Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-119/2023 12.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzil sahəsinə görə kompensasiyanın verilməsi, kirayə haqqı ödənilməyən müddət üzrə ödənişlərin edilməsi, qeyri-yaşayış sahəsi - qarajın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli 103 saylı Müqaviləyə əsasən iddiaçının mənzilinin əvəzində Cəmiyyətin ona 65.0 kv.m mənzil sahəsinin verilməsi əvəzinə 55,0 kv.m sahəsinə görə hər kvadratmetrinə görə 1200 (bir min iki yüz) manat olmaqla, cəmi 11000 (on bir min) manat kompensasiya ödənilməsi, onunla Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 162 saylı xx.xx.2017-ci il tarixli Müqaviləyə əsasən xüsusi mülkiyyətində olan 25.1 kv.m. qarajının əvəzində ona 28 kv.m. “Qaraj” sahəsinin verilməsi, onunla Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli 103 saylı Müqavilə öhdəlikləri üzrə onun kirayədə qaldığı müddətə 5 ay müddətinə hər ay 400 manat olmaqla cəmi 2000 (iki min) manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, o, ilkin pretenziya ərizəsi ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək, onunla Cəmiyyət arasında bağlanmış hər iki müqavilə üzrə müqavilə öhdəliklərinin icra edilməsinin təmin olunması məqsədi ilə onun kirayədə qaldığı müddətə 5 ay müddətinə hər ay 400 manat olmaqla, cəmi 2000 (iki min) manat pulun ödənilməsi, müqavilə üzrə ona təhvil verilməli 65.0 kv.m. mənzil sahəsinin əvəzinə verilmiş 55.0.kv.m mənzil sahəsinə görə hər kvadratmetrinə görə 1200 (bir min iki yüz) manat olmaqla, cəmi 11000 (on bir min) manat kompensasiya ödənilməsi və 28.0.kv.m Qaraj sahəsini təhvil verilməsini təmin edilməsini xahiş etmişdir. Lakin cavabdeh onun pretenziyasına cavab verməmiş və bu barədə öz mülahizəsini ona hər hansı bir formada bildirməmişdir. Bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30, 47.2 kv.metrdən ibarət olan 3 saylı mənzildə ailəsi ilə birlikdə yaşamışdır. Ev onun xüsusi mülkiyyətində olmuş və bu barədə ona ARƏMDK yanında DƏDRX tərəfindən **********72-051101-093013 reyestr nömrəli, Qeydiyyat nömrəsi ********** olan, xx.xx.2017-ci il tarixli, Seriya RX N: ******* saylı çıxarış verilmişdir. Həmçinin həmin ünvanda ailəsinə məxsus həmin qeyri-yaşayış sahəsi olmuşdur. “Qeyri-yaşayış” sahəsi onun xüsusi mülkiyyətində olmuşdur. Bu barədə AR ƏMDK yanında DƏDRX-nin **********72-0511101-083001 reyestr nömrəli Texniki Pasport xx.xx.2017-ci il tarixində təsdiq edilmişdir. AR NK-nin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarına əsasən və Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 37 saylı 18 yanvar 2017-ci il tarixli Sərəncamı əsasında yaşadığları evin yerində Pilot layihə əsasında Çoxmərtəbəli və Çoxmənzilli evlərin tikintisi ilə əlaqədar olaraq Cavabdeh MMC-nin direktoru, cənab X4 ilə onun- İddiaçı arasında xx.xx.2017ci il tarixli 103 saylı Müqavilə bağlanmış və Müqavilənin 1.1.2-ci bəndinə əsasən “onun ünvan 1 ünvanda yerləşən mənzilin əvəzində Cəmiyyət ona 65.0 kv.m mənzil sahəsi verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırılana və “Əmlak mülkiyyətçisini” təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə “Əmlak mülkiyyətçisinə” kompensasiya şəklində aylıq 400 (dörd yüz) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 (bir) dəfə ödəyir. Həmçinin, onunla Cavabdeh MMC arasında bağlanmış 162 saylı xx.xx.2017-ci il tarixli Müqavilənin 1.12-ci bəndinə əsasən “Tikinti şirkəti” Cavabdeh MMC ünvan 2 ünvanda yerləşən “Əmlak mülkiyyətçisinin” mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (zirzəminin) sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 28.9 kv.m qarajı “Əmlak mülkiyyətçisinin” mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Daha doğrusu onun xüsusi mülkiyyətində olan 25.1 kv.m qeyri-yaşayış sahəsi əvəzində, həmin binada 28 kv.m “Qaraj” onun xüsusi mülkiyyətinə verilməlidir. Müqavilə üzrə o hər iki daşınmaz əmlak olan mülkiyyətini “Tikinti şirkəti”nə təhvil vermiş və şirkət tərəfindən binalar sökülmüş, onun yerində çoxmənzilli və çoxmərtəbəli ev tikmişdir. O zaman müqavilə üzrə ailəsinə başqa mənzil tutaraq kirayə qalmışdır. Müqavilənin 2.2.5-ci bəndinə əsasən Cavabdeh tərəfindən tikinti işləri 24 ay müddətinə başa çatmalı olduğu halda, bu öhdəlik cəmiyyət tərəfindən yerinə yetirilməmişdir. Belə ki, tikinti işləri 2019-cu ilin dekabr ayına kimi davam etdirilmiş və həmin vaxta mənzil ona təhvil verilməmişdir. Eyni zamanda müqavilə üzrə mənzil tikdirmiş şəxslər özlərinə məxsus mənzillərin və “Qarajlarını” həmin şəxslərin istifadəsinə verməsinə baxmayaraq, şirkət onun tələblərinə əhəmiyyət verməmişdir. Sonradan çox çətinliklə şirkət ona mənzil sahəsi ayırmış, mənzil sahəsinin açarlarını 2022-ci ilin aprel ayında təhvil versə də, Qaraj sahəsini bu vaxta kimi təhvil verməmişdir. Həmçinin, cəmiyyət ona kirayə qalmaq üçün ödəməli olduğu kirayə haqqını 2019-cu ilin iyul, sentyabr, oktyabr və noyabr ayları üzrə kirayə haqqı ödəməmişdir. Bununla əlaqədar onun tərəfindən edilmiş bütün müraciətlər cavabsız qalmışdır. 2022-ci ilin aprel ayında mənzilə baxış keçirib, faktiki sahəsini ölçmüşdür. Mənzilin ölçü işlərini apararkən, məlum olmuşdur ki, şirkət ona 65.7 kv.m mənzil sahəsi əvəzində , 55 kv.m mənzil sahəsi vermişdir. Eyni zamanda müqavilə üzrə ona təhvil verilməli olan 28.0.kv.m qaraj sahəsi də ona bu vaxta kimi təhvil verilməmişdir.Qeyd olunan hallar ona dəlalət olunur ki, cəmiyyət öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul etmiş, iddia tələbinin “mənzil sahəsinin verilməsi əvəzinə hər kvadrat metrə görə 1200 (bir min iki yüz) manat olmaqla, cəmi 11.000 (on bir min) manat kompensasiya ödənilməsi” hissəsini əsassız olduğunu bildirərək, məhkəmədən iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin və qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 4 (Yeni qaydalarla; AZ 1008, ünvan 3 ünvanda yerləşən mənzil mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2633 nömrəli reyestr kitabının 245194 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır; Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətinə əsasən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış’’a əsasən mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, 47.2 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, habelə müqavilədə şərtləşdirilmiş müddətdə Cavabdeh MMC tərəfindən həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasından onun üçün nəzərdə tutulmuş 11-ci mərtəbədə yerləşən mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, müqavilənin 1.2-ci bəndinə əsasən tikinti başa çatdırılana və “Əmlak Mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə “Əmlak Mülkiyyətçisi”nə ödənilməli olan 400 AZN məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətinə əsasən xx.xx.2017-ci il tarixində, ********** qeydiyyat və **********72-05101-083001 reyestr nömrəsi ilə ARƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış’’ ilə öz mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanında, binanın zirzəmisində yerləşən 25.1 kv.m qeyri-yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli binada qarajı qəbul etməyi öhdəsinə götürmüşdür. “Tikinti şirkəti” Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanında yerləşən “Əmlak Mülkiyyətçisi”-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (zirzəmisinin) sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada (28.0 kv.m) qarajı “Əmlak Mülkiyyətçisi”-nin mülkiyyətçisinə verməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 003264 saylı “İstismara hazırlıq” aktının məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və T.Şıxəliyev küçəsinin kəsişməsində blok 1 və 3: hər biri 1 ədəd girişli, 2 səviyyə zirzəmili, 14 + mansarda mərtəbəli, blok 2: 1 ədəd, 2 girişli, 2 səviyyə zirzəmili, 14 +mansarda mərtəbəli yaşayış binaları Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2017-cı il, 390 nömrəli Sərəncamına əsasən Cavabdeh MMC tərəfindən tikintisinə icazə verilmişdir. İddiaçı Cavabdeh MMC-yə ünvanlanmış pretenziyanın məzmunundan görünür ki, Poleks” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətinə əsasən xx.xx.2014cü il tarixli, RX seriyalı, ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış’’a əsasən mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, 47.2 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, habelə müqavilədə şərtləşdirilmiş müddətdə Cavabdeh MMC tərəfindən həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasından onun üçün nəzərdə tutulmuş 11-ci mərtəbədə yerləşən mənzili qəbul etməyi öhdəsinə götürmüş, eləcə də müqavilənin 1.2-ci bəndinə əsasən tikinti başa çatdırılana və “Əmlak Mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə “Əmlak Mülkiyyətçisi”nə ödənilməli olan 400 AZN məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətinə əsasən xx.xx.2017-ci il tarixində, ********** qeydiyyat və **********72-05101-083001 reyestr nömrəsi ilə ARƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış’’ ilə öz mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanında, binanın zirzəmisində yerləşən 25.1 kv.m qeyri-yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli binada qarajı qəbul etməyi öhdəsinə götürmüşdür. “Tikinti şirkəti” Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanında yerləşən “Əmlak Mülkiyyətçisi”-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (zirzəmisinin) sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada (28.0 kv.m) qarajı “Əmlak Mülkiyyətçisi”-nin mülkiyyətçisinə verməyi öhdəsinə götürmüş, lakin icra etməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı öhdəliyin icra olunmasını, əks təqdirdə mübahisənin məhkəmə qaydasında həll olunacağıyla bağlı cavabdehi xəbərdar etmişdir; 20 oktyabr 2022-ci il tarixli ekspert rəyinin məzmunundan görünür ki, İddiaçı Cavabdeh MTK tərəfindən verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanda Cavabdeh MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 3 saylı mənzilinin faktiki olaraq ümumi sahəsinin 60.7 kv.m, yaşayış sahəsinin 26.9 kv.m və qeyri yaşayış sahəsinin 33.8 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 120 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Poleks” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətinə əsasən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış’’a əsasən mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, 47.2 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, habelə müqavilədə şərtləşdirilmiş müddətdə Cavabdeh MMC tərəfindən həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasından onun üçün nəzərdə tutulmuş 11-ci mərtəbədə yerləşən mənzili qəbul etməyi öhdəsinə götürmüş, eləcə də müqavilənin 1.2-ci bəndinə əsasən tikinti başa çatdırılana və “Əmlak Mülkiyyətçisi”-ni təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə “Əmlak Mülkiyyətçisi”nə ödənilməli olan 400 AZN məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödənilməsi nəzərdə tutulmuş və Müqavilənin 1.1.2-ci bəndindən mənzilin sahəsi 65.0 kv.m. olaraq göstərilmişdir. Poleks” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətinə əsasən xx.xx.2017-ci il tarixində, ********** qeydiyyat və **********72-05101-083001 reyestr nömrəsi ilə ARƏMDK yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış’’ ilə öz mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanında, binanın zirzəmisində yerləşən 25.1 kv.m qeyri-yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli binada qarajı qəbul etməyi öhdəsinə götürmüşdür. “Tikinti şirkəti” Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanında yerləşən “Əmlak Mülkiyyətçisi”-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (zirzəmisinin) sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada (28.0 kv.m) qarajı “Əmlak Mülkiyyətçisi”-nin mülkiyyətçisinə verməyi öhdəsinə götürmüş, lakin müqavilə öhdəliylərini bugünədək icra edilməmişdir. Hazırda müqavilə tərəfləri öhdəliyin cavabdeh tərəfindən pozulduğunu, öhdəliyini yerinə yetirmədiyini bildirir, mənzil sahəsinə görə kompensasiyanın verilməsi, kirayə haqqı ödənilməyən müddət üzrə ödənişlərin edilməsi, qeyri-yaşayış sahəsi - qarajın verilməsini tələb edir. Göründüyü kimi, cavabdeh podrat müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəmiş müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətsizliyi, müqavilə bağlandıqdan sonra qeyd olunan ərazidə hər hansı inşaat işləri aparılmaması öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, mənzili iddiaçıya təhvil verməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh qeyd edilən müqavilələr əsasında iddiaçıdan mənzilin dəyərini almaq hüquqlarına malik olduğu kimi, eyni zamanda həmin müqavilə əsasında qeyd edilən mənzili iddiaçıya təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh göstərilən müqavilə əsasında iddiaçıdan mənzilin dəyərini almalarına dair hüquqlarından istifadə etmiş, həmin əmlakı iddiaçıya təhvil verilməli olmalarına dair vəzifələrini isə icra etməyərək, müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Odur ki, cavabdeh qeyriyaşayış sahəsi - qarajın verilməsi iddiaçıya təhvil vermədiyindən qeyri-yaşayış sahəsinin-qarajın ona təhvil verilməsini və maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi bu hissədə təmin edilməlidir. İşin hallarından aydın olur ki, cavabdeh MTK iddiaçı ilə bağlanmış sözügedən müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək, yaşayış və qeyri-yaşayış sahəsi – qarajı iddiaçıya 2019-cu ildə təhvil verməli olduğu əmlakı ona verməmişdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsi baxımından öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır...Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”. Məhkəmə iddia tələbinin mənzil sahəsinə görə kompensasiyanın verilməsi hissəsində, qeyd edir ki iddiaçı X2 xx.xx.2017-ci il tarixli 103 saylı Müqaviləyə əsasən iddiaçının mənzilinin əvəzində Cəmiyyətin ona 65.0 kv.m mənzil sahəsinin verilməsi əvəzinə 55,0 kv.m sahəsinə görə hər kvadratmetrinə görə 1200 (bir min iki yüz) manat olmaqla, cəmi 11000 (on bir min) manat kompensasiya ödənilməsini tələb edir. İş üzrə 20 oktyabr 2022-ci il tarixli ekspert rəyinin məzmunundan görünür ki, İddiaçı Cavabdeh MTK tərəfindən verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 30 ünvanda Cavabdeh MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 3 saylı mənzilinin faktiki olaraq ümumi sahəsinin 60.7 kv.m, yaşayış sahəsinin 26.9 kv.m və qeyri yaşayış sahəsinin 33.8 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmənin qənaətinə görə, müvafiq ekspert rəyində əks olunmuş hallardan gəlinmiş nəticəyə əsasən, 4.3 kv.m fərq və hər kvadratmetrinə görə 1200 (bir min iki yüz) manat müəyyən edilməklə iddia tələbi bu hissədə qismən təmin edilməlidir.(4,3x1200=5160 manat) Məhkəmə iddia tələbinin kirayə haqqı hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəf 5 ay kirayə pulunun ödənilməsinə etiraz etməmiş, bu halı məhkəmə proseslərində mübahisələndirməmişdir. Buna görə də, iddia bu hissədə təmin olunmalı, 5 ay üzrə (5x400=2000 manat) 2000 manat kirayə pulu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2017-ci il tarixli 103 saylı Müqaviləyə əsasən iddiaçının mənzilinin əvəzində Cəmiyyətin ona 65.0 kv.m mənzil sahəsinin verilməsi əvəzinə 60,7 kv.m sahəsinə görə hər kvadratmetrinə görə 1200 (bir min iki yüz) manat olmaqla, cəmi 5160 (beş min bir yüz altmış) manat kompensasiya ödənilməlii, iddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 162 saylı xx.xx.2017-ci il tarixli Müqaviləyə əsasən iddiaçının xüsusi mülkiyyətində olan 25.1 kv.m. qarajının əvəzində ona 28 kv.m. “Qaraj” sahəsili verilməli və iddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli 103 saylı Müqavilə öhdəlikləri üzrə iddiaçının kirayədə qaldığı müddətdə 5 ay müddətinə hər ay 400 manat olmaqla cəmi 2000 (iki min) manat pulun ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220-cim maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli 103 saylı Müqaviləyə əsasən iddiaçının mənzilinin əvəzində Cəmiyyətin ona 65.0 kv.m mənzil sahəsinin verilməsi əvəzinə 60,7 kv.m verilməsi səbəbi ilə hər kvadratmetrinə görə 1200 (bir min iki yüz) manat olmaqla, cəmi 5160 (beş min bir yüz altmış) manat kompensasiya Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ödənilsin. İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 162 saylı xx.xx.2017ci il tarixli Müqaviləyə əsasən iddiaçının xüsusi mülkiyyətində olan 25.1 kv.m. qarajının əvəzində İddiaçı 28 kv.m. “Qaraj” sahəsi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilsin. İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli 103 saylı Müqavilə öhdəlikləri üzrə iddiaçının kirayədə qaldığı müddətə 5 ay müddətinə hər ay 400 manat olmaqla cəmi 2000 (iki min) manat pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumı iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-119/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-119/2023
12.01.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver