibarən isə 31.296 (otuz bir min iki yüz doxsan altı) manat məbləğində pulu Müqaviləyə 1 saylı Əlavədə nəzərdə tutulan qaydada hər ay 1.000 manat, sonuncu ay isə 7.296 manat olmaqla 25 ay ərzində hissə-hissə notariusun depozit hesabı vasitəsilə "xxxx" MMC-nin xeyrinə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən hər iki tərəf razılaşır ki, “Mülkiyyətçi" bu Müqavilənin 1.3-cü bəndində nəzərdə tutulan pul vəsaitini AİLƏ PARK MMC-yə müəyyən edilmiş müddətdə tam olaraq ödəməsə, təhvil verdiyi mülkiyyətində olan 2 otaqlı, ümumi sahəsi 41,7 kv.m olan mənzilin əvəzinə onun mülkiyyətinə, Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan 4 otaqdan ibarət, ümumi sahəsi 112,2 kv.m olan mənzil deyil, 2 otaqdan ibarət təhvil verilən mənzilin sahəsinə uyğun təmirlı mənzil veriləcəkdir.Mülkiyyətçi "xxxx" MMC tərəfindən veriləcək 112.2 kv .m təmirli mənzilin əvəzinə yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə verilməsi nəzərdə tutulan kirayə haqlarından tamamilə imtina edir və gələcəkdə bununla bağlı heç bir tələbi olmuyacağı müqavilədə öz əksini tapmışdır. - Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yeni mənzillə təmin edilməsinə dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən,sifarişçi - İddiaçı ünvan 3 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş tam mülkiyyət hüququ əsasında ona məxsus yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın İcraçı - "xxxx" QSC tərəfindən sökülməsinə razılıq verir. İcraçı isə sökülmüş sahədə yerləşən yeni yaşayış binasının tikintisini həyata keçirərək sifarişçinin mülkiyyətində olan 2 otaqlı ümumi sahəsi 41,70 kv.m olan mənzilin əvəzinə yeni tikiləcək 2-ci (B blokunun) binanın 10-cu mərtəbəsində yerlləşən ümumi sahəsi 112.7 kv.m olan 1 (ədəd) təmirli mənzili tikib sifarişçinin mülkiyyətinə verməyi öhdəsinə götürüb. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixdə İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli “VERDİKTUM" vəkil bürosunun vəkili Vəkil1 ünvanlanan məktubdan görünür ki, X3 26 10.2022-cı il tarixdə vəfat etməsini nəzərə alaraq və Bakı şəhəri 9 saylı notariat ofisinin 3168 saylı 19 11.2022-cı ıl tarixli məktubunu rəhbər tutaraq mirasın qəbulu üçün notariat ofisinə müraciət etmiş vərəsəsi İddiaçı sözügedən mənzil müvafiq qaydada təhvil verilmişdir. - 03 avqust 2023-cü il tarixli 03/071 nömrəli arayışa əsasən, İddiaçı xx.xx.2020 -ci il tarixli "xxxx" QSC və X10 arasında bağlanılmış müqaviləyə əsasən 9-bloklu Yaşayış kompleksinin 2-ci blokunda ümumi sahəsi 1 12.2 kv/m olan 4 otaqlı mənzil üçün ümumilikdə 46296 AZN (qırx altı min iki yüz doxsan altı manat) ödəniş etmişdir və İddiaçı "xxxx" QSC-nə kredit borcu yoxdur. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatı Mənzil Kommunal Təsərrüfat Birliyinin 154 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2025-ci il tarixli № 3 arayışa əsasən Cavabdeh3 ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. - ”Elektron notariat” X1 vasitəsi ilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışa əsasən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzildə xx.xx.1963-cü il təvəllüdlü X10, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh3,xx.xx.1972-ci il təvəllüdlü İddiaçı və xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh1 qeydiyyatdadır. - ”Elektron notariat” X1 vasitəsi ilə “X7” AQİS-dən çıxarışdan görünür ki, X12 xx.xx.1991-ci ildə vəfat etmiş xx.xx.1991-ci ildə 59 nömrəsi ilə qeydiyyata alınmışdır. - ünvan 4 ünvanında yerləşən mənzildə qeydiyyatda olan Cavabdeh3 tərəfindən ünvan 5 ünvanlanan ərizədən görünür ki, Cavabdeh3 xx.xx.2022-ci ildə ölmüş X2 irs qalmış mirasın ona çatan hissəsindən İddiaçı xeyrinə imtina etmişdir. - ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatda olan Cavabdeh1 tərəfindən ünvan 5 ünvanlanan ərizədən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci ildə ölmüş X2 irs qalmış mirasın ona çatan hissəsindən İddiaçı xeyrinə imtina etmişdir. - Qanun üzrə X13 xx.xx.2023-cü il tarixli şəhadətnaməyə əsasən, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X8 təsdiq edir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi İddiaçıdır və ünvan 2 ünvanında yerləşən mənzildən tam hissədə pay almalıdır. - AR DİN Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsi tərəfindən İddiaçı ünvanlanan məktubdan görünür ki, Nərimanov RPİ-nın 18-cı PŞ-də ‘münaqişəli ailə" profilaktiki yığım işi açılmışdır. - Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilmiş arayışa əsasən xx.xx.2023-cü il tarixə olan məlumata əsasən ünvan 2 ünvanında yerləşən mənzilin məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” X24 tərəfindən 03 fevral 2025-ci il tarixli Verdiktum Vəkil Bürosunun vəkili Vəkil1 ünvanlanan məktubdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə “diz oynağının əzilməsi”diaqnozu qoyulmuşdur. - Ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün xx.xx.2024-cü il tarixdə “Asan ödəniş” sistemi vasitəsi ilə 100 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq və işə baxan məhkəmənin mövqeyi Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 35. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən. mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin (bundan sonra – MM) 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. MM-nin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır. - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; - mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; -vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; - cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; - vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. MM-nin 228.1-ci, 228.2-ci və 228.5-ci maddələrinə müvafiq olaraq yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hazırki iş üzrə mübahisənin həll olunması üçün aşağıdakı maddi hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsindən göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Cavabdehlərdən Cavabdeh1 və X6 2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" QSC tərəfindən inşa edilmiş binadakı mənzilə istifadə hüquqlarının tanınması ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Məhkəmə hesab edir ki, Cavabdeh3 və Cavabdeh1 Bakl şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ev 16, 36 saylı mənzil mənzilə dair yaranmış istifadə hüquqları həmin mənzilin sökülməsi nəticəsində verilmiş yeni mənzilə münasibətdə də şamil olunmalıdır. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ev 16, 36 saylı mənzilin sökülməsi ilə onların istifadə hüquqlarına faktiki olaraq xitam verilməmiş və istifadə hüququ sökülmüş, lakin əvəzinə inşa edilmiş mənzilə münasibətdə davam edən haldır. Məhkəmə iddiaçının cavabdehlərin miras payından onun xeyrinə imtina etmələri ilə bağlı qeyd edir ki, həmin hal cavabdehlər Cavabdeh3 və Cavabdeh1 yeni təhvil verilmiş mənzildən istifadə hüquqlarından imtina etməsi kimi qəbul edilə bilməz. Belə ki, tərəflərin məhkəmə iclaslarında verdiyi izahatlardan, mülki işin materiallarından müəyyən edilir ki, mənzil təhvil verildikdən sonra Cavabdeh3 və Cavabdeh1 həmin mənzilə köçərək yaşamağa davam etmişlər. Daşınmaz əmlakın iddiaçının adına qeydiyyatdan keçirilməsi sökülmüş mənzildə anadan olan və böyüyən, indiyəqədər qeydiyyatda olan, həmin mənzildən istifadə edən cavabdehlər – iddiaçının övladları olan Cavabdeh3 və Cavabdeh1 yeni mənzildə istifadə hüquqlarının olmadığı qənaətinə gəlinməsi və onların mənzildən çıxarılması tələbini əsaslı hesab etməyə kifayət etmir. Bu səbəbdən onlara münasibətdə iddia tələbi təmin edilə bilməz. Digər Cavabdeh2 iddiaçının gəlini, Cavabdeh3 arvadıdır. Mülki işin materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, mübahisəli mənzildə 2024-cü ildən etibarən yaşayır, cavabdehlərin arasındakı nikah münasibətləri pozulmayıb,davam etməkdədir. Mülki Məcəllənin tələbərinə görə Cavabdeh2 köçərkən mübahisəli mənzil onun qayınanası – İddiaçı məxsus olduğundan, mənzilin mülkiyyətçisi ilə istifadə hüququna dair notarial qaydada təsdiq olunmuş müqavilə bağlamadığından, onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun mübahisəli mənzil üzərində istifadə hüququ yaranmamışdır. Lakin məhkəmə işin faktiki hallarını nəzərə alıb belə qənaətə gəlir ki, Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququ yaranmasa da, onun ailə üzvləri olan əri - Cavabdeh3 həmin mənzildən istifadə hüquqları mövcud olduğundan, onların arasında nikaha xitam verilmədiyindən, Cavabdeh2 həmin mənzildən çıxarılması ailənin parçalanmasına səbəb ola bilər. Halbuki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Ailə Məcəlləsinin 1.2-ci maddəsinə görə Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Eyni Məcəllənin 1.3-cü maddəsinə görə ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Həmin Məcəllənin 2.2-ci maddəsinəvgörə ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Məhkəmə bu qənaətə gələrkən cavabdehlərin başqa yaşayış yerinin olmamasını da nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı Qərarından görünür ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş "mülkiyyət" anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "mülkiyyət hüququ" kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından "mülkiyyət" hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999- İİ). "Mülkiyyət" anlayışı "mövcud mülkiyyətlə" məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda "qanunidir". Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). İnsan Hüquqlarının və X11 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın Məhkəmə qətnamə qəbul edərkən onun nəticələrinin həm hüquqi, həm də sosial, iqtisadi və cəmiyyətin hər bir ictimai münasibət dairəsinə aidliyini nəzərə almalıdır. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X19rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd etmişdir ki, «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X9 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, X9 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar