Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1215/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları X10, X11, X12 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən Cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları X10, X11, X12 məcburi qaydada çıxarılmaları, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X6 arasında imzalanmış BBGTS-278/2014 saylı, xx.xx.2014-cü il tarixli Bank xidmətlərinin göstərilməsinə dair Ümumi şərtlər toplusunun tərkib hissəsi olan xx.xx.2014-cü il tarixli, K1309 saylı Maliyyələşdirmə üçün ərizə formasına (bundan sonra Ərizə) əsasən Bank Borc alana 24 (iyirmi dörd) ay müddətinə, yəni xx.xx.2016-cı İlədək faktiki illik faiz dərəcəsi 16.6123% (illik cərimə faizi 25% (gündəlik 0.694%)) olmaqla 320,000 (üç yüz iyirmi min) manat məbləğində tranşlarla kredit vermişdir. Müqavilə üzrə Borc alanın Bank qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə: -Cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü İl tarixli, İS0925 nömrəli Sonrakı İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Sonrakı İpoteka müqaviləsi və ona xx.xx.2015-ci il tarixli, 1 saylı əlavə dövlət reyestrində qeydə alınmış və bu haqda xx.xx.2015-ci il tarixli, RX ******* nömrəli (Reyestr nömrəsi: **********78-05101-093044; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. İpoteka müqavilələrində ipoteka ilə təmin edilmiş pul öhdəliyi Borc alan tərəfindən kredit müqaviləsində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, Bankın Borc alana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsası müəyyən edilmişdir. Borc alan kredit üzrə xx.xx.2015-ci il tarixindən borc öhdəliyinin şərtlərini pozmağa başladığı və kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi üçün Bank borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair xx xxx 2016-cı il tarixli iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-4704/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Sonradan məhkəmə qətnaməsinin icrası istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə protokol və əmlakın alqı-satqısı müqaviləsinə əsasən ipoteka saxlayan İddiaçı ASC-nə təklif edilərək, açıq hərracda əldə edilmişdir və bu haqda mülkiyyət hüququna dair xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Lakin, sözügedən yaşayış sahəsi hal-hazırda mülkiyyətçi İddiaçı ASC-nin sahibliyində deyil və həmin mənzil cavabdeh və onun ailə üzvləri tərəfindən heç bir qanuni əsas olmadan istismar edilir. İddiaçının cavabdehə müraciət etməsinə baxmayaraq, əmlakı faktiki idarə edən şəxs (Cavabdeh) əmlakı qanuni sahibinə təhvil verməkdən boyun qaçırmışdır. Bu da öz növbəsində iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasma gətirib çıxarmışdır. Əmlaka dair mülkiyyət hüququnun İddiaçı ASC-nə məxsus olmasını nəzərə alaraq hesab edirik ki, iddiaçının əmlaka faktiki sahiblik etmək və sərəncam vermə hüquqlarının təmin edilməsi məqsədi ilə Cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları X10, X11, X12 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqları itirilməli, onlar yaşayış sahəsindən məcburi qaydada çıxarılmalı və həmin əmlak boşaldılaraq iddiaçıya təhvil verilməlidir. İddiaçı ASC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında iddiaçı «İddiaçı” ASC-nin nümayəndəsi X8 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)- 4704/2017 saylı qətnaməsinin surətinə əsasən İddiaçı ASC-nin cavabdehlər X3, Cavabdeh, X15, X9 qarşı «kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, borcun ipoteka predmetinə yönəldilməsinə dair» iddia ərizəsi üzrə mülki iş qismən təmin edilmiş və Cavabdehlər X6 və Cavabdeh iddiaçı «xxxx» ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, K1309 saylı kredit müqaviləsi üzrə 256 571,77 manat kredit borcu, 22 456,97 manat faiz borcu, 2 794 manat hesablanmış cərimə, cəmi 281 822,74 (iki yüz səksən bir min səkkiz yüz iyirmi iki manat, yetmiş dörd qəpik) manat borc, 40 (qırx) manat notariat xərci, 80 (səksən) manat xidmət haqqı, ipoteka predmetlərinin qiymətləndirilməsi üçün ödənilmiş ekspertiza xərci 700 (yeddi yüz) manat tutulması, tutmanın Cavabdeh mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən yaşayış evinə, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə, X7 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəsulzadə qəsəbəsi, 7-ci sıra, 34 saylı fərdi yaşayış evinə, X13 mülkiyyətindəki ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, mənzillərin ilkin satış qiyməti müvafiq olaraq 99 600 manat, 49 000 manat, 160 500 manat, 69 200 manat olmaqla açıq hərracda satılması və satışdan əldə ediləcək vəsaitin hesabına cavabdehlər X2 və Cavabdeh “xxxx” ASC-yə olan kredit borcu, kreditdən istifadəyə görə faiz, cərimə, notariat xərci və dövlət rüsumu ödənilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda borcun qalan hissəsinin ümumi qaydada borcludan tutulması qət edilmişdir; Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən 40 saylı evin 1 saylı mənzili “xxxx” MMC tərəfindən tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (etibarnamə əsasında nümayəndəsi X16) 31237,50 manata satılmışdır; Hərracın yekunları barədə xx.xx.2019-cu-ci il tarixli, 30/04 nömrəli protokola əsasən Binəqədi Rayon Məhkəməsinin 2(001)-4704/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx/xx-58355-16 saylı, xx.xx.2018ci il tarixli sifariş məktubuna və İddiaçı ASC-nin müvafiq məktubuna əsasən ilkin hərrac qiyməti 49000,0 (qırx doqquz min) manat və təkrar hərracdakı ilkin satış qiyməti 41650,00 manat olan Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən 40 saylı evin 1 saylı mənzili 31237,50 (otuz bir min iki yüz otuz yeddi manat, əlli qəpik) manata ipoteka saxlayan İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi X16 əldə etmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 40, 1 nömrəli mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 2018 nömrəli reyestr kitabının 186533 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır; “Elektron notariat” X1 çıxarılmış 11.2.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh, X17, X18 və X19 Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 saylı evin 1 saylı mənzilində qeydiyyatdadırlar; İddiaçı ASC-nin Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, PBCOS-1620 saylı daşınmaz əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi barədə bildirişin surətindən görünür ki, “xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı ASC tərəfindən açıq hərracda əldə edilmiş və bu haqda xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Lakin sözügedən əmlak hələ də sizin və ailə üzvlərinizin sahibliyindədir və tərəfinizdən qanunsuz olaraq istismar edilir. Mülkiyyət hüququ artıq İddiaçı ASC-yə aid olduğu üçün əmlak mülkiyyətçiyə təhvil verilməlidir” məzmunlu mətndə cavabdehə yaşayış sahəsindəki qanunsuz istismarını dayandırması və 5 (beş) iş günü ərzində əmlakın tam boşaldılması tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir; xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün iddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə kredit borcuna görə tutma Cavabdeh mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən yaşayış evinə yönəldilməsi qət edilmişdir. Hərracın yekunları barədə xx.xx.2019-cu-ci il tarixli, 30/04 nömrəli protokola əsasən Binəqədi Rayon Məhkəməsinin 2(001)-4704/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx/xx-58355-16 saylı, xx.xx.2018ci il tarixli sifariş məktubuna və İddiaçı ASC-nin müvafiq məktubuna əsasən ilkin hərrac qiyməti 49000,0 (qırx doqquz min) manat və təkrar hərracdakı ilkin satış qiyməti 41650,00 manat olan Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən 40 saylı evin 1 saylı mənzili 31237,50 (otuz bir min iki yüz otuz yeddi manat, əlli qəpik) manata ipoteka saxlayan İddiaçı ASC əldə etmişdir. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 40, 1 nömrəli mənzili xüsusi mülkiyyət hüququ kimi İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Cavabdeh, X17, X18 və X19 həmin mənzilində qeydiyyatdadırlar, cavabdeh həin mənzilində yaşamır, lakin pasport qeydiyyatında olmaqda davam edir. Onların həmin mənzildə pasport qeydiyyatında olması formal xarakter daşıyır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir, bu məbləği cavabdehdən tələb olunur. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir, iddiaçı həmin yaşayış sahəsini cavabdehin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdeh əmlakı boşaltmaqdan imtina etmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz istifadə hüququna malikdir. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 40, 1 nömrəli mənzilixx.xx.2020-ci il tarixdən etibarən iddiaçının mülkiyyətinə keçmişdir. Mübahisəli əmlak iddiaçının mülkiyyətinə keçdiyi zaman hər hansı hüquqi əsas olmadan cavabdehin sahibliyində və istifadəsində olmuş və hazırda da cavabdehin sahibliyində və istifadəsindədir. Cavabdeh yaşayış sahəsinin boşaldılmasından imtina edir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüququnun kobud şəkildə pozulduğunu bildirir və bu səbəbdən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən Cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları X10, X11, X12 məcburi qaydada çıxarılması, yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən hər hansı hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan cavabdehin istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır. Bununla belə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi "cavabdehin qeyriyaşayış sahəsindən çıxarılması" hissəsində əsaslıdır və buna görə də təmin edilməli, cavabdeh yaşayış sahəsinindən çıxarılmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh mülkiyyətində olan əmlakdan imtina etməklə həmin əmlakı iddiaçının mülkiyyətinə verdiyindən cavabdeh ailə üzvləri ilə birgə mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu tələb edildiyindən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, ünvan 1 ünvanından mənzilindən istifadə hüquqları itirilməli, yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları X10, X11, X12 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqları itirilsin. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi Cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları X17, X18, X19 məcburi qaydada çıxarılsın. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. (Hazırkı iş üzrə çıxarılmış qətnamə Cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları X10, X11, X12 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması üçün əsasdır.) Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1215/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1215/2021
30.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver